Röya dərin yarıqlı geyimi ilə göz qamaşdırdı - FOTO Aygün Kazımovadan cazibədar paylaşım - FOTO Dilarə Kazımovadan ehtiraslı rəqs - VİDEO Aysel Əlizadə yaxtada istirahətindən görüntülər paylaşdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 22 May 2022

    Röya dərin yarıqlı geyimi ilə göz qamaşdırdı - FOTO

  • / Maqazin / — 16 May 2022

    Aygün Kazımovadan cazibədar paylaşım - FOTO

  • / Maqazin / — 14 May 2022

    Dilarə Kazımovadan ehtiraslı rəqs - VİDEO

  • / Maqazin / — 06 May 2022

    Aysel Əlizadə yaxtada istirahətindən görüntülər paylaşdı - VİDEO

  • / Maqazin / — 29 Aprel 2022

    Səmra alt paltarında paylaşım etdi - FOTO

  • / Maqazin / — 26 Aprel 2022

    Damla qırmızı şortikdə poz verdi - FOTO

BNA-da böyük qanun pozuntuları aşkarlandı - Milyonluq əməliyyatlar...

Tarix 21.04.22, 13:26

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Nəqliyyat Agentliyi tərəfindən başa çatmış investisiya layihələri üzrə dövlət büdcəsinin investisiya xərclərindən real tələbatdan artıq maliyyələşdirilmiş 735,1 min manat məbləğində vəsaitin dövlət büdcəsinə qaytarılması təmin edilməyib.

Bu, Hesablama Palatasının Bakı Nəqliyyat Agentliyinin 01.10.2019-cu il tarixindən 01.01.2021-ci tarixinədək olan dövrdə maliyyə fəaliyyətinə dair dövlət maliyyə nəzarət tədbiri zamanı üzə çıxıb.

Qeyd olunub ki, bu qurum tərəfindən istifadə olunmuş 204,0 mln. manat məbləğində vəsaiti əhatə edib. 2020-ci il üzrə dövlət sifarişinin maliyyələşdirilməsi müqabilində bir sıra gözlənilən nəticələrin ilin sonunadək əldə olunması təmin edilməmiş, dövlət sifarişinin dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi həcminin müəyyənləşdirilməsi zamanı Agentliyin qeyri-büdcə mənbələrindən daxilolma potensialı səfərbər olunmayıb.

Qeyri-büdcə gəlirlərinin mənbələri kimi 6,4 mln. manat məbləğində cərimələrin təmin edilməyib, eləcə də müntəzəm marşrutlardakı avtobusların texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğu yoxlanılmayıb və 0,5 mln. manat rüblük xidmət haqları yığılmayıb. Bu da dövlət büdcəsindən maliyyələşmələrə qənaətləri təmin etməyib. 2020-ci ilin dövlət büdcəsinin investisiya xərclərindən yeni avtobusların alınması üçün Agentliyə köçürülmüş 110 mln. manat məbləğində vəsaitin il ərzində yalnız 67,9 %-i istifadə olunub.

Dövlət büdcəsinin investisiya xərcləri hesabına Agentlik tərəfindən ümumilikdə 165 milyon 836, 9 min manata 415 ədəd avtobusun alınması (16.11.2018 tarixli və 03.04.2020 tarixli müqavilələrlə) əməliyyatların başa çatması və həmin avtobuslarda ilkin dəyəri 159 milyon 211, 1 min manat olan 394 ədədinin qanunvericiliyə uyğun razılaşdırmaqla əvəzsiz olaraq “BakuBus” MMC-nin istifadəsinə verilməsi şəraitində investisiya qoyuluşunu aidiyyəti üzrə nizamnamə kapitalının artırılmasına yönəldilməsi üçün müvafiq tədbirlər həyata keçirilməyib.



Xəbərin oxunma sayı : 793

loading...

Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap