|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Mehman Əliyev: “ABŞ-ın yeni səfiri tezliklə gəlməyəcək”
Tarix 19.03.18, 15:02 |
|
“Turan”ın direktorundan ABŞ, Rusiya və Azərbaycanla bağlı ilginc açıqlamalar
İllər boyu xarici ölkələrdə baş verən proseslərdə katalizator rolunu oynayan dünyanın supergücünün daxilində bu gün maraqlı və qəribə proseslər baş verməkdədir. Tramp administrasiyasında bir-birinin ardınca istefalar, hakim komandanın yenilənməsi prosesinin “dərinliklər”ə qədər gedib çıxması ciddi suallar ortaya çıxarıb. Paralel olaraq dünyanın digər qütbündə qərarlaşan Rusiya ilə bağlı cərəyan edənlər də müzakirə mövzularındandır. Bu iki dünya gücünün Azərbaycanda da kəsişən maraqlarının olması məsələyə həssas yanaşmamızı zəruri edir. “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevlə söhbətimizin məğzində bu dayanır.
- Mehman bəy, ABŞ-da nə baş verir? Ciddi kadrları ilə yollarını ayıran Donald Tramp bununla nə demək, nə etmək istəyir?
- Trampın hərəkətləri bütövlükdə nəticə olaraq ABŞ ictimai-siyasi həyatına yeni gündəm gətirdi. Yəni ənənəvi oturuşmuş siyasi istiblişmenti faktiki olaraq o, başsız eləyir. Çünki əslində Amerikada hakimiyyətə cəmiyyət nəzarət edir, bu, vacib instrumentdir, amerikanlar həmişə bunu üstün sayıb, qoruyublar. Amma son illər yavaş-yavaş oturuşmuş elita əmələ gəlib. Görürük ki, ata-bala Buşlar, Klintonlar və s. siyasi bir klub yaradıblar özləri üçün. Faktiki olaraq bir az cəmiyyətdən ayrılıblar və cəmiyyətin nəzarəti bunlardan yan keçir. Tramp öz gəlişi ilə o sistemi silkələyib. Tramp bilərəkdən media ilə savaşa getməklə medianın diqqətini hakimiyyətin üzərinə cəlb edib. Yəni medianın siyasətə marağı, hakimiyyətin üzərinə nəzarəti, aqressivliyi artıb, bunu Tramp eləyə bilib. Amerika mütəxəssisləri bunu mənimlə söhbətdə də deyiblər.
- Yəni Tramp heç də ağılsızlıqdan medianı özünə düşmən eləmir?
- Yox. Misal gətirirlər ki, Tramp prezidentlikdən qabaq ilk olaraq şəxsən “Nyu-York Times” və “Vaşinqton Post”un redaksiyalarına gedib. Seçiləndən sonra da ilk müsahibələrini məhz həmin qəzetlərə verib. Bununla da bildirib ki, “mən sizinləyəm, sizin dəstəyinizə ehtiyacım var”. Amma faktiki olaraq sanki bu media orqanlarını da tənqid edir. O mənada Tramp çox ciddi yenilik gətirib. Əslində biz son illərin prezidentlərinə diqqət etsək, Obama, Buş, Klinton və s. vaxtı ABŞ siyasətində bu ab-hava olmayıb. Lakin Tramp bunu edə bilib. O, siyasətdən gələn adam deyil, qubernator, konqresmen və s. olmayıb. Ancaq bu, biznesmen adamdır, lotu-potu kimi birdən gəlir, girir, başlayır davaya. Yəni bu, bir yenilikdir. Nə qədər tənqid də etsələr, Amerika siyasəti üçün vacib bir məqamdır.
- Bütün bunlar ABŞ və Rusiya arasında gərginliyin son həddə qalxdığı situasiyanın fonunda baş verir. Putinin növbəti dövr üçün prezident seçilməsindən sonra nələr baş verəcək?
- Rusiya 2013-cü ildən gizli, 2014-cü ildən açıq şəkildə ciddi böhrana girib, indi də böhran davam edir. Beynəlxalq maliyyə agentlikləri bildirirlər ki, artıq bu ildən başlayaraq Rusiyanın ümum-daxili məhsulunda 2 faizdən artıq artım olacaq. Rusiyada iqtisadi oyanış var və bu, sürətlənəcək. Amma real olaraq Rusiya uzun müddət problem içindədir. Putin də seçkiyə böhran şəraitində girib. ABŞ və Qərb üçün ilk növbədə Rusiyada stabilliyin qorunub-saxlanması vacibdir. Orada iki amil var. Bir tərəfdən təzyiq etməklə Rusiya cəmiyyətini Putin ətrafında səfərbər etmək. Çünki Putinin də gedişləri anti-Qərb gedişlərdir. Onu göstərmək istəyir ki, biz düşmənlər dairəsindəyik və bizi məhv etmək istəyirlər. Bu isə ölkəni səfərbər edir. İmperiya xalqı olan rus xalqında bu sistem işə düşür, nə qədər ac olsalar, onlar sanki mübarizə içindədirlər. İkinci məsələ ondan ibarətdir ki, tətbiq olunan sanksiyalar - sonuncu dəfə milyarderlərə qoyulan sanksiyalar - o deməkdir ki, Rusiyadan qaçan kapitallar təzədən ölkəyə qayıdır və Rusiya iqtisadiyyatına sərmayə kimi yatırılır. O da Rusiya iqtisadiyyatının dirçəlməsinə birbaşa təsir edir.
“Putin müəyyən dairələrə mesaj verir ki, mən hər kəsi hər yerdə tapıb cəzalandıra bilərəm”
- Adətən, ABŞ-dakı son seçkilərdə Kremlin Trampa gizli dəstəyindən bəhs olunurdu. Sizin arqumentlər isə o qənaəti yaradır ki, Tramp borcunu qaytarır və “təzyiq” dili ilə Putinə dəstək verir...
- Bəli, burda əsas məsələ Putin ətrafında stabilliyin qorunmasıdır. Çünki böhrandır və narazılıq böyükdür. İkincisi də daxili potensialın, qeyri-neft sektorunun işə salınmasına təkan verməkdən söhbət gedir, Rusiyada bu proses çox uğurla gedir. Sonuncu atılan addımlar da ona hesablanıb. Hətta Londonda baş verən hadisəni götürsək, kim vurub, necə vurub, başqa məsələ, amma fakt odur ki, bu da Putinin xeyrinə işləyir. Çünki Kadırovun bəyanatı var idi, dedi satqınlar bilməlidir onların aqibəti necə olacaq. Düzdür, vurğuladı ki, o, heç kəsə lazım deyildi, çünki işlənmiş “material” idi. Amma fakt odur ki, bu, satqındır, satqını gedib hardasa tapdılar, vurdular. Rusiya cəmiyyətində də bu işləyir, ruslar deyir aha, bu, belədir, düz elədilər. Bu, yenə də Putinin adına işləyir. O biri tərəfdən isə Putin müəyyən dairələrə xəbər verir ki, mən hər kəsi hər yerdə tapıb cəzalandıra bilərəm. Necə ki, iki gün əvvəl Londonda Berezovskinin biznes adamı olan bir müttəfiqini də asıb öldürüblər. Bunlar məhz seçki astanasında baş verdi və nəticə olaraq Putinin imicinin daha da güclənməsinə gətirib çıxarır. Mən sadəcə olaraq faktları və nəticələri deyirəm. O ki qaldı Tramp və Putin məsələsinə, problem nədir? Əslində Trampın Rusiyada çox böyük layihələri olub, ruslarla çox geniş münasibətləri var. Amerika siyasi dairələri və Trampın özü başa düşür ki, o, müəyyən qədər ruslardan asılı vəziyyətdə ola bilər. Ona qarşı rusların kompromatı da ola bilər. Odur ki, hansısa məsələdə ruslara birbaşa “yox” deyə bilmir, çünki asılıdır. Ona görə bu işi onun yerinə başqaları edir. Yəni Trampın üstünə düşməklə, onu sıxmaqla, onu Rusiya ilə əməkdaşlıqda günahlandırmaqla əslində onlar Trampı Rusiyadan qoruyurlar. Rusiya üçün vacibdir ki, Tramp prezident olsun, amma müəyyən çərçivəyə qədər. Çünki Trampın üstündə ABŞ siyasətçilərinin, cəmiyyətinin nəzarəti var. Onlar bu nəzarətin olduğunu nümayiş etdirirlər və deyirlər “yaxın gəlməyin!”
- Deməli, faktiki olaraq Tramp Putinə seçkiqabağı kapital qoymuş oldu, eləmi?
- Təbii ki. Putin bəs niyə Tillersona orden vermişdi? Yəni bu bağlar var. Ona görə də “Rusiya izləyir” və s. nəzarəti rusların bu məsələlərdən istifadəsinə, hansısa formada təzyiqinə imkan vermir. Əsas məsələ budur. Bu yolla Trampı qoruyurlar.
- Belə bir yanaşma var ki, 90-cı illərin əvvəllərində Ağ Ev Yeltsinə dəstək verməsə, Rusiya dağılacaqdı. İndi yenə də böhrana girmiş Rusiyaya “oksigen balonu” verilirsə, bu, son nəticədə köhnə imperiyanın dirçəldilməsinə aparmayacaqmı?
- Yox, heç cür. Çünki sovet imperiyasının bərpası üçün nə potensial var, nə Rusiyanın hansısa formada istəyi. Əslində hakimiyyətə gələndən Putinin birinci çağırışı o oldu ki, biz daxildə cəmləşməliyik. Rusiya özünün bütün layihələrini postsovet məkanından yığışdırdı. Məsələn, “LUKoyl” da payını satıb burdan getdi. O, payını aparıb Rusiyaya qoydu. Yəni Rusiya bu gün daha çox öz daxilində layihələri həyata keçirməyə, öz iqtisadiyyatını qaldırmağa səfərbər olunub. Onun əsas maraqları, tələbatları daxilə yönəlib. O hələ daxili həzm eləyə, stabilliyi təmin edə bilmir. İqtisadiyyatını, səviyyəni qaldırmalıdır. Onun gücü çatmır ki, gedib nəyisə qaldırsın və çiynində aparsın. Həm də Rusiya bu gün dünya iqtisadiyyatına daha ciddi şəkildə inteqrasiya olunur, nəinki sovetlər birliyinə. Rusiya əgər bu addımı atırsa, onun nəyinə lazımdır geridə qalmış postsovet ölkələri, neyləyəcək onlarla? Bu mənada Rusiya üçün hansısa formada nəyisə bərpa etmək istəyi yoxdur, görüntü də yoxdur. Hətta Nazarbayev, Lukaşenko vaxtilə hansısa formada ittifaq yaratmağı təklif edib, ruslar buna getməyib, heç vaxt da getməyəcəklər.
- Bir azdan Rusiya səfirliyi ilə yanaşı, ABŞ-ın ölkəmizdəki səfirliyi də səfirsiz qalacaq. ABŞ səfiri Robert Sekutanın Bakını tərk etməsinin gizli bir səbəbi varmı, sizcə?
- Əslində səfir vaxtında gedir. Bu, o deməkdir ki, ABŞ birbaşa burdakı seçkilərdə iştirak etmir, amerikanlar burda yoxdurlar. Belə desək, “əllərini yuyurlar”, aradan çıxırlar. Bu mənada vəziyyətə neytral qalırlar. Onlar başa düşürlər ki, əslində seçki qeyri-demokratik şəkildə keçirilir və s. Sadəcə olaraq bu prosesdə iştirak etmək, görünmək istəmirlər. Qısa dövrdə müəyyən bir vakuum olacaq. Seçkidən sonra, hər şey oturuşandan sonra yeni proseslər başlayacaq. Hesab edirəm ki, yeni səfir elə də tez gəlməyəcək, hardasa payıza yaxın gələ bilər, ondan tez olmaz. Hər şey ondan asılı olacaq ki, Azərbaycan hakimiyyəti, birinci növbədə prezident hansı siyasəti aparacaq və o siyasətə uyğun olaraq bura səfir gətiriləcək. Bu, o demək deyil ki, səfir gəlib öz siyasətini aparacaq. Sadəcə, yeni siyasətə uyğun olan səfir göndəriləcək. Hansı siyasət həyata keçiriləcək, o, artıq İlham Əliyevin gedişlərindən asılı olacaq.
- Seçkidən sonra yeni hökumətin qurulacağı barədə qənaətlər çoxalıb. Sizdə də gözlənti var?
- Mən hələ referendumda Qərb tərəfdən susqunluğun olduğunu demişdim. Biz məhz o dövrdən hesablamalıyıq ki, müəyyən bir razılaşma var. Baş verən indiki seçki prosesi də bunun nəticəsidir. Biz gördük ki, elan olunmuş seçkilərə də heç bir təpki, etiraz olmadı. Avropa Parlamentinin nümayəndələri mənimlə söhbətləri zamanı hətta deyirlər ki, prinsipcə sizdə vəziyyət Rusiyadan da yaxşıdır. Yəni seçki texniki seçkidir. Əslində bunlara çevik şəkildə seçki keçirmək və yeni situasiya yaratmaq lazımdır. Nəyə görə? Ona görə yox ki, məsələn, neftə görə. ABŞ-la razılaşdırılmış 12 yol xəritəsi mövcuddur. Avropa Birliyi ilə isə strateji müttəfiqlik haqqında saziş imzalanması prosesi gedir. Yəni hər iki tərəfə vədlər və razılaşma var.
- Deməli, Azərbaycan hökuməti Qərbə inteqrasiya etməkdə israrlıdır. Bəs, Rusiya bu prosesə sürpriz edə bilərmi?
- Yox. Əgər Ermənistan bunu edibsə... Hansı ki, İrəvan bütün nöqteyi-nəzərdən, iqtisadi, hərbi-təhlükəsizlik və başqa cəhətlərdən Rusiyadan çox asılıdır. Əgər Rusiya buna imkan və icazə veribsə, Azərbaycanın nə problemi ola bilər?
- ABŞ Konqresində erməni separatçısı Bako Saakyana yer verilməsi Azərbaycana təzyiq sayıla bilməzmi?
“Avropa Parlamentinin nümayəndələri mənimlə söhbətləri zamanı hətta deyirlər ki, sizdə vəziyyət Rusiyadan da yaxşıdır”
- Əslində bu kimi hallar Fransa da olmuşdu, daha əvvəl ABŞ-da da olub. Amma real vəziyyət var. ABŞ, Fransa, Rusiya vasitəçidir. Bu mənada prosesi tənzimləmək məqsədilə görüşlər keçirirlər. Lakin bu, o demək deyil ki, separatçını qəbul etdi və onu tanıyır. Biz gözləyirik ki, 2018-ci ildə Qarabağ məsələsi canlanmalıdır və sülh prosesi sürətlənməlidir. Çünki 2017-ci ildə buna təkan verilmişdi, canlanmanı gördük, prezidentlər də görüşdü. Ona görə üç ölkədə seçkilərin eyni vaxtda keçirilməsi də imkan yaradır ki, Qarabağ prosesi yaz aylarından canlanmağa başlayacaq.
- Bəs, yenidən 5 rayonun qaytarılacağı söhbəti barədə nə demək olar?
- Bundan əvvəl sülh sazişi imzalanmalıdır. Biz mərhələli həll yolunu istəyirik. Ermənilərsə qarantiya istəyirlər. Onlar deyir, nələrin veriləcəyi əksini tapsın. Amma beynəlxalq müşahidəçilər bu fikirdədir ki, status Azərbaycanın rəyi olmadan heç cür dəyişə bilməz. Yəni prosesdə bütövlükdə mərhələli həllə üstünlük verilir. Bu mənada proses bizim xeyrimizə gedir. Gözləntim odur ki, getdikcə sülh yolu ilə həll şansı daha da artır. Əslində regionda bölgü artıq baş verib. Yeni ittifaq, münasibətlər yaranır. Ermənistanın Avropa Birliyi ilə saziş imzalaması onu göstərir ki, əslində Rusiya da burada kompromisə gedir. Sabah Azərbaycan da bunu edəcək. Region kompromislər şəklində yavaş-yavaş oturuşur və bu da imkanlar yaradır. Sabah tərəflər problemi tezliklə həll etməyə maraqlı olacaq. Deyilir ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetməsi. Deməli, sintez nə ola bilər? Ancaq sərhədlər çərçivəsində bu ola bilər də. İlham Əliyev sonuncu dəfə təxminən Naxçıvan kimi muxtar respublika statusunu təklif etdi, bəlkə də ondan üstün. Qarabağ məsələsinin həllinin ondan başqa yolu yoxdur. Əslində problemin həlli demokratiyadan keçir. Nə zaman ki, burda da, orda da demokratiya oturuşacaq, onda nizamlama daha sürətli ola bilər. Lakin o vaxta qədər ciddi dəyişiklik gözləmirəm. Çünki Qarabağ özü də tərəflərə təzyiq vasitəsidir ki, “yavaş-yavaş dəyişin!” Ona görə də bu təzyiq vasitəsini əldən buraxmayacaqlar.
“Yeni Müsavat”
Xəbərin oxunma sayı : 556
Müsahibə
Xəbərlər
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
TOP 10
ARXİV