| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
4 ay ərzində həbs olunan məmurlar kimlərdir? - SİYAHI
Tarix 03.04.21, 23:07 |
|
Ötən il olduğu kimi, 2021-ci il də vəzifə səlahiyyətilərini aşan, korrupsiyaya bulaşan məmurların həbsi ilə yadda qalır.
2021-ci ilin geridə qalan 4 ayı ərzində vaxtilə yüksək vəzifəsi olmuş bir neçə şəxs dəmir barmaqlıqlar arasına salınıb. Bunlar arasında hətta keçmiş nazirlər də var.
Məsələn, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov. DTX tərəfindən saxlanılan sabiq nazir barəsində həbs qətimkan tədbiri seçilib. İki ay öncə saxlanılan Müslümov Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilir.

2017-ci ilədək Naxçıvanın daxili işlər naziri olmuş general-leytenant Əhməd Əhmədov da hazırda həbsdədir. Mənimsəmədə ittiham olunan sabiq nazir barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədovun həbsindən sonra Muxtar Respublikanın keçmiş təhsil naziri Məmməd Qəribov da saxlanılıb. O da yeyintidə ittiham edilib. M.Qəribov 2016-cı ilin fevral ayında təhsil naziri təyin edilib, 2018-ci ilin iyul ayında vəzifədən çıxarılıb.

Cari ildə daha bir general isə fərqli səbəbdən həbs edilib. Söhbət general-leytenant Rövşən Əkbərovdan gedir. Barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən sabiq birlik komandiri Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilir. İttihama görə, Rövşən Əkbərov Ukraynanın paytaxtı Kiyevdə yerləşən "Sikora” kafesində yeyib-içdikdən sonra, iş adamı Əliyev Elçin Fəday oğlunun ürək nahiyəsinə bıçaqla xəsarət yetirərək onu öldürüb.

2021-ci ildə həbs edilən yüksək vəzifəli məmurlardan biri də "Azərxalça” ASC-nin İdarə heyətinin sabiq sədri Vidadi Muradovdur. Onun barəsində CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Vidadi Muradovun vəzifədə olduğu müddət ərzində mənimsədiyi məbləğ 3 milyon 572 min 427 manatdır.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli də hazırda həbsdədir. O, dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsəməkdə ittiham olunur. Vüqar Səfərli 2015-2018-ci illər ərzində 5 milyon 796 min mənimsəyib. Onun barəsində CM-nin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

Milli Məclisinin sabiq deputatı Rafael Cəbrayılov isə ötən gün həbs edilib. Borc qalmaqalı və deputat vəsiqəsini girov qoymaqla gündəmə gələn Cəbrayılov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunur. Aparılmış ibtidai istintaq zamanı Rafael Cəbrayılovun həmin vəzifədə olarkən qardaşı Cəbrayılov Rauf Kamil oğlu tərəfindən Bakı şəhər sakininə satılmış Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın əldə edilməsində köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş vətəndaşa bu barədə yalandan vəd edərək, həmin adla sözügedən vətəndaşdan 240 min manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etməsinə və bununla da vətəndaşa külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri Rasim Quliyev həbs edilən sabiq məmurlar arasındadır. R.Quliyev Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən yol verdiyi korrupsiya əməllərinə görə saxlanılıb.

Qeyd edək ki, ötən il ərzində də bir sıra qalmaqallı həbslər olub. Təkcə korrupsiya əməllərinə görə hazırda 7 sabiq icra başçısı həbsdədir. Onlarla yanaşı, həbs edilən birinci müavinlər, rayonda müxtəlif rəhbər vəzifədə çalışmış şəxslər də var. Bunlar Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev və onun müavini Ramiz Tatarov, Yevlaxın sabiq icra başçısı Qoca Səmədov, Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev və birinci müavini Vurğun Əkbərov, eyni rayonun Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, Biləsuvarın sabiq icra başçısı Mahir Quliyev, İmişlinin sabiq icra başçısı Viliyam Hacıyev, Kürdəmirin icra başçısı Ceyhun Cəfərov, müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov və Cəlilabadın sabiq rayon rəhbəri Namiq Zeynalovdur.
Göründüyü kimi, 2021-ci ilin ilk 4 ayı ərzində çox ciddi vəzifədə çalışan şəxslər həbs edilib. Ölkədə islahatların davam etdiyini nəzərə alsaq, həbslərin davamının gələcəyi də istisna deyil. Prezidentin də dediyi kimi, heç kim toxunulmaz deyil. Qeyri-qanuni əməllərə imza atanlar, sözsüz ki, qanun qarşısında cavab verəcək.
Mənbə: Qafqazinfo
Xəbərin oxunma sayı : 1012
Xəbərlər
-
Şahmar İbadovun həyat yoldaşı binanı 1,3 milyon manata icarəyə verdi - DETALLAR
-
Xətai rayonu Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət - VİDEO
-
Azərbaycanda bir ildə 2400 eşşək hara yoxa çıxıb? - Hər il sayları azalır...
-
Qohumların yanında arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
-
“Putin gələrsə, G20 sammitində onunla görüşməyə hazıram“ - Zelenski
-
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - VİDEO
-
Diplomatlar Ağdərədəki Gəncəsər monastırını ziyarət etdi - FOTOLAR
-
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
-
“Şəfiqənin seçilməsi ilə kinoittifaq da “öldü”... - Həmidəni danışmağa qoymadılar, kinomuz “can verirdi”“
-
“Toyota Bakı Mərkəzi“nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
-
“Bu, Rusiya ilə müharibə deməkdir” - Putindən Avropa ölkələrinə xəbərdarlıq
-
Azərbaycan neftinin qiyməti heyrətləndirdi -120 dolları keçdi
-
1200 manatdan 36 min dollaradək - Azərbaycanda əcnəbi tələbələrə təhsil haqqı
-
Şəkinin mərkəzində çaqqal insanlara hücum etdi - VİDEO
-
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
-
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
-
Bu yay dənizdə batan tanınmış azərbaycanlılar - SİYAHI
-
Azərbaycanda qida məhsullarının vahid izlənmə sistemi yaradılır - VİDEO
-
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
-
KXDR Yapon dənizinə ballistik raketlər buraxıb - “Yonhap“
-
Şəhər yollarında kiçikölçülü avtomobillərdən istifadə təhlükəlidir? - VİDEO
-
Hollivud ulduzundan çılpaq pozlar - FOTOLAR
-
“Fənərbaxça”da nə baş verir? - İsmail Kartal qalmaqalı
-
“ABŞ İran xalqını təslim olmağa məcbur etmək istəyir“ - Pezeşkian
-
Şahbaz Şərif Azərbaycana səfər edəcək - Bu tarixdə
-
Daha bir klinika cərimələndi - Diplomsuzlar işləyirmiş
-
Metronun “Əcəmi“ stansiyasının qarşısında yağışdan sonra yaranan gölməçə - VİDEO
-
Trampın xüsusi nümayəndəsi Minskə gedəcək - SƏBƏB
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir”
-
Metro sərnişinləri üçün yenilik: M9 ekspres marşrutu fəaliyyətə başlayır
-
Husilər Qırmızı dəniz sahilini nəzarətə aldı - “Al Jazeera”
-
Qırğızıstan öz pulunu özü çap etməyə başladı - İLK DƏFƏDİR
-
“Rusiya qazına alternativ axtarırıq” - Paşinyan
-
Sabah bu ərazilərdə yol bağlı olacaq - XƏBƏRDARLIQ
-
Pensiyaçılara kredit qapıları bağlana bilər? - AÇIQLAMA
-
“Bənövşə“ şadlıq sarayında toyda qanlı dava - Əmioğluna bıçaqla xəsarət yetirildi
-
30 mindən çox şəxsin maaşı 35 faiz artacaq - RƏSMİ
-
Fərid Şəfiyevə 3 müavin də təyin edildi - SƏRƏNCAM
-
Azərbaycanda unun topdansatış qiyməti bahalaşdı - Şirkətlərin siyahısı
-
Vladimir Putin Hindistanda BRİKS sammitində isti qarşılanıb - Financial Times
-
Prezident Fərid Şəfiyevi yüksək vəzifəyə təyin etdi - SƏRƏNCAM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Süni intellekt hamımızı öldürə bilər - Silikon Vadisində panika
-
Azərbaycan klublarının ən bahalı yay transferləri - SİYAHI
-
“Bravo”-ya daha bir protokol yazıldı - Məhsulları çox baha satır
-
Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri - Açıqlandı
-
Paytaxtda kirayə bahalaşdı: Qiymətlərin ən çox artdığı ərazilər
-
Aqrar Sığorta Fondunda yoxlama: nöqsanlar üzə çıxarılıb
-
Diplomatik korpusun nümayəndələri Xankəndidə - FOTOLAR
-
Ərini öldürüb basdırdığı yerdə güllər əkmişdi - 12 il həbs verildi
-
Suraxanıda evləri talayan şəxs tutuldu - FOTO
-
TƏBİB-in tabeliyindəki qurumda kütləvi ixtisarlar - Nə baş verir?
-
“Hamı xalq artisti oldu, mən isə yerimdə addımlayıram“ - VİDEO
-
Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçə bilər - Sürətlə irəliləyirlər
-
“Azərişıq” borcu ödəmək üçün verilən 1 ayı gözləmədən işığı kəsib - Pozuntu
-
11 fərqli ölkə, 1 komanda - “Sabah” ÇL-in tarixinə düşdü
-
Bitki mənşəli ət daha faydalıdır, yoxsa real ət? - ARAŞDIRMA
-
Nazir yeni Baş İdarə yaratdı - Mərhum prokurorun general oğlunu rəis təyin etdi
-
Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən iki azərbaycanlıya hökm oxunub - TƏFƏRRÜAT
-
12 manatlıq quldurluq ittihamı 8 ilədək həbslə nəticələndi - Marixuana üçün pul verdilər...
-
Putin Trampın sülh danışıqları ilə bağlı ümidləri puça çıxardı - CNN
-
Məcnun Məmmədov özünə daha bir müşavir təyin etdi - FOTO
-
Xan ilk dəfə danışdı: Nigarla nişan niyə pozulub? - VİDEO
-
Salman husilərə görə kömək istədi - Tramp “yox” dedi
-
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
-
Ağdərədə mina partladı: 21 yaşlı şəxs yaralanıb - Birgə məlumat yayıldı
-
Evlərinin yaxınlığında yanacaqdoldurma məntəqəsi tikilir - VİDEO
-
“Pilgrim Education”da 20 faiz oyunu? - Vətəndaşın pulunun 80 faizi hara gedir?
-
Qarabağ və Şərqi Zəngəzur əsl dirçəliş dövrünü yaşayır - Hikmət Hacıyev
-
Azərbaycan neftinin qiyməti 120 dollara çatdı - Kəskin bahalaşma
-
“İran onlara görə müharibəni uzatmağa çalışır“ - Tramp
-
Bakıda sakinlərin lift kartlarını blokladılar - VİDEO
-
Azərbaycana gətirilən minik maşınlarının sayında kəskin azalma - VİDEO
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Arda Güler üçün 100 milyon avroluq təklif - Görüş tarixi açıqlandı
-
Rusiyada müxalifətdən seçicilərə çağırış: Bülletenləri korlayın
-
Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət
-
ABŞ NATO müttəfiqlərini Roma statutundan çıxmağa çağırıb - Politico
-
Bakını narahat edən məsələ - Səfir Moskvaya səsləndi
-
Şagird yerdəyişməsi ilə bağlı narazılıq - VİDEO
-
İran və ABŞ uzunmüddətli müharibəyə hazırlaşır - “Bloomberg“
-
Azərbaycanda kişilərin 45 faizi pensiya yaşına çatmadan ölüb - Rəsmi
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko
-
Notariusdan məhkəmədə ŞOK ETİRAF: 350 min manatı özümə xərclədim
-
İranda yanacaq qənaəti üçün gözlənilməz qərar: Konfrans zalları bağlanacaq
-
DSX 1 000 ədəd fototələ cihazı alır - 430 min manat xərcləyəcək
-
Azərbaycanda bu məhsullar bahalaşıb - SİYAHI
-
Kirayə yaşadığı evdən 8 min manatlıq oğurluq etdi - TUTULDU
-
Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsdi: Nə baş verib?
-
Niyam Salamidən “Hacı Məhərrəm”ə şok ittihamlar: “Həmin kanatı qaynı çəkmişdi...”
-
Avropada yaşıl enerjidən ən çox istifadə edən ölkələr açıqlanıb - Siyahı
-
Restorandan oğurladığı ətləri kasıblara payladı - Bakıda KURYOZ OLAY
-
Ceyhun Bayramov Aİ rəsmisi ilə görüşdü - FOTOLAR
-
“Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir“ - Şeyxin qardaşı
-
NATO müttəfiqləri Rusiyanın təxribat planını pozub - Reuters
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycanda bu heyvanı saxlayanlara subsidiya veriləcək - 800 manat
-
Zelenskinin strategiyası - Ukrayna Rusiyadan daha uzun müddət davam gətirməlidir
-
Hanı sənin islahatın? - Könül Yusifqızından TƏBİB-ə və Anar Bayramova sərt iradlar
-
Maliyyə Nazirliyində dəyişiklik - Şöbə müdiri “Həmkarlar“ın yeni sədri oldu
-
Ən çox bu məhsulları idxal-ixrac etmişik - SİYAHI
-
Partiya sədri Paşinyanı məhkəməyə verdi - Üzr videosu tələb edir
-
Naxçıvan Həmkarlar İttifaqı sədrinin milyonluq imperiyası - SİYAHI
-
ABŞ İranın xaricdən əhəmiyyətli yardım aldığını görmür - Rubiо
-
Məcnun Məmmədov özünə yeni müşavir təyin etdi - FOTO
-
Prezident Azərbaycanın yəhudi icmasını təbrik etdi - MƏTN
-
Yasamaldakı fəlakət şarj aparatından qaynaqlanıbmış - 3 ölü, 25 zəhərlənmə, 419 minlik ziyan
-
Beyləqanda yüksək bal toplayan məzunlarla görüş - FOTOLAR
-
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə dronlarla hücum edildi - Ölənlər var
-
Həmin “zipline”da avqustda da ciddi problem olubmuş - VİDEO
-
Gizli səs yazısı məhkəmədə sübut sayıla bilərmi? - Məhkəmə açıqladı
-
Sevgilisini döyərək xəsarət yetirən şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
-
Vilyam Hacıyevin hərracda satılan avtomobillərini öz oğlu alıbmış...- FOTO
-
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
-
“Təhsildə “Qara bazar”ı Əmrullayev yaradıb” - Sabiq deputat
-
Sabiq baş konsula cinayət işi açılıb - Qızıl qaçaqmalçılığı ittihamı
-
Azərbaycanda ən yüksək və ən aşağı maaş verilən sahələr - Statistika
-
Büdcədənkənar vəsaitlərin istifadəsi ilə bağlı yeni qaydalar müəyyənləşdi - FƏRMAN
-
Hava kəskin dəyişdi - Payızda xəstələnməmək üçün nə etməli?
-
Saray qəsəbəsində niyə piyadalar üçün zolaqlar yoxdur? - VİDEO
TOP 10
ARXİV






