“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Futbolçular “Sabah“ın gücünü tam bilmirdilər“ - Qurban Qurbanov

Tarix 01.03.26, 23:56

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Misli Premyer Liqasında 22-ci tura yekun vurulub.

AzFakt.com xəbər verir ki, turun son oyunu “Qarabağ”la “Sabah” arasında keçirilib. Dramatik və bol qollu alınan mərkəzi oyunda qalib müəyyənləşməyib (3:3).

Matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov fikirlərini jurnalistlərlə bölüşüb:


"Belə hallar olur. Ola bilsin ki, futbolçular "Sabah"ın gücünü tam bilmirdilər. Çünki rəqib çox yaxşı formadadır, son 10 oyunda məğlub olmayıblar. Bu gün heç-heçə qeydə alındı, futbolçulara deyəcək sözüm yoxdur. Sadəcə, görünür ki, qarşıdakı oyunlarda daha diqqətli olmalı və fikrimizi tam oyuna yönəltməliyik".

O, hər iki komandanın azarkeşlərinə təşəkkür edib:

"Ümumiyyətlə, çox maraqlı, baxımlı, sürətli və dinamik oyun alındı. Stadionda gözəl atmosfer var idi. Hər iki komandanın futbolçularına, azarkeşlərinə təşəkkür edirəm. Hesab 1:0 olduqdan sonra böyük risklərə gedirdik. Rəqibin hücum xəttində sürətli və usta oyunçuları var, hər iki epizoddan istifadə etdilər. Amma bu futboldur, hesabın 3:3 olması oyunu daha da maraqlı etdi".



Xəbərin oxunma sayı : 292




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap