“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Pezeşkiyanla şəklimizi görüb, “bunu təcili yola salın“ dedilər“ - Saxlanılan xanəndə

Tarix 16.01.26, 11:49

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, Azərbaycanın məşhur xanəndəsi, əməkdar müəllim Qəzənfər Abbasov İrandan Bakıya gələrkən hava limanında saxlanılıb...

AzFakt.com xəbər verir ki, Qəzənfər Abbasov bu barədə manset.az-a açıqlama verərək xəbəri təsdiq edib. O saxlanılması səbəbilə təyyarəsini də qaçırdığını qeyd edib. 

"İranda konsertimiz baş tutdu. Eyni zamanda orada ustad dərsləri verdim. Bakıya gələrkən hava limanında məni saxladılar. Çoxlu sorğu-sual etdilər, daha sonra telefonumu əlimdən aldılar. Mənim burada da iranlı tələbələrim var. Onlarla telefon danışıqlarımı yoxladılar.

Daha sonra telefonumu aparıb baxanda mənim və tələbəmin İran prezidenti Pezeşkiyanla şəkilimi görüblər. Bu hadisədən sonra mənə olan münasibət dəyişdi. Köməkçiyə fars dilində göstəriş verildi ki, bunu dərhal bilet alıb yola salın. Təyyarəm isə artıq uçmuşdu. Mən problemli adam deyiləm, müəlliməm, xanəndəyəm. Məni niyə saxladıqlarını başa düşmədim. Hazırda gəlmişəm, Bakıdayam, işlərimlə məşğulam".



Xəbərin oxunma sayı : 154




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap