“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Prezidentin sərəncamı ilə vəzifəyə təyin olunan məmur rəsmən bizneslə məşğuldur - FOTOFAKT

Tarix 20.05.23, 15:11

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda vəzifəli şəxslərin böyük bizneslərə, obyektlərə sahib olmaları barədə çox yazılıb. Dövlətdən maliyyələşən təşkilatlara rəhbərlik edən əksəriyyət məmurların sahib olduqları var-dövlətlə aldıqları məvaciblər isə böyük ziddiyyət təşkil edir.

Bəzi məmurlar isə vaxtıilə biznes sahəsindən vəzifəyə gəliblər. Həmin məmurlar vəzifəyə təyinat aldıqdan sonra bizneslərini yaxın adamları vasitəsi ilə yenə də inkişaf etdirirlər.

Belə məmurlardan biri də Sabunçu rayon icra başçısı Adi Vəliyevdir. Vaxtı ilə biznes sahəsi ilə məşğul olan, daha sonra yenidən dövlət işinə qayıdan Adil Vəliyevin icra başçısı işlədiyi dövrdə avtomobil biznesini dahada böyüdüb.

AzFakt.com-un əldə etdiyi məlumata görə, Adil Vəliyev avtomobil binseni daha da inkşaf etdirmək üçün satış salonlarını genişləndirir. Belə ki, Bakı şəhəri Nizami rayon Babək prospekti 37 ünvanında avtomobillərin satış salonu açır.

Tikinti sahəsi 1026.35 kvadrat olan 2 mərtəbəli bu avtomobil satış salonunun hazırkı bazar qiyməti 4-5 milyon manat dəyərində qiymətləndirilir.

Məsələnin ilginc tərəfi isə odur ki, Adil Vəliyev avtomobil salonu üçün tikdirdiyi obyekti öz adına sənədləşdirməsidir.Yəni hazırda Sabunçu rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyən Adil Vəliyev dövlət məmurudur və onun bu addımı qanunla qadağandır.

Məsələ ilə bağlı Sabunçu rayon icra başçısı münasibət bildirmədi. 








Xəbərin oxunma sayı : 1471




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap