Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Döyüşlərdə 7 hərbi qulluqçumuz şəhid olub - Müdafiə Nazirliyi adları açıqladı

Tarix 17.11.21, 11:19

Font ölçüsü : - / +
bitmap-img6


Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun aşağıda adları göstərilən hərbi qulluqçuları şəhid olub:

- leytenant Niftəliyev Ümüd Oruc oğlu;

- gizir Cabbarov Orxan Hətəm oğlu;

- müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əliyev Natiq Yusif oğlu;

- əsgər Ağayev Elçin Mərifət oğlu;

- əsgər Əlizadə Elmin Samir oğlu;

- əsgər Əliyev Elçin Ramil oğlu;

- əsgər Xəlilov Murad Qalib oğlu.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir. 

Allah rəhmət eləsin!

Döyüşlərdə 10 nəfər hərbi qulluqçumuz yaralanıb.  Noyabrın 16-sı axşam saatlarından etibarən Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabitləşib.

Ermənistanın dövlət sərhədində törətdiyi təxribat və hərbi avantüra tam iflasa uğrayıb.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.  Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində xidmətini davam etdirir.

Ermənistanın təxtibatı nəticəsində yaranmış gərginliyə və qarşıdurmaya görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.



Xəbərin oxunma sayı : 3322




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap