| |
|
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
İdxalçılar üçün müəllif qonorarı tələbi - Ali Məhkəmədən PRESEDENT QƏRAR
Tarix 07.08.26, 12:54 |
|
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası müəlliflik hüququ ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.
AzFakt.com xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.
Bildirilib ki, işin hallarına görə, iddiaçı (Gildiya) audiovizual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv idarəetmə təşkilatı cavabdeh şirkətin audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün gəlir götürmədən surətinin çıxarılmasında istifadə olunan avadanlıqları və maddi daşıyıcıları idxal etdiyini nəzərə çatdırıb.
Müraciətçi cavabdehin üzərinə iddiaçı ilə müqavilə bağlanılması öhdəliyi qoyulmasını və qanunvericilikdə nəzərdə tutulmuş qonorarın tutulmasını tələb edib: "Cavabdeh isə iddiaya etiraz edərək bildirib ki, idxal olunan mallar qanunda nəzərdə tutulan surətçıxarma avadanlıqları və maddi daşıyıcılar hesab edilmir, şirkət yalnız elektronika və məişət texnikası idxal edir və satır. Buna görə də qonorar ödəmək və Gildiya ilə müqavilə bağlamaq öhdəliyi daşımadığını irəli sürüb.
İşə mahiyyəti üzrə baxmış məhkəmələr iddianı rədd edərkən belə nəticəyə gəliblər ki, iddiaçı cavabdehə müqavilə bağlanması üçün təklif (oferta) göndərib, lakin cavabdeh tərəfindən müqavilənin bağlanmasına dair razılıq (aksept) təqdim edilməyib. Müqavilə tərəflərin qarşılıqlı razılığı əsasında könüllü şəkildə bağlanılır, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Bundan başqa, məhkəmələr cavabdehin idxal etdiyi malların qanunda göstərilən avadanlıq və maddi daşıyıcılar kateqoriyasına aid olduğunu iddiaçının mötəbər sübutlarla təsdiq edə bilmədiyini qeyd ediblər".
Ali Məhkəmənin mövqeyi isə belə olub: "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Qanunun 17.3-cü maddəsinə əsasən, audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün gəlir götürmədən surəti çıxarıldıqda müəlliflərin, ifaçıların, audiovizual əsər və fonoqram istehsalçılarının qonorar almaq hüququ vardır və həmin qonorar surətçıxarma üçün istifadə olunan avadanlıqların və maddi daşıyıcıların istehsalçıları və ya idxalçıları tərəfindən ödənilir. Normanın məzmunundan görünür ki, həm müəlliflərin qonorar almaq hüququ, həm də istehsalçı və ya idxalçıların həmin qonorarı ödəmək öhdəliyi birbaşa qanundan irəli gəlir.
Həmin Qanunun 17.4-cü maddəsində nəzərdə tutulmuş müqavilə isə bu hüququ yaradan hüquqi fakt deyil, onun həyata keçirilməsi mexanizmlərindən biridir. Müqavilənin bağlanması tərəflərə, o cümlədən idxalçıya qanunvericilikdə müəyyən edilmiş minimum hədd nəzərə alınmaqla, qonorarın məbləğini və ödənilməsi şərtlərini qarşılıqlı razılıq əsasında müəyyən etmək imkanı verir. Tərəflər razılığa gələ bilmədikdə isə həmin məsələlərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcəyi açıq şəkildə göstərilib.
Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin cavabdehin üzərinə müqavilə bağlamaq öhdəliyinin qoyulmasının yolverilməz olması barədə mövqeyi ilə razılaşsa da, qeyd edib ki, həmin mövqe öz-özlüyündə iddiaçının pul tələbinin rədd edilməsi üçün əsas hesab edilə bilməz. Çünki müəlliflərin qonorar almaq hüququ və cavabdehin ödəniş öhdəliyinin hüquqi əsasının birbaşa qanundan, yoxsa müqavilədən irəli gəldiyi müəyyən olunmalıdır.
Əks yanaşma qəbul edildiyi halda, surətçıxarma üçün istifadə olunan avadanlıqları və maddi daşıyıcıları idxal edən şəxslər sadəcə müqavilə bağlamaqdan imtina etməklə qanunla nəzərdə tutulmuş ödəniş öhdəliyindən yayına bilərlər. Belə yanaşma isə müəlliflərin və əlaqəli hüquq sahiblərinin qanunla təmin edilmiş əmlak hüquqlarının faktiki həyata keçirilməsini mümkünsüz edər, qanunvericinin müəyyən etdiyi kompensasiya mexanizmini əhəmiyyətsiz hala salar və hüquqdan sui-istifadəyə şərait yaradardı.
Beləliklə, tərəflər arasında müqavilənin bağlanmaması müəlliflərin qanundan irəli gələn qonorar almaq hüququnu və idxalçının həmin qonorarı ödəmək öhdəliyini aradan qaldırmır. Müqavilənin hüquqi əhəmiyyəti tərəflərin qanunvericiliklə müəyyən edilmiş çərçivə daxilində qonorarın məbləği və ödənilmə qaydası barədə qarşılıqlı razılığa gəlmələrindən ibarətdir. Belə razılıq əldə edilmədiyi halda isə idxalçı qanunvericilikdə, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.08.2007-ci il tarixli 132 nömrəli qərarı ilə müəyyən edilmiş minimum məbləğdə qonorar ödəmək öhdəliyini daşıyır".
Həmçinin vurğulanıb ki, "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Qanunun 17.3-cü maddəsində sadalanan avadanlıq və maddi daşıyıcıların siyahısı məhdud xarakter daşımır: "Başqa avadanlıqlar" və "digər maddi daşıyıcılar" anlayışları texnoloji inkişaf nəzərə alınmaqla funksional meyar əsasında şərh edilməlidir. Konkret texniki vasitənin həmin kateqoriyaya aid olub-olmaması onun adından deyil, audiovizual əsərlərin və fonoqramların surətinin çıxarılması və yazılması imkanını təmin edib-etməməsindən asılı olaraq müəyyənləşməlidir".
Sonda iddiaçı tərəfindən verilən kassasiya şikayəti qismən təmin edilib.
Xəbərin oxunma sayı : 199
Sosial
Xəbərlər
-
Gəncə şəhərində 20 Yanvar abidəsi zibillik içində - Əbədi məşəl sönüb (VİDEO)
-
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə saziş imzalayıb - Birgə müdafiə haqqında
-
“Tarqovı”dakı yanğın məhdudlaşdırıldı - VİDEOLAR
-
Velosipedlər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib - Siyahı
-
Pərvin Abıyeva son görünüşü diqqət çəkdi - FOTOLAR
-
Bakıda 70 min manatlıq naqil oğurlayan şəxs tutuldu - VİDEO
-
Samir Şərifova yeni vəzifə verildi - Prezident Sərəncam imzaladı
-
Tovuzda qadın qətlə yetirildi - Şübhəli qardaşı oğludur
-
39 dərəcə isti olacaq - Sabaha olan hava proqnozu
-
Prezident bəzi səfirlərin yerini dəyişdi - SƏRƏNCAM
-
Bu il Azərbaycanda tikinti materiallarının nə qədər bahalaşdığı açıqlandı - Qiymətlər
-
Media və Yayım Şurası yaradıdı - Prezident strukturu təsdiqlədi + DETALLAR
-
İdxalçılar üçün müəllif qonorarı tələbi - Ali Məhkəmədən PRESEDENT QƏRAR
-
Pensiya ilə bağlı dəyişiklik - Yığılan pulun bir hissəsi
-
Azərbaycan dövlət xərclərinin ÜDM-də payına görə dünyada 58-ci yerdədir - Siyahı
-
“Bu, bütün dünya üçün fəlakət olacaq” - Tramp xəbərdarlıq edir, İsrail isə...
-
Nigar Fərhada məxsus “Aid Group“la bağlı şikayətlər səngimir - VİDEO
-
Əhalimizin yarısı bu xəstəlikdən əziyyət çəkir - Səbəb
-
Azərbaycanda işçi axtarılır - Əməkhaqqı 10 min manatdır
-
Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - VİDEO
-
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb
-
Azərbaycanda icra başçısı olmayan rayonlar - SİYAHI
-
Bağlanan universitetin müəllimləri narazıdır - İşsiz qalıblar
-
Pakistanda leysan yağışları - 150-dən çox insan ölüb
-
II Qaregin məhkəmə qarşısına çıxarılır - Ermənistan tarixində ilk
-
“ABŞ-ın İrana genişmiqyaslı hücumu gözlənilir“ - Qalibaf
-
Ən çox çörək və ət yeyən bölgələr - SİYAHI
-
Husilər Səudiyyə Ərəbistanını vurdu - Yaralılar var
-
Azərbaycanda əhalinin neçə faizi ali təhsillidir? - RƏQƏMLƏR
-
Paytaxtın bu yollarında sıxlıq var - SİYAHI
-
Ermənistan suriyalı ermənilərə pasport verir - 81 min dollar ayırıb
-
David Seliverstov ölkədən qaçdı - YENİ İDDİALAR
-
Müavinət alanların diqqətinə: Kimlərin ödənişi dayandırılır?
-
“Azərişıq“ Bakı və ətraf ərazilərdə yeni güc mərkəzləri yaradır - VİDEO
-
Bu il Azərbaycanda tibbi xidmətlərin nə qədər bahalandığı açıqlandı - Qiymətlər
-
İnvestisiya şirkətlərinin yanvar-iyul üzrə dövriyyəsi nə qədər olub? - CƏDVƏL
-
Sabiq nazirin müsadirə olunan əmlakı satıldı - 463 min manata
-
Magistratura üzrə ən az seçilən 5 universitet - SİYAHI
-
Apteklərdə eyni dərman fərqli qiymətə satılır? - VİDEO
-
Restoranın qarşısında kütləvi dava - Ölən və xəsarət alanlar var
-
Nərimanovda yaşayış binasındakı liftlərin istismarı dayandırıldı - Video
-
Azərbaycan nefti ucuzlaşmaqda davam edir - Yeni qiymət
-
Ceyhun Bayramov Kiyevdə - FOTOLAR
-
“Netanyahu ilə aramızda fikir ayrılıqları olur“ - Cey Di Vens
-
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli əməliyyat qrupu yaradıb - Kuba üzrə
-
Özəl universitetlərdə ən çox seçilən ixtisas qrupu - SİYAHI
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
“ABŞ ilə İsrail İranı 48 saat ərzində ələ keçirmək istəyirdi“ - Pezeşkian
-
Süni intellekt dünyanın ən güclü kəşfiyyat xidmətlərini sıraladı - SİYAHI
-
Çempionlar Liqası: “Sabah“ səfərdə “Orhus“a məğlub olub
-
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
-
Şəmsi Səmədzadə danışdı: O daha mənim həyat yoldaşım deyil - VİDEO
-
İsmayıllı rayonunda mal əti bahalaşıb - VİDEO
-
Metrodakı təmirə görə bu qədər avtobus ayrılacaq - Say açıqlandı
-
“Gözəl qadına əvvəlcə görünüşünə görə yanaşırlar, amma...“ - Aygün Kazımova
-
Ana xəstədirsə, körpəni əmizdirmək təhlükəlidirmi? - Mütəxəssisindən cavab
-
Şokolad alarkən nələrə diqqət etməliyik? - VİDEO
-
“Mənə aid bəzi fikirlər təhrif olunub” - Hikmət Hacıyev
-
Bakıda 108 küçə və prospektdə yol təmiri aparılır − AAYDA
-
İsti havada qəbul edilən bəzi dərmanlar fəsadlar törədə bilər - VİDEO
-
Müharibədə 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həlak olub - “Reuters“
-
BMT-dən dəhşətli xəbərdarlıq - 49 milyon insan ac qala bilər
-
“Wildberries” anbar tutumunun üçdə birini itirib - 21-ci hücum
-
“Sea Breeze“də mənzil qiymətləri necə dəyişir? - Qiymətlər
-
Bakıda ticarət mərkəzində FACİƏ: liftin şaxtasına düşüb öldü
-
Pentaqondan kritik addım: Rusiya və Çinə qarşı yeni plan
-
Naxçıvan Şəhər Poliklinikasında tibbi arayış 60-80 manata satılır? - VİDEO
-
Kolleclərdə ən yüksək təhsil haqqı olan ixtisaslar - SİYAHI
-
"Yəhudi David Seliverstov" Kazım Abbasov çıxdı! - Bir dələduzla bağlı SENSASİON detallar
-
Tərtərdə qəbiristanlıqda məzarlar talan edilib - VİDEO
-
Abşeron Xəstəxanasının acınacaqlı vəziyyəti - Yemək iyi bürüyən otaqlarda xəstə qəbulu...
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nigar Fərhadın əri həbs edildi - Külli miqdarda dələduzluq
-
İrandan Britaniyaya tiryək aparmaq istədilər - Naxçıvanda saxlandı
-
“Şimali Koreya raket kompleksləri Ukrayna üçün qanuni hədəfə çevriləcək” - Sibiqa
-
Metroya və universitetlərə yaxın ev axtaranların diqqətinə: Kirayə bazarında son vəziyyət
-
Keçmiş Rusiya və Avropa rəsmiləri Ukrayna ilə bağlı gizli görüş keçirib - Bloomberg
-
Bakıdan “İsrail bazası“ iddialarına sərt cavab: “Addım-addım gəzək, İsrailə aid nəsə varmı?“
-
Son 200 ildə dünya iqtisadiyyatının liderləri kimlər olub? - Siyahı
-
Türkiyə ordusunda bir ilk: Polkovnik Özlem Karapınar general oldu
-
Mərkəzi Bank yoxlama apardı: “Manato“ 50, rəhbəri 10 min manat cərimələndi
-
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
-
Bakı metrosunda yeni təyinatlar: Kimlər hansı stansiyaya rəis təyin olundu?
-
Maskın raketi Aya çırpılacaq - Yer üçün təhlükə varmı?
-
Azərbaycanda donuzlarla bağlı monitorinqlər keçiriləcək - AQTA
-
Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
-
Xocavəndə növbəti köç karvanı yola salındı - FOTOLAR
-
Ali Məhkəmənin hakimi təqaüdə göndərildi - FOTO
-
Bakıda qısamüddətli yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Hörmüz boğazı yaxın vaxtlarda yenidən açılacaq - Tramp
-
“Məni narahat edən rəqib yox, özümüzük“ - Qurban Qurbanov
-
Boşandıqdan sonra əmlak bölgüsü - Qanun nə deyir?
-
Yeni hərbi obyektlər istifadəyə verilib - FOTOLAR
-
Nəsimidə tikinti qalmaqalı: “7 ildir bizə əziyyət verirlər“ - VİDEO
-
Saatlıdakı dəhşətli olayın təfərrüatı: Dayısı polisə xəbər verdi, təcavüzkar həbs olundu
-
“ABŞ-İran danışıqlarının nəticələri 48 saat ərzində məlum olacaq” - Tramp
-
Ehtiyatlar rekord vurur, banklar qazanır - Kredit faizləri niyə düşmür?
-
“Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm“ dedi... - 26 minlik dələduzluq
-
Tanınmış həkimin səs yazısı yayıldı - Qanunsuz pul alır?
-
Azərbaycan nefti kəskin ucuzlaşdı - Yeni qiymət
-
Putin qalmaqallı qanuna imza atdı - Əmlaklar dondurulur, xidmətlər dayandırılır...
-
“Epidemiya nəzarətdən çıxır” - ÜST-dən xəbərdarlıq
-
Məşhur stadion baxımsız vəziyyətdə - Meydançanı kol-kos basıb (VİDEO)
-
Səudiyyə Ərəbistanı husilərlə danışıqlara başlayıb - “Bloomberg“
-
Ağdam-Xankəndi dəmir yolu və Füzuli-Xocavənd avtomobil yolu tikilir - VİDEO
-
ABŞ Kubaya çox sayda kəşfiyyatçı və vasitələr göndərib - “Politico“
-
Peşə Təhsili Agentliyi ilə bağlı iddialar: Təyinatlar şəxsi münasibətlərlə aparılıb?
-
Ötən ay 78 aptekdə yoxlama aparılıb - 11-də nöqsanlar aşkarlanıb
-
11 nəfərlik dəstənin içində dünya çempionu da var - 4 milyon ələ keçirilib
-
Suriya Rusiya neftinin idxalını azaltmağa razılaşıb - Reuters
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Pentaqon həyəcanda: Böhran üçün raket qalmadı
-
Əcnəbi turistlər bu il Şuşada neçə gecə qalıblar? - Siyahı
-
Yerin qravitasiyası yox olacaq? - AÇIQLAMA
-
Biznesmenlərin 3 milyon pulu... - 3 nəfərə hökm oxundu
-
Metronun əvəzinə bu avtobuslar işləyəcək - Siyahı-Video
-
ABŞ-dan İrana nüvə şərti: Uran ehtiyatları ilə bağlı yeni tələb irəli sürüldü
-
Eşqi Bağırova daha yüksək vəzifə - nazir postu verilə bilər
-
Gəncədə kişi oğlunun öldürüldüyü istixanaya gəldi - Mühafizəçini bıçaqladı
-
Tehrandan Vaşinqtona ultimatum: Blokada davam etsə, cavab sərt olacaq
TOP 10
ARXİV






