“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Vilayəti Paşinyana xəbərdarlıq mesajı göndərib” - “Eyni mesajı Bakıya göndərə bilməz...”

Tarix 17.12.25, 10:02

Font ölçüsü : - / +
bitmap-img6


İranın ali dini liderinin xarici siyasət məsələləri üzrə müşaviri Əli Əkbər Vilayəti Ermənistanın Tehrandakı səfiri ilə görüşdə Zəngəzur dəhlizinə qarşı mövqeyini yenidən təkrarlayıb. O “Tramp marşrutu”nun Zəngəzur dəhlizi ilə eyni olduğunu və Tehranın buna qarşı olduğunu bildirib.

İran rəsmisinin açıqlamasını şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Vilayəti “Tehran Zəngəzur dəhlizinə qarşıdır” desə də, İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçı “Zəngəzur dəhlizi”nin əleyhinə deyillər. Buna baxmayaraq, Vilayətinin açıqlamasından bir daha anlaşılır ki, İranda müxtəlif məsələlərə olduğu kimi “Zəngəzur dəhlizinə” baxışda da hakim qüvvələrin iki fərqli mövqeyi var.

Ekspert vurğulayır ki, Vilayətinin simasında mühafizəkarlar Məsud Pezeşkianla əks fikirdədirlər:“Mühafizəkarların Zəngəzur dəhlizinin əleyhinə olmaları mövcud reallığı dəyişmir. Dəhlizin inşası davam edir və Ermənistanda fövqəladə hadisə baş verməsə “Tramp yolu” uzaqbaşı 2028-ci ilin sonlarına qədər işə düşəcək. Məsələnin maraqlı tərəfi başqadır. Ermənistan Xarici İşlər Nazirliyi İrandakı mühafizəkarların, o cümlədən Vilayətinin Zəngəzur dəhlizi əleyhinə olduğunu bildiyi halda, səfirini niyə onunla görüşə göndərib? Mümkündür ki, Vilayəti səfirlə görüşmək istəyib və erməni diplomat vasitəsilə Baş nazir Nikol Paşinyana xəbərdarlıq mesajı göndərib”.

E.Şahinoğlu hesab edir ki, Vilayəti eyni mesajı Azərbaycan səfiri vasitəsilə Bakıya göndərə bilməz. Çünki, Azərbaycanın İrandakı səfiri Bakının təlimatı olmadan Vilayəti ilə görüşməz. Belə bir təlimata isə ehtiyac yoxdur.



Xəbərin oxunma sayı : 571




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap