| |
|
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Əhmədzadənin yerinə Sultan-zadə - Adnan Əhmədzanin yerinə keçən Rüfət Sultan-zadə kimdir?
“360Marcom“ MMC KOBİA üçün niyə bu qədər önəmlidir? - ARAŞDIRMA
Şirvanda qeyri-müəyyənlik - İlqar Abbasov Mehdiyevin güdazına gedə bilər...
Yaxın vaxtlarda MSK-da “təmizlik” gözlənilir - Ramiz Mehdiyevin adamlarından
Dövlət Gömrük Komitəsində kürsü savaşı - Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib
Prezidentin açılışını etdiyi Hövsan stadionunda Ticarət Mərkəzi tikilir - İcazə sənədi yoxdur?
Anar Əlizadə Azərbaycanı tərk edib - Adı Adnan Əhmədzadə işində hallanırdı
Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...
Tendersiz 53 milyonluq sifariş! - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı
Media Reyestrinin qaydaları – Konstitusiyaya zidd praktika (MÜSAHİBƏ)
Tarix 24.10.22, 17:22 |
|
Oktyabrın 14-dən Azərbaycan jurnalistlərinin reyestrində qeydiyyat başlayıb. MEDİA kommunikasiya şöbəsinin direktoru Səidə Şəfiyevanın sözlərinə görə, reyestrdə qeydiyyatdan keçməyən jurnalistlər əvvəlki qaydada işləyə və istənilən dövlət qurumuna sorğu göndərərək cavab ala biləcəklər.
Lakin KİV-ə qarşı qarşı tələblər sərtdir. Medianın İnkişafı Agentliyinin (MEDİA) media reyestri xidmətinin rəhbəri Cahangir Həsənli media haqqında qanunun 62.2 və 62.3-cü bəndlərini xatırladıb ki, bu maddələrə görə, çap və onlayn media “qanunvericiliyə əsasən müvafiq cavabı” almaq üçün işə başlamadan 7 gün öncə Media Agentliyinə müraciət etməlidir. Bu qanun qüvvəyə minənədək fəaliyyət göstərən KİV-lər isə 78.3-cü bəndə əsasən reyestr işə başladığı gündən altı ay ərzində Agentliyə müraciət etməlidirlər. “Beləliklə, fəaliyyət göstərən KİV-lərin altı ay vaxtı var”, – Həsənli qeyd edib.
Bəs KİV qeydiyyatdan keçmirsə , keçmək istəmirsə, və ya MEDİA-dan imtina alırsa, o zaman necə olacaq? Şəfiyeva Turan-ın bu sualına cavabında bildirib ki, media haqqında qanuna əsasən, 6 ay ərzində reyestrdə qeydiyyatdan keçmək üçün müraciət etməyən media subyektlərinin işinin qanuniliyinə məhkəmədə baxılacaq.
Media Hüququ qrupunun rəhbəri Xalid Ağəliyev Turan-ın suallarını cavablayıb.
* * *
-Xalid bəy, belə çıxır ki, Media Reyestrinə qeydiyyat məcburidir?
– Media Agentliyinin rəsmilərinin açıqlamaları yekdil deyil, dolaşıqlıq var. Rəsmilərdən biri resyestrlə bağlı tələblərin yalnız reyestrə düşmək istəyində olan media və jurnalistlərə münasibətdə tətbiq ediləcəyini, başqa bir rəsmi isə 6 ay ərzində reyestrə qoşulmaq üçün müraciət etməyənlərin məhkəməyə çəkiləcəyini açıqlayıb. Bu, ilk növbədə qanunun dolaşıqlığını və onun icrasına məsul olanların özləri üçün belə anlaşılmaz məzmun daşıdığını təsdiq edir. Qanunun işığında qeydiyyatın məcburiliyinə gəlincə, belə tələbi, qaydanı tətbiq etmək istəyi ola bilər, çünki yeni qanunu qəbul etməyin məqsədi də elə daha çox nəzarət imkanı qazanmaq idi, ancaq məcburi qeydiyyat tələbinin qanun qüvvəyə minənədək fəaliyyətə başlamış medialara aid edilməsi tamamilə qanunsuzdur. Çünki, qanunun geriyə qüvvəsi yoxdur. Konstitusiyaya görə, fərdlərin və təşkilatların hüquqi durumunu yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsi ola bilər. Bu baxımdan qeydiyyat məcburi ola bilməz, olacaqsa, bu, qanunsuz, Konstitusiyaya zidd praktika olacaq.
– Medianın İnkişafı Agentliyinin (MEDİA) media reyestri xidmətinin rəhbəri Cahangir Həsənli media haqqında qanunun 62.2 və 62.3-cü bəndlərini əsas gətirib. Amma bu vaxta qədər bu barədə söhbət açılmırdı. Eyni zamanda deyilir ki, bu qanun qüvvəyə minənədək fəaliyyət göstərən KİV-lər isə 78.3-cü bəndə əsasən reyestr işə başladığı gündən altı ay ərzində Agentliyə müraciət etməlidirlər. Qanunun rəsmi orqanlardakı dərcində bu maddələr yox idi. Bu vaxta qədər də müzakirəsi aparılmırdı. Birdən-birə haradan ortaya çıxdı bu məsələ?
– Bu məsələ birdən-birə ortaya çıxmayıb. Söhbət 62-ci və 73-cü maddələrdən, eləcə də keçid müddəalarından gedir. Təəssüflər olsun ki, bu qanun, “yanğından mal qaçırırmış” kimi qaçaraq, gərəkli ictimai müzakirələr süzgəcindən keçirilmədən qəbul edildi. Həmin vaxt bizim hüquqşunas Ələsgər Məmmədli ilə birgə qanun layihəsinə təkliflər hazırlamaq üçün bir neçə saat imkanımız oldu, yeri gəlmişkən, 40 səhifəyə yaxın həmin təkliflərimizdən yalnız bircə ifadə nəzərə alındı. Həmin təkliflərimizdə sözügedən maddələrə də toxunmuşduq. 73-cü maddənin tamamailə silinməsini və yenidən işlənməsini təklif etmişdik. 62-ci maddənin də eyni qaydada sui-istifadələrə yol açmaq potensialında olması səbəbindən dəyişdirilməsini təklif etmişdik. Ancaq dediyim kimi nəzərə alınmadı. Qanunun narahatlıq yaradan, ifadə və media azadlığına yönəlik təhdidləri özündə ehtiva edən maddələri kifayət qədərdir. İndilik tətbiq edilməsi gündəmdə olan cəmi 2-3 maddədir. Zamanı gəlincə, bütün maddələr tədricən işə düşəcək və bundan əvvəlcə tənqidi medialar, sonra bu layihəni alqışla qarşılayan bütün yerdə qalan medialar, jurnalistlər də öz “nəsibini alacaqlar”.
-Sizcə, bu qeydiyyat məsələsi və qeydiyyatdan keçməyən media orqanlarına 6 aylıq tələb qoymaqla nə etmək istəyirlər? Məqsəd nədir?
– Media, jurnalistika azadlığını mümkün olduğu qədər cilovlamaq. 90-cı illərdə başlıca məqsəd insanların başlıca informasiya qaynağı olan teleradio mediasını cilovlamaq idi. Bu məqsəd əldə edildi. Ardınca, teleradionun etimadlılığı xeyli aşağı düşdü, çap mediası, xüsusilə, qəzetlər insanların başlıca informasiya qaynağına çevrildi. Həmin vaxt çap mediasının cilovlanması başlıca məqsədə çevrildi. Uzun sürdü, amma bu məqsəd də əldə edildi. Bunun ardınca tədricən internet mediası insanların başlıca bilgi qaynağına çevrilməyə başladı. Bununla paralel olaraq, həmin media əsas hədəfə çevrilib. İnternet mediasının özəllikləri elədir ki, onu teleradio, çap mediasında olduğu kimi rahatlıqla ram etmək mümkünsüzdür. Burda ən effektiv vasitə insanları qorxutmaq, çəkindirmək, özünü senzuraya zorlamaqdır. Hazırda baş verənlərin üz qatında müxtəlif medialar görünsə də, başlıca məqsəd internet mediasının təsirini mümkün olduğu qədər azaltmağa nail olmaqdır.
– Belə çıxır ki, qeydiyyat üçün müraciət edən media orqanının qeydiyyata alıb-almamaq səlahiyyətini də Reyestr özündə saxlayır? Bununla da istədiyi medianı çıxdaş etmək imkanı qazanmırmı?
– Belə çıxır deməzdim. Məhz belədir ki, Avropa Şurasına üzv olmaq ərəfəsində Azərbaycanda ləğv edilən Mətbuat nazirliyinin bərpasına çalışılır. Əgər reyestr mexanizmi dediyiniz kimi tətbiq ediləcəksə, elə bir rejim, mexanizm yaradılması hədəflənmiş olacaq ki, qanuni jurnalistika fəaliyyəti ilə yalnız dövlətin icazə verdiyi şəxslər məşğul ola bilsin. Yerdə qalanlar daimi olaraq, qanuni basqı altında saxlanılsın və tədricən, mühitə mümkün olduğu qədər hakim olsunlar. Amma bu, doğru yol deyil, azad olmayan media, cilovlanmış ifadə azadlığı ilə yaxşı, firavan ölkə inşa etmək mümkün deyil. Həm də əvvəldə dediyimiz kimi internet mediası özəl xüsusiyyətlərə malikdir, onu ya Çin, İran, Koreyadakı kimi söndürməlisən, ya da azad buraxmalısan.
– Reyestrdən qeydiyyatdan keçməyən, qeydiyyatdan keçmək istəməyən, Reyestr tərəfindən çıxdaş edilən, məhkəməyə verilən, məhkəmə tərəfindən qapadılan media orqanlarının da Reyestri məhkəməyə vermək və qazanmaq perspektivi varmı?
-Bütün hallarda mübahisələndirmək olar. Əvvəldə qeyd etdiyimiz kimi, qanunun geriyə qüvvəsi məsələsi var. Konstitusiyanın tələbləri var. Qurulması hədəflənən mexanizm bu aspektdə qanuna uyğun deyil. Rahatlıqla mübahisələndirilə bilər və məhkəmələr ədalətli araşdırma apararlarsa, media, jurnalsitlər burda haqlı tərəf kimi təsdiqlənə bilər.
-Beynəlxalq konvensiyalar bununla bağlı nə deyir?
-Bu elə məsələdir ki, ona qarşı həm BMT məhkəmə alətlərindən, həm də Avropa Məhkəməsi alətindən istifadə etmək olar. Ən effektiv vasitə Avropa Şurasına üzvlüyün Azərbaycana qazandırdığı imkanlardır. Avropa Konvensiyası ifadə azadlığı hüququna təminat verir, həmin hüquqdan necə yararlanmanın təfsirini isə Avropa Məhkəməsi öz qərarları vasitəsilə təqdim edir. Bu praktikaya görə, bir medianı reyestr şərtlərinə uyğunsuzluq kimi hansısa texniki səbəblər göstərməklə qapatmaq, onun fəaliyyətə başlamasına imkan verməmək, aşkar şəkildə ifadə azadlığı hüququnun pozuntusu, senzuradır, bunun başqa hüquqi qiyməti yoxdur. Məsələn, AİHM Əhməd Yıldırım Türkiyəyə qarşı işi üzrə qərarında ifadə azadlığına məhdudiyyətlərin məzmunla bağlı ola biləcəyini, məzmunu çatdıran vasitələrə məhdudiyyətin yolverilməzliyini elan edir. Yəni, hansısa məqaləyə, şərhə, xəbərə, şerə, romana, əsərə müəyyən şərtlərə əməl etməklə məhdudiyyətlər tətbiq edilə bilər, ancaq həmin məzmunları çatdıran vasitələrə – qəzetləri, saytları, kanalları qapatmaq ifadə azadlığı hüququ çərçivəsini aşmaq deməkdir.
Xəbərin oxunma sayı : 703
Müsahibə
Xəbərlər
-
Məşhurların bu gün instaqramda paylaşdığı - FOTOLAR
-
Bu səhifələri ermənilər idarə edir - Diqqətli olun!
-
Sevinc Orucova liseydə gizli kamera niyə yerləşdirib? - VİDEO
-
İki çoban yarım milyon manatdan çox pulu necə mənimsəyib? - Film kimi cinayətin DETALLARI
-
Danimarka dövləti qərarını verdi - Qrenlandiyaya qoşun göndərdi
-
Xunta rəhbərləri və digər şəxslərin Ermənistana təhvil verilməsi ehtimalı yoxdur - Hakimiyyətdəki mənbə
-
Kürdəmirdə bir qrup sakin satdıqları narın pulunu hələ də ala bilmirlər - VİDEO
-
Bakıda 1,7 milyonluq əmlak hərraca çıxarıldı - FOTOLAR
-
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edildi - SƏRƏNCAM
-
Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafov 8 il azadlıqdan məhrum olundu - TƏFƏRRÜAT
-
Yasamalda yerləşən 32 saylı bağçada yeməklər valideynlər tərəfindən hazırlanır? - VİDEO
-
ABŞ yaxın 24 saat ərzində İrana zərbə endirə bilər - “Reuters”
-
“Şuşa Otel-Konqres Mərkəzi Kompleksi“ idarəetməyə verilir - Müqavilə əsasında
-
Bakıda kişini intim görüntüləri ilə şantaj edənlərə hökm oxundu - MƏHKƏMƏ
-
Azərbaycanda ilk: Partiya sədrinin müavini süni intellekt oldu
-
Tərtər hadisələrində ölən polkovnikin övladlarına - 20 min veriləcək
-
“Qrenlandiya “Qızıl Günbəz” müdafiə sistemi üçün həyati əhəmiyyətə malikdir“ - Tramp
-
Azərbaycan pasportu ilə vizasız gedə biləcəyimiz ölkələr - SİYAHI
-
Plastik cərrah kimi fəliyyətinə rəsmən icazə verilməyən Nurlan Həsənli yenidən iş başında - FOTOFAKT
-
SDU-nun rektor əvəzi professorluqdan niyə məhrum edilib? - Açıqlama
-
Aqrar sektorda “silinən pullar“la bağlı adlar çəkildi - “Rövşənoğlu“, “TapAgro“, “GübrəAz“
-
İranın əsas ixrac tərəfdaşları kimlərdir? - SİYAHI
-
Sabunçu rayonunda 41 yaşlı qadın bıçaqlandı - Anası saxlanıldı
-
Prezident “Mədəniyyət Konsepsiyası“nı təsdiqlədi - Nələr olacaq?
-
Azərbaycanda cəza çəkən 4 erməni geri verildi - Paşinyan açıqladı
-
Hikmət Hacıyev Qazaxıstanın Azərbaycandakı səfiri ilə görüşdü - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Azəriqaz” əlil ailəyə böyük məbləğdə cərimə yazdı - Məhkəmə borcu sildi
-
Himayəçilik Şurasının tərkibi dəyişdi - Kimlər gəldi, kimlər getdi?
-
“Gürcüstan Aİ-yə üzvlük planına əməl edəcək“ - Kobaxidze
-
“Beniz“in məhkəməsi: Prosesdə zərərçəkənin onlayn ifadəsi dinlənildi
-
“Meyvə Bağları” MMC-nin sahibi vətəndaşın torpağını zəbt edib? - Şikayət
-
“Türkiyə ABŞ-nin İrana müdaxiləsinə qarşıdır” - “Tehran kömək üçün Ankaraya müraciət edib...”
-
Ən çox bahalanan məhsullar açıqlandı - SİYAHI
-
Cərrah Rəşad Şolan xəstəni səhv əməliyyat etdi, xəstə ömürlük şikəst oldu - VİDEO
-
Saxta profillər açıb 150-yə yaxın istifadəçinin pulunu talayan şəxs tutuldu - VİDEO
-
Naxçıvanda dəmir yolu xətti boyunca 10 stansiya yenidən qurulacaq - FOTOLAR
-
İran ABŞ-nin bu ölkələrdəki hərbi bazalarını vuracaq - Xəbərdarlıq edib
-
“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... - Anormal qiymət siyasəti
-
Ahıl və tənha vətəndaşlar dələduzluğun hədəfində - DİN çağırış etdi
-
Timoşenkonun ofisində axtarış aparılıb - Deputatların pulla ələ alınmasında təqsirləndirilir
-
Bakıda karxana fəhləsinin müəmmalı ölümü: papaq başqa küçədə, ayaqqabı yoxa çıxıb
-
Yazıçılar Birliyinə üzvlük dayandırılıb: “15 manatı verməyən, deməli...“
-
Azərbaycanda oxuyan xarici tələbələr hansı ölkələrdəndir? - STATİSTİKA
-
“Baxçalı Saray” şadlıq sarayında əməliyyat: kimlər saxlanılıb?
