“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Məsciddə qanunsuz yenidənqurma işləri: XƏBƏRDARLIQ...

Tarix 28.08.26, 12:37

Font ölçüsü : - / +
bitmap-img6


Bakı şəhərinin Nəsimi və Xəzər rayonlarında yerləşən dövlət mühafizəsinə götürülmüş tarix və mədəniyyət abidələrində müvafiq razılaşdırma aparılmadan təmir, bərpa, yenidənqurma və digər işlərin görülməsi ilə bağlı Mədəniyyət Nazirliyindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Bu barədə AzFakt.com-a Baş Prokurorluqdan məlumat verilib.

Araşdırma zamanı Bakı şəhəri Nəsimi rayonu, Nizami küçəsi 81 və Bülbül prospekti 36C ünvanlarında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan qeyri-yaşayış obyektlərində, habelə Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan məsciddə qanunvericiliyin tələbləri pozulmaqla, müvafiq razılaşdırma aparılmadan yenidənqurma işlərinin həyata keçirildiyi müəyyən edilib.

Araşdırmanın nəticələrinə əsasən, aşkar edilmiş qanun pozuntularının təkrarlanmasının qarşısının alınması məqsədilə həmin əməllərə yol vermiş şəxslərə prokuror təsir aktı olan xəbərdarlıq elan olunub.

Qeyd edək ki, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, tarix və mədəniyyət abidələrinin qorunması dövlət tərəfindən təmin olunur. Abidələrin bədii-estetik görkəminin dəyişdirilməsinə, toxunulmazlığının pozulmasına, habelə onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, bərpa, yenidənqurma və digər işlərin qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmadan həyata keçirilməsinə yol verilmir.

Xəbərdarlıq qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyətini istisna etmir.

Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231-ci maddəsinə əsasən, mədəni sərvətlərin qorunması ilə bağlı müəyyən edilmiş tələblərin pozulması, o cümlədən qanunvericiliklə nəzərdə tutulmuş hallarda müvafiq razılaşdırma aparılmadan rekonstruksiya, bərpa, konservasiya və digər işlərin görülməsi inzibati məsuliyyətə səbəb olur.

Bununla yanaşı, dövlət tərəfindən qorunan mədəni sərvətlərin qanunda nəzərdə tutulmuş hallarda qəsdən korlanması və ya məhv edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 246-cı maddəsi ilə, ehtiyatsızlıqdan məhv edilməsinə səbəb olan əməllər həmin Məcəllənin 246-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb ola bilər.

Tarix və mədəniyyət abidələri xalqımızın milli-mədəni irsinin mühüm hissəsidir. Onların tarixi və memarlıq xüsusiyyətlərinin qorunması milli irsimizin gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Vətəndaşları və aidiyyəti şəxsləri dövlət mühafizəsinə götürülmüş abidələrdə hər hansı təmir, bərpa, yenidənqurma və digər işlər aparmazdan əvvəl qanunvericiliklə müəyyən edilmiş tələblərə və razılaşdırma prosedurlarına ciddi əməl etməyə çağırırıq.

Tarixi və mədəni irsimizin qorunması həm hüquqi, həm də mənəvi məsuliyyətdir.



Xəbərin oxunma sayı : 127




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap