| |
|
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Əhmədzadənin yerinə Sultan-zadə - Adnan Əhmədzanin yerinə keçən Rüfət Sultan-zadə kimdir?
“360Marcom“ MMC KOBİA üçün niyə bu qədər önəmlidir? - ARAŞDIRMA
Şirvanda qeyri-müəyyənlik - İlqar Abbasov Mehdiyevin güdazına gedə bilər...
Yaxın vaxtlarda MSK-da “təmizlik” gözlənilir - Ramiz Mehdiyevin adamlarından
Dövlət Gömrük Komitəsində kürsü savaşı - Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib
Prezidentin açılışını etdiyi Hövsan stadionunda Ticarət Mərkəzi tikilir - İcazə sənədi yoxdur?
Anar Əlizadə Azərbaycanı tərk edib - Adı Adnan Əhmədzadə işində hallanırdı
Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...
Tendersiz 53 milyonluq sifariş! - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı
250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? - 11 şübhəli var
Məmur atalarını işə salan ərköyün övladlar - Onlar kimlərdir?
Tarix 28.11.25, 20:27 |
|
Azərbaycanda vəzifəli şəxslərin, deputatların övladlarının davranışları vaxtaşırı ictimaiyyətin müzakirə obyektinə çevrilir. Son günlər deputat Günay Ağamalının qızı olduğu deyilən şəxsin boynunda xaç asaraq rəqs etdiyi görüntüləri paylaşması yada bənzər hadisələri salır.
Günay Ağamalı açıqlama verərək sözügedən qızın onun övladı olmadığını bildirsə də, Azərbaycanda məmur övladlarının davranışları, yaşam tərzi və nümayişkaranə addımları ilə bağlı nümunələr çoxdur.
Ataların bir misalı var: “Fərsiz övlad əldə altıncı barmaq kimidir, kəsərsən ağrıyar, saxlarsan eybəcər göstərər”.
“Qafqazinfo”nun budəfəki yazısı övladları ilə gündəmə gələn, belə deyək, sınanan məmurlar və deputatlarla bağlıdır.
Bakının keçmiş meri, daha sonra isə Baş nazirin müavini olmuş Hacıbala Abutalıbovun da ailəsində oxşar hadisə yaşanıb. Belə ki, İsrafil Abutalıbovun bir zamanlar radikal dini qruplardan biri ilə yaxınlaşdığı və həyat tərzini buna uyğun qurduğu iddia edilirdi. Yazılanlara görə dəbdəbəli həyatdan əl çəkən İ.Abutalıbov evdə valideynləri ilə mübahisələr edir, onu başa düşmələrini istəyirdi. Daha sonra onun əvvəlki radikal dini baxışlardan uzaqlaşaraq yenidən atasının biznesinin idarə olunmasında fəal iştirak etməyə başladığı deyilirdi.

Baş nazirin digər sabiq müavini Əli Həsənov da vaxtilə nəvəsinə görə mətbuatın gündəmində olub. Belə ki, Əli Həsənovun nəvəsi Nail Allahverdiyev 2017-ci il avqustun 3-də idarə etdiyi “Gelandewagen” markalı avtomobillə 2 nəfərin ölümü, 2-sinin isə xəsarət alması ilə nəticələnən qəza törətmişdi. Hadisədən sonra nəvə həbs olunmuş, baba isə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsini itirmişdi.

Övladına görə vəzifəsini itirən məmurlardan biri də sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur. Onun oğlu Vüqar 2013-cü ildə “Hammer” markalı maşınla qəza törədib, hadisə yerinə toplaşan insanların ünvanına təhqiramiz ifadələr işlətmişdi. Bundan sonra eks-nazirin oğluna məxsus “Çıraq” hoteli və onun bir neçə bahalı avtomobili yandırılmışdı. Hadisədən 10 ay sonra Füzuli Ələkbərov nazir vəzifəsi ilə vidalaşmışdı. İsmayıllının ovaxtkı icra başçısı Nizami Ələkbərov (Füzuli Ələkbərovun qardaşı) da vəzifəsindən azad edilmişdi.

Yaxın günlərdə övladı ilə bağlı müzakirələrə yol açan digər rəsmi isə Elman Nəsirovdur. Belə ki, deputatın ilk nikahından olan övladı sosial şəbəkədə video yayaraq atasını ona yardım göstərməməkdə ittiham edib. Parlamentarinin qızının sözlərinə görə, 4 yaşı olanda valideynləri ayrılıb və o, anası ilə birgə yaşayıb. 26 yaşlı xanım deyib ki, E.Nəsirov indiyədək onunla maraqlanmayıb, hətta toyunda da iştirak etməyib. Millət vəkili isə cavabında ilk nikahdan olan qızına ata-babadan 3-4 ev qaldığını bildirib.

Prezident Administrasiyasının sabiq rəhbəri, “boz kardinal” Ramiz Mehdiyev isə 2020-ci ildə ölkədə koronavirusa görə karantin rejimi tətbiq olunduğu halda, Novxanıda bağ evində qız nəvəsinə dəbdəbəli toy etdiyi üçün müzakirə obyektinə çevrilmişdi. Nəticədə həmin ildəki sanitar-epidemioloji vəziyyətin qaydalarına əməl etməyən məmur qonaqlar belə cərimələnmişdi.

Sabiq müdafiə sənayesi naziri, hazırda isə Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini olan general-polkovnik Mədət Quliyev də oğlu ilə sınanan məmurlardandır. Onun oğlu Murad Qulubəyli tez-tez qlamur həyatı ilə müzakirə yaradır. Belə ki, M.Qulubəylinin sosial şəbəkələrdə paylaşdığı fotolar ictimaiyyət tərəfindən birmənalı qarşılanmır.

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov isə “ayıyeyən” oğlu Anarla gündəmə gəlmişdi. Hadisə 2010-cu ildə baş verib. Belə ki, məmur oğlu dostları ilə Qəbələdəki restoranların birində qəfəsdə saxlanılan ayını kəsdirərək kabab edib yemişdilər. Həmin dönəmdə bu hadisə geniş rezonans doğurmuşdu.

İqtisadiyyat nazirinin müavini, SOCAR-ın sabiq prezidenti Rövnəq Abdullayev də oğluna görə müzakirə olunan məmurlardandır. Belə ki, 2019-cu ildə nazir müavinin oğlu Rəşad Abdullayevin İbiza adasında 1.3 milyon dollarlıq “Richard Mille 50-03 McLaren F1” markalı saatının oğurlanması gündəm yaratmışdı.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sabiq müavini, general-mayor Novruzəli Orucov da oğlu sarıdan qınanılan məmurlardandır. Övladı Rüstəm sürətli idarəetməyə görə ona irad bildirən avtobus sürücüsünü təqib edərək döymüşdü. Sürücünün şikayətindən sonra haqqında cinayət işi açılan məmur oğlu həbsə getmiş, atası isə işdən çıxarılmışdı.

Övladına görə vəzifəsindən olanlardan biri də Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovdur. Eks-rektor 2018-ci ildə səfir oğlu Anar Məhərrəmovun İspaniyada şərab biznesinə görə vəzifəsindən azad edilib. Anar Məhərrəmov özü isə 2021-ci ildə səfir kimi geri çağırılıb.
Məlumata görə, ovaxtkı rektorun oğlunun Azərbaycandan İspaniyaya uçduğu təyyarədə şərab dolu çəlləklər aparılıb və orada şüşələrə doldurularaq qeyri-qanuni şəkildə geri qaytarılıb. Sonra isə ispan şərabı adı ilə A.Məhərrəmova məxsus şadlıq evlərində, restoranlarda və digər ticarət nöqtələrində satılıb.

Bakı Lift-Təmir İstehsalat Birliyinin sabiq rəisi Qüdrət Şükürovun vəzifədən azad edilməsi də övladı ilə bağlı olub. Onun 2017-ci ildə ikinci dəfə ailə həyatı quran qızı Ayselə 400 min dollarlıq toy etməsi ciddi rezonans yaratmışdı. Bloqer kimi fəaliyyət göstərən Aysel Şükürova bu hadisə haqda sual ünvanlayan jurnalistə söyüşlə cavab vermişdi.

Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundov 2014-cü ildə “ziyafətlər kralı” kimi tanınan oğlu Murada görə gündəmə gəlib. Murad Axundovun sosial şəbəkələrdəki paylaşımları, öz ətrafı ilə Lacivərd sahillərdə, Marbelyuda, Dubayda əylənməsi, klubda “Crystal” şampanına bir neçə min dollar ödəməsi ictimaiyyətdə böyük müzakirə yaratmışdı.

Nəsimi rayon İcra Hakimiyyətinin sabiq başçısı, hazırda millət vəkili olan Asif Əsgərovun oğlu İlham Əsgərli də ağır avtoqəza törədib. 2014-cü ildə baş verən qəzada “McDonalds Azərbaycan”ın rəhbəri Maqsud Mirzəyevin avtomobildə olan oğlu Sənan Mirzəyev həyatını itirib. Hadisəyə görə İlham Əsgərli həbs olunsa da, onun məhbus həyatı uzun sürməyib. İ.Əsgərli 2015-ci ilin mayında məhkəmə zalında həbs edilmiş, ona 5 il 6 ay həbs cəzası verilmişdi. Ancaq qısa müddətdən sonra İlham Əsgərli səhhəti ilə bağlı azadlığa çıxmışdı.

Azərbaycanın dövlət və siyasi xadimi Afiyəddin Cəlilovun adını daşıyan yeniyetmə nəvəsinin çəkdiyi videolar da cəmiyyəti narahat edib. Nəvə Afiyəddinin 2024-cü ildə paytaxtın mərkəzində yaşlı qadını qucağına alması gündəm yaradan hadisələrdən olub.

IV çağırış Milli Məclisin deputatı Ayaz Orucov isə oğlunun özbaşınalığına görə mandatından olub. Oğlu İsmayıl Orucov Binəqədi rayonu, Azadlıq prospektində ağ rəngli “Gelandewagen”dən “Nissan Juke” markalı maşına 8 dəfə atəş açmışdı. Bu hadisədən sonra Ayaz Orucovun deputatlıq fəaliyyəti sonlandırmışdı.
.png)
Sabirabadın sabiq başçısı Nazim İsmayılovun da kiçik oğlu törətdiyi qəza ilə diqqət mərkəzinə düşüb. 2014-cü ildə atasının “Prado” markalı xidməti avtomobilini idarə edən oğul İsmayılov birdən-birə iki “VAZ 06” markalı “Jiquli”ni əzib. Maşınlardan biri yararsız hala düşüb.

Eks-deputat İqbal Məmmədov da oğlu ilə gündəmə gələn məmurlardan olub. Belə ki, 2019-cu ildə Lerikdə İqbal Məmmədova məxsus “Relax” istirahət mərkəzinə gələn polis və vergi işçilərini sabiq deputatın oğlu Mirhəmid və onun qohumları döyüblər. Həmin şəxslər bu hadisədən sonra həbs olunsa da, bir neçə ay sonra azadlığa çıxıblar.

Xəbərin oxunma sayı : 169
Sosial
Xəbərlər
-
Məmur atalarını işə salan ərköyün övladlar - Onlar kimlərdir?
-
Vəkilliyə qəbulla bağlı test imtahanında 224 nəfər uğurlu olub - SİYAHI
-
Dayə çalışdığı evdən 60 min oğurladı - VİDEO
-
“Maduro Türkiyədən siyasi sığınacaq almaq istəyir“ - “Washington Post“
-
Azərbaycanda dabaq xəstəliyinin yeni növü yayılır? - AÇIQLAMA
-
“Bütün üçüncü dünya ölkələrindən miqrasiyanı əbədi dayandıracağam” - Tramp
-
“Meqa Sığorta” şirkətindən narazılıq: Pul alır, amma pul vermir…
-
Zaur Mikayılov Yevlaxda vətəndaşlarla görüşdü - Fotolar
-
“Son ukraynalı ölə qədər savaşmağa hazırıq” - PUTİN
-
Dekabrda hava yağıntılı olacaq, temperatur düşəcək - AYLIQ PROQNOZ
-
Xətai rayonunda qanunsuz tikinti işləri aparılır - İcra başçısı bu qanuszuluğa necə icazə verib?
-
Sosial Xidmətlər Agentliyinin tenderi ləğv olunub - Qardaşın bacıs ilə sövdələşməsinə görə
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Hikmət Hacıyev NATO Baş Qərargahında görüş keçirdi - FOTO
-
“ABŞ Venesueladan narkotrafiklə “quruda“ mübarizəyə başlayacaq“ - Donald Tramp
-
Beyləqanda 67 yaşlı qadının yaşadığı evdə meyiti tapıldı - Boğularaq öldürülüb
-
Prezident yeni qanunu təsdiqlədi - Avtomobil nəqliyyatı ilə bağlı...
-
İran DÇ-2026-nın püşkatma mərasimində iştirak etməyəcək - ABŞ viza vermədi
-
Onkologiya sahəsini monopoliyaya alan deputata bağlı şirkət: 11 ayda 103 milyon pul...
-
Paytaxtdakı bu məktəb söküləcək - Yenisi tikiləcək
-
Naxçıvanda tələbənin qeyri-adi oğurluq planı: Anasının yaylığı və sapsız bel...
-
Xankəndidə terror törətməyə cəhd göstərən erməni... - İş məhkəməyə göndərilib
-
MİDA Yaşayış Kompleksindəki mənzilləri satışa çıxarıb - Bu qiymətlərə
-
DSX-nin əsgəri özünü güllələdi - Komandir ittiham olunur
-
Nazir bu quruma sədr müavini təyin etdi - FOTO
-
Şənbə günü hava necə olacaq? - XƏBARDARLIQ
-
Baş prokuror Sumqayıt və Qubadlı sakinlərini qəbul edəcək - Bu tarixdə
-
Putin Qırğızıstanda komuz çalmağa çalışdı - Maraqlı anlar + VİDEO
-
Musiqili Teatrda təhlükəli vəziyyət: Səhnəyə yanğına həssas material alınır
-
Qubanın bu kəndində sakinlər soyuqda qalmağa məcbur olublar - VİDEO
-
Nazir rəqəmləri açıqladı: “158 min nəfər işlə təmin edilib və...“
-
Bakıda məktəbin qarşısında sahibsiz küçə itləri qorxu yaratdı - VİDEO
-
İran ABŞ-ın hazırkı hökumətini dialoqa layiq tərəfdaş hesab etmir - Xamenei
-
Azərbaycanın ən çox yatırım edilən rayon və şəhərləri - SİYAHI
-
“Şamaxinka”da tıxaca görə dəyişiklik olunacaq - VİDEO
-
Zelenskinin ofisinin rəhbərinin mənzilində axtarış aparılır - Mənimsəmələrə görə
-
Azərbaycanda problemli kreditlərin həcmi artıb - VİDEO
-
“Yeni Klinika“nın 27 min manatlıq “məsləhət xidməti“: Qalib kimdir?
-
Kartları əhalidən alıb, qumarbazlara satdılar - Kiberpolisdən əməliyyat
-
Avtomobillərdə pultla idarə olunan şüşə örtüklərinin satışı qanunidir? - AÇIQLAMA
-
Səfirin transparan geyimi müzakirələrə səbəb oldu - VİDEO
-
Kredit faizləri əmanət faizlərindən dəfələrlə yüksəkdir - Siyahı
-
ABŞ tezliklə Venesuelaya qarşı quru əməliyyatına başlayacaq - Tramp elan etdi
-
Zəngilanın Məmmədbəyli kəndinə növbəti köç karvanı yola salınıb - Fotolar
-
“Bunu yaşayıb oxumuşam“ - Ayandan etiraf
-
Forum üçün Naxçıvana gəldi, qohumlarını tapdı - Video
-
Şabranda sürüşmə fəallaşıb, evlər təhlükə altındadır - VİDEO
-
4 ofisiant Ramiz Mehdiyevin arvadına görə ölübmüş? - İnanılmaz DETALLAR
-
Paytaxtın bu ərazilərində qaz olmayacaq - “Azəriqaz” məlumat yayıb
-
Bakıda məşhur biznesmenin evində qətl: “Qatil onu zorlamışdı?...“
-
Məcnun Məmmədov Gürcüstanda bir sıra görüşlər keçirdi - Fotolar
-
“Kontakt Home” borcunu vaxtında ödəməyib - 6,7 milyonu ötüb
-
Nazir bu idarəyə yeni rəis təyin etdi - Əmr imzalayıb
-
Əhməd İsmayılov Özbəkistan nümayəndə heyəti ilə görüşüb - FOTO
-
Arayik Harutyunyanın da vəkili müdafiə çıxışı etdi - Fotolar
-
Biz hansı əti yeyirik? - idxalla bağlı maraqlı rəqəmlər
-
Kamran Ağayevlə bağlı inanılmaz iddialar:Əhmədzadənin xalası oğlunun şirkəti qaçaqmalçılıq edir?..
-
Plastik cərrahalarla bağlı yeni qərar verildi - Nələr olacaq?
-
Azərbaycanda bu il uşaqlara ən çox qoyulan adlar - Siyahı
-
Xüsusi dərmanların qiymətinə bu qurum da rəy verəcək - Yeni qərar
-
10 il sonra qətlə görə tutulmuşdu - Hökm oxundu
-
Bu imtahan ödənişli olacaq - Baş nazirdən qərar
-
“Türkiyə ilə münasibətlərdə uyğunsuzluqlar var” - Rusiya XİN
-
Gəncədə minik maşını sərnişin avtobusu ilə toqquşub - Ölən və xəsarət alanlar var
-
Bakı “dona“ bilər - Hava ilə bağlı XƏBƏRDARLIQ
-
Ərdoğan Roma Papasını qəbul etdi - FOTOLAR
-
Vilayət Eyvazov Bakıda sıra baxışı keçirdi - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycana gələn Çin vətəndaşları villanı qarət etdilər: 357 min manatlıq oğurluq
-
Kəngərli və Ordubadda hərbi sursatlar aşkar edildi - VİDEO
-
Ərdoğan bu mükafata layiq görüldü - VİDEO
-
Mikayıl Cabbarov bu vəzifəyə yenidən seçildi - FOTO
-
Nazir İmişlidə vətəndaşları qəbul etdi - FOTOLAR
-
“Avropa İttifaqı Rusiya ilə birbaşa hərbi qarşıdurmaya hazırlaşır“ - Rəsmi Moskva
-
Hakimləri təhqir edən futbolçular, məşqçilər və klub rəsmisi - Cəzalandırıldı
-
Deputat Azər Badamovun Rusiyaya girişinə qadağa götürülüb? - Açıqlama
-
Məmmədli kənd sakini: “Üfunətdən evə girmək mümkün deyil“
-
“Gənclər bizim gələcəyimiz deyil, bu günümüzün aparıcı qüvvəsidir” - Adəm İsmayıl Bakuvi
-
Binəqədi rayonunda daha bir qanunsuz obyekt tikilir – İcazəni kim verib?
-
Son 4 ildə futbolçu satışından ən çox pul qazanan klublar - SİYAHI
-
Deputat Ülvi Quliyevin oğlu yenə tender qazandı - 31 milyonluq
-
Kiyevə bu halda təhlükəsizlik zəmanəti veriləcək - Ağ Ev
-
Astarada 2 nəfərdən 62 kq narkotik götürüldü - VİDEO
-
Prezident İlham Əliyev açılışda - FOTOLAR
-
Bu şəxslərə 4000 manat veriləcək - SİYAHI
-
Gələn il pensiyalar bu qədər olacaq - RƏSMİ
-
Stiv Uitkoffun Moskvaya səfəri qüvvədə qalır - Sergey Ryabkov
-
Böyükxanım Talıbova kimdir? - Mehriban Xanlarova yazır
-
Ali Məhkəmədə vəkillərlə görüş keçirildi - FOTOLAR
-
“TikTok“da qeyri-etik paylaşımlar edən şəxs həbs olunub - Foto
-
Cəlilabadda məişət tullantıları aylardır daşınmır - ŞİKAYƏT/ VİDEO
-
Hikmət Hacıyev İran XİN rəhbərinin müavini ilə görüşüb - Müzakirə
-
Azərbaycanda binanın blokunun uçma anı - VİDEO
-
Əcnəbilər sosial şəbəkələrdə narkotik satışı ilə “at oynadırlar” - VİDEO
-
Bakıxanov qəsəbəsində uşaq meydançasının yerində bina tikiləcək? - İDDİA
-
Masazır gölü qurudularaq maklerlər ev tikib satır - VİDEO
-
Vətən müharibəsi iştirakçısına müalicəsi üçün lazım olan dərmanları verilmir? - VİDEO
-
“Orbita“ MTK ilə vətəndaş arasında qalmaqal: “Rayondan qayıdanda gördük ki, mənzilimiz dağıdılıb“
-
Metroda intervalın azaldılması sıxlıq problemini həll edəcək? - VİDEO
-
Bu gün instaqramda nələr paylaşıldı? - FOTOLAR
-
Mbappe oyundan sonra hakimi söydü - La Liqada qalmaqal
-
Azərbaycanda ən az iş yerləri harada açılıb? - CƏDVƏL
-
Goranboyda yaşayış binası çökdü - Xəsarət alan yoxdu
-
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb - Müzakirə
-
Bu heyvan bazarları fəaliyyət göstərməyəcək - XƏBƏRDARLIQ
-
“Alov Qüllələri“nin ətrafında sürüşmə var - Səbəb araşdırılır
-
“Trampı sevirəm, ona simpatiyam var” - Mark Rutte
-
Bakıda SSRİ bayrağı qaldıranlar həbs edildilər - Məhkəmədən qərar
-
Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
“Videodakı mənim qızım deyil” - Deputat Günay Ağamalı
-
Ceyhun Bayramov Roma Papası ilə görüşdü - FOTO
-
Məcnun Məmmədov Gürcüstanda rəsmi səfərdədir - FOTOLAR
-
“Türkiyə Azərbaycanla hərbi əməkdaşlıq sahəsində əhəmiyyətli irəliləyişə nail olub“ - Müdafiə naziri
-
Qvineya-Bisauda çevriliş olub: Prezident həbs edildi
-
Müharibə ilin sonuna qədər bitə bilər - Mark Rutte
-
1 yaşınadək uşaq üçün 140 manat verilir - Müraciət qaydası
-
“Ordu 2027-ci ilə qədər müharibə hazırlığı vəziyyətinə gətiriləcək“ - Tayvan lideri
-
Bu gün ali xüsusi rütbə verilənlər kimdir? - DOSYE
-
“Nəriman həmişə kefsiz və qayğılıdır“ - Qurban Qurbanov
-
Azərbaycana ən çox bu ölkələrdən turist gəlir - SİYAHI
TOP 10
ARXİV