-
13 il əvvəl 62 manata dolan bazarlıq səbəti indi neçəyə başa gəlir? - CƏDVƏL
-
Azərbaycanda son zamanlar yayılan xəstəlik nədir? - Gözlənilən təhlükələr açıqlandı
-
Bu şirkət bir ildə 30 tender udub, 76 milyon sifariş alıb - SİYAHI
-
Hansı məktəblər distant təhsilə keçəcək? - VİDEO
-
Pensiyalar bu qədər artırılacaq - Nazir açıqladı
-
Bir-birinə yapışan evlər: Xırdalanda xaotik vəziyyət (VİDEO)
-
Mərmər məzar daşlarının baha olmasının səbəbi nədir? - VİDEO
-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
-
Sumqayıta işləyən bu avtobuslarda gediş haqqı artırılır - VİDEO
-
“Biz çox sərt addımlar atacağıq” - Tramp İrana xəbərdarlıq edib
-
Prezident Ağdərə sakinləri ilə görüşündən paylaşım etdi - VİDEO
-
Həkimdən hamilə qadına cavab: “Sabaha sağ qalsanız, müraciət edərsiniz”
-
Bazarlarda satılan bəzi kartoflarda qida uyğunsuzluğu var? - VİDEO
-
“Oğlum məni sizə əmanət edib” - Şəhid anası - Video
-
Prezident Ağdərədə Xüsusi Əməliyyat Mərkəzinin təməlini qoyub - FOTOLAR
-
Füzulidə 33 yaşlı kişi həyat yoldaşını oğurladı - TƏFƏRRÜAT
-
Maqnit qasırğaları arta bilər: Alimlərdən xəbərdarlıq
-
Saxta sənədlər üzə çıxdı: “Premiumnetaz“ MMC internet xidmətləri bazarından çıxarıldı
-
Adnan Əhmədzadə barədə yei qərar verildi - Məhkəmə prosesi
-
“Mənə şərik axtardığını bildirdi“ - Martin Ryanın məhkəməsində şahidlər ifadə verib
-
İran Rusiyaya 4 milyard dollarlıq silah satıb - Ballistik raketlər və PUA-lar
-
Prezident Ağdərə sakinləri ilə görüşdü - Video - Fotolar
-
Zaur Mikayılov onu rəis müavini təyin etdi - FOTOLAR
-
Qərb İran haqqında nə deyirdi, indi nə deyir və niyə? - TƏHLİL
-
Maştağada qəsəbədaxili yol niyə hələ də təmir olunmur? - VİDEO
-
“ARB“ kanalının yayımı 3 saatlıq dayandırılacaq - Səbəb
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İcra başçısının müavininə məxsus torpaq sahəsi hərraca çıxarıldı - Hacıqabulda
-
Türkiyədə prokuror keçmiş həyat yoldaşı olan hakimi güllələdi - Məhkəmə binasında
-
Dövlət Neft Fondunun proqnozu fiasko ilə nəticələnib - Rəqəmlər
-
Prezident “Qozlukörpü” SES-in açılışında - FOTOLAR
-
ABŞ maskalanmış qırıcılardan istifadə edib - Narkotik qaçaqmalçılarına hücum zamanı
-
Fransa Almaniyanın yenidən silahlanması tempini təşvişlə izləyir - “Bloomberg“
-
Uşaqları cinayətə cəlb edən qohumlar həbs olundular - VİDEO
-
Prezident İlham Əliyev Ağdərəyə getdi - FOTOLAR
-
Baş Prokurorluqda tədbir keçirildi - FOTOLAR
-
Tramp İranla əməkdaşlıq edən ölkələrə rüsum tətbiq etdi - 25 faiz
-
Prezident İlham Əliyev Tərtərdə açılışda - FOTOLAR
-
Bir ayda ikinci qəza... - Piyadaların həyatı təhlükədədir
-
2026-cı ilin ilk dövlət qulluğu imtahanı: 1500-ə yaxın namizəd iştirak edəcək
-
Sabah Bakıya sulu qar yağacaq - XƏBƏRDARLIQ
-
Gömrükdə kələm yükündən narkotik aşkarlanıb - 19 kiloqram
-
Rusiya İrana dəstəyini açıqladı - Sergey Şoyqu Laricani ilə danışıb
-
“Adanın müdafiəsi NATO çərçivəsində təmin edilməlidir” - Qrenlandiya Baş naziri
-
Ev kirayə verənlərin nəzərinə - Cərimə 5 dəfə artırılıb
-
Nazirlikdən hava ilə bağlı əhaliyə - Müraciət
-
Rusiya səfirinə təqdim olunan notada nə yazılıb? – Solovyovun çıxışı qalmaqala səbəb olub
-
“Metrodakı maliyyə nöqsanları aradan qaldırılmayıb“ - Palata
-
Ali Məhkəmədən mühüm qərar - Müflis bankla bağlı
-
Tramp İrana mümkün hərbi müdaxilə barədə məlumatlandırılıb - “CBS News”
-
“Şah dərgahı“ mərasim evindən şikayət:“Gələnlər maşını yolun ortasında saxlayıb gedirlər“
-
Hava şəraiti ilə bağlı sürücülərə – Xəbərdarlıq
-
Azərbaycanda bu universitetdə yoxlamalar aparıldı - RƏSMİ
-
“Rusiya Ukraynaya yeni kütləvi hücumlara hazırlaşır“ - Zelenski
-
ABŞ vətəndaşlarına çağırış etdi - “İranı tərk edin“
-
“Tikilməsəydi, Bakıda ciddi su qıtlığı olardı” - İlham Əliyev+Video
-
Bu gün instaqramda nələr paylaşıldı? - FOTOLAR
-
İrandan idxal olunan məhsullar bahalaşıb - VİDEO
-
Xəbəri olmadan qaz sayğacı dəyişdirildi, 1500 manat borc yazıldı - VİDEO
-
Məsud Pezeşkian etirazçılarla dialoqa girib - Əraqçi
-
Güzdəkdə qanunsuz karxana - Bəhram Məlikov kimlərin himayəsi ilə işləyir?
-
“Real Madrid“ baş məşqçisini istefaya göndərdi - RƏSMİ
-
MİS-lər yeni qaydalarla işləyəcək - VİDEO
-
Pezeşkian Tehranda nümayişlərə qatıldı - VİDEO
-
Bu yolun asfalt örtüyü üç ay ərzində ikinci dəfə dağılıb - VİDEO
-
“Mənsimov işi”ndə Əlizadə “xətti”: Neft maqnatı iş adamını niyə “vurur”?
-
“Ambiance MED şikayət etdi: “Green Farm“ın rəhbərinə “stop“ qoyuldu
-
Əraqçi və Uitkoff telefonda danışdılar - İrandakı etiraz aksiyalarını müzakirə edilib
-
Fuad Qəhrəmanlı DTX-yə çağırıldı - “Boz kardinal”ın işinə görə
-
Bakıda və Abşeronda bir sıra evlər və binalar məcburi köçürüləcək - AÇIQLANDI
-
Xaricdə oxumaq istəyənlər üçün - Universitet və proqramların siyahısı
-
ABŞ Silahlı Qüvvələrin komandanlıq sistemini yeniləmək istəyir - “The Intercept“
-
Gimnaziya direktoru kabinetində yaralandı - 1000 manat cərimələndi
-
Məzuniyyətə görə pul almaq olar? - AÇIQLAMA
-
ABŞ Silahlı Qüvvələrin komandanlıq sistemini yeniləmək istəyir - “The Intercept“
TOP 10
ARXİV






