| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Bakıda ögey ananı öldürüb gölə atdılar - Ərlə arvadın ŞOK CİNAYƏTİ + FOTOLAR
Tarix 05.06.22, 10:57 |
|
Qısa arayış...
2021-ci il aprelin 1-də Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 12 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində qətl hadisəsinin baş verməsi barədə polisə məlumat daxil olur. Daxil olan məlumat əsasında həmin evə gedən əməliyyatçılar orada yaşayan, 1979-cu il təvəllüdlü Qərənfil Baxşəliyevanın yoxa çıxdığının şahidi olublar. Həmçinin, mənzilin divarında, sanitar qovşağının sağ tərəfində və evin giriş qapısında, üzərində qanabənzər ləkələr müşahidə ediblər.
Aprelin 2-də Qərənfil Baxşəliyevanın cəsədi qırmızı rəngli xalçaya bükülmüş vəziyyətdə Qaradağ rayonu ərazisində yerləşən göldə aşkar edilir.
_1654251208.jpeg)
Dərhal Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanır.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Qərənfil Baxşəliyevanın meyitində 16 ədəd xəsarət izi aşkar edilir. Qadının ölümünə isə beyin toxumasına qansızma səbəb olub.
Baş vermiş qətllə bağlı Qərənfil Baxşəliyevanın ögey qızı, 1999-cu il təvəllüdlü Günay Məmmədova və kürəkəni, 1993-cü il təvəllüdlü Həmzə Verdiyev şübhəli şəxs qismində saxlanılıblar.
_1654251240.jpeg)
Lent.az sözügedən cinayət işinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, Həmzə Verdiyev rəsmi nikahda olan arvadı Günay Məmmədovanın atası Firdovsi Məmmədova məxsus nömrəsiz fərdi evdə yaşayıb. Qayınanası Fövqiyyə Məmmədovanın vəfatından bir müddət sonra qayınatası Qərənfil Baxşəliyeva ilə evlənib. Qadının həmin evə vərəsə kimi iddialı ola biləcəyini fikirləşərək, gələcəkdə ev bölgüsündən məhrum etmək üçün Günay Məmmədova ilə birlikdə onu öldürməyi qərarlaşdırıblar. Bu məqsədlə, 2021-ci il martın 25-i saat 19 radələrində Firdovsi Məmmədov Qaradağ rayonunun Səngəçal qəsəbəsində iş növbəsində olmasından istifadə edərək, evin dəhlizində, arxadan Qərənfil Baxşəliyevaya yaxınlaşıb, əlindəki baltanın küp və iti hissələri ilə əvvəlcə özü, sonra həyat yoldaşı, qadının onu öldürməmələri barədə yalvarışlarına və aman diləməsinə məhəl qoymayıb, müstəsna dərəcədə rəhmsizliklə baş nahiyəsinə çoxsaylı zərbələr endiriblər.

Sonra meyiti xalçaya büküb, guya qadının küsüb evdən getməsi görüntüsünü yaratmaqla, cinayəti gizlətməkdən ötrü mərhumun paltarlarını, pul kisəsini və şəxsiyyət vəsiqəsini çemodana yığıblar. Daha sonra meyiti, baltanı və çemodanı “Renault†markalı, 99-SR-187 dövlət nömrə nişanlı avtomobillin yük yerinə yerləşdiriblər. Gizlində onları aparıb Lökbatan-Puta magistral yolunun kənarında yerləşən gölə atıblar.
İş üzrə dindirilmiş Həmzə Verdiyev bildirib ki, 2001-ci ilə qədər Astara şəhərində, həmin ildən etibarən isə Bakı şəhərinin Xəzər rayonunda yaşayıb. Binə qəsəbəsində yerləşən 136 saylı tam orta məktəbi 2010-cu ildə bitirib. 2018-ci ilə qədər fərdi qaydada rəngsaz kimi çalışıb, sonra müxtəlif taksi şirkətlərində sürücü işləyib. Günay Məmmədovanı da taksi fəaliyyəti ilə məşğul olan zaman tanıyıb. Belə ki, Günayı atası və xalası ilə birlikdə “Bakı Sağlamlıq Mərkəziâ€ndən Biləcəri qəsəbəsinin M.Aslanov küçəsində yerləşən evlərinə aparıb:

“Məndə onun nömrəsi qalmışdı. Sonra onunla əlaqə saxladım və münasibətlərimiz yarandı. 2019-cu il fevralında nişanlandıq və martın 14-də toyumuz oldu. Həyat yoldaşımın anası Fövqiyyə Musayeva onkoloji xəstəlikdən vəfat edəndən sonra, atası Firdovsi Qərənfil Baxşəliyeva ilə qeyri-rəsmi ailə həyatı qurdu. Bu Günaya çox pis təsir etdi. Bu səbəbdən onunla atası arasında tez-tez mübahisələr olurdu. Noyabrın 19-da bizim qızımız dünyaya gəldi. 2021-ci ilin yanvar ayında biz qayınatamın evinə köçdükâ€.
Təqsirləndirilən şəxs bildirib ki, Günayla Qərənfilin arasında mütəmadi söz-söhbət yaranıb: “Ögey anası Günaya onlarla birlikdə yaşaya bilmədiyini, uşağın səsindən əsəbiləşdiyini deyirdi. Hətta qadın evi satacaqları ilə bağlı danışırdı. Günay isə ona evin anasına məxsus olduğunu deyərək satılmasına qarşı çıxırdıâ€.
_1654251339.jpeg)
Həmzə Verdiyev qeyd edib ki, 2021-ci il martında Günay ona artıq Qərənfillə bir evdə yaşaya bilmədiyini və onu öldürmək qərarına gəldiyini deyib:
“Arvadıma bunu tək bacarmazsan dedim və onu sakitləşdirməyə çalışdım. Lakin fikrinin ciddi olduğunu gördüm və qadını birlikdə öldürməyi təklif etdim. 4-5 gün Qərənfili necə öldürəcəyimizi düşündük. Uzun müzakirədən sonra qərara gəldik ki, qətli Firdovsi gecə növbəsində olan gün törədək və meyiti Qaradağ rayonu ərazisində yerləşən gölə ataq. Martın 25-i saat 18 radələrində övladımı aparıb Günayın xalasıgilə qoydum və evə qayıtdım. Qərənfil evdə idi. O, hamam otağının qapısını açmaq istəyəndə arxadan balta ilə başına iki zərbə endirdim. Günay qonaq otağının qarşısında dayanıb bizə baxırdı. Ona dedim ki, televizorun səsinin artırsın. Qadın üzü üstə yerə yıxılan kimi ardıcıl 3-4 dəfə də zərbələr vurdum. Günay qorxudan qışqırırdı. Ona sakitləşməsini, artıq bu işə başlamışıqsa sona çatdırmalı olduğumuzu bildirdim. Günay sakitləşdi və gördü ki Qərənfil hələ ölməyib. Bıçağı götürdü və onun başına daha 3 zərbə endirdi. Bizim əsas məqsədimiz qadını tez öldürmək və hadisə yerini təmizləmək idi. Günayın vurduğu zərbələrdən sonra artıq Qərənfil öldü. O, tam hərəkətsiz vəziyyətdə uzanmışdı. Biz onu yerdə olan qırmızı rəngli xalçaya bükdük. Qadının guya evdən çıxıb getməsi səhnəsini yaratmaq məqsədi ilə ona məxsus paltarları və pul kisəsini qırmızı rəngli çemodana yığdıq. Kimyəvi vasitələrlə döşəmədə, tavanda və divarlarda olan qan ləkələrini sildik. Bu müddət ərzində Firdovsi dayanmadan Qərənfilin mobil telefonuna zəng edirdi. Günay telefonu açdı və Qərənfilin geyinərək evdən getdiyini dedi. Daha sonra meyiti maşının yük yerinə qoyduq. Avtomobilə əyləşib, plan üzrə Sulutəpə, ardınca Xocasən dairəsi istiqamətində hərəkət etdik. Lökbatan-Puta yolunda, avtomobil hərəkətdə olarkən Günay pəncərədən baltanı tulladı. Bundan 400 metr sonra maşını saxlayıb çemodanı suya atdıq. Daha sonra xalçaya bükülmüş meyitə mişar daşı bağlayıb gölə tulladıq. İşi bitirib evə qayıdanda Firdovsi zəng etdi və bizi 4-cü polis şöbəsinə çağırdı. Şöbəyə getdik və hadisə ilə bağlı izahatlarımızı verdikâ€.
_1654251378.jpeg)
Təqsirləndirilən Günay Məmmədova qeyd edib ki, martın 25-də mübahisə edərkən Qərənfil Baxşəliyeva onun anasını və qızını söyüb. Qərənfil fiziki cəhətdən zəif qadın olub. Onu tək öldürüb, əri Həmzə yalnız evdəki izləri və meyiti gizlətməyə köməklik edib. Baxşəliyevanı öz istəyi ilə öldürüb, əməlinin uzunmüddətli cəza ilə nəticələnə biləcəyini dərk edib.
Zərərçəkmiş şəxsin hüquqi varisi Oruc Baxşəliyev ifadəsində göstərib ki, bacısı Qərənfil Baxşəliyeva 2015-ci ildə Türkiyədə həmkəndliləri Samit Məmmədovla ailə həyatı qurub. Həmin vaxtlar onun valideynləri digər bacı-qardaşları ilə birlikdə İstanbul şəhərində yaşayıblar. Uşaqları olmadığına görə 2017-ci ildə bacısı boşanıb. 2019-cu ildə Qərənfil Firdovsi Məmmədovla qeyri-rəsmi ailə həyatı qurub və Bakı şəhərinə köçüb. Qərənfilin sözlərinə görə, yoldaşının birinci nikahdan olan qızı Günay əri Həmzə ilə yaşadıqları evə köçdükdən sonra aralarında mülklə bağlı mübahisələri yaranıb.
Firdovsi ona evi sataraq ayrı-ayrı evlər almaq istədiyini, bununla da həmin mübahisəyə son qoyacağını deyib.
2021-ci il martın 26-da Firdosi ona zəng edərək Qərənfilin evdən çıxıb, getdiyini söyləyib. Narahat olaraq, Naxçıvandan Bakıya gəlib və 4-cü Polis Şöbəsinə gedib, bacısının itkin düşməsi ilə əlaqədar izahat verib. Aprelin 2-də Qərənfilin Günayla Həmzə tərəfindən qətlə yetirildiyini bilib, meyitini təhvil almaq üçün Binəqədi rayon Patoloji Anatomiya şöbəsinə gəlib.
Şahid Firdovsi Məmmədov ifadəsində göstərib ki, martın 25-i saat 19 radələrində arvadı Qərənfil telefon zənglərinə cavab vermədiyi üçün, qızına zəng edib. Günay Qərənfilin paltosunu geyinərək, harasa çıxıb getdiyini deyib. Bacısı İmarətlə telefonla əlaqə saxladıqda, sonuncu ona Qərənfilin telefonundan Nərgizin telefonuna “namaz qılım, gələcəm†məzmunlu mesaj gəldiyini söyləyib. Bunu eşidəndə o, şübhələnib. Belə ki, arvadı heç kimə mesaj yazmayıb, o, “WhatsAppâ€la yalnız zəng etməyi bacarıb. Ona görə də dərhal Qərənfili axtarmaqlarını tapşırıb. Evlərinə gedən bacısına və digər yaxınlarına Günay və Həmzə onun çıxıb, getdiyini bildiriblər. Onun xahişi ilə qohumları polisə zəng edib, Qərənfil Baxşəliyevanın yoxa çıxması ilə bağlı məlumat veriblər. Özü işdən icazə alıb saat 23 radələrində evə gəlib:
_1654251436.jpeg)
“Günayla Həmzə evdə yox idi. Mənzilə daxil olanda divarın və tavanın üzərində qanabənzər ləkələr gördüm. Tez yataq otağına baxdım. Qərənfilin bəzi paltarları, içərisində şəxsiyyət vəsiqəsi olan qara rəngli əl çantası və qırmızı rəngli çemodan yox idi. Qızıma zəng edib tez evə gəlməsini tələb etdim. Lakin o gəlmədi. Bundan sonra mən şübhələndimâ€.
Şahid Cəmilə Verdiyeva bildirib ki, martın 26-da oğlu Həmzə həyat yoldaşı ilə gəlini Günay ad günü ilə əlaqədar onlara gəliblər. Çay içərkən gəlini ögey anası Qərənfilin namaz vaxtı onları təhqir etdiyini və paltarlarını geyinərək çıxıb, getdiyini deyib. Bundan sonra Həmzə 4-cü polis şöbəsinə və prokurorluğa dəvət olunduqda o, narahat olub. Amma oğlu qadının yoxa çıxmasından xəbərsiz olduğunu bildirib. Bir həftədən sonra o eşidib ki, Həmzə ilə Günay həbs olunublar.
Məhkəmə iclasında Həmzə Verdiyev ittiham üzrə özünü təqsirli bilməyib. Qeyd edib ki, cinayətin törədilməsində iştirak etməyib, Qərənfil Baxşəliyevanı onun həyat yoldaşı qətlə yetirib.
Günay Məmmədova özünü qismən təqsirli bilib. Məhkəmədən xahiş edib ki, onun övladı Sevgi Verdiyeva xalası Ülviyyə Novruzovanın himayəsində qalsın.
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslərin hər birinə 20 il cəza verilməsini istəyib.
Məhkəmə Həmzə Verdiyevin və Günay Məmmədovanın əməllərini CM-nin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.5-ci ( tamah məqsədi ilə və ya sifarişlə qəsdən adam öldürmə) maddələri ilə tövsif olunmasını əsaslı sayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzalarını ciddi rejimli Cəzaçəkmə Müəssisəsində çəkməklə Həmzə Verdiyev 19, Günay Məmmədova isə 16 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.
Xəbərin oxunma sayı : 1228
Kriminal
Xəbərlər
-
Ebola ilə mübarizə aparan 55 tibb işçisi həyatını itirib - Konqoda
-
Türkiyədə hərbi helikopter qəzaya uğradı - 4 nəfər həlak oldu
-
Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirildi - FOTO
-
Məşhur icra başçısının oğlu məhkəmədə DİNDİRİLDİ - Siqaret qaçaqmalçılarının İŞİ
-
Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək
-
Bakı təhsilinin şefinin rəfiqə və qohum şəbəkəsi - BŞTİ-dəa nə baş verir?!
-
“Nvidia” rəhbəri Yensen Huanq istefa verdi - Çin kəşfiyyatı qalmaqalına görə
-
Məhkəmə general qızı ilə bağlı qərar verdi - Ev dustaqlığına buraxıldı
-
Hakim ərini baltalayan qadını qəfəsdən çıxardı - BAKIDA
-
Azərbaycanda bu məhsullar bahalaşıb - Siyahı
-
Yüksək vəzifəyə təyin olunmuşdu - 23 gün sonra işsiz qaldı
-
Qarabağa görə KTMT-dən kömək istəməmişik! - İrəvan Moskvaya cavab verdi
-
ADSEA-da ikinci maaş iddiası: Zaur Mikayılov idarə rəislərinə əlavə 5000 manat paket verir?
-
“İranla razılaşmaya ehtiyacımız yoxdur” - Donald Tramp
-
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı - Personal çıxarıldı
-
ABŞ Ukrayna üçün “Starshield“in sürətini yenidən azaltdı - Zelenskidən etiraz
-
Sabiq komitə sədrinin otelini alan olmadı - Qiyməti 1,3 milyon endirildi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezident İlham Əliyev Maya Sandu ilə görüşüb - FOTO
-
Teymur Musayevə yeni vəzifə verildi - Əsədov qərar imzaladı
-
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirdi - Video
-
Prezident “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak edir - Fotolar
-
Bakının mərkəzində “yaşıl soyqırım“ - yenə Əsabil Qasımovun adı...
-
Matviyenko İrəvana xəbərdarlıq etdi: “KTMT-dən çıxarsa...“
-
İlham Əliyev Dublində Zelenski ilə görüşdü - FOTOLAR
-
Bu şəxslər üçün şad xəbər: Elektrik xərcinin yarısını dövlət ödəyəcək
-
Zabratda sənədsiz toyuq əti satan müəssisə bağlandı - Fotolar
-
İşlənmiş maşınlar ucuzlaşa bilər - yeni qaydalar gəlir
-
“Qaya” restoranı sahəsini qanunsuz artırdı - VİDEO
-
Son 76 ildə ömür uzunluğu hansı ölkədə nə qədər artıb? – Siyahı
-
Ardadan “Real”a rədd cavabı: 22 milyon maaşla bu kluba keçir
-
DİN və ETSN birgə əməliyyat keçirdi: 150 illik ağacları kəsən 6 nəfər tutuldu (VİDEO)
-
Keçmiş nazir aeroportda saxlanıldı – Korrupsiyada ittiham olunur
-
Mədəniyyət, idman və gənclər siyasətinə 643 milyon manat ayrılacaq - Xərclərin bölgüsü
-
Bakı Hərbi Məhkəməsində səs-küylü iş - 7 nəfər hakim qarşısında
-
“Putin NATO”su belə güclənməyə qərar verdi - yeni hərbi plan
-
Tanışının övladını həbsdən azad edəcəyi vədi verdi, özü həbsdə qaldı - TƏFƏRRÜAT
-
Məmməd Musayevin qardaşı oğlu şirkətinin əmlakını satır - DETALLAR
-
Sankt-Peterburqda avtomobil partladıldı - Hərbçi həlak oldu
-
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - FOTO
-
Kartof sahələrində xəstəliklərin əsas səbəbi dərmanların təsirsiz olmasıdır? - VİDEO
-
Azərbaycanda ən çox və ən az maaş verilən sahələr - Statistika
-
Bakıda vətəndaşların mənzilləri bir neçə dəfə satışa necə çıxarılıb? - VİDEO
-
İran ayda 50 ballistik raket istehsal edə bilər - “Bloomberg“
-
Pekindən Vaşinqtona mühüm zəng: Çin ABŞ-la nələri müzakirə etmək istəyir?
-
Millətlər Liqasında V tur başlayır: Türkiyə Belçika, İtaliya Fransaya qarşı
-
General Natiq Əliyevin qızı saxlanıldı - Dələduzluğa görə
-
Sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var
-
Avtomobil icarəsi ilə məşğul olan şəxslərə xəbərdarlıq - VİDEO
-
“Rusiya ilə ilin sonunadək razılaşma əldə etmək mümkündür“ - Zelenski
-
Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - FOTO
-
Tehran şərtlərini irəli sürüb, indi növbə Vaşinqtondadır - Qalibaf
-
Bakıda yeni söküntüyə görə 4000 manatdan kompensasiya verilir - VİDEO
-
Azərbaycan bank sektorunu silkələyən sensasion faktlar - Rauf Kazımovun offşor izi
-
Müğənni Dənizin qazinin haqqına göz dikən əlillik alveri – MƏHKƏMƏ İŞİ
-
Prezident və birinci xanım Türkiyəyə səfərə yollandı - FOTOLAR
-
Mesut Özil Ukraynanın “qara siyahı”sına düşdü - SƏBƏB
-
Sabiq Baş nazirin qardaşı saxlanılıb - İnsan alverinə görə
-
Azərbaycanlı biznesmenə hökm oxundu: 141 milyonluq mülkünə həbs qoyuldu
-
Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü
-
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
-
Nazirliyinin tabeliyindəki Mərkəzdə yeni rəhbər təyinatı - FOTO
-
Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? - VİDEO
-
Türkiyə ilə Azərbaycan arasında ayrılıq salmaq cəhdləri nəticəsiz qalacaq - Ərdoğan
-
Rubio İranın şərtlərini “cəfəngiyyat“ adlandırdı - ABŞ-Tehran münasibətləri dalana dirənib
-
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı kəskin artıb - RƏQƏMLƏR
-
Zaporojye cəbhəsində kəskin ziddiyyət: Rusiya bir söz deyir, Ukrayna başqa
-
“Ermənistan Aİ-yə üzvlük məsələsində əvvəlcə referendum keçirməlidir” - Rəsmi Moskva
-
ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir - “The Washington Post“
-
Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - Video
-
İnternet axşamlar niyə zəifləyir? - Sürəti artırmaq üçün sadə üsullar
-
Avropa liderləri Əbu-Dabi danışıqlarına qatılır - Fransadan açıqlama
-
Bakıda “QAZ-3110“la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı
-
Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
-
Yeməkdən sonra yuxulamağın səbəbi bəlli oldu - Bu qidaları azaldın
-
Hansı rayonlara qar yağır? - Faktiki hava açıqlandı
-
Arvadına xəyanət edən milyarder dünyanın gündəmində - Ermənistanda milyardlarla dollarlıq layihə!
-
Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - FOTO
-
“Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun” - Abbas Əraqçi
-
Azərbaycanda 2,2 milyardlıq turist xərcləri - Ən böyük pay bu ölkənindir
-
Moldova Rusiya qazından tamamilə imtina edib - Sandu
-
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
-
İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir - Tramp
-
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib - FOTO
-
“Eşq olsun Azərbaycan Bayrağına!” - VİDEO
-
Azərbaycanda Dövlət Bayrağı Günüdür
-
Bakıda Zəfər Günü konserti möhtəşəm atəşfəşanlıqla yekunlaşıb - Fotolar
-
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - FOTOLAR
-
Xankəndidə Prezidentin adından ziyafət verildi - FOTOLAR
-
“Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin“ - İlham Əliyev
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - VİDEO/FOTO
-
Şuşadan liderlərin səmimi görüntüləri - FOTOLAR
-
“İngilis dili öyrənmək Qərbə təslim olmaqdır” - İLGİNC AÇIQLAMA
-
Bakı və Abşeron yarımadasında hava - yağış yağacaq, şimşək çaxacaq
-
Hər kəs xeyirli hesab edir: ən riskli ət növü açıqlandı
-
Ərdoğan Azərbaycana gəldi - Əliyev Füzulidə qarşıladı - Video
-
“Xankəndidə də Zəfər Muzeyi olacaq“ - İlham Əliyev
-
“Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan!“ - Türkiyə MMN
-
Dünyanın nüvə arsenalı açıqlanıb – Çin, Hindistan və Pakistan ehtiyatlarını artırıb
-
“Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi“ - İlham Əliyev
-
İlham Əliyev Xankəndidə Zəfər abidəsini ziyarət etdi - FOTOLAR
-
Qəbir yerlərini rezervasiya edənləri böyük məbləğdə cərimə gözləyir - VİDEO
-
Prezident xalqa müraciət etdi - VİDEO/FOTOLAR
-
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü - FOTOLAR
-
Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar - Mətbuat Şurası
-
“Biz həmişə Azərbaycanın yanındayıq“ - Məhəmməd Şahbaz Şərif
-
Türkiyə XİN-dən Azərbaycana təbrik - FOTO
-
Postmüharibə dövründə şəhid ailələrinə göstərilən xidmətlərin sayı AÇIQLANDI
-
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət etdilər - Fotolar
-
“Toretto“ restoranının fəaliyyətindən narazılıq var - VİDEO
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Beyləqanda Zəfər Günü qeyd edildi - FOTOLAR
-
Mehriban Əliyeva Zəfər Günü münasibətilə paylaşım etdi - FOTO
-
Şuşanın azad olunmasından 6 il ötür
-
Bu gün Azərbaycanda Zəfər Günüdür
-
Küləkli hava ilə bağlı gəmilərə - Xəbərdarlıq
-
“Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb“ - Simonyan
-
DTX-dan Zəfər Günü ilə bağlı - Videoçarx
-
“Trampın təklifi təhlükəli ola bilər“ - Zelenski
-
Azərbaycanda kişi videogörüntülərlə şantaj olundu: Şübhəli həbs edildi
TOP 10
ARXİV






