“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Məmmədovun “Prado”sundan çıxanlar: İki tüfəng, turaclar, qaşqaldaq…

Tarix 08.08.25, 14:33

Font ölçüsü : - / +
bitmap-img6


Ovdan qayıdan şəxs həbs edilib. Onun avtomobilindən odlu silah, döyüş sursatları aşkar edilib.

Musavat.com xəbər verir ki, 45 yaşlı A.Məmmədov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.

Onun avtomobilinə baxış keçirilən zaman iki ədəd tüfəng və patronlar aşkar edilib.

İmişlidən ovdan qayıdan A.Məmmədov Qaradağ rayonu ərazisində idarə etdiyi 99-OV-500 qeydiyyat nişanlı “Toyota Prado” markalı avtomobilində saxlanılıb. Onun avtomobilindən 3 ədəd qaşqaldaq, bir baş yaşılbaş ördək və “Qırmızı kitab”a düşmüş 6 ədəd turac götürülüb.

İstintaq zamanı təqsirləndirilən şəxsin təbiətə vurduğu zərər 2002 manat olaraq hesablanıb.

Təqsirləndirilən şəxs bildirib ki, maşınından çıxan tüfənglərdən biri atasından yadigardır. Digəri isə qardaşına məxsus olub. Həmin silahlardan yalnız ova gedən zaman istifadə etdiklərini deyən A.Məmmədov əməlindən peşman olduğunu söyləyib.

Məhkəmə təqsirləndirilən şəxsi qanunsuz olaraq odlu silah saxlama, qanunsuz olaraq ov etməkdə təqsirli bilib. Məhkəmənin hökmü ilə himayəsində 6 övladı olan, onkoloji xəstəlikdən əziyyət çəkən A.Məmmədov 10 ay həbs cəzasına, 3 min manat cərimə cəzasına məhkum edilib.



Xəbərin oxunma sayı : 367




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap