“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Masazırda məktəb inşa edən şirkət sakinlərə problem yaradır - ŞİKAYƏT

Tarix 02.03.21, 15:14

Font ölçüsü : - / +
bitmap-img6


Abşeron rayonunun Masazır qəsəbəsinin Abşeron küçəsində (Yoncalıq) yeni məktəb tikintisini aparan şirkət sakinlərə problem yaradır. 
 
Qlobal.az-a verilən məlumata görə şirkətə məxsus ağır texnikalar iki il əvvəl təmirdən çıxmış küçənin asfalt örtüyünü məhv etməklə yanaşı, küçədən keçən kommunikasiya xətlərinə də ziyan verirlər. 
 
Mart ayının 1-də şirkətin texnikasının ərazidən keçən yüksək təzyiqli su xəttini sıradan çıxartması nəticəsində ərazini su basıb, əhali bir neçə saat susuz qalıb. 
 
Sakinlər qeyd edir ki, tikinti aparan şirkət işin əvvəlində bu qədər səhlənkarlıq edirsə, məktəbin tikintisi başa çatana qədər əraziyə saysız-hesabsız ziyan vuracaqlar. 
 
Sakinlərin sözlərinə görə inşaat işlərini aparan şirkət nədənsə adını gizli saxlayır, əraziyə məlumatlandırma löhvəsi vurmur. 
 
Məlumata görə 960 yerlik məktəb Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin tenderi əsasında inşa edilir. 
 
Qeyd edək ki, Təhsil nazirliyi sözügedən məktəbin layihə-smeta sənədlərinin hazırlanması işinə 154 min manat xərcləyib.

Məsələyə Təhsil nazirliyindən münasibət öyrənə bilmədik. 
 
Qarşı tərəf mövqe səriləyə bilər



Xəbərin oxunma sayı : 706




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap