| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Eldar Mahmudovla bağlı sensasion gəlişmə - “Akula Akif” həbs olunmayınca...“
Tarix 05.03.22, 16:00 |
|
Ləğv olunmuş MTN-in sabiq şefinin istintaqdakı statusu bilindi
2015-ci ilin oktyabrında Milli Təhlükəsizlik Nazirliyində (MTN) həyata keçirilən ildırım sürətli əməliyyatla qurum rəhbərliyinin, elə qurumun özünün də taleyi həll olundu. O zaman milli təhlükəsizlik naziri postunda olan Eldar Mahmudov vəzifəsindən çıxarıldı, general və polkovniklərdən ibarət mütəşəkkil cinayətkar quldur dəstəsi ifşa olundu. İstintaqın ilkin mərhələsində üzə çıxan cinayətlərin miqyası o qədər böyük və əhatəli idi ki, ölkə rəhbərliyi Milli Təhlükəsizlik Nazirliyinin bir qurum olaraq ləğvinə qərar verdi.
Bu, Eldar Mahmudovun rəhbərlik etdiyi ikinci dövlət qurumu idi ki, rüşvət və korrupsiya cinayətlərinə görə ləğv olunurdu. Artıq 7 ildir Eldar Mahmudov nazir deyil. Nazir olduğu zamanlarda başına topladığı mütəşəkkil cinayətkar quldur dəstənin üzvlərinin əksəriyyəti istintaqa cəlb edilərək məhkum edilib. Amma onun özü hələ də azadlıqdadır. Ötən zaman ərzində Eldar Mahmudovu 2 dəfə - 2017-ci ilin oktyabrında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırıblar. Amma onun istintaqda statusu, konkret olaraq hansı epizod üzrə dindirilməsi dövlət sirri kimi gizli saxlanılıb, geniş ictimaiyyətə açıqlanmayıb. Bir neçə gün əvvəl Eldar Mahmudov növbəti dəfə ölüm xəbəri ilə gündəmə gələndən sonra bu məsələni bir daha Baş Prokurorluqdan aydınlaşdırmaq qərarına gəldik.
Verdiyimiz sorğuya cavabdan belə aydın olur ki, sabiq nazirə hər hansı bir ittiham elan edilməyib, o, 2017-ci ildə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə şahid qismində çağırılıbmış. Eldar Mahmudovun nazir olduğu dönəmdə onun şəxsi işverəni olmuş “Akula Akif†ləqəbli Akif Mustafayevin cinayət işi üzrə dindiriblərmiş.
“Yeni Müsavat†əməkdaşının sorğusuna əsasən Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən cavabı təqdim edirik:
“İstintaq İdarəsində ləğv olunmuş MTN-in vəzifəli şəxsləri və axtarışda olan təqsirləndirilən şəxs Akif Mustafayev barəsində, habelə cinayət xarakterli digər xüsusatlar üzrə 06.08.2021-ci il tarixdə Cinayət Məcəlləsinin 179.3.2 - mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama, 182.3.2 -külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə, 302.2 - gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda, 311.3.4 - hədə-qorxu tətbiq olunmaqla rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi və digər maddələri ilə cinayət işi ayrılmış, hazırda ibtidai istintaqı davam etdirilir. Həmin iş üzrə Eldar Mahmudov şahid qismində dindirilibâ€.
1955-ci il təvəllüdlü Akif İsmayıl oğlu Mustafayev Eldar Mahmudovun ən sadiq adamlarından olub. Akif Mustafayev özünü iş adamı kimi tanıtsa da, əslində onun əsas vəzifəsi imkanlı iş adamları haqda MTN-dəki mütəşəkkil cinayətkar qruplaşmaya dosye toplayıb çatdırmaqdan ibarət olub. “Akulaâ€nın sxeminə əsasən MTN həmin iş adamları barədə dosyeləri aldıqdan sonra onları izləyir və həbs edirdi. Bu zaman “Akula†MTN-dəki mütəşəkkil qruplaşmanın qarmağına düşmüş iş adamına öz xidmətlərini təklif edir və onlardan iri məbləğlərdə pulun alınıb Eldar Mahmudova çatdırılmasını, beləliklə, girovun “xilas edilməsini†həyata keçirirdi. Lakin proses bununla da yekunlaşmırdı. “Akula Akif†MTN-dən “xilas etdiyi†iş adamlarının biznesinə gələcəkdə bu kimi problemlərdən sığortalanmaq üçün “krışalıq†edirdi və onların biznesinə 25-30 faiz payla şərik olurdu.
2015-ci il oktyabrın 17-də MTN-də həyata keçirilən xüsusi əməliyyat tədbirindən 1 gün sonra Akif Mustafayev Azərbaycandan Belarus paytaxtına qaçıb, oradan isə Parisə uçub. İnterpolun rəsmi saytında göstərilir ki, Akif Mustafayev 2015-ci ildə Azərbaycanın prokurorluq orqanları tərəfindən axtarışa verilib. O zaman İnterpol və Avropa ölkələrinin hüquq-mühafizə orqanları “Akula Akifâ€in bank hesablarına və əmlakına həbs qoyub. 2015-ci il noyabrın 1-də hüquq-mühafizə orqanları əməkdaşları Akif Mustafayevin Bakıdakı evində axtarış aparıb. Onun evindən xeyli daş-qaş, qızıl-zinət əşyaları və külli miqdarda pul götürülərək müsadirə edilib.
Bu günə qədər “Akula Akifâ€in sorağı İspaniyadan, İtaliyadan və digər Avropa ölkələrindən gəlib. Hətta axtarışda ola-ola Bakıda, Səbayel Rayon Məhkəməsində iddiaçı qismində çıxış edib və qalib gəlib. 2019-cu ilin sentyabrında “Akula Akifâ€in “Mars-M†firmasına qarşı iddiasına baxılmışdı. O zaman məhkəmənin çıxardığı qərara əsasən “Yasmin†ticarət mərkəzinə görə “Akula Akifâ€ə 7 milyon dollar ödənməlidir.
Məhkəmədə belə bir qərarın çıxarılması mətbuatda geniş müzakirə olunmuşdu. Maraqlıdır ki, Akif Mustafayevi “İnterpol†xətti ilə axtarışa verən Azərbaycanın hüquq-mühafizə orqanları onun iddiasının məhkəməyə necə gəlib çıxmasını araşdırmamışdılar. Əgər araşdırılsaydı, Akif Mustafayevin adından iddianı məhkəməyə təqdim edən şəxsin kimliyi bilinərdi. Onun vasitəsi ilə də Akif Mustafayevin həbsi gerçəkləşə bilərdi. Mümkündür ki, bu məsələ araşdırılıb. Lakin nədənsə, “Akula Akifâ€ə aparan kələfin ucundan tutub sona qədər gedilməyib...

Onun adı demək olar ki, “MTN işi†üzrə keçirilən bütün proseslərdə hallanıb. Hazırda Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə də “Akula Akif†üzə çıxıb. Məlum oldu ki, “Akula Akif†məhkəmə qarşısına çıxarılan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin rəisi olmuş Mövlam Şıxəliyev, MTN-nin şöbə rəisi vəzifəsində işləmiş Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini olmuş Yasin Məmmədov və şöbə rəisinin müavini postunu tutmuş Sahib Ələkbərovla da əlbir olmaqla Azərbaycanda məşhur olan “İT Solutions†mağazalar şəbəkəsinin sahibi Anar Sadıx oğlu Heydərova qarşı cinayət törədiblər.

Anar Heydərov ifadəsində deyib ki, 2004-cü ilin sentyabrında “İT Solition†MMC-ni təsis edərək sahibkarlıq fəaliyyət ilə məşğul olmağa başlayıb. Şirkətin fəaliyyəti informasiya texnologiyaları, proqram təminatı, mühafizə sahələri ilə bağlı olub. 2010-cu ilin təxminən yanvar ayında dostu Aydın onu Bakı Əyləncə Mərkəzində Akif Mustafayevlə tanış edib. Sonuncu özünü sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ən yaxın dostu kimi təqdim edib. Respublikada istənilən məsələni həll etməyə qadir olan şəxs kimi tanıdıb. Sonradan bir neçə dəfə onun işlədiyi ofisə gəlib müxtəlif məzmunda söhbətlər aparıb, hətta rəhbərlik etdiyi şirkətin 5 il ərzində MTN-in maddi texniki təminat şöbəsi ilə müqavilə bağlayaraq MTN-in inzibati binalarında yanğından mühafizə sisteminə xidmət göstərilməsi işlərini götürməsinə Akif kömək edib.
Arif Heydərovun qara günləri elə bundan sonra başlayıb. Məcbur olub Akif Mustafayevin “Azərbaycan Beynəlxalq Bankâ€ı ASC-dən 4 milyon manat kredit götürməsi təklifi ilə də razılaşıb:
- 5 iyul 2013-cü ildə Akif Mustafayevin təşkilatçılığı əsasında “Azərbaycan Beynəlxalq Bankâ€ının Sumqayıt filialı ilə 4 milyon manat kreditin götürülməsi barədə müqavilələrə imza etdi. Əslində isə həmin vaxt ayrı bankda kredit xəttim vardı. Buna görə də “Beynəlxalq Bankâ€dan əlavə kredit xəttinə heç bir ehtiyacım yox idi. 5 iyul 2013-cü ildə “Beynəlxalq Bankâ€dakı hesabıma 2 milyon 500 min manat pul mədaxil olundu. Həmin pul rəhbərlik etdiyim şirkət tərəfindən verilmiş bank çek kitabçası vasitəsilə İlqar Hüseynov tərəfindən Pribaltika ölkələrindən hansındasa yerləşən ofşor şirkət olan “City Port Contracts LPâ€nin hesabına köçürüldü. Daha sonra isə həmin ofşor şirkət tərəfindən 2 milyon 357 min manat (həmin pulun 0,3 faizi xidmət haqqı, 1 faiz isə ofşor şirkətdən pulun köçürülmə haqqı olub) “Texnika Bank†ASC-yə köçürüldü. 1 milyon 643 min manat pul rəhbərlik etdiyim şirkət tərəfindən götürülərək biznesin inkişafına xərcləndi. 2013-cü ildə dostu Aydın Cəfərovla birlikdə “VİP Həyat†MMC-ni təsis edərək kosmetoloji malların Azərbaycana idxalı və pərakəndə satışını həyata keçirmək barədə razılaşdıq. Lakin Akif Mustafayev bu razılaşmadan xəbər tutan kimi həmin şirkətə şərik olmağı tələb etdi. Hədə-qorxu gəldi deyə onunla razılaşmağa məcbur olduq və 50 faiz payı onun dayısı oğlu Orxan Alik oğlu Məcidovun adına təsisçi kimi rəsmiləşdirdik. 25 faiz Akif Mustafayevin bacısı oğlu Arif Novruz oğlu Şükürov təsisçi kimi rəsmiləşdirildi. 25 faiz isə Aydın Eldar oğlu Cəfərovun həyat yoldaşının adına rəsmiləşdirilib. Şirkətin biznes ideyası Aydına, invenstisiya qoyulan 700 min manat pul isə ona aid olub. Şirkət İzrailin “Deşeyl†şirkətinin istehsalı olan kosmetoloji malların ölkədə satışını həyata keçirib. 2014-cü ilin oktyabr ayında Akif Mustafayev onu 45 faiz ona, 45 faiz Akifə və 10 faiz Aydına məxsus olmaqla həmin şirkətin yeni Nizamnaməsini tərtib etməyə məcbur edib. 2015-ci ilin dekabr ayından həmin şirkət fəaliyyətini dayandırıb.

Akif İsmayıl oğlu Mustafayev
Hazırda məhkəmə qarşısında olan, Eldar Mahmudovun ən yaxın çevrəsinə daxil olan şəxslərdən Vüsal Ələkbərov artıq 2-ci dəfədir ki, Bakı Hərbi Məhkəməsində mühakimə olunur. 2017-ci ildə Bakı Hərbi Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə Vüsal Ələkbərovun cinayət işi araşdırılıb. Məhkəmə prosesi zamanı sabiq nazir Eldar Mahmudov və nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlam Şıxəliyev barəsində xüsusi qərardad çıxarılıb və cinayət işinin başlanması üçün Baş Prokurorluğa təqdimat göndərib. 5 il əvvəl göndərilən xüsusi qərardadın Eldar Mahmudova aid hissəsindən hələ də xəbər yoxdur. Mövlam Şıxəliyev isə 2021-ci ilin aprelində həbs edilib. Vüsal Ələkbərova gəlincə isə o zaman məhkəmə barəsində ittihamedici hökm çıxarıb. 12 il müddətinə azadlıqdan məhrum edilən Vüsal Ələkbərov polkovnik rütbəsindən məhrum edilib, üzərinə həbs qoyulan əmlakının zərərçəkən Akif Qurbanova verilməsi qət edilib. Lakin cəmi 1 il sonra Ali Məhkəmə Vüsal Ələkbərovun cəzasını 12 ildən 5 ilə endirib, şərti hesab edib, əmlakı da zərərçəkən Akif Qurbanovdan alınaraq özünə qaytarılıb! Azadlığa çıxandan 2 il sonra ona qarşı daha bir ittiham irəli sürülüb. 2021-ci ilin sentyabrında sabiq rəis Mövlam Şıxəliyev və digərləri ilə birgə cinayət dosyesi növbəti dəfə Bakı Hərbi Məhkəməsinə göndərilib.
Maraqlıdır ki, bütün sadalananları ittiham aktı tərtib edib rəsmiləşdirən də, Eldar Mahmudovun ətrafına ittiham elan edib məhkəmə qarşısına çıxaran da, həmin ittihamı məhkəmədə müdafiə edən də Azərbaycan Baş Prokurorluğudur. Eldar Mahmudovun barəsindəki xüsusi qərardada qiymət verməyə tələsməyən də, şahid statusunu dəyişməyən də eyni hüquq mühafizə orqanıdır. Verilən son açıqlamadan da belə aydın olur ki, Akif Mustafayev Avropada tutulub əli qandallı Azərbaycana gətirilməyincə Eldar Mahmudov da azadlıqda qalacaq. Sabiq MTN şefinin kriminal kastasının odioz fiqurunun yaxalanaraq Azərbaycana təhvil verilməsi isə mümkünsüz görünür...
“Yeni Müsavatâ€
Xəbərin oxunma sayı : 1009
Gündəm
Xəbərlər
-
Mədəniyyət, idman və gənclər siyasətinə 643 milyon manat ayrılacaq - Xərclərin bölgüsü
-
Bakı Hərbi Məhkəməsində səs-küylü iş - 7 nəfər hakim qarşısında
-
“Putin NATO”su belə güclənməyə qərar verdi - yeni hərbi plan
-
Tanışının övladını həbsdən azad edəcəyi vədi verdi, özü həbsdə qaldı - TƏFƏRRÜAT
-
Məmməd Musayevin qardaşı oğlu şirkətinin əmlakını satır - DETALLAR
-
Sankt-Peterburqda avtomobil partladıldı - Hərbçi həlak oldu
-
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - FOTO
-
Kartof sahələrində xəstəliklərin əsas səbəbi dərmanların təsirsiz olmasıdır? - VİDEO
-
Azərbaycanda ən çox və ən az maaş verilən sahələr - Statistika
-
Bakıda vətəndaşların mənzilləri bir neçə dəfə satışa necə çıxarılıb? - VİDEO
-
İran ayda 50 ballistik raket istehsal edə bilər - “Bloomberg“
-
Pekindən Vaşinqtona mühüm zəng: Çin ABŞ-la nələri müzakirə etmək istəyir?
-
Millətlər Liqasında V tur başlayır: Türkiyə Belçika, İtaliya Fransaya qarşı
-
General Natiq Əliyevin qızı saxlanıldı - Dələduzluğa görə
-
Sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var
-
Avtomobil icarəsi ilə məşğul olan şəxslərə xəbərdarlıq - VİDEO
-
“Rusiya ilə ilin sonunadək razılaşma əldə etmək mümkündür“ - Zelenski
-
Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - FOTO
-
Bakıda yeni söküntüyə görə 4000 manatdan kompensasiya verilir - VİDEO
-
Prezident və birinci xanım Türkiyəyə səfərə yollandı - FOTOLAR
-
Mesut Özil Ukraynanın “qara siyahı”sına düşdü - SƏBƏB
-
Sabiq Baş nazirin qardaşı saxlanılıb - İnsan alverinə görə
-
Azərbaycanlı biznesmenə hökm oxundu: 141 milyonluq mülkünə həbs qoyuldu
-
Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü
-
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
-
Nazirliyinin tabeliyindəki Mərkəzdə yeni rəhbər təyinatı - FOTO
-
Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? - VİDEO
-
Türkiyə ilə Azərbaycan arasında ayrılıq salmaq cəhdləri nəticəsiz qalacaq - Ərdoğan
-
Rubio İranın şərtlərini “cəfəngiyyat“ adlandırdı - ABŞ-Tehran münasibətləri dalana dirənib
-
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı kəskin artıb - RƏQƏMLƏR
-
Zaporojye cəbhəsində kəskin ziddiyyət: Rusiya bir söz deyir, Ukrayna başqa
-
“Ermənistan Aİ-yə üzvlük məsələsində əvvəlcə referendum keçirməlidir” - Rəsmi Moskva
-
ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir - “The Washington Post“
-
Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - Video
-
İnternet axşamlar niyə zəifləyir? - Sürəti artırmaq üçün sadə üsullar
-
Avropa liderləri Əbu-Dabi danışıqlarına qatılır - Fransadan açıqlama
-
Bakıda “QAZ-3110“la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı
-
Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
-
Yeməkdən sonra yuxulamağın səbəbi bəlli oldu - Bu qidaları azaldın
-
Hansı rayonlara qar yağır? - Faktiki hava açıqlandı
-
Arvadına xəyanət edən milyarder dünyanın gündəmində - Ermənistanda milyardlarla dollarlıq layihə!
-
Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - FOTO
-
“Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun” - Abbas Əraqçi
-
Azərbaycanda 2,2 milyardlıq turist xərcləri - Ən böyük pay bu ölkənindir
-
Moldova Rusiya qazından tamamilə imtina edib - Sandu
-
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
-
İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir - Tramp
-
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib - FOTO
-
“Eşq olsun Azərbaycan Bayrağına!” - VİDEO
-
Azərbaycanda Dövlət Bayrağı Günüdür
-
Bakıda Zəfər Günü konserti möhtəşəm atəşfəşanlıqla yekunlaşıb - Fotolar
-
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - FOTOLAR
-
Xankəndidə Prezidentin adından ziyafət verildi - FOTOLAR
-
“Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin“ - İlham Əliyev
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - VİDEO/FOTO
-
Şuşadan liderlərin səmimi görüntüləri - FOTOLAR
-
“İngilis dili öyrənmək Qərbə təslim olmaqdır” - İLGİNC AÇIQLAMA
-
Bakı və Abşeron yarımadasında hava - yağış yağacaq, şimşək çaxacaq
-
Hər kəs xeyirli hesab edir: ən riskli ət növü açıqlandı
-
Ərdoğan Azərbaycana gəldi - Əliyev Füzulidə qarşıladı - Video
-
“Xankəndidə də Zəfər Muzeyi olacaq“ - İlham Əliyev
-
“Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan!“ - Türkiyə MMN
-
Dünyanın nüvə arsenalı açıqlanıb – Çin, Hindistan və Pakistan ehtiyatlarını artırıb
-
“Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi“ - İlham Əliyev
-
İlham Əliyev Xankəndidə Zəfər abidəsini ziyarət etdi - FOTOLAR
-
Qəbir yerlərini rezervasiya edənləri böyük məbləğdə cərimə gözləyir - VİDEO
-
Prezident xalqa müraciət etdi - VİDEO/FOTOLAR
-
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü - FOTOLAR
-
Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar - Mətbuat Şurası
-
“Biz həmişə Azərbaycanın yanındayıq“ - Məhəmməd Şahbaz Şərif
-
Türkiyə XİN-dən Azərbaycana təbrik - FOTO
-
Postmüharibə dövründə şəhid ailələrinə göstərilən xidmətlərin sayı AÇIQLANDI
-
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət etdilər - Fotolar
-
“Toretto“ restoranının fəaliyyətindən narazılıq var - VİDEO
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Beyləqanda Zəfər Günü qeyd edildi - FOTOLAR
-
Mehriban Əliyeva Zəfər Günü münasibətilə paylaşım etdi - FOTO
-
Şuşanın azad olunmasından 6 il ötür
-
Bu gün Azərbaycanda Zəfər Günüdür
-
Küləkli hava ilə bağlı gəmilərə - Xəbərdarlıq
-
“Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb“ - Simonyan
-
DTX-dan Zəfər Günü ilə bağlı - Videoçarx
-
“Trampın təklifi təhlükəli ola bilər“ - Zelenski
-
Azərbaycanda kişi videogörüntülərlə şantaj olundu: Şübhəli həbs edildi
-
Bu gün general olan hərbçilər kimlərdir? - FOTOLAR
-
Prezident Ağdamda zeytun ağacı əkdi - FOTOLAR
-
Ərdoğan Əliyevi təbrik etdi - “Sarsılmaz dostluq və qardaşlıq tellərimiz...
-
Metronun iş rejimi dəyişdirilir - 4 günlük
-
DİN Zəfər Günü ilə bağlı videoçarx yaydı - Video
-
Prezident onlara ali hərbi rütbələr verdi - Adlar
-
Sevdiyi qıza görə cinayət törədən məktəbliyə - Bu cəza verildi
-
Mübahisə bıçaqlanma ilə bitdi: Hər ikisi xəstəxanalıq oldu
-
Prezident Ağdam rayonunda açılışlarda iştirak etdi - FOTOLAR
-
Azərbaycanda maşın almaq asanlaşacaq - AÇIQLAMA
-
Mehdiyev Həbibbəyliyə də vəzifə verəcəkdi? - AMEA açıqlama yaydı
-
İlham Əliyev Xankəndi Stadionunun açılışında - FOTO
-
ABŞ-dan İrana qarşı şok addım -Nüvə proqramı üçün 20 milyon dollar
-
Prezident yeni binaların təməlqoyma mərasimlərində - FOTOLAR
-
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində – Fotolar
-
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açıldı - Fotolar
-
Seçki məğlubiyyəti Ağ Evi silkələdi: Tramp kadr dəyişikliklərinə hazırlaşır
-
XİN TRIPP-lə bağlı birgə bəyanatı açıqladı – Üç ölkə razılığa gəldi
-
Görmə məsafəsi məhdudlaşacaq – Sürücülərin nəzərinə!
-
Prezident Şuşa Peşə Təhsili Mərkəzinin açılışında - Fotolar
-
Tbilisi prospektində qaçan inək sürücülərə çətin anlar yaşatdı - Video
-
ABŞ seçkilərin nəticələrinə görə 3 trilyon dollar itirib - Tramp
-
Prezident postunu itirdi - Ev dustaqlığına alındı
-
Dəmir yolu ətrafında sökülən obyektlərin sahibləri narazılıq edirlər - VİDEO
-
Türkiyənin 34 vilayətində əməliyyat: 90 nəfər həbs olundu
-
Məcburi köçkün tərəfindən zəbt edilən mənzilin başqasına satıldığı iddia olunur - VİDEO
-
Biz cəmi 6 ilə 100 minə yaxın insanı evlərinə qaytarmışıq - Prezident
-
Xalq artistindən Təranə Qumralın qızına tərif: “Nəhayət!” - VİDEO
-
Azərbaycanlı turistlər hansı ölkədə nə qədər pul xərcləyiblər? - SİYAHI
-
Prezidentlə xanımı Zəngilanda sakinlərlə görüşdü - FOTOLAR
-
Vergi Məcəlləsinə yeni təklif - “İkinci əl” bazarına necə təsir edəcək?
-
Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - SİYAHI
-
ABŞ-ın təzyiqi Türkiyəni geri çəkilməyə məcbur etdi: Böyük layihə donduruldu
-
Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışı olub - Fotolar
-
Turizm sahəsində ən yaxşı ölkələr hansılardır? - 110 ölkənin siyahısı
-
Azərbaycanda nadir xəstəliklərin dərmanı tapılmır - Nazir müavini səbəbi açıqladı
TOP 10
ARXİV






