“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Rusiya Ukraynada kimyəvi silahdan istifadə edə bilər” - ABŞ rəsmiləri

Tarix 24.11.22, 17:37

Font ölçüsü : - / +
bitmap-img6


“Rusiya Prezidenti Vladimir Putin Ukraynada kimyəvi silahdan istifadə edə bilər. Rusiya qoşunları Ukrayna döyüş meydanında mövqelərini itirməkdə davam edərsə, NATO ilə nüvə qarşıdurmasına getməzdən əvvəl Putin ilk növbədə kimyəvi silahdan istifadəyə baş vuracaq”.

ABŞ Prezidenti Co Bayden Administrasiyasının rəsmiləri bununla bağlı dəyərləndirmələr aparıblar.

Bu barədə məsələdən məlumatlı olan altı nəfər fikirlərini bildirib.

Onların sözlərinə görə, Bayden administrasiyası müttəfiqlərin belə bir hadisəyə hazır olmasının təmin edilməsinə çalışır. Həmçinin kimyəvi silahdan istifadə halında yeni resursların və sərmayələrin detektor sistemlərinin istehsalına yönləndirilməsinə nail olmaq istəyir. Bu da məsələ ilə bağlı narahatlıqların ortaya çıxmasına səbəb olur.  

Bu barədə anonim şəkildə məlumat verənlər arasında ABŞ Müdafiə Nazirliyinin nümayəndələri də var. Lakin ABŞ-nin Ukraynada belə bir hücumun qaçılmaz olduğunu söyləmək üçün heç bir kəşfiyyat məlumatı yoxdur. Faktiki olaraq ABŞ Müdafiə Nazirliyinin bir çox rəsmiləri hesab edirlər ki, qış aylarında döyüşlər dayanacaq və tərəflərdən heç biri çox sayda mövqelərin ələ keçirilməsində üstünlük qazana bilməyəcək.

Ancaq bu məsələ ilə məşğul olan bəzi yüksək vəzifəli məmurlar belə qənaətə gəliblər ki, döyüş meydanında itkilərin davam etməsi və ya Rusiya ordusunun tamamilə dağılması halında Moskva kimyəvi silahdan istifadə edə bilər. Həmçinin bu, Aleksey Navalnının zəhərlənməsində istifadə olunan kimyəvi maddə ilə əlaqələndirilir.

Rəsmilər və ekspertlərin sözlərinə görə, bu hücum gizlədilməsi asan olan kimyəvi maddələrlə aparıla bilər. Bu da Moskvaya qarşı ittihamların irəli sürülməsini çətinləşdirə bilər. Məsələn, bəzi kimyəvi maddələr kütləvi itkilərə nail olunması üçün istifadə edilir. Həmçinin rəsmilər və ekspertlər qeyd ediblər ki, Moskva bir-iki nəfərə qarşı sinir sistemini iflic edən “Noviçok” adlı maddədən istifadə edib. Məsələn, bəzi kimyəvi maddələr aerozol halına salına və ya böyük insan qruplarına zərər vermək üçün sursatlarda istifadə edilə bilir.

Qeyd olunur ki, ABŞ Rusiyanın kimyəvi silah potensialının artırılmasına sərmayə yatırdığını çoxdan bilir. ABŞ konqresmeninin köməkçisinin sözlərinə görə, həmçinin bu ilin payızında senatorlar Rusiyanın kimyəvi silah ehtiyatları və Ukraynadakı təhlükə barədə məlumatlandırılıblar.

Mənbə: Politico



Xəbərin oxunma sayı : 691




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap