“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Netanyahu Trampa zəng edib - İrana qarşı hərbi əməliyyatın təxirə salınmasını istəyib

Tarix 16.01.26, 12:51

Font ölçüsü : - / +
bitmap-img6


İranda 28 dekabr 2025-ci ildə başlayan etiraz aksiyaları 19-cu günündə də davam edir. Aksiyalar zamanı həlak olanların sayı 2 mini keçib. Bu fonda İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ Prezidenti Donald Trampdan İrana qarşı mümkün hərbi zərbə planlarını təxirə salmağı xahiş etdiyi iddia olunur.

“The New York Times” qəzetinin yazdığına görə, ABŞ-nin İrana mümkün hücum planları region ölkələrində ciddi narahatlıq doğurub. ABŞ hökumətindəki mənbələr Netanyahunun yanvarın 14-də Tramp ilə telefon danışığı apardığını və bu söhbət zamanı İrana qarşı hərbi planların təxirə salınmasını istədiyini açıqlayıb.

Məlumata görə, Netanyahu yanvarın 13-də ABŞ vitse-prezidenti Cey Di Venslə də görüşüb. Həmin gün Trampın yüksəkvəzifəli müşavirləri Ağ Evdə toplaşaraq İrana qarşı mümkün hərbi variantları müzakirə ediblər.

Körfəz ölkələrindən bir rəsmi isə bildirib ki, Qətər, Səudiyyə Ərəbistanı, Oman və Misir də İrana qarşı mümkün hücumun genişmiqyaslı regional münaqişəyə çevrilə biləcəyindən narahatdır. Bu səbəbdən sözügedən ölkələr son günlər Vaşinqtondan oxşar tələblərlə çıxış ediblər.

Həmin mənbənin sözlərinə görə, bu ərəb ölkələri eyni zamanda Tehranla da əlaqə saxlayaraq, hücuma məruz qalacaqları təqdirdə regiondakı digər ölkələri hədəf almamaq barədə xəbərdarlıq ediblər.



Xəbərin oxunma sayı : 160




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap