|
Şirkət rəhbəri 20 məmurla əlbir olub pulları mənimsədi - Korrupsiyaya bulaşmış rəsmilər kimlərdir? + ADLAR
Deputatın istirahət mərkəzi əl dəyişir... - Təhvil-təslim işlərinə hazırlıq gedir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir? - ARAŞDIRMA
Qlobal qarşıdurma kəskinləşir - Azərbaycan nə etməlidir?
ABŞ ordusunun əsgərləri Zəngəzura yerləşir - Nə baş verir? + VİDEO
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi - “Bu, növbəti müharibəyə hazırlıqdır...“
Ankara uyğurlara diqqəti artırıb – Çin türk kəndlərinin adlarını dəyişdirir
“Üçüncü dünya müharibəsi riski artıb“ – “Qara dəniz üzərində ABŞ və Rusiya toqquşa bilər...”
Milli Məclis buraxıldı, növbədənkənar seçkilər təyin olundu- SƏRƏNCAM
Müdafiə Nazirliyindən yeni müharibə xəbərdarlığı - “Məsuliyyəti Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq“
Çin NATO pilotlarını “oğurlayır” – Pekin Tayvana qarşı müharibəyə hazırlaşır
“Bu halda sülh sazişinin bağlanması mümkün deyil“ - Prezident nöqtəni qoydu
Mərkəzi Bank 5 ayda 3 milyard dollar satıb – Devalvasiya ola bilərmi?
“Azestetik”in azərbaycanlıları öldürən cihazları: çip də yerləşdiriblər - ŞOK FAKTLAR
“Xərclərin rəsmiləşdirilməsi prosesi düzgün aparılmır...“ - Vüqar Gülməmmədov
Tarix 07.05.24, 12:48 |
|
Aprel ayında Hesablama Palatasının fəaliyyəti haqqında Hesabat Milli Məclisin Plenar iclasında müzakirə edilərək qəbul edilib. Qurumun hesabatı və qarşıda görüləcək tədbirlərlə bağlı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Oxu.Az-a müsahibə verib.
Müsahibəni təqdim edirik:
- Vüqar müəllim, ötən ay Hesablama Palatasının 2023-cü il fəaliyyəti haqqında Hesabatı Milli Məclisdə müzakirə edildi. Hesabatda və çıxışınızda fəaliyyətinizdəki yenilikləri qeyd etdiniz. Sizcə, bunlardan ən önəmliləri hansılardır? Ümumiyyətlə hesabatınızın mərkəz ideyasını 1 cümlə ilə necə təqdim edərdiniz.
- Hesabatda, eləcə də Milli Məclisin komitə və plenar iclaslarındakı çıxışlarımızda 2023-cü il fəaliyyətimizin və hesabatımızın fərqli məqamlarını “yeniliklər” və “ilklər” ifadələri ilə verdik. Bunların hamısı sırf 2023-cü ilə xas olan məqam və məlumatlar idi. Yeniliklərin vaciblərini 2 qrupa bölərdim:
Birincisi, audit fəaliyyəti ilə bağlı olanlar. Məsələn, konsolidə edilmiş maliyyə hesabatlarının auditi. Burada 1 qurumun deyil, çox sayda qurumun birləşdirilmiş maliyyə hesabatı audit edilir. Bu, dövlət sektoru üzrə maliyyə hesabatlılığının mövcud vəziyyətini qiymətləndirməyə müəyyən mənada imkan verir. Digər bir yenilik hökumət əsaslı dayanıqlı inkişaf məqsədlərinin (DİM) səmərəlilik auditinin aparılmasıdır. Hökumət əsaslı yanaşma deyəndə ayrı-ayrı dövlət qurumları tərəfindən müəyyən problemə ümumi həll yolu təqdim etmək məqsədilə həyata keçirilən birgə fəaliyyət nəzərdə tutulur. Biz toxum sahəsində bu yanaşmanı tətbiq etdik və kənd təsərrüfatı sisteminə daxil olan nazirliyin, agentliklərin, institutların fəaliyyəti qiymətləndirdik.
İkincisi isə, qeyri-audit fəaliyyəti ilə əlaqəlidir. Bu yeniliklərin əksəriyyəti fəaliyyətimizdə şəffaflıq və hesabatlılığın artırılması ilə bağlıdır. Hesab edirəm ki, Hesablama Palatasının rəsmi internet səhifəsində yerləşdirilən büdcə, satınalma, beynəlxalq tədbirlərin xərc smetasına dair hesabatlar dövlət sektorunun digər qurumları üçün həm fəaliyyətdə, həm də hesabatvermədə nümunə ola bilər.
Sualınızın sonuncu hissəsi ilə bağlı bildirmək istəyirəm ki, son bir neçə ildə fəaliyyətimizi və buna dair hesabatı 2 sütun üzərində qurmuşuq: strateji idarəetmənin gücləndirilməsi və dövlət auditinin təsirinin ölçülməsi.
- Bəs Milli Məclisin bu yeniliklərə münasibəti necə oldu?
- Həm komitə, həm də plenar iclasda millət vəkilləri tərəfindən fəaliyyətimizlə bağlı müxtəlif fikirlər səsləndirildi. Ümumi götürsək, əksər fikirləri müsbət istiqamətli hesab edə bilərik. Bununla yanaşı, bəzi təkliflər də verildi. Əvvəlki ildə olduğu kimi, bu dəfə də bu təkliflərdən 2024-cü ildə yararlanmağa çalışacağıq.
- 2023-cü ilin yekunlarına əsasən, dövlət maliyyə idarəetməsində problemlər arasında ən çox nələrə diqqəti çəkərdiniz?
- Plenar iclasdakı çıxışımda qeyd etdiyim kimi, qurumlar tərəfindən dövlət vəsaitlərinin proqnozlaşdırılması prosesinə nisbətən formal yanaşılması, büdcənin (ayrılan vəsaitin) vaxtında icra edilməməsi, bəzi xərc normalarının aktuallığını itirməsi və onlara əməl olunmaması, xərclərin rəsmiləşdirilmə prosesinin düzgün aparılmaması, investisiya layihələrinin sifarişçi təşkilat tərəfindən düzgün idarəedilməməsi, qurum səviyyəsində maliyyə hesabatlarının doğru konsolidasiya olunmaması, qurumlar tərəfindən daxili nəzarət mühitinə diqqət verilməməsi hallarını dövlət auditi ilə hesabat ilində müəyyən olunan və diqqət yetirilməli məqamlara aid etmişik. Bu məsələlərə dair ətraflı məlumatı Hesabatdan tapmaq olar.
- Satınalmaları qeyd etmədiniz. Lakin həmişə bu sahədə problemləri ilk olaraq sizin qurum deyib.
- Bilirsiniz ki, cari ildən “Dövlət satınalmalar haqqında” yeni qanun qüvvədədir. Parlamentdə çıxışımda əvvəlki qanunun qüvvədə olduğu dövr üçün qiymətləndirməmizin nəticələrini açıqladım. Dövlət vəsaitini istifadə edənlər satınalmalara əlavə iş və yorucu bir proses kimi baxmamalıdırlar. Satınalmalara gündəlik funksional fəaliyyətlərinə dəstək kimi yanaşmalıdırlar. Bundan ötrü illik siyasətlərini və planlarını müəyyənləşdirməlidirlər. Hazırda yeni qanunun tətbiqi ilə bağlı ortaya çıxan suallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən öyrənilir və təhlil edilir. Ehtiyac yarandığı halda Qanunda dəyişikliklərin edilə biləcəyini istisna etmirəm.
- Qanunun effektiv istifadəsi üçün nə etmək lazımdır?
- Satınalmalar sahəsində qabaqcıl beynəlxalq təcrübələr var. Bazar prosedurlarının dövlət satınalmalarına inteqrasiyası və beynəlxalq ticarəti təşviq etməklə milli qanunvericiliyin ahəngləşdirilməsinə nail olunması sahəsində işləri davam etdirmək lazımdır. Sosial, iqtisadi, siyasi, ekoloji, texnoloji və digər amillər nəzərə alınmadan dövlət satınalmalarının səmərəliliyinin artırılması mümkün deyil. Nəticədə, dövlət satınalmaları sistemi bütövlükdə dövlət idarəçiliyinin səmərəliyinə təsir göstərir.
Belə hesab edirəm ki, dövlət satınalmalarında əsas iştirakçı və inzibatçı - dövlətin vəsaitinin sərəncamçısıdır. Sərəncamçının yanaşması və davranışı önəmli məsələdir. Yetər ki, benefisiar qurum dövlət vəsaitinə qənaətlə yanaşmanı özünün gündəlik fəaliyyətində əsas vəzifəsi hesab etsin.
Cari ildə apardığımız müşahidələr göstərir və ümid verir ki, bu sahədə yeni mədəniyyət formalaşacaq və qurumlar daha məsuliyyətli olacaqlar.
- Audit nəticələrinə əsasən, qurumlar tərəfindən görülən işləri necə qiymətləndirirsiniz? Hansı qurumların maliyyə fəaliyyəti yaxşı mənada fərqlənib? Ümumiyyətlə qurumlar Hesablama Palatasından çəkinirlər?
- Nəzarət tədbirləri üzrə Kollegiyanın verdiyi qərarların icrasını yüksək hesab etmək olar. Belə ki, hesabat tərtib edildiyi tarixə qərarlarımızın bərpa üzrə icra səviyyəsi 91,9%, say baxımından 63,3% olub. Qərarın hər hansı bir bəndinin tamamilə icra olunmamasına nadir hallarda rast gəlinir. Bəzi məsələlərin icrasına gəldikdə isə qeyd edim ki, bunun üçün bəzən zaman, bəzən isə qurumdan asılı olmayan bəzi səbəblər ola bilər.
Plenar iclasda da qeyd etdiyim ki, biz qərarların icrasını heç bir inzibati tədbir olmadan, yalnız dialoq əsasında təmin etmişik.
Təkrar audit apardığımız qurumlarda auditin təsirini ölçüb, qurumların adlarını hesabatda göstərmişik. Düşünürəm ki, hesabatın bu məlumatları ilə tanış olanlar hansı qurumların maliyyə fəaliyyətinin gücləndiyi barədə qənaətə gələ bilərlər.
Hesab edirik ki, Hesablama Palatasından çəkinmək kimi bir məqsəd müəyyən edilə bilməz. Ümumiyyətlə cəmiyyətdə Hesablama Palatası haqqında belə bir təsəvvürün formalaşmaması üçün çalışırıq. Ali audit orqanlarının fəaliyyətinin məqsədi dövlət sektorunda maliyyə hesabatlılığını, intizamı gücləndirməkdir.
- Hesabatınızda və çıxışınızda aparılmış auditlərlə əhəmiyyətli pozuntuların aşkar edildiyi vurğulanıb. Bu pozuntuların qarşısını daha erkən ala bilərdinizmi? Başqa sözlə, postaudit deyil, preauditlər aparıla bilər? Bu barədə də millət vəkillərinin qeydləri oldu.
- Məlum olduğu kimi, ali audit orqanlarının Konstitusiyası hesab edilən Lima bəyannaməsinə əsasən postaudit ali audit orqanlarının mütləq vəzifəsidir. Lakin preaudit milli qanunvericilikdən irəli gəlir. Hazırda “Hesablama Palatası haqqında” Qanun preauditi birbaşa vəzifə kimi müəyyən etmir. Lakin Hesablama Palatası büdcə layihəsinə rəy verir. Bu vəzifə “ex-ante” (tədbirdən öncəki - red.) qiymətləndirilməsini ehtiva edir və hesabat ili ərzində bu vəzifəni icra etməklə 7 rəy vermişik.
Erkən aşkar edilmə ilə bağlı bildirim ki, hesabat ilində işğaldan azad olunmuş ərazilərin bərpasına ayrılmış vəsaitlərin auditi çərçivəsində davam edən layihələrin auditini həyata keçirdik. Bəzi obyektlər üzrə layihə smeta sənədlərinə yenidən baxılması, müqavilələrin azaldılması ilə bağlı məsələ qaldırmışıq. Hesab edirik ki, bu, dövlət vəsaitinə qənaəti formalaşdıracaq.
Bir məqamı da xüsusi vurğulamaq istəyirəm ki, tamamlanmamış layihələrin auditi zamanı praktikada bir sıra məqamlar ortaya çıxır, sənədləşmə yetərli olmur ki, nəticədə audit prosedurlarının aparılmasında çətinlik yaranır.
Ümumiyyətlə audit, ali audit orqanları (AAO) tərəfindən aparılan özbaşına bir fəaliyyət deyil. Bütün audit növlərinin, əhəmiyyətli mövzuların demək olar ki, hamısının beynəlxalq standartları, aparılma təlimat və metodikaları var. Biz də bu standart və təlimatlara uyğun qəbul etdiyimiz metodiki sənədlərlə audit aparırıq. Mövcud təcrübə preaudit metodikasının (standart, təlimat) geniş yayılmadığını göstərir.
Qeyd edək ki, preauditlə əldə oluna biləcək müsbət nəticələrə əslində qurumlar tərəfindən effektiv daxili nəzarət və daxili audit mexanizmlərinin qurulması ilə nail olmaq olar. Bunun üçün qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyacın olduğunu da deyə bilərik.
- Belə başa düşmək olar ki, nəinki maliyyə intizamı və idarəedilməsində, o cümlədən auditin aparılmasında da təkmil qanunvericiliyin rolu önəmlidir?
- Əlbəttə. Nümunə olaraq uyğunluq auditini deyə bilərik. Meyarların, yəni audit üçün əsas müqayisə bazası olan hüquqi aktların olması həm audit olunan quruma münasibətdə auditi aparan üçün önəmlidir. Bəzən xərc normaları ancaq büdcə təşkilatları ilə məhdudlaşır. Halbuki, bənzər xərci digər təşkilati formada olan dövlət vəsaitinin istifadəçisində də görürük.
Tənzimləmənin olması maliyyə sahəsindəki müxtəlif anlayışlara vahid yanaşmaya, dövlət vəsaitinin istifadəçilərinin nümayiş etdirməli olduqları peşəkarlığa, ümumiyyətlə maliyyə intizamına birbaşa təsir edir.
- Nəzarət tədbirlərinin nəticəsi kimi qurumların özləri tərəfindən hansısa intizam tədbirləri görülüb?
- “Hesablama Palatası haqqında” Qanundan da göründüyü kimi, nəzarət tədbirləri nəticəsində qəbul edilmiş qərarlarda audit obyektləri tərəfindən təqsirli şəxsləri müəyyən edərək uyğun məsuliyyətə cəlb edilməsi mütləq göstərilir.
Təqdim olunmuş məlumatların təhlili göstərir ki, məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərlə müqayisədə nisbətən yetərlidir. Hesablama Palatasına təqdim olunan məlumatlara əsasən, intizam məsuliyyətinə cəlb olunan əməkdaşların sayı 80 nəfər ətrafında olub. Bunu qənaətbəxş hesab etmirik. Bir məqama da toxunum. Bəzi qurumlarda rəhbər və maddi məsul şəxslər tamamilə dəyişdirilib.
Ümumi statistikaya gəldikdə isə, nöqsanlara yol vermiş şəxslər üzrə 9 audit obyekti tərəfindən görülən tədbirləri məqbul hesab etmək mümkün olsa da, dövlət büdcəsinə zərər hesablanmış və aidiyyəti istiqamətdə zərərin ödənilməsini təmin etmiş 13 audit obyekti tərəfindən əməkdaşlar demək olar ki, intizam məsuliyyətinə belə cəlb olunmamışdır. Bundan əlavə, məlum olduğu kimi, hesabat ilində 15 tədbir üzrə materiallar hüquq-mühafizə orqanlarına göndərilib ki, həmin orqanlar tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində tədbirlər görülür.
- İnformasiya sistemlərinin auditinin artırılması ilə bağlı Milli Məclisdə təklif səsləndirildi. Necə hesab edirsiniz, hazırda bunun aparılması üçün zəmin varmı?
- Zəminlə bağlı bildirim ki, əlbəttə ki, son dövrlər ölkədə bu sahədə işlər sürətləndirilir və yeni informasiya sistemləri yaradılır. Bu isə auditin aparılması üçün ilkin şərtləri formalaşdırır.
Hazırda Hesablama Palatası tərəfindən digər auditlər çərçivəsində informasiya sistemlərinin auditinin elementlərindən istifadə olunur. Belə ki, maliyyə və uyğunluq auditlərində 5 halda informasiya sistemlərinin auditi elementlərini tətbiq etdik. Bundan əlavə, “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində fəaliyyətin nəticəliliyini və səmərəliliyini qiymətləndirdik. Hesabata həmin auditin yekun nəticəsini daxil etmişik.
2024-cü ildə də informasiya sistemlərinin auditi sahəsində fəaliyyəti davam etdirəcəyik.
- İclaslarda auditlərin orta davametmə müddətinin uzandığı qeyd olundu. Bunu fəaliyyətinizə irad kimi qəbul edirsiniz? Uzanmaya nə səbəb olub?
- Orta davametmə müddətində artım müşahidə etmişik. Lakin bu, müsahibənin əvvəlində qeyd etdiyim audit fəaliyyətindəki ilklərlə bağlıdır. İstər konsolidə edilmiş maliyyə hesabatlarının auditi, istərsə də hökumət əsaslı DİM qiymətləndirməsi böyük zaman tələb edir. Sadaladığım bu auditlər əhatə olunan qurumların sayı baxımından digər auditlərdən əhəmiyyətli fərqlənir. Bu halda müddətin uzanması təbii haldır.
- Milli Məclisdə səsləndirilən fikirlər arasında səmərəlilik auditinin əhatə dairəsinin aşağı olması da var idi, buna münasibətiniz necədir?
- Hesabat ilində də, əvvəlki ildə olduğu kimi, 5 səmərəlilik auditi həyata keçirdik. Sayda dəyişiklik olmasa da, ümumi audit portfelində bu auditin payı artıb. Qeyd edildiyi kimi, əhatə azalıb.
Bir məqamı buradan vurğulamalıyam ki, bütün dünya ali audit orqanlarının əhatə dairəsini daha çox maliyyə və bəzi hallarda uyğunluq auditi üzrə ölçürlər. Məsələn, bununla bağlı bütün diaqnostik qiymətləndirmələrdə də əsas diqqət bu auditlərə yönəldilir.
Səmərəlilik (performans) auditlərində isə əhatə olunan vəsaitdən daha çox mövzunun cəmiyyət baxımdan aktuallığı diqqətə alınır. Ola bilər ki, layihənin və ya proqramın maliyyə tutumu çox aşağı olsun, lakin ictimai əhəmiyyətli olsun. İllik iş planının hazırlanması zamanı səmərəlilik auditlərinin seçilməsində bunu nəzərə alırıq. Daha bir məsələ isə bu auditlərin təsiri (yekun dəyəri) ilə bağlıdır. Bəzən bu auditlər üzrə nəticələr bərpa edilmiş dövlət vəsaitindən də daha əhəmiyyətli olur. Məsələn, ötən il keçirdiyimiz auditlər kifayət qədər nəticəli hesab oluna bilər. Biz də olan məlumata əsasən, hökumət tərəfindən atılan addımlar auditin nəticələri üzrə aşkarlanmış nöqsanların aradan qaldırılmasına xidmət edəcək.
- İllik iş planını qeyd etdiniz. Bilmək olar Hesablama Palatası qurumları və mövzuları necə seçir?
- “Hesablama Palatası haqqında” Qanununda təsbit olunur ki, iş planın seçilməsi zamanı risk qiymətləndirilməsi aparılır. Müxtəlif meyarlar var: dövr üzrə icra olunan vəsait, əvvəlki illərdə auditin keçirilməməsi, əvvəlki auditi ilə aşkarlanmış nöqsanların həcmi, strukturun mürəkkəb olması, mövzunun aktuallığı, maraqlı tərəflərdən təkliflərin gəlməsi və s.
Əlbəttə bizə hər gələn təklif əsasında nəzarət tədbiri də aparıla bilməz. Qeyd etdiyim kimi, seçim zamanı risk və resurs qiymətləndirilməsi ön plana çıxır.
Haşiyəyə çıxaraq bildirim ki, risk qiymətləndirilməsində elektron alətin istifadəsinə çalışırıq ki, bu da resurslarımızdan səmərəli istifadə xidmət edəcək.
Yeri gəlmişkən, bu məqamla bağlı bir yeniliyimiz də var. İnternet səhifəmizdə “Audit təklif et” bölməsi yaratmışıq. Hər kəs bu bölmə vasitəsilə asanlıqla mövzu təklif edə bilər. Risk qiymətləndirilməsindən sonra bu təkliflərdən bəzilərini iş planına daxil etməyi düşünürük.
- Bəzi millət vəkilləri tərəfindən DSMF, Sosial Xidmətlər Agentliyində auditlərin aparılması ilə bağlı təkliflər irəli sürüldü. Bunları iş planlarında nəzərə alacaqsınız?
- Bəli, deputatlarımızdan 2-si DSMF-də auditin aparılması ilə bağlı təklif irəli sürdü. Qeyd etmək istəyirəm ki, hazırda biz DSMF-də auditə başlamışıq. Mövzu Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirlərinin və xərclərinin icrasının, eləcə də sərbəst vəsaitlərinin idarə edilməsinin auditidir. Auditin iyun ayına kimi davam etməsi nəzərdə tutulur.
Naxçıvan Muxtar Respublikası üzrə Sosial Xidmətlər Agentliyinin də auditinə başlanılıb. Ölkə üzrə bu agentliyin auditinə gəldikdə isə, bu istiqamətdə auditorlarımız tərəfindən risk və resurs qiymətləndirilməsi aparıldıqdan sonra fikir irəli sürə bilərik.
- Dövlət sosial müdafiə, işsizlikdən sığorta büdcədənkənar dövlət fondlarının büdcəsinin icrasına rəyin verilməsi məsələsini də plenar iclasda qaldırdılar. Bu fondların büdcə icrasına rəyin verilməməsinin səbəbi nədir?
- Məlum olduğu kimi, həm “Hesablama Palatası” haqqında, həm də “Büdcə sistemi haqqında” qanunlar bu büdcələrə rəy verilməsi ilə bağlı mandatımızı müəyyən edib. Lakin bu fondların büdcəsinin icrasının qanunla parlamentdə təsdiq edilməsinə dair hüquqi tənzimlənmədə qeyri-müəyyənliklər var. İcra hesabatı parlamentə təqdim edilmir və bu səbəbdən biz bu fondların büdcəsinin icrasına rəy verə bilmirik. Buna baxmayaraq, biz bu fondların büdcə layihəsinə rəy veririk.
Eyni zamanda, audit etməklə bağlı mandatımız var, qeyd etdiyim kimi, 2024-cü ilin iş planına əsasən bu fondlardan birinin auditinə birinə artıq başlamışıq.
- Hesablama Palatasının bir rəyini maliyyə auditi üzərindən vermisiniz. Bunu digər rəylərdə niyə tətbiq etmirsiniz?
- Ümumiyyətlə bir faktı deyim ki, beynəlxalq təcrübədə büdcə icrasına dair rəylər əsasən maliyyə hesabatları və ya maliyyə auditi üzərindən verilir. Biz də keçən il bu yanaşmanı Dövlət Neft Fondunun (DNF) büdcəsinin icrasına tətbiq etdik və bu il də davam etdirmək niyyətindəyik. Yuxarıda qeyd etdiyim kimi, digər fondların büdcəsinin icrasına rəy vermirik. Lakin bu istiqamətdə maliyyə auditlərini planlaşdırmışıq.
Dövlət büdcəsinin icrasına dair rəyin audit üzərindən verilməsi isə bu sahədə aparılacaq islahat nəticəsində ola bilər. Büdcənin icrası ilə bağlı parlamentdə müzakirələrin vaxtının dəyişdirilməsi, ölkə üzrə illik konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanması və s. proseslərdən sonra bu ola bilər. Hələlik isə mövcud qanunvericilik çərçivəsində ildən-ilə dövlət büdcəsinin icrasına rəy verilənə kimi rəy verilən büdcə ili üzrə auditlərin əhatəsinin artırılmasına çalışırıq.
- Hesablama Palatası dövlət maliyyəsinin idarəedilməsində vacib yer tutan orqanlardan biridir. Bu sahə üzrə gələcək dövr üçün nə təklifləriniz var?
- Hesab edirik ki, dövlət maliyyəsinin idarəedilməsinin və ona nəzarətin təkmilləşdirilməsi üçün ilk növbədə qanunvericilikdə və institusional dəyişikliklərin aparılması zərurəti var. Mövcud qanunvericilik tam mənada bu sahənin təkmilləşdirilməsinə imkan vermir.
Hazırda ali audit orqanı olaraq dövlət maliyyəsinin idarəedilməsinin gücləndirilməsi üçün təkliflər üzərində işləyirik.
Xəbərin oxunma sayı : 994
Müsahibə
Xəbərlər
-
Dünyada yeni müharibə modeli – Bəşəriyyəti təhdid edən “peycer əməliyyatı“
-
“Uber“ sürücüsü həbs edildi: “Xanımdan xoşum gəlirdi“
-
Azərbaycanda yeni telekanal açılır - VİDEO
-
“Paşinyanın bəyanatı sağlam düşüncəyə ziddir“ - Zaxarova
-
Dövlət Xidməti türk iş adamını cərimələdi - Məhkəməyə müraciət etdi
-
“NATO-nun qapısı Ukrayna üçün açıqdır“ - Yens Stoltenberq
-
Ağdam Sənaye Parkında bir sıra zavodların açılışı oldu - FOTOLAR
-
“Rusiya bu il milyon yarıma yaxın PUA istehsal edəcək“ - Putin
-
Azərbaycanda abortla bağlı dəhşətli statistika - Əksəriyyəti gəncdir
-
Şamaxıda ata evli qızını zirzəmiyə həbs etdi - TƏFƏRRÜAT
-
Dərmanların qiyməti niyə bahadır? - VİDEO
-
İlham Əliyev Eyvazxanbəyli kəndinin təməlini qoydu – Fotolar
-
Boris Consondan təklif: “Ukrayna NATO-ya qəbul edilsin“
-
Müəllimlərin maaşı bu sxemlə HESABLANIR
-
Ölkəyə gətirilən donuz ətinin miqdarı artıb – Qiyməti açıqlandı
-
“AzerGold”da daha bir dəyişiklik - Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Əli Kərimlinin məhkəməsində qərar olmadı – İttihamçının vəkili etiraz etdi
-
Suraxanı rayonunda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlanıb - VİDEO
-
Azərbaycan 1 milyard dollara avtomobillər aldı - RƏSMİ
-
Kredit ödəyəndə diqqət edin: “MilliÖn“ faiz tutur
-
“Sirab”ın su sifarişlərindən şikayətlər - Şirkət müştəriləri günlərlə susuz qoyur
-
Avropa Parlamenti Rusiya ərazisinə zərbələrə icazə verməyə çağırır - Qətnamə qəbul edildi
-
Gənc oğlan əri ölən qadının evinə getdi, bıçaqlansa da əl çəkmədi: “Yalvardım“...
-
Bakıdakı “lənətlənmiş bina“ - Burada nikaha girənlər xoşbəxtlik tapmır? (FOTO)
-
Agentlik “Turizm Könüllüləri” İB ilə 200 minlik müqaviləni necə imzalayıb? – Müəmma
-
Xəzərdə qaçaq siqaret daşıyan iranlı saxlanıldı – VİDEO
-
Mustafayev 2 milyon dövlət vəsaitini necə mənimsəyib? - Yeni faktlar
-
Təhsil İdarəsinin müdiri qəbul etmədi, səs-küy saldı - Cərimə edildi
-
Leysan yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Az Pro İnşaat” şirkəti cərimələndi - Məcburi auditdən yayındığı görə
-
Xankəndidə separatçılığı belə məhv etdik - Antiterror əməliyyatından öncə atılan addımlar
-
“İran da Yaxın Şərqdəki müharibəyə qoşula bilər“ - Hakan Fidan
-
Nəcməddin Sadıkova 20 milyon ötürən dəstənin məhkəməsi olacaq – ŞOK FAKTLAR
-
Kosmetoloqların fəaliyyətinə nəzarət varmı? - ARAŞDIRMA
-
Dövlət Suverenliyi Günü hələlik iş günü hesab edilən bayram günü olacaq - RƏSMİ
-
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib - DETALLAR
-
Prezident və oğlu Ağdamda - Bərpa işləri ilə tanış olublar
-
Nəsimi rayonunda piyada səkisini kimlər zəbt ediblər? - VİDEO
-
Özəl tibb müəssisələrinə - Xəbərdarlıq
-
“Yeni və təhlükəli dövr başlayır” - ABŞ mediası
-
Elza bu televiziya kanallarını məhkəməyə verdi - “Anar müəllimi narahat ediblər...“
-
“Bolt” şirkəti cərimələndi - Gömrük qaydalarını pozduğuna görə
-
Dövlət Suverenliyi Günü təsis edildi - SƏRƏNCAM
-
“Sülh planımız tam hazırdı“ - Zelenski
-
Leysan yağıb, külək əsib - FAKTİKİ HAVA
-
Bakıda tələbə “Audi” ilə qəza törətdi - Ölən var
-
İsveç hərbi xərclərini artırır – NATO-nun tələbi
-
Türkiyədə unikal sağlamlıq imkanları ilə özünüzü mükafatlandırın - FOTOLAR
-
Bəzi parklardan attraksionlar niyə yığışdırılıb? - VİDEO
-
“Hizbullah“ın peycerləri hansı ölkənin istehsalıdır? - VİDEO
-
Paytaxtın 19 yolunda tıxac var – Siyahı
-
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək? - VİDEO
-
Qarabağdakı antiterror əməliyyatından bir il ötür
-
Toyların ən bahalı müğənniləri: 20 min manat istəyən də var – SİYAHI
-
Klublarımızın yay bazarlığı: Kim gəlib, kim gedib?
-
“WhatsApp”da daha bir yenilik: bu da asanlaşdı
-
Azərbaycanda təmizlik vasitələrinin qiyməti bahalaşdı - VİDEO
-
Dünyada COVID-in yeni variantı yayılır: Onun xüsusiyyətləri nələrdir?
-
Sabiq deputatın şirkəti nağdsız ödənişlərdən imtina edir: 3 dəfə cərimələnib - MƏBLƏĞ
-
Bu maşınlar kəskin bahalaşdı - Satmaq üçün əla fürsətdir
-
Fransanın Baş naziri: “Büdcədə vəziyyət son dərəcə ağırdır“
-
Sabah Bakının iki rayonunda qaz olmayacaq - Xəbərdarlıq
-
AXCP-dən istefa: Əli Kərimlinin daha bir yaxın adamı partiyanı tərk etdi
-
“Neftçi“idman direktoru ilə yollarını ayırdı - Qarşılıqlı razılıq əsasında
-
“Badamdar Hotel“ məcburi auditdən yayınıb - Cərimə olunur
-
Saakaşvili İvanişvilini vətənə xəyanətdə ittiham etdi – “Separatçı rejimləri tanıyacaq...”
-
“Xalq Kapital”ın biznes itkiləri durmadan artır - 140 milyon manatı ötüb
-
Livanda rabitə cihazları yenidən partladı - 100 nəfər xəsarət alıb
-
“Trendyol”dan gələn xəbərdarlıq mesajı çaşqınlıq yaratdı - Nə baş verir?
-
“Ermənistan BRİKS-ə qoşulmaq niyyətində deyil” - Paşinyan
-
Leyla Əliyeva Milli Qəhrəman Mübariz İbrahimovun ailəsini ziyarət edib - FOTOLAR
-
Müdafiə Nazirliyi “Qisas“ əməliyyatından görüntülər yaydı - VİDEO
-
Dövlət Agentliyi aftafa, çəkic, dırmıq alacaq - 400 minlik tender
-
Türkiyə konstitusiya dəyişikliyi məsələsində qərarlıdır - Ərdoğan
-
Bəzi rayonlara yağış yağıb - Faktiki hava
-
2 ildə 2 milyondan çox pul mənimsəyib - İlqar Mustafayevin həbsinin detalları
-
“Zapravka”ları bağlanan məşhur şirkət müflis olub? - milyonlarla manat geri götürüldü
-
Restoranda 2 nəfərin şam yeməyi neçəyə başa gəlir? – Müqayisə
-
“ABŞ rəsmilərinin qərəzli fikirləri ikitərəfli münasibətlərə mənfi təsir edir” – Rəsmi Bakı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bu ərazidə hərəkət tam məhdudlaşdırılacaq - Xəbərdarlıq
-
Azərbaycanda qızıl bahalaşdı - AÇIQLAMA
-
Şagirdlərə açıq havada dərs keçən müəllim işdən çıxarılıb – Rəsmi
-
“Ermənistan Fransa və Hindistanla hərbi-texniki sahədə sıx əməkdaşlıq edir“ - Qriqoryan
-
Leyla Əliyeva uşaq bağçasının açılışında - FOTOLAR
-
Fransa prezidentinin Ermənistana səfəri baş tutmaya bilər - “Hraparak”
-
“Yaxın Şərqdəki müharibənin genişlənməsi ilə bağlı səylər çox təhlükəlidir“ - Ərdoğan
-
Maaş, pensiya və müavinətlər artacaq - 2 milyard ayrıldı
-
Avropa ölkələrində “Aİ-95” markalı benzinin qiyməti – Tam siyahı
-
“Bu mövqe son dərəcə təxribatçı və təhlükəlidir“ - Dmitri Peskov
-
Kütləvi davada tələbəyə 5 xəncər zərbəsi vuruldu - VİDEO
-
Türkiyə ilə sərhədlər açılmalıdır - Paşinyan
-
Bakıda məşhur avtosalonun sahibi həbs edildi - TƏFƏRRÜAT
-
“Minsk qrupunun fəaliyyətinə son qoyulmalıdır“ - Hikmət Hacıyev
-
I sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul prosesi aktivləşdirilib
-
Bəzi rayonlarda leysan yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Ermənistana münasibətdə yeni Marşal planı hazırlanır“ - Prezidentin köməkçisi
-
ABŞ ilə münasibətlərə yenidən baxıla bilər - İrakli Kobaxidze
-
Məhkəmə “Araz Supermarket”i növbəti dəfə cərimələdi - SƏBƏB
-
Noyabrda ardıcıl 6 gün iş olmayacaq – QƏRAR
-
Ermənistanda dövlət çevrilişinə cəhd - “Onlar Rusiyada təlim keçiblər“ (VİDEO)
-
Dövlət Gömrük Komitəsi “Norm” şirkətini cərimələdi - SƏBƏB
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olundu - SƏRƏNCAM
-
“KTMT-də iştirak Ermənistanın suverenliyinə təhdiddir“ - Paşinyan
-
Livandakı peycer partlayışlarının arxasında İsrail dayanır – KİV
-
Dünyada karbon qazı emissiyaları rekord həddə çatıb - ARAŞDIRMA
-
Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır - VİDEO
-
I Qarabağ müharibəsinin daha dörd itkin şəhidi dəfn ediləcək - ADLARI + FOTO
-
Bu poliklinkalarda qrip əleyhinə vaksinasiya başlayıb - SİYAHI
-
İsrailin “telefon terroru“... - Niyə indi bunu etdi?
-
Tələbələrə nəqliyyatda güzəştlər ediləcək? - Rəsmi açıqlama
-
Hikmət Hacıyev diplomatik korpusun Kəlbəcərə səfəri ilə bağlı paylaşım etdi - VİDEO
-
Manatın məzənnəsi sabit qalacaq - Rəsmi
-
Bakıda bir sıra yollarda tıxac var – Siyahı
-
“Üçüncü Dünya müharibəsi başlayacaq” - Lukaşenko
-
Çempionlar Liqası: “Bayern”dən 9 qollu qələbə
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
Zığ gölünün ətrafında antisanitar vəziyyət hökm sürür - VİDEO
-
Ağ Evdən açıqlama: Peycerlərin partladılmasında biz iştirak etməmişik
TOP 10
ARXİV