Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Qiymət artımının qarşısı alınmasa, bu tədbirlərin əhəmiyyəti olmayacaq” – Vahid Əhmədov

Tarix 19.01.23, 15:00

Font ölçüsü : - / +
bitmap-img6


“Mən həmişə demişəm, indi də deyirəm ki, nə qədər maaş, pensiya, müavinət artımı etsək də, inflyasiyanın, qiymət artımının qarşısı alınmasa, bu tədbirlər demək olar ki, özünü doğrultmur. Ona görə də, əsas olan qiymət artımı və inflyasiyanın cilovlanması məsələsidir. Bununla əlaqədar anti-inflyasiya tədbirləri var, həyata keçirilir. Bu tədbirləri bir az da sərtləşdirməyə ehtiyac var ki, qiymət artımı olmasın”.

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirdi. Onun sözlərinə görə, bu istiqamətdə qonşu ölkələrin təcrübəsindən də istifadə oluna bilər.

“Dünən baxıram, Gürcüstanda yeni qərar qəbul olundu. Nəticədə dərman vasitələrinə “tavan qiymət” qoyuldu ki, dərman qiyməti maksimum bu qədər ola bilər. Nazir göstəriş verdi ki, oktyabr ayının 15-dən ibarət tavan qiymətlər tətbiq edilsin. Azərbaycanda da ola bilər ki, belə bir addım atılsın. Vergi sistemində də müəyyən dəyişikliklər ola bilər. Yəni kifayət qədər imkanlar var ki, bu inflyasiyanın, qiymət artımının qarşısı alınsın. Hətta mən hesab edirəm ki, bunlar hamısı Rusiya-Ukrayna müharibəsi ilə birbaşa əlaqədardır. Bu müharibə tez bitərsə, müəyyən qədər qiymət artımı və inflyasiyanın qarşısı alınar”, - deyə millət vəkili vurğulayıb.

Vahid Əhmədovun fikrincə, ən böyük problemlərdən biri də maaş və pensiyaların artırılmasından sonra supermarketlərdə qiymətlərin yüksəlməsidir:“İnsanların maaşı, pensiyası, müavinəti artır, ondan da iki gün qabaq və ya sonra qiymətlər artır. Yəni bu, çox ciddi məsələdir. Buna görə İqtisadiyyat Nazirliyinin Antiinhisar Xidməti, monitorinq xidmətləri çox ciddi işləməlidir ki, buna imkan verilməsin. Qiymət artımı olacaqsa, maaşların, pensiyaların artımının heç bir əhəmiyyəti olmayacaq. Buna görə də, monitorinqlər aparılması vacibdir. Süni qiymət artımına imkan vermək olmaz”.



Xəbərin oxunma sayı : 841




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap