Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Zelenskinin ofisinin rəhbərinin mənzilində axtarış aparılır - Mənimsəmələrə görə

Tarix 28.11.25, 11:06

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün səhər saatlarında Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakın hökumət məhəlləsindəki mənzilində axtarış aparılır.

APA xəbər verir ki, bu barədə “Ukrainskaya pravda”nın hadisə yerindəki əməkdaşı bildirib.

Axtarış "Mindiç işi" üzrə Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğunun (SAP) əməkdaşları tərəfindən aparılır. 

Qonçarenko bildirib ki, NABU Milli Təhlükəsizlik və Müdafiə Şurasının (SNBO) katibi, keçmiş müdafiə naziri Rüstəm Ömərova qarşı araşdırma aparır. Parlamentarinin sözlərinə görə, o, dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunur.

NABU son bir həftə ərzində enerji sahəsində korrupsiya işinin araşdırılması, o cümlədən danışıqların dinlənilməsi barədə məlumatları açıqlayıb. Bu işdə əsas müttəhim Zelenskinin keçmiş tərəfdarı, “Kvartal 95” studiyasının ortaq sahibi Timur Mindiçdir. Bundan sonra Ukraynada iki nazir istefa vermək məcburiyyətində qalıb. NABU və SAP-ın versiyasına görə, iş adamı Ukraynanın üç atom elektrik stansiyasının operatoru olan "Energoatom" dövlət müəssisəsində genişmiqyaslı korrupsiya sxemi quran cinayətkar qrupa rəhbərlik edib. Qrup üzvləri dövlət müəssisəsinin qarşı tərəflərindən onlarla bağlanmış müqavilələrin dəyərinin 10-15%-ni geri alıb. Bu vəsait Kiyevin mərkəzindəki bir ofisdə leqallaşdırılıb. Müstəntiqlər bildirilib ki, ümumilikdə təxminən 100 milyon dollar “yuyulub”. Mindiç Ukraynanı tərk edib, o, axtarışdadır.

Açıklama yok.




Xəbərin oxunma sayı : 103




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap