“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Avroviziya”dan üç böyük dəyişiklik – yaş həddi, fonoqrama, müharibə

Tarix 13.08.26, 9:45

Font ölçüsü : - / +
bitmap-img6


“Avroviziya” Mahnı Müsabiqəsinin qaydalarında mühüm dəyişikliklər edilib. Yeniliklər iştirakçıların yaş həddini, fonoqramdan istifadəni və müharibə şəraitində olan qalib ölkələrin müsabiqəyə ev sahibliyi etməsini əhatə edir.

AzFakt.com xəbər verir ki, yeni qaydalara əsasən, silahlı münaqişə və ya mürəkkəb geosiyasi vəziyyətlə üzləşən ölkə “Avroviziya”da qalib gəlsə belə, növbəti müsabiqəni öz ərazisində keçirmək imkanından məhrum edilə bilər.

Bundan sonra Avropa Yayım Birliyi (EBU) ev sahibliyi planı hazırlanmazdan əvvəl zəruri hallarda təhlükəsizlik vəziyyətini müstəqil şəkildə qiymətləndirəcək. Qalib ölkədə müsabiqənin təhlükəsiz keçirilməsinin mümkün olmadığı qənaətinə gəlinərsə, ev sahibliyi hüququ başqa ölkəyə veriləcək.

Bu mexanizm xüsusilə Ukrayna nümunəsindən sonra diqqət çəkir. Ukrayna 2022-ci ildə müsabiqənin qalibi olsa da, müharibə və təhlükəsizlik səbəbindən 2023-cü il “Avroviziya”sı ölkədə keçirilmədi və Böyük Britaniyanın Liverpul şəhərinə həvalə olundu. Həmin vaxt bu, EBU-nun ayrıca qərarı idi. İndi isə belə vəziyyətlər rəsmi qaydalarda nəzərdə tutulur.

Yeni qaydaların Ukrayna ilə yanaşı, müharibə şəraitində olan İsrail üçün də əhəmiyyət daşıdığı bildirilir. Yəni bu ölkələrdən biri müsabiqənin qalibi olarsa, ev sahibliyi məsələsində təhlükəsizlik ayrıca qiymətləndiriləcək.

İkinci mühüm dəyişiklik iştirakçıların yaşı ilə bağlıdır. Minimum yaş həddi 16-dan 18-ə qaldırılıb. Bununla da 18 yaşına çatmayan ifaçıların müsabiqədə iştirakına icazə verilməyəcək.

Üçüncü yenilik isə fonoqram və əvvəlcədən yazılmış vokallarla bağlıdır. Qaydalar sərtləşdirilərək əsas vokalın canlı səsləndirilməsi tələbi daha dəqiq müəyyənləşdirilib. Əvvəlcədən yazılmış vokal əsas canlı ifanı əhəmiyyətli dərəcədə əvəz edə bilməyəcək.



Xəbərin oxunma sayı : 424




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap