| |
|
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Əhmədzadənin yerinə Sultan-zadə - Adnan Əhmədzanin yerinə keçən Rüfət Sultan-zadə kimdir?
“360Marcom“ MMC KOBİA üçün niyə bu qədər önəmlidir? - ARAŞDIRMA
Şirvanda qeyri-müəyyənlik - İlqar Abbasov Mehdiyevin güdazına gedə bilər...
Yaxın vaxtlarda MSK-da “təmizlik” gözlənilir - Ramiz Mehdiyevin adamlarından
Dövlət Gömrük Komitəsində kürsü savaşı - Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib
Prezidentin açılışını etdiyi Hövsan stadionunda Ticarət Mərkəzi tikilir - İcazə sənədi yoxdur?
Anar Əlizadə Azərbaycanı tərk edib - Adı Adnan Əhmədzadə işində hallanırdı
Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...
Tendersiz 53 milyonluq sifariş! - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı
250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? - 11 şübhəli var
Biz hansı əti yeyirik? - idxalla bağlı maraqlı rəqəmlər
Tarix 27.11.25, 20:55 |
|
Dünya bazarında ət qiymətlərinin davamlı artımı əksər maldarlıq ölkələrini ixraca stimullaşdırır. Bu proses 4 ilə yaxındır işğalçı Rusiyaya qarşı döyüşən Ukraynadan da yan keçməyib. Ölkənin Süd İstehsalçıları Assosiasiyasının məlumatına görə, xüsusilə mal ətinə tələbatın artması Ukraynadan bu məhsulun ixracını stimullaşdırıb.
2025-ci ilin oktyabr ayında Ukrayna ixracatçıları xarici bazarlara 251 ton təzə və ya soyudulmuş mal əti tədarük ediblər. Göstərici bu ilin sentyabr ayı ilə müqayisədə 141 faiz, 2024-cü ilin oktyabr ayı ilə müqayisədə isə təxminən 417 dəfə (!) artıb. Bu məhsuldan əldə edilən gəlir 1,88 milyon dollar (sentyabr ayı ilə müqayisədə 203 faiz) təşkil edib. 2025-ci ilin əvvəlindən bəri dondurulmuş mal əti ixracının əsas istiqamətləri Türkiyə (44 faiz), Gürcüstan (25 faiz), İordaniya (16 faiz), Azərbaycan (10 faiz) və Moldova (5 faiz) olub.
2025-ci ilin oktyabr ayında Ukraynanın təbii dondurulmuş mal əti ixracının həcmi 1530 ton (sentyabr ayı ilə müqayisədə 30 artım) təşkil edib. Nağd gəlir təxminən 7,21 milyon dollar (+32 faiz) təşkil edib. 2025-ci ilin ilk 10 ayında dondurulmuş mal əti ixracı 15 330 tona (4 faiz artım) çatıb və dəyəri 64 milyon dollar olub (8 faiz artım). Əsas alıcılar Azərbaycan (33 faiz), Çin (28 faiz), Özbəkistan (16 faiz), Qazaxıstan (8 faiz) və Moldova (6 faiz) olub.
Göründüyü kimi, Azərbaycan Ukraynadan dondurulmuş mal əti alışında ən böyük paya malikdir. Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən bu ilin ilk 10 ayında Azərbaycana 90,1 milyon dollar dəyərində 38,6 min ton ət idxal olunub. Bu isə o deməkdir ki, ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 14,7 milyon dollar və ya 14 faiz, miqdar ifadəsində isə 9,7 min ton, yaxud 20,1 faiz azalıb. Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında ölkəyə 104,8 milyon dollar dəyərində 48,2 min ton ət idxal edilmişdi.
Bu ilin ilk 10 ayının nəticələrinə görə Azərbaycana idxal olunan ətin 1 kiloqramının orta idxal qiyməti 3 manat 97 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 3 manat 70 qəpik idi. Bu da illik müqayisədə 27 qəpik və ya 7,3 faiz bahalaşma deməkdir (FED.az).
Açıqlanan rəsmi statistikadan aydın olur ki, ət idxalında üstün pay toyuq ətinindir. Belə ki, Dövlət Statistika Komitəsinin hesabatına əsasən yanvar-sentyabrda ölkəyə idxal olunan 33,2 min ton ətin üst-üstə götürdükdə 20 min tonu məhz toyuq ətidir. Daha 1,5 min ton hindquşu əti idxal edilib.
Toyuq əti idxalında birinci yerdə Ukrayna, ikinci yerdə Belarus, üçüncü yerdə Gürcüstandır.
Mal ətinə gəlincə, doqquz ayda Azərbaycana 8,3 min ton mal əti idxal olunub. Bunun cəmi 100 tondan bir qədər artığı təzə və ya soyudulmuş, qalanı isə dondurulmuş məhsuldur. İdxal mənbəyinə gəlincə, mal ətinin 4,3 min tonu Ukraynadan, 2145,99 tonu Braziliyadan, 885,98 tonu Belarusdan, 842,98 tonu Hindistandan, qalanı Rusiya, İordaniya və bir neçə başqa ölkədən alınıb.
Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə Azərbaycana 8681,039 ton mal əti idxal olunmuşdu. İdxal mənbərləri üzrə bölgü təxminən eynidir.
Mal ətinin idxalı azalsa da, diri iribuynuzlu malların idxalında kəskin artım var. Əgər ötən ilin 9 ayında Azərbaycana 27 milyon 822,16 min dollar dəyərində 32 740 baş ətlik diri iribuynuzlu heyvan idxal olunmuşdusa, bu ilin eyni dövründə göstərici 72 milyon 87,74 min dollar dəyərlə 89 min 610 başa yüksəlib. Ötən il diri malı Rusiya, Gürcüstan və Qazaxıstandan, bu il onlardan əlavə az miqdarda Slovakiyadan almışıq.
Qeyd edək ki, Ukrayna Azərbaycan üçün ənənəvi ət idxalı bazarıdır. Hələ sovet dövründə maldarlığın yüksək inkişaf etdiyi Ukrayna ittifaq ölkələri üçün əsas ət mənbələrindən biri olub. Azərbaycan müstəqillik əldə etdikdən sonra da Ukraynadan mal, toyuq ətinin idxalını dayandırmayıb. Yalnız 2022-2023-cü illərdə Rusiyanın işğalçı hücumu ilə bağlı logistik zəncirlər pozulduğuna görə Ukraynadan Azərbaycana ət idxalında geriləmə qeydə alınıb. 2024-cü ildən idxal tamamilə bərpa olunub, artan dinamika nümayiş etdirməkdədir.
Ukraynada maldarlıq daha çox təbii üsulla inkişaf etdiyinə görə Azərbaycan üçün bu ölkədən ət almaq daha təhlükəsiz hesab oluna bilər. Məsələn, GMO yemlərin dünyada ən çox tətbiq olunduğu Braziliyadan, yaxud Azərbaycana qeyri-dost münasibəti sərgiləyən Hindistandansa, ətin Ukraynadan alınması əhalinin qida təhlükəsizliyi baxımından daha səmərəlidir. Bu, həm də nəqliyyat xərclərinin az olması baxımından Azərbaycan üçün sərfəlidir.
O ayrı məsələdir ki, kənd təsərrüfatı ölkəsi sayılan Azərbaycan niyə ət təminatında getdikcə daha böyük ölçüdə idxaldan asılı hala gəlir? Burada söhbət yalnız ət deyil, həm də ətlik istiqamətli diri heyvan idxalından gedir.
Aydındır ki, dondurulmuş əti adətən əhali deyil, əsasən kolbasa-sosiska, konserv istehsalı, qismən isə ictimai iaşə müəssisələri istehlak edirlər. İdxal da onların istehsal və istehlak tələblərinə uyğun artıb-azalır.
Amma diri heyvanlar - 5-6 aylıq dana və quzular bilavasitə az müddətdə bəslənərək kəsimə verilmək üçün idxal olunur. Bu idxalın kəskin artımı yerli istehsalı daxili tələbatı təmin edə bilməməsindən qaynaqlanır. Yerli istehsalı getdikcə azalması isə məqsədyönlü siyasətin nəticəsi hesab oluna bilər. Söhbət ilk növbədə son 10 ildə qoyunçuluğun və maldarlığın iflasına gətirib çıxaran, bitkiçiliyə hesablanmış aqrar inkişaf siyasətindən gedir. Məhz bu siyasət nəticəsində əsas heyvadarlıq rayonlarında sürülərin qışlaq əraziləri etirazlara, sağlam analizlərə baxmadan əkin altına verilib. Neft qiymətlərinin kəskin azalması nəticəsində valyuta gəlirlərinin sürətlə düşməsi qısa müddətdə ölkəyə valyuta gətirə biləcək sahələrin inkişafını zəruri edirdi. Çox təəssüflər olsun ki, hökumət asanına yönələrək belə sahələr kimi bitkiçiliyi önə çəkdi. Nəticədə, yüz minlərlə baş qoyun və mal-qara sürüləri otlaq-qışlaqsız qalaraq məhv edildi. Rəsmi statistika bu prosesi aydın göstərir: son 5 ildə Azərbaycanda iribuynuzlu mal-qaranın və keçi-qoyunların sayı hər il azalaraq ən aşağı həddə düşüb. Dövlət Statistika Komitəsinin (DSK) rəqəmlərinə əsasən 2025-ci il yanvarın 1-nə ölkədə olan iribuynuzlu mal-qaranın sayı 2 milyon 465,6 min baş, 2024-cü il yanvarın 1-nə 2 milyon 507,7 min baş, 2023-cü il yanvarın 1-nə 2 milyon 618,1 min baş, 2022-ci il yanvarın 1-nə 2 milyon 648,8 min baş, 2021-ci il yanvarın 1-nə 2 milyon 650,7 min baş, 2020-ci il yanvarın 1-nə isə 2 milyon 646,6 min baş olub.
Eyni zamanda 2025-ci il yanvarın 1-nə ölkədə olan qoyun-keçilərin sayı 6 milyon 896,5 min baş, 2024-cü il yanvarın 1-nə 7 milyon 60,6 min baş, 2023-cü il yanvarın 1-nə 7 milyon 751,7 min baş, 2022-ci il yanvarın 1-nə 7 milyon 899,7 min baş, 2021-ci il yanvarın 1-nə 8 milyon 89,7 min baş, 2020-ci il yanvarın 1-nə 8 milyon 189,2 min baş olub.
Bu statistikadan aydın olur ki, 5 ildə qoyun-keçi sayında 1,5 milyon başa yaxın, mal-qara sayında isə 200 min başa yaxın azalma olub.
Hökumət rəsmiləri fərdi heyvandarlıqdan iri təsərrüfatlara keçid olacağını, tezliklə iri və cins heyvandarlıq qurumlarının ölkənin təminatında aparıcı yerə çıxacağını vəd etsələr də, bu, reallaşmadı. Kor-koranə məhv edilən qoyun sürülərindən alınacaq məhsulun əvəzini isə idxal quzuları hesabına doldurmağa başladılar. Sərhəd bölgələrdə yaşayan fərdi şəxslər Rusiya, Gürcüstan, hətta Qazaxıstandan 5-6 aylıq dana və quzuları gətirib, 3-4 ay baxdıqdan sonra kəsib satmağa, yaxud elə baxımsız satmağa başladılar. Bu işin qazanc gətirdiyini görən inhisarçı qruplar dərhal ona əl qoydular. 2020-ci il koronavirus pandemiyasından etibarən Gürcüstan və Rusiya ilə quru sərhədinin bağlanması onlar üçün göydəndüşmə fürsətə çevrildi: fərdi şəxslərin öz avtomobilləri ilə sərhədi keçməsi qadağan edildi, nəticədə kiçik bir qrup hər iki ölkədən diri heyvan idxalını tam əlinə aldı. Hansı ki, belə idxal fantastik sürətlə artır. Dövlət Statistika Komitəsinin məlumatından aydın olur ki, 2025-ci ilin yanvar-sentyabrında Azərbaycana xaricdən 29 milyon 814,22 min dollar dəyərində 271 min 971 baş diri qoyun (ətlik istiqamətli quzular) idxal olunub. Bu, ötən ilin eyni dövründəki idxalla müqayisədə dəyər baxımından 2,2 dəfədən çox, say baxımından isə 1,9 dəfədən çox artım deməkdir.
Xatırladaq ki, 2024-cü ilin yanvar-sentyabrında ölkəyə 13 milyon 396,38 min dollar dəyərində 139 min 719 baş quzu idxal olunmuşdu.
Azərbaycanın ət bazarı sürətlə idxal asılılığı və inhisar nəzarəti kimi mənfi təsirlərin altına düşməkdədir. Hökumətin bundan narahatlıq keçirdiyi isə müşahidə olunmur...
“Yeni Müsavat”
Xəbərin oxunma sayı : 82
Sosial
Xəbərlər
-
“Bunu yaşayıb oxumuşam“ - Ayandan etiraf
-
Forum üçün Naxçıvana gəldi, qohumlarını tapdı - Video
-
Şabranda sürüşmə fəallaşıb, evlər təhlükə altındadır - VİDEO
-
4 ofisiant Ramiz Mehdiyevin arvadına görə ölübmüş? - İnanılmaz DETALLAR
-
Paytaxtın bu ərazilərində qaz olmayacaq - “Azəriqaz” məlumat yayıb
-
Bakıda məşhur biznesmenin evində qətl: “Qatil onu zorlamışdı?...“
-
Məcnun Məmmədov Gürcüstanda bir sıra görüşlər keçirdi - Fotolar
-
“Kontakt Home” borcunu vaxtında ödəməyib - 6,7 milyonu ötüb
-
Nazir bu idarəyə yeni rəis təyin etdi - Əmr imzalayıb
-
Əhməd İsmayılov Özbəkistan nümayəndə heyəti ilə görüşüb - FOTO
-
Biz hansı əti yeyirik? - idxalla bağlı maraqlı rəqəmlər
-
Kamran Ağayevlə bağlı inanılmaz iddialar:Əhmədzadənin xalası oğlunun şirkəti qaçaqmalçılıq edir?..
-
Plastik cərrahalarla bağlı yeni qərar verildi - Nələr olacaq?
-
Azərbaycanda bu il uşaqlara ən çox qoyulan adlar - Siyahı
-
Xüsusi dərmanların qiymətinə bu qurum da rəy verəcək - Yeni qərar
-
10 il sonra qətlə görə tutulmuşdu - Hökm oxundu
-
Bu imtahan ödənişli olacaq - Baş nazirdən qərar
-
“Türkiyə ilə münasibətlərdə uyğunsuzluqlar var” - Rusiya XİN
-
Gəncədə minik maşını sərnişin avtobusu ilə toqquşub - Ölən və xəsarət alanlar var
-
Bakı “dona“ bilər - Hava ilə bağlı XƏBƏRDARLIQ
-
Ərdoğan Roma Papasını qəbul etdi - FOTOLAR
-
Vilayət Eyvazov Bakıda sıra baxışı keçirdi - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycana gələn Çin vətəndaşları villanı qarət etdilər: 357 min manatlıq oğurluq
-
Kəngərli və Ordubadda hərbi sursatlar aşkar edildi - VİDEO
-
Ərdoğan bu mükafata layiq görüldü - VİDEO
-
Mikayıl Cabbarov bu vəzifəyə yenidən seçildi - FOTO
-
Nazir İmişlidə vətəndaşları qəbul etdi - FOTOLAR
-
“Avropa İttifaqı Rusiya ilə birbaşa hərbi qarşıdurmaya hazırlaşır“ - Rəsmi Moskva
-
Hakimləri təhqir edən futbolçular, məşqçilər və klub rəsmisi - Cəzalandırıldı
-
Deputat Azər Badamovun Rusiyaya girişinə qadağa götürülüb? - Açıqlama
-
Məmmədli kənd sakini: “Üfunətdən evə girmək mümkün deyil“
-
“Gənclər bizim gələcəyimiz deyil, bu günümüzün aparıcı qüvvəsidir” - Adəm İsmayıl Bakuvi
-
Binəqədi rayonunda daha bir qanunsuz obyekt tikilir – İcazəni kim verib?
-
Son 4 ildə futbolçu satışından ən çox pul qazanan klublar - SİYAHI
-
Deputat Ülvi Quliyevin oğlu yenə tender qazandı - 31 milyonluq
-
Kiyevə bu halda təhlükəsizlik zəmanəti veriləcək - Ağ Ev
-
Astarada 2 nəfərdən 62 kq narkotik götürüldü - VİDEO
-
Prezident İlham Əliyev açılışda - FOTOLAR
-
Bu şəxslərə 4000 manat veriləcək - SİYAHI
-
Gələn il pensiyalar bu qədər olacaq - RƏSMİ
-
Stiv Uitkoffun Moskvaya səfəri qüvvədə qalır - Sergey Ryabkov
-
Böyükxanım Talıbova kimdir? - Mehriban Xanlarova yazır
-
Ali Məhkəmədə vəkillərlə görüş keçirildi - FOTOLAR
-
“TikTok“da qeyri-etik paylaşımlar edən şəxs həbs olunub - Foto
-
Cəlilabadda məişət tullantıları aylardır daşınmır - ŞİKAYƏT/ VİDEO
-
Hikmət Hacıyev İran XİN rəhbərinin müavini ilə görüşüb - Müzakirə
-
Azərbaycanda binanın blokunun uçma anı - VİDEO
-
Əcnəbilər sosial şəbəkələrdə narkotik satışı ilə “at oynadırlar” - VİDEO
-
Bakıxanov qəsəbəsində uşaq meydançasının yerində bina tikiləcək? - İDDİA
-
Masazır gölü qurudularaq maklerlər ev tikib satır - VİDEO
-
Vətən müharibəsi iştirakçısına müalicəsi üçün lazım olan dərmanları verilmir? - VİDEO
-
“Orbita“ MTK ilə vətəndaş arasında qalmaqal: “Rayondan qayıdanda gördük ki, mənzilimiz dağıdılıb“
-
Metroda intervalın azaldılması sıxlıq problemini həll edəcək? - VİDEO
-
Bu gün instaqramda nələr paylaşıldı? - FOTOLAR
-
Mbappe oyundan sonra hakimi söydü - La Liqada qalmaqal
-
Azərbaycanda ən az iş yerləri harada açılıb? - CƏDVƏL
-
Goranboyda yaşayış binası çökdü - Xəsarət alan yoxdu
-
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb - Müzakirə
-
Bu heyvan bazarları fəaliyyət göstərməyəcək - XƏBƏRDARLIQ
-
“Alov Qüllələri“nin ətrafında sürüşmə var - Səbəb araşdırılır
-
“Trampı sevirəm, ona simpatiyam var” - Mark Rutte
-
Bakıda SSRİ bayrağı qaldıranlar həbs edildilər - Məhkəmədən qərar
-
Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
“Videodakı mənim qızım deyil” - Deputat Günay Ağamalı
-
Ceyhun Bayramov Roma Papası ilə görüşdü - FOTO
-
Məcnun Məmmədov Gürcüstanda rəsmi səfərdədir - FOTOLAR
-
“Türkiyə Azərbaycanla hərbi əməkdaşlıq sahəsində əhəmiyyətli irəliləyişə nail olub“ - Müdafiə naziri
-
Qvineya-Bisauda çevriliş olub: Prezident həbs edildi
-
Müharibə ilin sonuna qədər bitə bilər - Mark Rutte
-
1 yaşınadək uşaq üçün 140 manat verilir - Müraciət qaydası
-
“Ordu 2027-ci ilə qədər müharibə hazırlığı vəziyyətinə gətiriləcək“ - Tayvan lideri
-
Bu gün ali xüsusi rütbə verilənlər kimdir? - DOSYE
-
“Nəriman həmişə kefsiz və qayğılıdır“ - Qurban Qurbanov
-
Azərbaycana ən çox bu ölkələrdən turist gəlir - SİYAHI
-
Siyəzəni abadlaşdıracaq “Safari“: Keçmiş nazirin oğlunu şirkətlə nə bağlayır?
-
Nar ixracı 25 faiz artıb - Bu il xaricə 20,5 milyon dollarlıq nar satılıb
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Türkan-1“ yatağında qanunsuz istismar - Dövlətə 7224 manat ziyan dəyib
-
ABŞ Ər-Riyada “F-35“in baza versiyasını tədarük edəcək - “Axios“
-
İki nazir müavininə yeni rütbə verildi - SƏRƏNCAM
-
Deputat Günay Ağamalının qızının görüntüləri müzakirə yaratdı - Paylaşımlar silindi (FOTO)
-
Prezident pul ayırdı: Bu idmançılar və məşqçiləri mükafatlandırılacaq
-
Avropa ölkələri Ukraynaya maliyyə yardımı üçün yeni plan hazırlayırlar - “Politico“
-
Düşmənin dayaq məntəqəsində 5 ildən sonra nələr tapıldı? - VİDEO
-
Kirayə evlərdən tutulacaq vergi: proses necə olacaq?
-
Pakistan vətəndaşı “Park Bulvar“da oğurluq etdi - Həbs olundu
-
“Uyğun bir vaxtda Azərbaycana getməyə hazıram“ - Simonyan
-
“Sədərək“ istiqamətində yolda dəmirlər var - Təkərləri partladır
-
Azərbaycanlı müğənnilərin toy qiymətləri: Yarım saatı 10 min... (FOTO)
-
“Port Car“ şirkətindən yarım milyonluq dələduzluq: “Hamımız əlacsız vəziyyətdə gözləyirik“
-
General məhkəməyə gələcək - Proses mediaya qapadıldı
-
İsrail antiterror əməliyyatına başladı - İordan çayının qərb sahilində
-
Naxçıvandan keçən dəmir yolunun tikintisinə başlanılacaq - Açıqlama
-
Bakıda 17, rayonlarda 20 dərəcə isti olacaq - Sabahın havası
-
Polisin saxladığı İbrahim Əsədli tanınmış həkim imiş - FOTOLAR
-
Yasamalda evlər plana düşdü: 2700 manat kompensasiya ödəniləcək
-
“Qarabağ“ İtaliya nəhənginə məğlub oldu - Bu qədər qazancı əldən verdi
-
Abşeronda məşhur bağ massivinin sakinlərindən toyuq fermasından şikayət - VİDEO
-
Hindistan Rusiya neftini almağın yolunu tapıb - “Bloomberg“
-
Bakıda arvadını bıçaqlayaraq Çinə qaçdı - 2 gün sonra tutuldu
-
Ən zərərli kolbasa növləri - Həkimlərdən ciddi xəbərdarlıq
-
Müharibə hələ bitməyib, Ukraynanın gündəlik müdafiə dəstəyinə ehtiyacı var - Zelenski
-
Bakıda SSRİ bayrağı qaldıranlar həbs olunub - VİDEO
-
Hər şey plana uyğun gedirdi... - Qurban Qurbanov
-
“ABŞ-nin Ukrayna ilə bağlı sülh planı ixtisar edilib“ - Donald Tramp
-
Bakıxanov qəsəbəsində uşaq meydançasının yerində bina tikiləcək? - İDDİA
-
BDU-nun bufetindən yayılan görüntülər müzakirələrə yol açdı - VİDEO
-
Pərvanədən yeni doğulan körpənin DNT analizi istənilibmiş - Cinayətin DETALLARI
-
“Ukrayna və ABŞ prezidentləri noyabrın 27-də Vaşinqtonda görüşəcəklər“ - Andrey Yermak
-
Ambulator şəraitdə yazılan bəzi dərmanlar tibbi sığorta hesabına qarşılanacaq - VİDEO
-
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
-
Qadın iş yerinin önündə bıçaqlandı - Qardaşı saxlanıldı
-
Tramp Maduroya zəng etməyi planlaşdırır - “Axios”
-
Restoran və şadlıq evlərində reydlər keçiriləcək - Xəbərdarlıq
-
Gürcüstan 20 gündür Azərbaycan “TIR”larını gömrükdən buraxmır - FOTO
-
Terrora maliyyə vəsaitləri köçürmüşdülər - Cəzaları bəlli oldu
-
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək - Bu tarixdə
-
Rusiya ilə sülh danışıqları yaxşı gedir - ABŞ ordusunun sözçüsü
-
Samir Abasov “Neftçi“dən nə qədər təzminat alacaq? - MƏBLƏĞ
TOP 10
ARXİV




