“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“İzmir“ restoranından şikayət: Sakinlər gecələr yata bilmir (VİDEO)

Tarix 28.08.26, 13:39

Font ölçüsü : - / +
bitmap-img6


Bakının Yasamal rayonunda fəaliyyət göstərən restorandan səs-küy şikayəti edilib.

AzFakt.com Xəzər TV- yə istinadla xəbər verir ki, İnşaatçılar prospekti 33A ünvanında yaşayan sakinlər "İzmir" restoranında gecə saatlarınadək yüksək səslə musiqi səsləndirilməsindən narazıdırlar.
Sakinlərin sözlərinə görə, yay mövsümünün başlamasından etibarən restorandan gələn musiqi səsləri yaşayış kompleksinin əksər mənzillərində eşidilir və gecə saatlarında onların istirahətinə mane olur.

Onlar bildiriblər ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər. Lakin sakinlərin iddiasına görə, görülən tədbirlərə baxmayaraq, restoran rəhbərliyi onların narahatlığını nəzərə almır.

Sakinlər problemin həll olunmasını və gecə saatlarında səs-küyə nəzarətin gücləndirilməsini istəyirlər.




Xəbərin oxunma sayı : 559




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap