“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Milli Qəhrəman Şahin Tağıyev dəfn edildi - FOTOLAR

Tarix 16.01.26, 11:34

Font ölçüsü : - / +
bitmap-img6


İsveçin Malmö şəhərində vəfat etmiş Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevlə vida mərasimi keçirilib.

AzFakt.com APA-ya istinadla xəbər verir ki, vida mərasimində Müdafiə Nazirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, hərbçilər, Milli Qəhrəmanın döyüş yoldaşları, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib.

Milli Qəhrəman Hərbi Memorial Məzarlıqda dəfn edilib.

Qeyd edək ki, Şahin Tağıyev ötən il 29 dekabr tarixində İsveç Krallığının Malmö şəhərində uzun sürən xəstəlikdən sonra vəfat edib. Onun cənazəsi ötən gün Azərbaycana gətirilib.

Qeyd edək ki, əslən Şuşadan olan Şahin Talıb oğlu Tağıyev 1949-cu il fevralın 3-də Tərtər şəhərində anadan olub.

1969-cu ildə Energetika Texnikumunu bitirib və təyinatla Rusiyanın Udmurt vilayətinə göndərilib.

Gənc yaşlarından Rusiya və Azərbaycanda əvvəlcə energetika, ardınca ticarət sahələrində fəaliyyət göstərən Şahin Tağıyev 1988-ci ildə milli azadlıq hərəkatına qoşulub.

1991-ci ildə könüllü olaraq Qarabağ müharibəsinə qatılan Şahin Tağıyev leytenant rütbəsində bölük komandiri kimi döyüşlərə rəhbərlik edib.
1992-ci ildə həmin bölüyün bazasında yaradılan “Qurtuluş” batalyonunun komandiri təyin edilərək Ağdərə istiqamətində düşmən cəbhəsinin yarılmasında, eləcə də Tərtər, Seysulan, Yarımca və Levonarx istiqamətlərində aparılan döyüşlərdə xüsusi igidlik nümayiş etdirib.

Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Şahin Tağıyev Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
O, 2001-ci ildə Avropaya köçüb. Şahin Tağıyev İsveçdə qocalar evində uzun sürən xəstəlikdən sonra vəfat edib.








Xəbərin oxunma sayı : 175




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap