“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Husilər Səudiyyə Ərəbistanını vurdu - Yaralılar var

Tarix 07.08.26, 9:00

Font ölçüsü : - / +
bitmap-img6


Husilər Səudiyyə Ərəbistanının Nəcran bölgəsinə həyata keçirdiyi hücum nəticəsində 11 mülki şəxsin yaralandığı bildirilib.

AzFakt.com xəbər verir ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyasının sözçüsü, briqada generalı Turki əl-Maliki açıqlamasında hücumların Nəcran bölgəsindəki yaşayış məntəqələrinə qarşı həyata keçirildiyini söyləyib.

Onun sözlərinə görə, yaralanan şəxslərdən 7-si Səudiyyə Ərəbistanı vətəndaşıdır. Yaralananlar arasında 4 yaşlı uşaq və ikinci dərəcəli yanıq xəsarəti alan bir qadının da olduğu qeyd edilib.

Turki əl-Maliki husilərin mülki ərazilərə ayrı-seçkilik etməyən sursatlarla hücum etdiyini və bunun beynəlxalq humanitar hüququn pozulması olduğunu bildirib.

Səudiyyə Ərəbistanından bir rəsmi “Reuters” agentliyinə bildirib ki, ölkə ABŞ və digər regional tərəfdaşlardan kəşfiyyat məlumatları əldə edib.

Məlumata görə, Yəmən husiləri İraq milisləri ilə birlikdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərliyi altında Səudiyyə Ərəbistanına qarşı daha genişmiqyaslı hücumlara hazırlaşa bilər.

Rəsmi şəxs deyib ki, mümkün hücumların hədəfində enerji obyektləri, limanlar və hava limanları da daxil olmaqla, mülki və iqtisadi infrastruktur ola bilər.



Xəbərin oxunma sayı : 247




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap