| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sabirabadda dəhşətli hadisə: Arvadını bibisi oğluyla tutdu, sonra... – Şok təfərrüat
Tarix 10.09.23, 21:54 |
|
Sabirabad rayonunda 1992-ci il təvəllüdlü Qulu qısqanclıq zəminində həyat yoldaşı Gülsümü (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.
Qulu ailə münasibətləri pozulduğu üçün atası evinə getmiş arvadı Gülsümün qohumu Fərhadla intim münasibətdə olmaqla ona xəyanət etməsinə görə qisas niyyəti ilə öldürmək qərarına gəlib.
Bu məqsədlə 20 oktyabr 2022-ci ildə saat təxminən 13 radələrində yaşadığı evdən bıçaq götürərək qayınatası Səlimin evinin önünə gəlib. O, Səlimin və qaynı Sadiqin evdən getmələrini gözləyib. 15.02-də onların evdən getdiyini görüb.
Bundan sonra qayınatasının evinə girib. Evin yataq otağında olan arvadına yaxınlaşıb və söhbət etmək adı ilə evdən çıxarmağa çalışıb.
Bu vaxt orada olan 2014-cü il təvəllüdlü qızı Könül onun bel nahiyəsində gizlətdiyi bıçağı görüb. Könül anasını vuracağını düşünərək dərhal bıçağı götürüb və evin həyətinə atıb.
Qulu həyətdən bıçağı götürüb. Bu vaxt həyətə çıxan Gülsümə yaxınlaşaraq, anası və qızının gözləri qarşısında arvadına 20 zərbə vurub.
Gülsüm hadisə şahidlərinin köməkliyi ilə vaxtında xəstəxanaya çatdırıldığı üçün ona ixtisaslı tibbi yardım göstərilib. Bu səbəbdən onun həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Qulunun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Nahid Hüseynovun icraatında araşdırılıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Qulu özünü ittiham üzrə qismən təqsirli bilib. O, ittiham üzrə özünü Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə təqsirli bildiyini deyib.
“Polisə gedərək təslim oldumâ€
Qulu bildirib ki, həyat yoldaşı Gülsümün boğazı ağrıdığından müalicə olunması üçün onu qaynatasının evinə qoyub:
“20 oktyabr 2022-ci ildə yoldaşımı götürmək üçün həmin evə getdim. Mənzilə daxil olmadan evin qapısından Gülsümü çağırdım. Çölə çıxanda ona evə getməyi təklif etdim. Gülsüm mənə cavab vermədi, otağa keçdi. 2-3 dəqiqə gözlədim, onun telefonla kiminləsə danışdığını gördüm. Sonra əsəbiləşərək evə girdim.
Gülsümün kiminləsə danışmasından şübhələndim. Adını çəkmək istəmədiyim şəxslə arasında olan münasibətləri yanlış başa düşdüyümdən onunla mübahisə etdim. Bıçaqla Gülsümə bir neçə zərbə vurdum. Sonra polis şöbəsinə gedərək təslim oldumâ€.
“Özümlə bıçaq aparmamışamâ€
Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirib ki, Gülsümlə 2014-cü ildə ailə həyatı qurub, iki uşaqları olub:
“Heç bir əsas olmadan Gülsümdən şübhələndim. Sadəcə onun telefonla danışdığını bildim və bunu səhv başa düşdüm. Gülsümü öldürmək istəməmişəm. Onlara gedərkən özümlə bıçaq aparmamışam. Həmin evdə olan bıçaqla Gülsümə xəsarət yetirmişəm. 4-5 bıçaq vurduğumu xatırlayıram. Qalan xəsarətləri, həmçinin Gülsümün hansı nahiyələrinə xəsarət yetirməyim yadımda deyil. Yadında qaldığı qədəri ilə yanımızda heç kim olmayıb. Gülsümlə qızım Vüsalə qayınatamgildə, digər qızım Səkinə isə mənim evimdə qalırdıâ€.
Təqsirləndirilən şəxs əlavə edib ki, hadisə günü qayınatasının evinə daxil olanda Gülsümün yanında qızı Vüsaləni görməyib: “Həyat yoldaşımdan hadisə günü onun telefonla danışması səbəbindən şübhələndim. Şok vəziyyətində olduğumdan polis şöbəsində olarkən fərqli fikirlə söyləmişəm. Hadisə baş verən günü qayınatamın evində yoldaşım Gülsüm olub, başqa şəxsləri görməmişəm. Qayınatamgilə getməkdə məqsədim Gülsümü evimə aparmaq olub. Onu öldürmək istəsəydim, öldürə bilərdimâ€.
Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə hazırkı ifadəsi arasında ziddiyyətlər olduğunu müəyyən edib. Bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə açıqlanıb.
“Evi tərk etməsini tələb etdimâ€
Qulu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, Gülsümlə birgə nikahından 2015-ci il təvəllüdlü Vüsalə, 2017-ci il təvəllüdlü Səkinə doğulub, ailə qurduqdan sonra arvadı və uşaqları ilə birgə valideyinləri, qardaşları ilə Sabirabad rayonunun kəndində yaşayıb: “Ailə münasibətlərimiz yaxşı olub. Təxminən 12 oktyabr 2022-ci ildə, axşam saatlarında arvadım həyətə düşdü. 5 dəqiqə sonra mən də onun ardınca həyətə çıxdım.
Gülsümün hasarın küncündə telefonla kiminləsə yazışdığını gördüm. Yaxınlaşaraq telefonu əlindən aldım. Telefona baxanda Gülsümün bibiM oğlu Fərhadla “WhatsApp†sosial şəbəkəsində bir-birinə sevgi məzmunlu mesajlar yazdığını gördüm.
Gördüklərimdən dəhşətə gəldim və ondan məsələyə aydınlıq gətirməsini tələb etdim. Gülsüm ağlayaraq məndən bağışlanmağımı xahiş etsə də, onu bağışlamayacağımı bildirdim, evi tərk etməsini tələb etdimâ€.
“Xəyanət etdiyini demədimâ€
Qulunun sözlərinə görə, səhəri gün səhər saatlarında Gülsümün qardaşı Sadiqə zəng edib və Gülsümü gələrək aparmasını tapşırıb:
“Lakin Sadiqə Gülsümün mənə xəyanət etdiyini söylədim. Sadəcə Gülsümün onlara bir neçə günlük qonaq getmək istədiyini dedim. Günorta saatlarında Sadiq “VAZ-21207†markalı avtomobili ilə Gülsümü və qızım Vüsaləni evlərinə apardı, kiçik qızım Səkinə isə mənimlə qaldı. Sabirabad rayon Məhkəməsinə getdim. Gülsümdən boşanma barədə ərizə ilə müraciət etdimâ€.
“Dedi ki, boşansam, özünü öldürəcəkâ€
Təqsirləndirilən şəxs qeyd edib ki, oktyabrın 19-da saat 19-20 radələrində arvadı Gülsüm qardaşı Sadiqin telefon nömrəsi ilə ona zəng edib və səhəri gün atası evinə gəlməyi xahiş edib:
“Telefonda dedi ki, məndən boşanmaq, aramızda olan məsələni aydınlaşdırmaq, bu barədə söhbət etmək üçün görüşmək istəyir. Həmçinin dedi ki, ondan boşansam, özünü öldürəcək. Həm də dedi ki, bibisi oğlu Elçinlə arasında olanlara aydınlıq verəcək. Mən də ona söylədim ki, sabah gələndə Vüsaləni də özümlə evimə aparacamâ€.
“Təslim oldumâ€
Qulunun ifadəsinə görə, səhəri gün yoldan keçən tanımadığı taksi ilə Sabirabad şəhərinə yola düşüb, saat 15.20-də qayınatası Səlimgilə gəlib:
“Qapını açıb həyətə daxil oldum. Həyətdə qayınanam Bahar, qaynımın arvadı Mələk, Gülsüm və qızım Vüsalə vardı. Onlarla salamlaşdım, Gülsümə dedim ki, Vüsaləni aparmağa gəlmişəm. Gülsüm yenə də mənə ayrılacağım halda özünü öldürəcəyini dedi. Mən isə xəyanət etdiyini, ondan boşanacağımı dedim.
Gülsüm bıçaq çıxardı, sinə, qarın nahiyəsinə xəsarətlər yetirməyə başladı. Özünə xəsarət yetirməsinin qarşısını almaq üçün ona yaxınlaşdım. Bu zaman qayınanam Bahar və Mələk qolumdan tutdular, Gülsümə yaxınlaşmağımın qarşısını almağa çalışdılar. Hətta Bahar əlinin arxası ilə məni vurdu, dodağımı qanatdı. Bahar və Mələyin əlindən çıxdıqdan sonra bıçağı Gülsümün əlindən aldım.
Həmin bıçağı da özüm ilə götürərək həyətdən çıxdım, birbaşa Sabirabad rayon polis şöbəsinə gedərək könüllü şəkildə təslim oldum. Polis əməkdaşlarına arvadım Gülsümün özünə bıçaqla xəsarət yetirməsinə mane olduğumu, lakin qarşısını ala bilmədiyimi dedimâ€.
“İntim münasibət olmayıbâ€
İş üzrə zərərçəkmiş Gülsümün sözlərinə görə, ailə qurduqdan sonra əri Qulu və onun ailə üzvləri ilə birlikdə kənddə qayınatasına məxsus evdə yaşayıb:
“Ərim günəmuzd fəhləçilik etməklə ailəsini dolandırıb. Ailə münasibətlərimiz yaxşı olub. Qulunun bibisi oğlu Fərhad valideynləri və ailəsi ilə qonşuluqda yaşayır. Məlum hadisədən təxminən 5-6 ay öncə istifadəmdə olan nömrədən “WhatsApp†şəbəkəsində Fərhad mesajlar yazaraq onunla sevgi münasibətləri yaratmağa çalışdım. Fərhadla ünsiyyət yaratmaqda məqsədim onunla asudə vaxtımı keçirmək olub. Fərhad da öz növbəsində mesajlarımı cavablandırdı, mənə qarşı biganə olmadığını dedi.
Həmin vaxtdan mütəmadi olaraq “WhatsApp†şəbəkəsində zəngləşir, danışır və mesajlaşmışıq. Axşam və gecə vaxtları isə Fərhadla həyətimizin çəpərinin yanında söhbət etmişik. Lakin aramızda intim münasibət olmayıbâ€.
“Bizi bir yerdə gördüyünü dediâ€
Zərərçəkmiş qeyd edib ki, Fərhada hansısa fotosunu, videosunu göndərməyib, onun tərəfindən şantaj olunmayıb: “Fərhadla aramızda olan münasibətlərdən əvvəllər Qulunun və ya digər şəxslərin xəbəri olmayıb.
Sonuncu dəfə, məlum hadisədən 4-5 gün öncə, 14-15 oktyabr 2022-ci ildə, axşam saat 21-22 radələrində “WhatsAppâ€da Fərhada mesaj yazdım, harada olduğunu soruşdum. Fərhad mesajımı cavablandıraraq küçədə olduğunu dedi. Ona çəpərin yanına gəlməyi tapşırdım. Dərhal çəpərin yanına getdim və az sonra Fərhad da yanıma gəldi. Biz söhbət etməyə başladıq.
İki-üç dəqiqə sonra Fərhad mənə qaynım Vüsalın bizi bir yerdə gördüyünü dedi, ona görə də tez getməyi tapşırdı. Mən də tez evə getdimâ€.
“Həkimə getmək adı ilə atamgilə yollandımâ€
Zərərçəkmiş qeyd edib ki, səhəri gün saat 8 radələrində Vüsal təklikdə ona yaxınlaşıb, əvvəlki gün Fərhadla söhbət edən yerdə onu gördüyünü, ona görə artıq Qulu ilə birgə ailə həyatını davam etdirməyinin mənasız olduğunu, onların ailəsini rüsvay etdiyini, sakitcə evdən getməli və Quludan boşanmalı olduğunu bildirib:
“Vüsala yalvararaq bağışlanmağımı, Fərhadla məni bir yerdə gördüyünü heç kəsə deməməyi xahiş etsəm də, o, yalvarışlarıma əhəmiyyət vermədi, evdən getməyimi tələb etdi. Həmin ərəfələrdə boğazım iltihablaşdığı üçün ərim Quluya həkim müayinəsinə getməli olduğumu bildirdim, qardaşım Sadiqin gələrək məni həkimə aparmağına icazə verməyi xahiş elədim.
Həkimə getmək, istirahət etmək bəhanəsi ilə atam evinə getməyə qərar verdim. Buna görə də qardaşım Sadiqə zəng etdim. Zəngimdən təxminən bir saat sonra qardaşım avtomobili ilə gəldi. Məni uşaqlarım – Vüsalə və Səkinə ilə birgə atam evinə apardı. Bununla da həkimə getmək bəhanəsi ilə atamgilə yollandım.
Elə həmin gün anam taksi ilə məni Sabirabad xəstəxanasına apardı. Tanımadığım boğaz həkim məni müayinə etdi, boğazımı dərmanladı və biz evə qayıtdıqâ€.
“Məni boşayacağını dediâ€
Zərərçəkmiş bildirib ki, anası Naziləyə Fərhadla arasında olanları, Vüsalın onları gördüyünü, bu səbəbdən gəldiyini deyib: “Anam dediklərimdən çox məyus oldu. Mənə səhvə yol verdiyimi, etdiyim səhvin nəticəsində ailəmin dağılacağını dedi. Səhəri gün Vüsala zəngi etdim və bir daha ondan xahiş etdim ki, Fərhadla aramızda olanlar barədə Quluya deməsin.
Lakin Vüsal evə qayıtsam, Fərhadla münasibətimin olması barədə hamıya deyəcəyini bildirdi. Mən nə qədər ağlasam, yalvar-yaxar etsəm də, Vüsal mənə qulaq asmadı. Buna görə də qərara aldım ki, baş verənlər barədə Quluya özüm deyim.
Vüsalla danışdıqdan az sonra Quluya zəngi etdim, ağlaya-ağlaya Fərhadla bir-iki dəfə telefonda söhbət etdiyimi, sonuncu dəfə həyətdə Fərhadla danışarkən Vüsalın bizim söhbət etdiyimizi görərək ifşa etdiyini dedim. Bu sözlərimi eşidən Qulu əsəbləşdi və məndən boşanacağını dedi, telefonu üzümə söndürdüâ€.
Gülsüm qeyd edib ki, təxminən həftənin birinci günü, yəni atası evinə gəldikdən iki-üç gün sonra Qulu qardaşı Sadiqə zəngi edib və ondan boşanması barədə məhkəməyə müraciət etdiyini deyib: “Təbii ki, bu xəbərdən pis oldum. Həmçinin qızım Səkinə atasına çox bağlı olduğu üçün mənimlə qalmaq istəmədi. Buna görə həmin gün Qulu qardaşımla görüşdü və Səkinəni ondan aldıâ€.
“Səhv etdiyimi deyərək bağışlanmasını istədimâ€
Zərərçəkmiş ifadəsində həmçinin məlum hadisədən danışıb:
“Oktyabrın 20-də, saat 11 radələrində bütün ailə üzvləri evdə olarkən Qulu qardaşım Sadiqə zəng edərək küçədə olduğunu, onunla bir-iki kəlmə söhbət etmək istədiyini dedi. Qardaşım küçəyə çıxdı. Qulu küçədə yolun başında idi, qardaşım ona yaxınlaşaraq onunla görüşdü.
Qulu məndən nəyə görə ona Fərhadla xəyanət etdiyini soruşdu. Yalvararaq səhv etdiyimi dedim, bağışlanmasını istədim. Quluya təxminən 10 dəqiqə dialoqumuz oldu. Daha sonra atam Səlim, anam Nazilə də yanımıza gəldilər. Qulu artıq boşanacağımızı, daha söhbət etməyin mənası olmadığını dedi, oradan getdi.
Evə gəldikdən sonra anamgilin yataq otağında çarpayıda yatdım. Yuxuda olduğum vaxt evdən Qulunun səsini eşitdim. O, anamdan mənim harada olduğumu soruşurdu. Səsi eşidən kimi oyanıb çarpayıdan qalxdım.
Bu vaxt Qulu otağa daxil oldu və mənə həyətə çıxmağı tapşıraraq sözünün olduğunu bildirdi. Qulu ilə otaqdan qonaq otağına çıxdım. Məndən nəyə görə Fərhadla ona xəyanət etdiyimi soruşdu. Bu vaxt anam diz çökdü, Quluya yalvardı ki, nə söhbət varsa, evdə etsin, mənə heç nə eləməsin. Bu vaxt gəlinimiz də yuxudan oyandı. Anam gəlinimizə tez polisə xəbər verməyi tapşırdı.
Gəlinimiz cəld otağına keçdi. Qulu da onun otağına tərəf getdi, heç kəsə zəng edib heç nə deməməyi xahiş etdi. Sonra yenidən yanıma qayıtdı. Bu vaxt qızım Vüsalə Qulunun belində bıçaq gördü. Cəld bıçağı Qulunun belindən çıxardı və eyvana çıxdı, həyətə atdı.
Qulu da onun dalınca çıxdı. Mən də onların arxasınca çıxdım, Qulunun heç nə etməməsi üçün Vüsaləni də götürərək evə saldım, qapını bağlamaq istədim.
Lakin yerdən bıçağı götürən Qulu qarşımı kəsdi və dərhal sinəmə ybıçaqla vurdu. Bıçaq zərbəsinin ağrısından arxam üstə yerə yıxıldım. Daha sonra yenə zərbələr vurdu. Quluya yalvararaq məni vurmamağı israrla xahiş etdim. Lakin o, tez-tez məni bıçaqla vurdu. Neçə dəfə məni vurduğunu görməmişəm. Əlimlə sinəmi tutdum ki, bıçaq dəyməsin, lakin bıçaq əllərimə də dəyib.
Anam isə Qulunu itələməyə çalışdı ki, məni vurmasın, eləcə də qışqıraraq yalvardı. Qulu da anamı əli ilə itələdi, özündən uzaqlaşdırmağa çalışdı, bıçaqla vurmağa davam etdi. Sonra boğazımı bıçaqla kəsdi və bıçağı da götürərək həyətdən getdi. Azyaşlı qızım Vüsalə də yanımda idi.
Bir neçə dəqiqə sonra qardaşım Sadiq, ya da atam gəldi. Onlardan hansının gəldiyini dəqiq xatırlamıram. Məni qucaqlarına alıb avtomobilin arxa oturacağına əyləşdirdilər, əvvəlcə Sabirabad rayon mərkəzi xəstəxanasına apardılar. Orada boğazıma tikiş qoyulduqdan sonra məni Şirvan şəhər xəstəxanasına apardılar. 10 gün xəstəxanada müalicə aldıqdan sonra evə buraxıldımâ€.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Qulu 11 il 5 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. (Teleqraf.com)
Xəbərin oxunma sayı : 1150
Kriminal
Xəbərlər
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
“Millimizin futbolçuları hazırda...“ - Ayxan Abbasovdan oyun öncəsi açıqlaması
-
Xırdalanda sakinlərin istirahət yerində obyekt tikilir? - VİDEO
-
Bakıda avtobuslar üçün yeni mübadilə mərkəzi tikilir - VİDEO
-
Zelenski Avropaya xəbərdarlıq etdi: Rusiya və ABŞ nəyi müzakirə edir?
-
300 min manatlıq dələduzluq - Onlarla şikayətçi və həbs edilənlər var
-
Prezident Dublində onlarla görüşdü - FOTOLAR
-
Sükan arxasında ağıllı saat işlədənlər də cərimə olunsun - TƏKLİF
-
Bakıda dəmir yolu xəttinin bərpası üçün evlər və obyektlər sökülür - VİDEO
-
Ebola ilə mübarizə aparan 55 tibb işçisi həyatını itirib - Konqoda
-
Türkiyədə hərbi helikopter qəzaya uğradı - 4 nəfər həlak oldu
-
Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirildi - FOTO
-
Məşhur icra başçısının oğlu məhkəmədə DİNDİRİLDİ - Siqaret qaçaqmalçılarının İŞİ
-
Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək
-
Bakı təhsilinin şefinin rəfiqə və qohum şəbəkəsi - BŞTİ-dəa nə baş verir?!
-
“Nvidia” rəhbəri Yensen Huanq istefa verdi - Çin kəşfiyyatı qalmaqalına görə
-
Məhkəmə general qızı ilə bağlı qərar verdi - Ev dustaqlığına buraxıldı
-
Hakim ərini baltalayan qadını qəfəsdən çıxardı - BAKIDA
-
Azərbaycanda bu məhsullar bahalaşıb - Siyahı
-
Yüksək vəzifəyə təyin olunmuşdu - 23 gün sonra işsiz qaldı
-
Qarabağa görə KTMT-dən kömək istəməmişik! - İrəvan Moskvaya cavab verdi
-
ADSEA-da ikinci maaş iddiası: Zaur Mikayılov idarə rəislərinə əlavə 5000 manat paket verir?
-
“İranla razılaşmaya ehtiyacımız yoxdur” - Donald Tramp
-
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı - Personal çıxarıldı
-
ABŞ Ukrayna üçün “Starshield“in sürətini yenidən azaltdı - Zelenskidən etiraz
-
Sabiq komitə sədrinin otelini alan olmadı - Qiyməti 1,3 milyon endirildi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezident İlham Əliyev Maya Sandu ilə görüşüb - FOTO
-
Teymur Musayevə yeni vəzifə verildi - Əsədov qərar imzaladı
-
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirdi - Video
-
Prezident “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak edir - Fotolar
-
Bakının mərkəzində “yaşıl soyqırım“ - yenə Əsabil Qasımovun adı...
-
Matviyenko İrəvana xəbərdarlıq etdi: “KTMT-dən çıxarsa...“
-
İlham Əliyev Dublində Zelenski ilə görüşdü - FOTOLAR
-
Bu şəxslər üçün şad xəbər: Elektrik xərcinin yarısını dövlət ödəyəcək
-
Zabratda sənədsiz toyuq əti satan müəssisə bağlandı - Fotolar
-
İşlənmiş maşınlar ucuzlaşa bilər - yeni qaydalar gəlir
-
“Qaya” restoranı sahəsini qanunsuz artırdı - VİDEO
-
Son 76 ildə ömür uzunluğu hansı ölkədə nə qədər artıb? – Siyahı
-
Ardadan “Real”a rədd cavabı: 22 milyon maaşla bu kluba keçir
-
DİN və ETSN birgə əməliyyat keçirdi: 150 illik ağacları kəsən 6 nəfər tutuldu (VİDEO)
-
Keçmiş nazir aeroportda saxlanıldı – Korrupsiyada ittiham olunur
-
Mədəniyyət, idman və gənclər siyasətinə 643 milyon manat ayrılacaq - Xərclərin bölgüsü
-
Bakı Hərbi Məhkəməsində səs-küylü iş - 7 nəfər hakim qarşısında
-
“Putin NATO”su belə güclənməyə qərar verdi - yeni hərbi plan
-
Tanışının övladını həbsdən azad edəcəyi vədi verdi, özü həbsdə qaldı - TƏFƏRRÜAT
-
Məmməd Musayevin qardaşı oğlu şirkətinin əmlakını satır - DETALLAR
-
Sankt-Peterburqda avtomobil partladıldı - Hərbçi həlak oldu
-
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - FOTO
-
Kartof sahələrində xəstəliklərin əsas səbəbi dərmanların təsirsiz olmasıdır? - VİDEO
-
Azərbaycanda ən çox və ən az maaş verilən sahələr - Statistika
-
Bakıda vətəndaşların mənzilləri bir neçə dəfə satışa necə çıxarılıb? - VİDEO
-
İran ayda 50 ballistik raket istehsal edə bilər - “Bloomberg“
-
Pekindən Vaşinqtona mühüm zəng: Çin ABŞ-la nələri müzakirə etmək istəyir?
-
Millətlər Liqasında V tur başlayır: Türkiyə Belçika, İtaliya Fransaya qarşı
-
General Natiq Əliyevin qızı saxlanıldı - Dələduzluğa görə
-
Sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var
-
Avtomobil icarəsi ilə məşğul olan şəxslərə xəbərdarlıq - VİDEO
-
“Rusiya ilə ilin sonunadək razılaşma əldə etmək mümkündür“ - Zelenski
-
Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - FOTO
-
Tehran şərtlərini irəli sürüb, indi növbə Vaşinqtondadır - Qalibaf
-
Bakıda yeni söküntüyə görə 4000 manatdan kompensasiya verilir - VİDEO
-
Azərbaycan bank sektorunu silkələyən sensasion faktlar - Rauf Kazımovun offşor izi
-
Müğənni Dənizin qazinin haqqına göz dikən əlillik alveri – MƏHKƏMƏ İŞİ
-
Prezident və birinci xanım Türkiyəyə səfərə yollandı - FOTOLAR
-
Mesut Özil Ukraynanın “qara siyahı”sına düşdü - SƏBƏB
-
Sabiq Baş nazirin qardaşı saxlanılıb - İnsan alverinə görə
-
Azərbaycanlı biznesmenə hökm oxundu: 141 milyonluq mülkünə həbs qoyuldu
-
Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü
-
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
-
Nazirliyinin tabeliyindəki Mərkəzdə yeni rəhbər təyinatı - FOTO
-
Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? - VİDEO
-
Türkiyə ilə Azərbaycan arasında ayrılıq salmaq cəhdləri nəticəsiz qalacaq - Ərdoğan
-
Rubio İranın şərtlərini “cəfəngiyyat“ adlandırdı - ABŞ-Tehran münasibətləri dalana dirənib
-
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı kəskin artıb - RƏQƏMLƏR
-
Zaporojye cəbhəsində kəskin ziddiyyət: Rusiya bir söz deyir, Ukrayna başqa
-
“Ermənistan Aİ-yə üzvlük məsələsində əvvəlcə referendum keçirməlidir” - Rəsmi Moskva
-
ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir - “The Washington Post“
-
Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - Video
-
İnternet axşamlar niyə zəifləyir? - Sürəti artırmaq üçün sadə üsullar
-
Avropa liderləri Əbu-Dabi danışıqlarına qatılır - Fransadan açıqlama
-
Bakıda “QAZ-3110“la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı
-
Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
-
Yeməkdən sonra yuxulamağın səbəbi bəlli oldu - Bu qidaları azaldın
-
Hansı rayonlara qar yağır? - Faktiki hava açıqlandı
-
Arvadına xəyanət edən milyarder dünyanın gündəmində - Ermənistanda milyardlarla dollarlıq layihə!
-
Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - FOTO
-
“Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun” - Abbas Əraqçi
-
Azərbaycanda 2,2 milyardlıq turist xərcləri - Ən böyük pay bu ölkənindir
-
Moldova Rusiya qazından tamamilə imtina edib - Sandu
-
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
-
İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir - Tramp
-
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib - FOTO
-
“Eşq olsun Azərbaycan Bayrağına!” - VİDEO
-
Azərbaycanda Dövlət Bayrağı Günüdür
-
Bakıda Zəfər Günü konserti möhtəşəm atəşfəşanlıqla yekunlaşıb - Fotolar
-
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - FOTOLAR
-
Xankəndidə Prezidentin adından ziyafət verildi - FOTOLAR
-
“Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin“ - İlham Əliyev
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - VİDEO/FOTO
-
Şuşadan liderlərin səmimi görüntüləri - FOTOLAR
-
“İngilis dili öyrənmək Qərbə təslim olmaqdır” - İLGİNC AÇIQLAMA
-
Bakı və Abşeron yarımadasında hava - yağış yağacaq, şimşək çaxacaq
-
Hər kəs xeyirli hesab edir: ən riskli ət növü açıqlandı
-
Ərdoğan Azərbaycana gəldi - Əliyev Füzulidə qarşıladı - Video
-
“Xankəndidə də Zəfər Muzeyi olacaq“ - İlham Əliyev
-
“Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan!“ - Türkiyə MMN
-
Dünyanın nüvə arsenalı açıqlanıb – Çin, Hindistan və Pakistan ehtiyatlarını artırıb
-
“Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi“ - İlham Əliyev
-
İlham Əliyev Xankəndidə Zəfər abidəsini ziyarət etdi - FOTOLAR
-
Qəbir yerlərini rezervasiya edənləri böyük məbləğdə cərimə gözləyir - VİDEO
-
Prezident xalqa müraciət etdi - VİDEO/FOTOLAR
-
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü - FOTOLAR
-
Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar - Mətbuat Şurası
-
“Biz həmişə Azərbaycanın yanındayıq“ - Məhəmməd Şahbaz Şərif
-
Türkiyə XİN-dən Azərbaycana təbrik - FOTO
-
Postmüharibə dövründə şəhid ailələrinə göstərilən xidmətlərin sayı AÇIQLANDI
-
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət etdilər - Fotolar
-
“Toretto“ restoranının fəaliyyətindən narazılıq var - VİDEO
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
TOP 10
ARXİV






