|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Mehman Əliyevin xanımından təsirli müsahibə: “Əvvəl bir özünüzə baxın, sonra Mehman haqqında danışın!“
Tarix 03.09.17, 4:33 |
|
«Heydər Əliyev iki il bir vəzifəni boş saxladı ki, Mehman Əliyev onu götürsün. Mehman Əliyev də müstəqil adamdır, heç vaxt deyiləni etməyib, öz amalı ilə yaşayıb, o vəzifəni qəbul etmədi. Ancaq Heydər Əliyevin ona çox böyük hörməti var idi. İndi qalanlar nə fikirləşirlər, fikirləşsinlər…».
Bütün bunları «Turan» İnformasiya Agentliyinin direktoru, vergidən yayınmaqda ittiham olunan, barəsində noyabrın 7-dək həbs-qətimkan tədbiri seçilən Mehman Əliyevin həyat yoldaşı Zemfira Əliyeva Azadlıq Radiosuna müsahibədə deyib.
AzFakt.com həmin müsahibəni oxucularına təqdim edir:
– Zemfira xanım, Mehman bəyin həbsi sizin üçün gözlənilməz idi, yoxsa əvvəldən özü sizi buna hazırlamışdı?
– Mən buna hazır idim. Bunu gözləyirdim. Onu həbs etməyə çalışanlar bunu çoxdan istəyirdilər. Qurduqları tələ alınmırdı, ya nədisə, yubanırdı. Amma mən onun həbsini gözləyirdim. Özümü də hazırlamışdım ki, o qədər tutulan, haqq-ədalət uğrunda saxlanılan oğullarımız, igidlərimiz var ki, onların ailəsindən, o analardan, gəlinlərdən biri də mən. Mən onlardan artıq deyiləm ki.
– Mehman Əliyev vergidən yayınmaqda ittiham olunur. Bir çoxu buna inanmır, beynəlxalq qurumlar hökuməti onu sərbəst buraxmağa çağırırlar. Siz bu ittiham haqda nə deyə bilərsiniz?
– Cəfəngiyatdır, quramadır, özlərinin də inanmadığı bu iş biabırçılıqdır. Bununla özlərini biabır edirlər, Azərbaycanın adına ləkə gətirirlər. Mehmanı bütün dünya tanıyır. Mehmanın idealist olmasını, millətinin, vətəninin, həqiqətin uğrunda, halallıq uğrunda vuruşduğunu hər kəs bilir. Mehmana bu ləkəni yaxırlar. Nə vergilər? Nə oyundur bu? Siz əvvəl bir özünüzə baxın, sonra Mehman haqqında danışın. Mehmanı xalq tanımır? Mehman mükəmməl bir şəxsiyyətdir. Çox adamların idealıdır. O, mənim həyat yoldaşım, başımın tacıdır. Mənim vüqarımdır. Mükəmməl bir oğuldur, mükəmməl atadır, mükəmməl şəxsiyyətdir, mükəmməl dostdur. Kimi aldadırlar? Xalq o xalq deyil. Xalq sadəcə səsini çıxara bilmir, səsini çıxaranlar həbsxanadadırlar. Səsini çıxaran olanda analar, gəlinlər, övladlar ağlayır. Bunun bir axırı olacaq?!.. Mehman vergidən yayınıb? Mehman kirayədə yaşayır. Mehmanın bu cəfəngiyatı uyduranlar kimi bəlkə villaları var, zavodları-fabrikləri, nələri-nələri var? Mehmanın hansı şəraitinə görə şübhələniblər? Hanı o pullar? Kirayə yaşayır, ona görə? 1990-cı ilin maşınını sürür ona görə? Mən hər sübh namazında «Quran»ı oxuyuram. Özü də Nəriman Qasımoğlunun tərcümə etdiyi «Quran»ı oxuyuram, demək olar, əzbər bilirəm. «Bəqərə» surəsində deyir ki, gözlərini kor, qulaqlarını kar, ürəklərini daş etmişəm, vaxt verirəm, günahları daha da artsın, o dünyada əməllərinə görə cavab verəcəklər. İnsan özü ilə nə aparır: «Allah rəhmət etsin», ya da «Allah lənət etsin».
– Qızınız necə qarşıladı atasının həbsini? O, gəncdir hələ.
– Demək olar, qızım da mənimlə eyni xasiyyətdədir. Mehmanın verdiyi, mənim verdiyim tərbiyəni götürüb. Mükəmməl şəkildə qarşıladı. Düzdür, ağladı, amma necə deyim, o, mənə dəstək durur, mən ona, o, mənə ürək-dirək verir, mən də ona. Məni bircə darıxdıran odur ki, hələlik Mehmanın atasına yalan danışıram. Onun 88 yaşı var, beş əməliyyat keçirib. Mehman bəlkə də onu yenidən dünyaya gətirdi, onun həkimi oldu. İndi fikirləşin, Allah bunu götürər? 88 yaşında, beş dəfə əməliyyat keçirən bir kişi oğlunun həbsinə necə dözsün? Hələlik aldadıram. Allah deyir ki, yalanla kiməsə kömək edirsənsə, qəbuldur. İndi Mehman bizə yazır ki, ona nələr lazımdır, nə alaq. Biz də onları aldıqca, stolun üstünə qoyuruq. Atası da görür ki, bu nədir. Mən də yavaş-yavaş deyirəm nələrisə. Əvvəlcə dedim ki, Mehman xaricdədir, indi deyirəm ki, «ata, Mehman bura gələndə saxlaya bilərlər». Deyirəm ki, «sən bilirdin oğlun haqq uğrunda vuruşur, bilirdik ki, axırı belə olacaq»…
– Deməli, Mehman bəy istəməsə də, onun həbs xəbərini artıq atasına da vermək istəyirsiniz?
– Verməyə bilməzdim. Mehman üçün hazırladığımız şeyləri stolun üstündə görür, soruşur ki, kimin üçündür. Bir də qohumların, yaxınların çoxuna demişəm ki, bizə gəlməyin, zəng də vurmayın, çünki atası şübhələnir… Mehmanı həddən çox adam sevir. Buzovnada adam qalmayıb bizə zəng vurmasın, dindarından, evdar qadınından tutmuş ziyalısına kimi. Hamı çox narahatdır. Hamı da bir sözü deyir: «Pərvərdigara, belə bir insana da əl qaldırmaq olar?». Onun həbsini Mehmana «əl qaldırmaq» kimi başa düşürlər. Hamısı da Mehmanın onlara etdiyi yaxşılıqlardan danışırlar, inanın danışdıqlarından xəbərim belə olmayıb. O, etdiyini dilinə gətirməzdi. Mehman ayrı Mehmandır. Hər bir qəlbdə yeri olan insandır. Onunla fəxr edirik. Dedikləri cəfəngiyyatdır, heç kim buna inanmır, inanmayacaq da. Haqq qalib gələcək. Buna görə də başı uca gəzirik. Mehmanın həbsdən sonra hörməti daha da artdı, tanımayanlar tanıdı. Ona görə əzilmirik, mübarizik, qüvvətliyik, güclüyük. Özümüzdən zəiflərdən – insanları həbsxanaya salanlardan, ciblərə narkotik atanlardan ucadayıq. Mehmana bircə onu deyərdim ki… Amma nə deyim? Səsimi eşitməyəcək ki. Yenə də möhkəm olsun. Bir dənə qorxuram səhhətində problem olsun, buna görə sıxılıram.
– Səhhətində hansı problemlər var ki?
– O, özünü ancaq idmana getməklə saxlaya bilirdi. Onurğa sütununda, kürəyində problemlər var, mədəsində problem var. Bir dənə buna görə narahatam. Yeməyə görə narahat deyiləm, yemək sevən deyil. Sizə bir şey danışım. Bizim bir itimiz var, adı "Layka"dır. Ona daha çox yazığım gəlir. Mehmanın maşınının səsini lap uzaqdan tanıyırdı. Dərhal bilirdi ki, gələn Mehmandır. İndi bütün günü yol gözləyir. Kim gəlsə görəcək ki, qapının küncündə oturub gözləyir. Onun halı mənə daha çox əziyyət verir.
– Mehman bəyin bu il 60 yaşı tamam olur və onun azadlığa buraxılması üçün bir neçə nəfər zamin durub, prezidentə müraciət edilib. Siz onun yubileyinə qədər sərbəst buraxılacağına inanırsınızmı?
– Nə bilim vallah. Mən də istərdim… Çox adam deyir ki, prezidentin bundan xəbəri yoxdur. Hətta adlar, ünvanlar deyilir ki, kimin sifarişidir. Mən də, necə deyim, ümid etmək istərdim, inanmaq istərdim ki, prezidentin bundan xəbəri yoxdur. Çünki məhz prezidentin imicinə xələl gətirən bir addımdır bu. İnşallah, təkcə Mehman yox, Mehman kimi haqq-ədalət uğrunda tutulan oğulların hamısı azadlığa buraxılar. Mehmanın 60 yaşını həbsxanada keçirməsi günahdır. Orda ad günü keçirməyəcək onsuz da. Oturub kitablarını oxuyacaq. Amma çox istərdik ki, 60 yaşında öz evimizdə olsun, balasının yanında olsun.
– Vaxtilə Mehman Əliyev mərhum prezident Heydər Əliyevi suda batmaqdan qurtarmışdı. Mehman bəy özü bu haqda danışmağı sevməsə də, o, həbs ediləndə çoxları həmin əhvalatı xatırlayaraq deyirdi ki, atasını xilas etdiyi halda İlham Əliyevin «Turan»ın direktorunun həbsinə göz yumması ədalətli deyil. Amma bəziləri hesab edir ki, bu cür yanaşma doğru deyil, istənilən halda Mehman Əliyev həbs edilməməli idi. Bu haqda siz nə düşünürsünüz?
– Vaxtında bunlar yazıldı, deyildi. Amma bunu yazanlar Mehmana sevgidən bunu xatırlayırdılar, bir daha onların yadına salırdılar. Onları bunda qınamaq olmaz. Mehmanı sevənlər yazıblar, pisliyinə yazmayıblar, olanı danışırlar. Bəlkə kiminsə yadından çıxıb?.. Heydər Əliyev də Heydər Əliyev idi. O, iki il bir vəzifəni boş saxladı ki, Mehman Əliyev onu götürsün. Mehman Əliyev də müstəqil adamdır, heç vaxt deyiləni etməyib, öz amalı ilə yaşayıb, o vəzifəni qəbul etmədi. Ancaq Heydər Əliyevin ona çox böyük hörməti var idi. İndi qalanlar nə fikirləşirlər fikirləşsinlər… O yazılanları dəstəkləyirəmmi? Hər halda, Mehmana istəkdən, bu məqam da nəzərə alınsın deyə, yazıblar.
Xəbərin oxunma sayı : 538
Müsahibə
Xəbərlər
-
Sosial sahəyə ayrılan vəsait artırılacaq? - AÇIQLAMA
-
“Həbsdə olmağımın səbəbini bilirəm” - Bəkir Orucovun məhkəməsi
-
Azərbaycanda 3 aya 51 milyon 36 min manatlıq narkotik ələ keçirib - HESABAT
-
NATO qoşunları Rusiya sərhədlərinə yaxınlaşır - Şoyqu
-
“COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək” - İlham Əliyev
-
Polisin “saxla“ əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
-
Hansı ölkə uşaq böyütmək üçün daha əlverişlidir? – Azərbaycan son onluqdadır
-
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü - Araşdırma aparılır
-
“Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var” - Prezident
-
Əhalinin nəzərinə! Tibbi arayışlarla bağlı yenilik, mayın 1-dən...
-
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
-
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - İlham Əliyev
-
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlandı - FOTO/VİDEO
-
Baydenin siyasətinə etiraz etdi – İstefa verdi
-
Tikilməkdə olan Laçın aeroportundan son görüntülər - VİDEO
-
NİİM əhaliyə müraciət etdi - VİDEO
-
“Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək“ - “Cümü“yə 18 il həbs verildi
-
Hərbi gəmilər, kater və vertolyotlar Xəzərdə hərəkətə gətirildi: Möhtəşəm təlimlərdən FOTO/VİDEO
-
Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var - FOTO
-
Qubada illərdir hökm sürən kanalizasiya problemi nə zaman həllini tapacaq? - VİDEO
-
Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB
-
Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA
-
Binəqədinin keçilməz yolları - VİDEO
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
TOP 10
ARXİV