| |
|
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
"İndi elə qadınlar var ki, Təhminə onların yanında rahibədir" - Anar
Tarix 12.08.21, 13:47 |
|
“32 ildir, mənim əvəzimi axtarırsınız, tapmırsınız”
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın APA-ya müsahibəsi
- Qəlyanınız hardadır, Anar müəllim?
- Mən dörd il əvvəl ürək əməliyyatı keçirmişəm. Həkimlər dedi ki, mənə bir dənə də siqaret çəkmək olmaz. İndi nə qəlyan, nə siqar çəkirəm. Siqareti isə gənc yaşlarımdan çəkirdim. İndi tərgitmişəm.
- Siqaretdən başqa nələri tərgitmisiniz?
- Hamıya inanmağı. Əvvəllər hamıya inanırdım...
- Kənardan çox sərt adama bənzəyirsiniz.
- Mən hər adamla cici-bacı ola bilmirəm. Bu da məncə, təbiidir. Çalışıram, adamlarla aramda sərhəd saxlayım. Amma o adamlar ki, mənə yaxındır, o adamlar mənimlə münasibətdə heç bir gərginlik hiss etmirlər. Mən necə varamsa, o cürəm. Bir dəfə mənim şəklimi verib yazıblar ki, görəsən, bu adam heç gülə bilirmi? Ondan sonra hər yerə gülən şəkillərimi verirəm. Siz də mənim gülən yerdə şəklimi çəkərsiniz (gülür).
- Azərbaycanın ilk Anarısınız. Sizin əsl soyadınız da Rzayev deyil.
- Bizim baba soyadımız Məmmədxanlıdır. Atam öz atası Mirzə İbrahimi erkən itirdiyi üçün dayısı Məmmədhüseyn Rzayevin himayəsində böyüyüb. Ona görə də onun soyadını götürüb.
- Məmmədxanlı soyadındakı “xanın” buna təsiri olmayıb ki?
- Yox, buna görə, yox. Dayısı ona atalıq etdiyi üçün dayısına hörmət əlaməti olaraq bu soyadı götürüb. Mən isə ümumiyyətlə, heç vaxt Rzayev yazmıram. Sadəcə, Anar yazıram. Azərbaycanda tək ad yazan ilk yazıçı mən olmuşam. Məndən sonra Elçin, Qabil və digərləri tək adla yazmağa başladı. Düzdür, mənə qədər tək adı ilə tanınanlar incəsənətdə vardı, məsələn, Niyazi... Ancaq ədəbiyyatda tək adla ilk dəfə yazan mən olmuşam.
- Bir tərəfiniz Rəfibəylilər, bir tərəfiniz Məmmədxanlılar. Bəlkə buna görə Sizin ədəbi yaradıcılığınız kəndli, fəhlə həyatından uzaqdır? Sizin əsərlərinizdə fəhlə, kəndli obrazları görmürük.
- Mən heç vaxt bəy, xan prinsipi ilə yazmamışam. Bədii əsərlərdə o adamlardan, o mühitdən yazıram ki, mənə tanışdır. Bu mühit şəhər ziyalıları mühitidir. Teatr işçiləri, televiziya işçiləri, jurnalistlər, memarlar müəllimlər... Əgər mən fəhlə ailəsində anadan olsaydım, yəqin ki, onlardan yazardım. Kasıb-varlı məsələsinə qalanda, mənim əsərlərimdə kifayət qədər kasıb adam var. “Dantenin yubileyi”ndə Kəbirlinski kasıblıqla yaşayır. “Otel otağı”nda Kərim ehtiyac içində yaşayan bir adamdır. Mən varlılardan yazmamışam. Əksinə, mənim qəhrəmanlarımın çoxu aşağı, ya da orta gəlirə malik olan adamlardır.
- Bəs, özünüz necə? Yoxsulluq görmüsünüz?
- Yox, görməmişəm. Atam şair olub, anam şairə. Az-çox qazanıblar. Düzdür, biz heç vaxt çox zəngin də olmamışıq. Ehtiyac içində olduğumuz vaxt evdəki xalçanı da satıblar. Ancaq deyə bilmərəm ki, kasıblıq çəkmişəm.
- İndi necə?
- İndi mənim nə dəbdəbəli evim, nə bağım, nə də şəxsi maşınım var. Maaşla, bir də deputat və Prezident təqaüdü ilə dolanıram.
- Çox vaxt Sizi “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsəri ilə tanıyırlar. Məncə, Təhminənin məşhurluğunda Meral Konratın, Rasim Ocaqovun da ən az Sizin qədər rolu var. Məsələn, bir oxucu kimi Sizin “Mən, sən, o və telefon” hekayəsini daha çox bəyənirəm, nəinki bu əsəri.
- Təhminənin populyarlığı mənim xeyrimə olmadı, digər əsərlərimi kölgədə qoydu. Konkret olaraq, deyə bilmərəm ki, bu əsər o biri əsərlərimdən güclüdür, ya zəif. Elə əsərlər olub ki, öz dövründə məşhur olub, sonra unudulub, ancaq “Beş mərtəbəli evin altıncı mərtəbəsi” 50 ildir, öz aktuallığını qoruyur. Bu əsər tək məhəbbətdən bəhs etmir, həm də azad olmayan cəmiyyətdə azad insanın faciəsindən bəhs edir. Təhminə azad olmayan bir cəmiyyətdə azad insandır. Onun bədbəxtliyi bundadır.
- Azərbaycan cəmiyyətində bu gün Təhminə kimi azad qadınların sayı çoxdurmu?
- Mən bu fikri bu yaxınlarda demişdim, yenə deyirəm. İndi həyatda elə qadınlar var ki, Təhminə onların yanında rahibədir.
- Yeri gəlmişkən, feminizmə münasibətiniz necədir?
- Mən hər şeyin dərəcəsində olmağının tərəfdarıyam: qadınların hüquqları qorunsun, qadınlar aşağılanmasın, qadınların əməyinə görə qiymət verilsin, ancaq feminizmi fetişləşdirməyin tərəfdarı deyiləm. “Qadındırsa, mütləq irəli çəkilməlidir” fikri ilə razı ola bilmərəm. İnsana əməyinə görə qiymət verilməlidir. Mənə elə gəlir ki, feminizmdə bir balaca ifrat var. Hər ifrat da həqiqətdən uzaq olur.
- Təhminə roluna niyə məhz Meral Konratı çəkmişdiniz? Axı, o dövrdə Meral öz ölkəsində də populyar deyildi. Bundan savayı, Azərbaycanda da bu rolda gözü olan aktrisalar vardı.
- Rasim istəyirdi ki, bu rola mütləq türk aktrisası çəksin. Biz birlikdə Türkiyəyə getdik. Bir neçə aktrisa ilə tanış olsaq da, Rasim Meralı görən kimi dedi ki, onu çəkəcək. Çəkdi də. Zaur roluna isə bir ərəb aktyoru çəkmək istəyirdi. Nəsə o aktyorla alınmadı. Fəxrəddini çəkdi.
- Bu gün ədəbiyyatda altmışıncılar nəslini qəbul etməyənlər az deyil. Həmin nəslin nümayəndəsi kimi bu Sizi narahat etmir ki?
- Allah onlara ağıl, sonra da ömür versin. Ona görə ömür versin deyirəm ki, belə bir söz var: “Kim cavanlıqda qiyamçı deyilsə, onun ürəyi, kim qırx yaşında qiyamçıdırsa, onun ağlı yoxdur”. İndi bunlar iyirmi yaşında qiyamçıdırlarsa, altmış yaşında ağıllı olmalıdırlar. Hər nəslin öz məziyyətləri var. Altmışıncılar ədəbiyyatımızda çox böyük yeniliklər edib. Biz nə özümüzdən əvvəlkiləri, nə də sonrakıları danırıq. Bizdən sonrakılar da bizi danmasın. Altmışıncılar olmasaydı, bu gün bizim ədəbiyyatımız olmazdı.
- Altmışıncıların bir növ bəxti gətirmişdi ki, Xruşşovun yumşaldılma siyasəti dövrünə düşmüşdülər. Həmçinin, sizin də. Ümumiyyətlə, özünüzü şanslı adam hesab edirsinizmi?
- Nankorluq olar həyatımdan narazılıq etsəm. Mən fəxr edirəm ki, Rəsul Rza ilə Nigar Rəfibəylinin oğluyam. Nə yaxşı ki, mən Zemfira xanım kimi bir qadına rast gəlmişəm. Bacılarımdan, övladlarımdan çox razıyam. Ümumilikdə isə insanın həyatında hər şeydən razı olması mümkün deyil.
- Zemfira xanım, Vaqif Səmədoğlu, Yusif Səmədoğlu və Siz bir məktəbdə oxumusunuz. Səmədoğluları uşaqlıqdan tanıdığınız üçün çox güman Səməd Vurğun haqqında daha artıq məlumata maliksiniz. Bəzən Səməd Vurğunun kimlərdənsə donos yazmağına dair fikirlər səslənir. Bu fikirlərə münasibətiniz necədir?
- Mən o fikirləri nadan, alçaq fikirlər sayıram. Səməd Vurğun böyük şairdir, Səməd Vurğun heç kimi satmayıb. Bəli, o, dövrünün tələbləri ilə Stalinə də şeir yazıb, partiyaya da şeir yazıb. Onun dövründə kim bunları yazmayıb ki? Səməd Vurğun ən çətin illərdə “Azərbaycan” şeirini yazıb. “Azərbaycan” şeiri Azərbaycanın poetik xəritəsidir. Milli şüurun oyanmasında Səməd Vurğunun böyük rolu var. Hər insanın səhvləri var. Ola bilsin ki, onun da səhvləri olub. Ancaq onun etdiyi böyük işlərin müqabilində səhvlərini qabartmaq lazım deyil. Ona qarşı o cür nankor münasibət yolverilməzdir. Bir də o yazanlar tək Səməd Vurğunun yox, Cəlil Məmmədquluzadənin də, Sabirin də, Axundzadənin də əleyhinə yazırlar. Elə bil ki, bunu yazan adamlar qəsdən erməni siyasətinə xidmət edirlər. Necə ki, ermənilər deyir, Azərbaycanın heç nəyi yoxdur, nə ədəbiyyatı, nə tarixi, nə də incəsənəti olub, bunu yazanlar da erməni deyəni sübut etmək istəyir. Digər tərəfdən, belə şeylər yazmaqla onlar diqqət çəkmək istəyirlər. İstəyirlər ki, bunlar haqqında desinlər ki, “gör e, bu Səməd Vurğunu tənqid edir”. Belə yollarla qazanılan şöhrətin ömrü üç gündür.
- Bu gün niyə Azərbaycan yazıçısı “Nobel” ala bilmir?
- Bu, nə abstrakt söhbətdir axı? Gərək mən də bu suala sualla cavab verim ki, niyə Kann, Venetsiya film festivallarında Azərbaycan filmləri birinci yerə çıxmır? Niyə Azərbaycan futbol yığması dünya çempionu deyil?
- Futbol klubu meydana on bir nəfərlik heyətlə çıxır, Yazıçılar Birliyinin isə görün nə qədər yazıçıyam deyən üzvü var. Bu qədər yazıçı arasında “Nobel” almaq bir yana, neçəsi dünyaya çıxa bilir?
- Çinin milyard yarım əhalisi var, cəmi bir yazıçısı “Nobel” alıb. Hindistanın bir milyard əhalisi var, cəmi bir yazıçısı “Nobel” alıb. “Nobel”i, əsasən, qərb ölkələri alır. Elə bilirsiniz, “Nobel” almaq asan məsələdir? Bunun siyasi tərəfləri də var axı. Ümumilikdə isə “Nobel” meyar deyil. Cəlil Məmmədquluzadə də “Nobel” almamışdı, Tolstoy da almamışdı, Prust da almamışdı, Kafka da. Bu, nəyi dəyişir? Nə olsun hamımızın xaricdə kitabı çıxıb, bu o demək deyil ki, dünya şöhrətli yazıçıyıq. Mən dünya şöhrətli yazıçı deyiləm, Azərbaycan şöhrətli yazıçıyam və bu, mənə bəsdir. Yazıçı birinci növbədə öz ədəbiyyatına xidmət etməlidir, öz xalqının məhəbbətini qazanmalıdır.
- Amma, məsələn, Cəlil Məmmədquluzadə də vaxtilə xalqının məhəbbətini qazanmamışdı...
- Niyə qazanmamışdı? Onu tənqid edənlər Şeyx Nəsrullahlar idi. Öz dövründə guya kimi bəyəniblər ki? Yazıçının bədbəxtliyi odur ki, öz dövründə onu daş-qalaq edirlər, öləndən sonra da o daşlardan heykəlini qoyurlar.
- Siz Çopur Cabbarlardan olmadınız, elə deyilmi?
- Olmadım. Mən Sovet dönəmində nə yazmışamsa, bu gün bir sətrini də dəyişmədən çap edə bilərəm. Mənimlə eyni dövrdə yaşayan yazıçılardan çoxumu bu sözü deyə bilər?
- Elçin deyir...
- Bəli, Elçin də deyə bilər bu sözü.
- Elçin, Anar və Əkrəm. Altmışıncıların daim adı birlikdə çəkilən dost yazıçıları...
- Elçinlə indi də dostuq. Əkrəmlə münasibətlərimiz isə sonradan pozuldu. Mən Əkrəm haqqında danışmaq istəmirəm. Çünki bir kəlmə deyirəm, ondan yapışırlar, onu gedib Əkrəmə deyirlər, Əkrəm danışır, sonra mən cavab verməli oluram. Ona görə də bu haqda danışmayacam. Bir vaxt Əkrəmlə dost olmuşuq, indi dost deyilik. Vəssalam.
- Ortaq türk dili ilə bağlı fikriniz hələ dəyişməyib ki?
- Xeyr, mənim fikrim bu gün də dəyişməyib. Mən həmişə bu fikirdə olmuşam ki, ortaq türk dili deyilən bir anlayış yoxdur, başqa bir anlayış var, ortaq ünsiyyət dili. Türkiyə türkcəsi türk xalqları arasında ünsiyyət dili ola bilər.
- Niyə məhz, Türkiyə türkcəsi?
- Ona görə ki, Türkiyə uzun zaman müstəqil olan tək türk dövlətidir. Türkiyə türkcəsi də uzun müddət inkişaf gələnəyi olan bir dildir. Əgər desələr ki, ortaq ünsiyyət dili Azərbaycan dili olsun, qırğız deyər niyə qırğız yox, Azərbaycan dili? Desək, qazax dili olsun, özbək deyər, niyə qazax dili olmalıdır? Eləcə də tatar dili. Amma Türkiyə türkcəsi ola bilər. Ancaq azərbaycanlı durub niyə türkcə danışmalıdır? Hər dilin özünəməxsusluğu, öz ənənəsi var. Niyə kimsə öz dilindən imtina etməlidir? Əgər biz o prinsiplə hərəkət edib əlifbamızdan “X” hərfini çıxarsaq, gərək “xırıldıya-xırıldıya can verir” əvəzinə “hırıldıya-hırıldıya can verir” deyək.
- Övladlarınız da yazır...
- Hə, düzü, istəmirdim ki, onlar yazıçı olsun. Çünki bilirəm bu işin çətinliyini. Ancaq qabiliyyətləri var, yazırlar. Zövqlü adamlar da onların yazdıqlarını bəyənir. Kimin məndən xoşu gəlmir, övladlarımı da bəyənmir. Mən indi deyəcəm ki, onlar istedadlıdır, o dəqiqə deyəcəklər ki, öz övladlarını tərifləyir, bir ailədən neçə yazıçı olar və s. Alçağın biri yazır ki, Anar ailə üzvlərinə də təqaüd verir. Nə mənim oğlum, nə qızım, nə yoldaşım təqaüd alır. Bircə mən alıram. Günelin hekayələri neçə dilə tərcümə olunub. Özü də bu bizim təşəbbüsümüzlə olmayıb. Həmçinin, Turalın istedadlı əsərləri var. Mən bunu demirəm, təbliğ eləmirəm, ancaq bunu danmaq da istəmirəm. Məndən narazı olan kimi ya atamdan yazırlar, ya uşaqlarımdan. Necə ki, bir vaxtlar mənim acığıma Rəsul Rza haqqında artıq-əskik yazırdılar. Belə şeyləri kişi yazırsa, nakişidir, qadın yazırsa, bunun daha da pis adı var. Mənim uşaqlarımın biri narkoman, ya alkoqolik, qumarbaz olsaydı, bunlar necə sevinərdi.
- Üzeyir Hacıbəylini ən böyük şuşalı adlandırırlar. Üzeyir bəy haqqında filmin ssenari müəllifi və rejissorusunuz. Filmin bəzi hissələri də Şuşada çəkilib. 29 illik işğaldan sonra Üzeyirin vətənində, filmi çəkdiyiniz Şuşada olanda hansı hisslər keçirdiniz? İşğaldan azad olunmuş Şuşanı necə gördünüz?
- Bəli, Üzeyir bəyin uşaqlığı Şuşada keçdiyi üçün “Uzun ömrün akkordları” filmini Şuşada çəkmişdik. Şuşa, Şuşanın təbiəti elə həmişəki kimi gözəl idi. Ancaq vandallar şəhərdəki tikililəri dağıdıb xarabazara döndəriblər. Ümid onadır ki, Şuşa yenidən bərpa olunaraq əvvəlkindən də gözəl olacaq.
- Sizcə, bütün olanlardan sonra azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?
- Azərbaycanlılarla ermənilər Moskvada bir yerdə yaşayırlar, Gürcüstanda,
Türkiyədə bir yerdə yaşayırlar. Bu avantürist daşnak erməni millətçiləri olmasa,sadə erməni azərbaycanlılarla niyə yaşamasın? Bunları yoldan çıxaranlar var.Amerikada, Fransada, Rusiyada firavan yaşayan erməni varlıların, öz xalqını qızışdırıb pis günə qoyanların nə veclərinə? Mən həmişə deyirəm ki, erməni ana öz uşağına deyirsə ki, “sən böyüyəndə türk öldürməlisən”, deməli, bu ana cani yetişdirir. O, sabah təkcə türk yox, həm də erməni öldürə bilər. Necə ki, öldürür. Necə ki, o vaxt Sumqayıtda ermənilər erməniləri öldürmüşdü. Erməni millətinə yazığım gəlir. Onlar birdəfəlik başa düşməlidir ki, Azərbaycanla Türkiyə ilə düşmən olmaq onlara heç nə qazandırmayacaq. Normal münasibətlər olsaydı, Qafqaz cənnətə çevrilə bilərdi.
- Ədəbiyyat ideologiyaya xidmət etməlidirmi?
- Ədəbiyyat həqiqətə xidmət etməlidir. Əgər həqiqət ideologiyaya uyğun gəlirsə, ancaq o halda ədəbiyyat ideologiyaya xidmət edə bilər.
- Anar niyə Yazıçılar Birliyinin sədri vəzifəsindən getmir?
- Deyirlər ki, Anar əvəzedilməz adam deyil, mən də onlarla razı. Ümumiyyətlə, əvəzolunmaz adam yoxdur. Hamını əvəz etmək olar, ancaq Siz 32 ildir ki, mənim əvəzimi axtarırsınız, tapmırsınız axı. Tapın da, niyə tapmırsınız? Çünki birinin istədiyini o biri qrup istəmir. Ona görə də deyirlər ki, qoy, elə Anar qalsın. Əgər məni yüz adam sevirsə, üç adam əleyhimədir. Bu gün Yazıçılar Birliyinin 2000 üzvü var. 2000 üzvdən 1900-ü mənim tərəfimdədir. Mən dörd qurultayda yekdilliklə sədr seçilmişəm. İndi kimsə mənim əleyhimədirsə, bu da təbiidir. Çünki onların təmənnaları var. Biri ad istəyir, biri mükafat, biri təqaüd... Hərdən cavanları da çaşdırırlar. Ancaq mən sevinirəm ki, gec-tez cavanlar da ayılırlar. Bir vaxt deyirdilər ki, biz bayrağımızı Yazıçılar Birliyinə sancacağıq, Anarı avtomatla ordan çıxaracağıq. Biz qoymadıq ki, Yazıçılar Birliyi dağılsın. Gərək buna görə bizə minnətdar olsunlar. Biz buranı qorumasaydıq, onlar buranı otaq-otaq satacaqdılar. Elə davaları da o idi ki, gələk buranı dağıdaq, sataq.
- Anarın gənclərlə arası necədir?
- Çox yaxşı. Bir də görürsən, deyirlər ki, Anarın gənclərlə arası yoxdur. Halbuki mən gələndən sonra bura nə qədər gənc gəlib. Çingiz də, rəhmətlik Arif Əmrahoğlu da, Rəşad da bura gələndə cavan idi. Bu gün də Yazıçılar Birliyinə gənc kadrlar gəlməkdədir. Bu gün “Ulduz” jurnalı tamamilə cavanların ixtiyarına verilib. “Gənc Ədiblər Məktəbi” var, Gənclər Şurası var, gənclərə təqaüd veririk, kitablarının təqdimatını keçiririk, mükafat veririk. Bundan artıq gənclərə neyniyə bilərik? O, “cavanların tərəfindəyik” deyənlər desinlər görək onlar cavanlar üçün nə ediblər? Ancaq deyinirlər, vəssalam. Mənim haqqımda ağzına gələni yazanlar, mənim qanımı içməyə hazır olanlar bu gün “Ədəbiyyat qəzeti”ndə ən çox çap olunanlardır. Təqaüd üçün cəmi 50 yer var, o 50 yer üçün də 200 ərizə. Deməli, biz o müraciətlərin ¼-nə təqaüd verə biləcəyik, ¾-ü də bizdən narazı qalıb, başlayacaq əleyhimizə yazmağa. Deyirlər ki, mən bu il təqaüd almasam, ölərəm. Bu günə qədər almamısan, necə yaşamısan? Bir tərəfdən Yazıçılar Birliyi dağılsın deyirlər, bir tərəfdən də Birliyə üzv olmaq üçün ərizə yazırlar. Üzvlük üçün 200-dən artıq ərizə var.
- Növbəti qurultayda da namizədliyinizi verəcəksinizmi?
- Bəli, növbəti qurultayda da namizədliyimi verəcəm.
- Yorulmamısınız?
- Hərdən düşünürəm ki, bəlkə də mən başqa yolla getməliydim ki, çoxlu pulum, sərvətim olsun, keflə yaşayım. Əvəzində yüzlərlə yazıçının qayğısını, hətta nazını
çəkməli oldum. Mənim bütün həyatım zəhmətlə keçib. 32 ildir, Yazıçılar Birliyində nə əziyyət çəkirəm, bir Allah bilir. Mən inanıram ki, Allah var, o bunları görür. Mən Allaha uşaqlıqdan inanmışam, həmişə inanmışam.
- Bəs, o biri dünyaya necə?
- Allaha inanıramsa, deməli, o biri dünyaya da inanıram. Allah varsa, deməli, başqa bir dünya da var. Bəlkə bu bir az eqoist hissdir, mən Allaha bir də ona görə inanıram ki, məni o dünyada da yaşadacaq.
- O qədərmi arxayınsınız o dünyanızdan?
- Arxayın deyiləm. Heç bir şeyə arxayın olmaq olmaz. Burda bir məqam var. Əgər o dünya varsa, biz orda da belə oturub söhbət edə biləcəyik. Əgər yoxdursa, mən bunu bilməyəcəm.
- Savablarınız çoxdur, yoxsa günahlarınız?
- Savablarım...
Xəbərin oxunma sayı : 886
Müsahibə
Xəbərlər
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
“Yeni nəsə icad etməyəcəyəm, amma...“ - Yürgen Klopp
-
“Zolotaya Korona” bu ölkələrə pul köçürə bilməyəcək - Azərbaycan da siyahıda varmı?
-
Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR
-
İran Hörmüz boğazında öz hüquqlarını müdafiə etməyə davam edəcək - Əraqçi
-
Masazırda torpaq qalmaqalı: “Anamın adına olan sahəni başqalarına satıblar“
-
Bakıətrafı qəsəbələrin dəmir yolu şəbəkəsi genişləndirilir - VİDEO
-
49 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlanıb - AQTA
-
“Si Cinpin və Putin İrana silah satmayacaqlarına söz veriblər“ - Tramp
-
Nazirlik səhvini başa düşdü və bizdən üzr istədi - Anar
-
8 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub - 2 nəfər vəzifədən azad edilib
-
Arayikgilin məhkəməsində prokurorlar çıxış etdi - FOTOLAR
-
PA Vətəndaş Qəbulu Mərkəzinin avqust ayı üzrə qəbul günləri - CƏDVƏL
-
Tramp və Zelenski Vaşinqtonda görüşəcəklər - Vaxtı məlum oldu
-
Avtobusda sərnişinin çantasından 440 manat oğurladı - Həbs olundu
-
“Bütün məsuliyyət Vado Korovinin üzərinə düşür...“ - SPACE TV rəsmi açıqlama yaydı
-
1 həftədə 19 min manatdan çox ziyan dəyib - Dövlət Xidməti
-
Azərbaycanın ən çox və ən az pul xərcləyən rayonları - TAM SİYAHI
-
Pakistanda nəzarət-buraxılış məntəqəsinə hücum - 14 nəfər həlak oldu
-
Moskvadan getdi, indi oranı dronla vuranların başındadır - TƏFƏRRÜAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Türkiyədə miqrant əməliyyatı: Azərbaycan vətəndaşı saxlanıldı
-
Vizanız bir anda ləğv oluna bilər: ABŞ yeni qaydaları açıqladı
-
Atası təsisçi, qızı rektordur - Qalmaqallı universitet kimə məxsusdur?
-
“Dr. Gülü”nün daha bir əməliyyat görüntüsü yayıldı - VİDEO
-
Elşad Abbasovun “Embafinans“dan gəliri açıqlandı - Nə qədər qazanır?
-
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
-
Bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
-
İcra başçısı rəisi işdən çıxardı: Yenisini təyin etdi - FOTO
-
Azərbaycanın Türkiyədəki yeni səfiri Rəşad Aslanov kimdir? - DOSYE
-
Səudiyyə şahzadəsinin otel otağında sirli ölümü - İstintaq təfərrüatları açıqladı
-
Dərmanlarla bağlı qərar: Qiymətlər artacaq, yoxsa ucuzlaşacaq?
-
Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırılıb - Türkiyəyə təyin edilib
-
Prezdent Türkiyədəki səfirimizi geri çağırdı - YENİ TƏYİNAT
-
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
-
İpoteka almaq daha asan olacaq: Süni intellekt prosesə qoşulur
-
“Space TV“nin bank hesablarına həbs qoyuldu - SƏBƏB
-
Azərbaycanda bu qədər ipoteka krediti verilib - RƏSMİ
-
Təsərrüfat sahiblərinin nəzərinə - Yeni qayda təsdiqləndi
-
Özgür Özəl 91 deputatla birlikdə CHP-dən istefa verdi - Yeni partiya yaradıldı
-
“ABŞ-ın yeni gömrük rüsumları xoşagəlməz sürpriz oldu“ - Kallas
-
Temperatur çox yüksək olacaq - Nazirlikdən XƏBƏRDARLIQ
-
Bakının bu qəsəbəsinə qatar yenidən gələcək - Stansiya da bərpa edilir
-
8-ci kilometr bazarı ətrafında aparılan yol təmiri sahibkarlara ziyan vurdu - VİDEO
-
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi - Nələr müzakirə olunub?
-
Binədə iki avtobus toqquşub - 22 nəfər xəsarət alıb
-
Abşeron RİH 57 min manata smeta alır - TENDER
-
Xəzərdə batan 3 nəfərin axtarışları davam edir - VİDEO
-
Böyükşor-Pirşağı yolu niyə gec xətlənib? - VİDEO
-
Konqres Trampa İran müharibəni qadağan etdi - Qətnaməni təsdiqlədi
-
Azərbaycanda avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
-
Böyük Qayıdış davam edir: Cəbrayıl, Ağdərə və Xocalıya növbəti köç yola salındı
-
Şiddətli istilər Böyük Britaniya iqtisadiyyatına 1.5 milyard avroya başa gəlib - “Bloomberg“
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
Azərbaycan klublarının yay transferləri - Kim gəlir, kim gedir?
-
İsrail yenə “Əl-Əqsa“ məscidinə hücum etdi - Türkiyə XİN bəyanat yaydı
-
Dövlət satınalmalarının 51 faizindən çoxunda qiymət fərqi 20 faizi ötüb - Hesablama Palatasının sədri
-
ABŞ quru qoşunlarını İrana yeritməyə hazırlaşır - Ələ keçiriləcək ərazilər açıqlandı
-
Metroda “NFC” ödənişində yaranan problemin səbəbi nədir? - VİDEO
-
Xırdalan dəmiryol stansiyasının ətrafında xaotik vəziyyət - VİDEO
-
Akkreditasiyadan keçməyən universitetin sahibi danışdı: “Bunun arxasında duranlara...”
-
Cəbrayıl rayonunda mina partladı - Xəsarət alan var
-
Meydiyevlərin BOKT-u borca düşdü - Yeni rəhbər təyin edildi + FOTO
-
Xankəndidə kafedə yanğın - İki qadın işçi xəsarət aldı
-
“Dövlət şirkətlərində maaşlar baş nazirin maaşından yüksək ola bilməz” - Macar
-
“ABŞ bir neçə ssenari təklif edib” - Volodimir Zelenski
-
Məşhur aktyor, aparıcı və jurnalistlər istintaqa çağırıldı - KİMLƏR VAR?
-
İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
-
Bayramov Putinin köməkçisini qəbul etdi - FOTOLAR
-
“Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb” - ADY
-
“Husilərə görə İranı vuracağıq” - Trampdan xəbərdarlıq
-
“Paramount Construction” MMC Xocalıda işlətdiyi işçilərin pulunu vermir - VİDEO
-
Salyanda müəmmalı hadisə: Qoyunlar tapıldı, çoban yox (VİDEO)
-
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
-
Mərdəkanda dənizdə batan 22 yaşlı oğlanın axtarışları davam etdirilir - VİDEO
-
ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Şıxlinskilərlə bağlı yeni qərar: Cəzaçəkmə müəssisələrinə göndərilirlər
-
Azərbaycand park salınarkən qədim əşyalar aşkarlandı: Arxeoloqlar əraziyə cəlb olundu
-
Beyləqandakı silahlı insidentin istintaqı başa çatdı: Nə baş verib?
-
Yasamalda evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər - RİH niyə susur?
-
“20 Yanvar”dakı kafedən idarə edilən dəstə - Milyonlar mənimsəyib
-
Bakıda 200 min manatlıq soyğunçuluq edənlər tutuldular - VİDEO
-
Mingəçevir Dövlət Universitetində yarım milyonluq təmir - Ətir satan şirkət...
-
Portuqaliya millisinə xəbərdarlıq: Ronaldodan sonra böyük pul itkisi...
-
Azərbaycanda yeni dövlət qurumu yaradılır - Prezident təsdiqlədi
-
İmişlidə 17 min manatlıq mal-qara dələduzluğu - Hökm oxundu
-
Saleh Məmmədov 24 hektar torpaq sahəsi alıb - Almaniyada
-
Bakıda autizmli uşaq skuterə görə avtobusdan düşürüldü - “Üzr istəyirik”- VİDEO
-
Ad günü məclisi dava ilə bitdi: Sərxoş olub bacısını döyən şəxs cəzalandırıldı
-
“Xalq Bank” 6 ayda 220 milyon manat depozit itirib - Valyuta əmanətləri kəskin azalıb
-
Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq - Sabahın havası
-
“Sədərək” və “Binə” bağlanır? - “Minlərlə insanın iş yerini itirməsi riski var“
-
Tovuzda 3 kiloqram narkotik aşkarlanıb - İki nəfər həbs edildi
-
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirir - The Wall Street Journal
-
Peşə məktəblərində təhsil haqları bəlli oldu: Ən yüksək ödəniş...
-
Maduronun tərəfdarları və əleyhdarları üz-üzə gəldi - Nyu-Yorkda
-
Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı - 16 milyona
-
Salyanda müəmmalı hadisə: Çoban 84 qoyunla yoxa çıxdı
-
Prezident İlham Əliyev Misir liderinə məktub göndərdi - MƏTN
-
Bakıda notariusa cinayət işi açıldı: Hüquqşünas alim mənimsəmədə təqsirləndirilir
-
ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirə bilər - “Axios”
-
Skuter və velosiped sürücülərinə - Müraciət
-
Ebola can almaqda davam edir: Ölənlərin sayı mini keçdi
-
“Məni Orbanın həyat yoldaşı böyüdüb“ - Peter Madyar
-
50 manatdan 350 manatadək: Tələbələri gözləyən təqaüdlər (SİYAHI)
-
“Brent“ nefti 95 dolları keçdi: Qiymətlərdə yeni sıçrayış
-
Husilərdən yeni hücum: Səudiyyə Ərəbistanının iki tankerini hədəfə aldılar
-
ABŞ hökuməti işini dayandıra bilər - Trampdan xəbərdarlıq
-
Dənizkənarı istirahət məkanlarına girişə məhdudiyyət qoyulub? - VİDEO
-
Azərbaycanla Avropa dövlətləri arasında qarşılıqlı faydalı əməkdaşlıq
-
Azərbaycan və Almaniya arasında münasibətlər təkcə ikitərəfli xarakter daşımır...
-
Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə...
-
Almaniya Azərbaycanın Avropada ən vacib siyasi, iqtisadi və strateji tərəfdaşlarından biridir
-
Azərbaycanda cəmi 3 həkimi olan şəhər var - SİYAHI
-
“Müvəqqəti çətinlikdir” - Putin rusiyalıları sakitləşdirir
-
Beyləqanda Milli Mətbuat Günü qeyd edildi - FOTOLAR
-
ABŞ-da qızılca tüğyan edir - Son 35 ilin yoluxma rekordu
-
Kolbasalarda at əti aşkarlanıb - AİİB-dən AQTA-ya sərt çağırış
-
Azərbaycanda işsizlərin sayı açıqlanıb - Rəqəmlər necə dəyişib?
TOP 10
ARXİV






