|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Deputat Qüdrət Həsənquliyev: “Maliyyə sahəsi ilə məşğul olan məmurlarımız real vəziyyəti düzgün təhlil edə bilmədilər“
Tarix 11.02.17, 20:33 |
|
Milli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev Modern.az saytına müsahibə verib.
AzFakt.com həmin müsahibəni təqdim edir:
-Ötən ilin sentyabr ayında Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçirildi. Daha sonra isə prezidentin sərəncamı ilə dəyişikliklər qüvvəyə mindi. Siyasi sistemdə vitse-prezidentlik institutu yaradılacaq. Sizin proqnozlarınız necədir?
-Bir dəfə mətbuata müsahibəmdə kimlərin vitse-prezidentlər ola biləcəyini demişdim. Amma onu da vurğulamışdım ki, bu məsələlər prezidentin səlahiyyətinə daxildir. Hesab edirəm ki, vitse-prezidentlik kifayət qədər ciddi institutdur. Buna görə də, bu institutun başında duran şəxslər həm prezidentə sadiq olmalıdırlar, həm də kifayət qədər siyasi təcrübələri, bacarıqları olmalıdır. Gözləntilər çox böyükdür. Ümid edilir ki, yeni vitse-prezidentlər hökumətin fəaliyyətində keyfiyyət dəyişikliyinə nail olacaq.
Konstitusiyaya dəyişikliklər qüvvəyə minib. Ancaq proses bir qədər yubanır. Hər şey prezidentin iradəsindən asılıdır – nə zaman istəyir, yeni vəzifələrə təyinat aparacaq. Ola bilsin ki, vitse-prezidentlik haqqında qanun qəbul olunduqdan sonra vitse-prezidentlər təyin olunacaq. Xalqın nə qədər gözləntiləri var! Bu, nə qədər tez olsa, bir o qədər yaxşıdır.
– Hökumət bundan əlavə də struktur islahatlarına start verib. Bir-birini təkrarlayan hansı qurumlar ləğv olunmalı və ya da birləşdirilməlidir?
– Bələdiyyələr yarananda belə deyirdilər ki, icra hakimiyyəti strukturlarındakı səlahiyyətlərin 85 faizi bələdiyyələrə verilməlidir. Buna görə ki, bələdiyyələrin rəhbərləri birbaşa xalqın özünün seçdiyi şəxslərdir. Düşünürəm ki, bu səlahiyyətlər artıq bələdiyyələrə verilməlidir. İkincisi, nazirliklərin sayı xeyli dərəcədə azaldılmalıdır. Xeyli nazirliklər birləşdirilə bilər. Dünyanın bir çox inkişaf etmiş ölkələrində Nazirlər Kabinetinin tərkibi 22-24 nəfərdən ibarətdir. Azərbaycanda isə bu, 44 nəfərdir. Az qala 2 dəfə çoxdur. Elə dövlət orqanları var ki, onların çoxuna ehtiyac yoxdur. Ortaya başqa məsələlər də çıxır.
Məsələn, vitse-prezidentlik institutu yaradılırsa, Nazirlər Kabinetini saxlamağa ehtiyac yoxdur. Ölkədə Amerikadakı kimi I vitse-prezident olacaqsa, o, həm də hökumətin işinə rəhbərliyi həyata keçirəcək. Bizdə dövlət idarəetmə xərcləri azaldılmalıdır. Hökumətdə ən azından 30 faiz ixtisar aparmaq mümkündür və labüddür.
-Qüdrət müəllim, ümumi danışdınız. Hansı nazirlikləri nəzərdə tuturdunuz? Ad çəkə bilərsinizmi?
-Ad çəkib əlavə problemlər yaratmaq istəmirəm. Birinin adını çəkirsən, kimsə “filan nazirliyə qarşı fikir söylədi” deyirlər. Bu istiqamətdə real müzakirələr başlasa, ad da çəkmək olar, konkret təkliflərlə çıxış etmək də.
-Dediyimiz kimi, hökumətin palitrasında dəyişiklik gözlənilir. Özünüzü hansısa bir vəzifədə görürsünüzmü? Misal çəkim, keçmiş deputat həmkarlarınız Mübariz Qurbanlı və Əli Əhmədov bundan öncə hökumətdə vəzifə aldı.
-Hesab edirəm ki, hökuməti formalaşdırmaq birbaşa prezidentin səlahiyyətlərinə aid olan məsələdir. Bun görə də, nə qədər ki, ölkə başçısı tərəfindən konkret təkliflər yoxdur, bu tipli məsələləri müzakirə etməyi, bu tipli məsələləri gündəmə gətirməyi etik baxımdan düzgün saymıram. Təbii ki, özümə münasibətdə. Əlbəttə, ölkədə hüquqi islahatların keçirilməsinə çox böyük ehtiyac var. Əgər müvafiq komissiyalar yaradılacaqsa, bu istiqamətdə millət vəkili kimi öz köməyimi göstərməyə hazıram.
İslahatların nəticəsi olaraq ölkədə qanunun aliliyi daha da gücləndirilməlidir. Bu da ölkəyə daha çox investisiyanın qoyulmasına gətirib çıxaracaq. İnsanlar biləcək ki, onların əmlakı toxunulmazdır və onlar qanunla məmur özbaşınalığından qorunurlar.
– Azərbaycanın iqtisadi mənzərəsindən ən aktual məsələlərdə biri də problemi kreditlərin hələ də qalmasıdır. Manatın devalvasiyasından sonra hökumət nə əhaliyə, nə də banklara güzəşt etdi. Artıq manat dollara nisbətən möhkəmlənməyə başlayıb. Sizə elə gəlmirmi ki, maliyyə qurumları yeni təkliflər verməli və problemi kreditlər öz həllini tapmalıdır?
–Parlament müxbiri kimi özünüz müşahidə etmisiniz ki, mən həm büdcə müzakirələrində, həm də hökumətin hesabatlarında qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı məsələ qaldırmışam. Parlamentin iclaslarında dəfələrlə bildirmişəm ki, neft pullarının bir hissəsi xarici banklardan gətirilib Azərbaycan banklarında yerləşdirilməlidir. Bununla Azərbaycan sahibkarları az faizli kreditə çıxış əldə etməlidirlər ki, qeyri-neft sektoruna investisiya yatırılsın. Ancaq bizdə görün neft pulları nələrə xərcləndi! Bir hissəsi büdcəyə gətirildi. Və büdcə vasitəsi ilə infrastruktur layihələrinə xərcləndi. Düzü, bu da zəruri idi, buna da ehtiyac var idi.
Məsələ burasındadır ki, o pulların bir hissəsi sahibkarların ixtiyarına verilmədi ki, sahibkarlar öz dünyagörüşlərinə, təşəbbüskarlıqlarına, ağıllarına uyğun olaraq bu vəsaitdən real sektorun inkişafı üçün istifadə etsinlər. Təəssüflər olsun ki, neft pullarını daha çox hökumət xərclədi. İş adamları xərcləmədi. Beynəlxalq Bankın vasitəsi ilə xərclənən pullar barədə də bilirsiniz ki, heç bir şəffaflıqdan söhbət getmir. Böyük məbləğdə vəsait sadəcə olaraq nəzarətsizlik ucbatından dələduzluq yolu ilə mənimsənildi.
Çox avantürist layihələrə milyardlarla pul xərcləndi və bu pulların da hamısı batıb getdi. Bir sözlə, xalqın pulları talandı. Həmişə demişəm ki, bu pullardan səmərəli istifadə edilməyib. Bundan başqa neftdən gələn pullar və Mərkəzi Bankın valyuta ehtiyatları manatın kursunun saxlanılmasına xərclənirdi. Halbuki, bu da özünü doğrultmadı. Bizim pul-maliyyə sahəsi ilə məşğul olan məmurlarımız hesablaya bilmədilər ki, bu vəsaitlə manatın kursunu sabit saxlaya biləcəklər ya yox! Məmurlar hesablamaları düzgün apara bilmədilər, real vəziyyəti düzgün təhlil edib qiymətləndirmədilər. Bizdə ayda təqribən 1 milyarda yaxın pul ancaq manatın kursunun sabit saxlanılmasına yönəldi.
Halbuki, bu pullar banklarda yerləşdirilməli və manatın məzənnəsi sərbəst buraxılmalı idi. Bu vəsaitlər real sektora xərclənməli idi. İş adamları bu pullardan kredit götürüb istifadə etməli idilər. Ancaq yanlış yol seçildi. Biz nə qədər dediksə də, məmurlar bunlara əhəmiyyət vermədilər. Öz bildiklərini etdilər. Bunun da nəticəsi budur ki, insanlarımız indi çox əziyyət çəkir. Hazırda stolumun üstündə Saatlıdan bir nəfərin şikayət məktubu var. Yazıb ki, onun “Bank of Baku”ya borcu var və belə getsə, özünü yandıracaq. İnsanlar bu cür çıxılmaz bir durumdadır.
– İqtisadi proseslər zəncirvari olduğuna görə, yəqin ki, bahalaşma da bununla bağlıdır. Yoxsa siz başqa amilləri də istisna etmirsiniz?
-Bəli, bahalaşma da mən dediyim amillərlə bağlıdır. Bahalaşma bundan sonra da davam edəcək. Manatın kursunun indiki qiyməti, ümumiyyətlə manatın məzənnəsinin qalxıb-düşməsi düşünmürəm ki, iqtisadi proseslərin nəticəsidir. Burada da hansısa manipulyasiya var. Pulun arxasında iqtisadiyyat, mal dayanmalıdır. Bunlar yoxdursa, manatın dəyərini süni formada yüksək saxlamaq mümkün deyil. Uzunmüddətli buna nail olmaq mümkün deyil.
Ölkəyə daimi olaraq valyuta daxil olmalıdır və bu, bazara çıxarılıb satılmalıdır. Ya da ixrac güclü olmalıdır. Bilirsiniz ki, Azərbaycanın da ixracı çox aşağı səviyyədədir. Neft sektorundan başqa Azərbaycanın ölkəyə milyardlarla vəsait gətirə bilən, dünya bazarlarına çıxara biləcəyi ciddi bir məhsulu yoxdur.
-Pensiya yaşının artırılmasına dair fikirlər səsləndirilir. İndiki şəraitdə bu, məqbuldurmu? Nəzərə alın ki, orta ömür uzunluğu da azalmağa doğru gedir.
-İndiki dövrdə pensiya yaşını endirmək doğru olmazdı. Buna görə ki, ölkədə iqtisadi problemlər var. Ancaq, artırmağı da yanlış sayıram. Bəzən deyirlər ki, güc strukturlarında işləyənlər bundan sonra daha 10 il artıq çalışmalıdır ki, pensiyaya çıxsınlar. Bunları da doğru saymıram. Hesab edirəm ki, İsveçdəki kimi iş saatı 8 saatdan 6 saata endirilməlidir. Bu da insanların öz ailəsi, yaxınları ilə daha çox vaxt keçirmək imkanları yaradacaq. Bu baxımdan düşünmürəm ki, insanları ömrünün sonuna kimi işlətmək lazımdır. Bu siyasəti düzgün hesab etmirəm. Hökumət indi daha çox sosialyönümlü siyasət yürütməlidir.
-Məcburi köçkünlər üçün işıq və qaza qoyulan limit aradan götürüldü, əvəzində isə adambaşına 36 manat müavinət ayrılır. Bu məntiqli addımdır, yoxsa bəzilərinin dediyi kimi xeyirli deyil?
–Hökumət məcburi köçkünlərin problemlərinə diqqəti artırmalıdır. Hazırda məcburi köçkünlərlə bağlı yürüdülən siyasəti kökündən yanlış sayıram. Adambaşına 36 manat verib, bunun qarşılığında sayğac quraşdırmaq yanlışdır. Çünki 9 mindən artıq məcburi köçkün hazırda qəzalı binalarda yaşayır. O binalarda isə qaz yoxdur. Belə yerdə yaşayan məcburi köçkünlər elektrik enerjisindən həm otaqları qızdırmaq, həm də işıqlandırma, həm də yemək bişirmək üçün istifadə edirlər. Bu da bir ailə üçün qış aylarında 200-300 manatlıq elektrik enerjisindən istifadə etmək deməkdir. Bir ailədə lap deyək ki, 5 nəfər var. Adambaşına 36 manatdan hesablayanda 180 manat pul edir. Belə çıxır ki, məcburi köçkünlər yenə də öz büdcələrindən pul xərcləməlidir ki, kommunal ödənişləri versinlər. Məcburi köçkünlərlə bağlı qərar sona qədər düşünülməyib.
Məcburi köçkünlərlə bağlı prezidentə məruzə edən məmurlar düzgün məlumat verməyiblər. Bu məsələyə yenidən qayıdılmalıdır. O binalar qəzalı olduğuna görə, ora qaz çəkmək də mümkün deyil. Buna görə də, məcburi köçkünlərin bir hissəsi haqlı olaraq tələb edir ki, heç olmasa, onlar qazla təmin olunsun, sonra sayğac quraşdırılsın.
Biləsuvarda Cəbrayıldan olan məcburi köçkünlərin qazı yoxdur. Bununla belə, bu azmış kimi, onların işığını da kəsmişdilər. Buna görə də onlar etiraz etdi. İndi isə etiraz edənlərin bir neçəsi həbsdə saxlanılır. Hamısı kasıb, imkansız adamlardır. Sizin vasitənizlə müraciət edirəm ki, bu adamlar azad olunmalıdır. O məcburi köçkünləri həbs edənlər də, bu göstərişi verənlər də, özlərini o insanların yerinə qoysun. Sənin evində qaz yoxdur və işığı da kəsirlər. Bəs sənin evində körpə uşaq, xəstə bu qışın soyuğunda hansı vəziyyətdə keçinməlidir?! Bu insanların emosiyalarını başa düşmək lazımdır. Ola bilsin ki, kimsə emosiyaya qapılıb, özünə nəzarəti itirib və hansısa zorakılığa yol verib. Bu adamları inzibati qaydada da məsuliyyətə cəlb etmək olardı. Ya da azadlıqdam məhrum etməyən qətimkan tədbiri seçilə bilərdi. Düşünürəm ki, etiraz aksiyasında həbs olunanlar azad olunmalıdır.
İstər “Dövlətqaçqınkom”un rəhbərliyinə olan hücumlar, istərsə də, məcburi köçkünlərlə bağlı digər məsələlərə sanki gözə görünməyən bir qüvvə rəhbərlik edir. Mən açıq deyirəm ki, istənilən sahədə nöqsanlar var. Ancaq bu nöqsanları problemlərin həllinə nail olmaq üçün yox, bu sahədə bir nizamın pozulmasına nail olmaq məqsədi ilə aşırı dərəcədə qabardılması doğru deyil. Məcburi köçkünlər uzun illər böyük məhrumiyyətlərə dözüblər. Ölkədə sabitliyin pozulmasına imkan verməyiblər. İndi isə sanki kimlərsə məcburi köçkünlərdən bu məqsədlərlə istifadə etməyə çalışır. Hesab edirəm ki, hökumət ciddi düşünməlidir. Hökumətə yeni kadrlar cvəlb olunmalıdır. Azərbaycanın xarici ölkələrdə təhsil almış, yaxşı mövqe tutmuş, özünü təsdiqləmiş kifayət qədər vətəndaşları var. Belə mütəxəssislərə ehtiyac var.
Bir sözlə, ölkədə bütü sahədə islahatlar dərinləşməlidir. Bu qədər dövlət universiteti kimə lazımdır?! Bu qədər xəstəxanalar, idman kompleksləri nəyə lazımdır?! Prezident özəlləşdirmə ilə bağlı sərəncam imzalayıb, amma bu proses genişlənməyib. Nazirliklər öz tabeliyində olan obyektlərin özəlləşdirilməyə çıxarılmasına imkan vermir.
-Həmkarınız Vahid Əhmədov demişdi ki, hakimiyyət komandası dəyişməlidir. Mən istərdim ki, bu fikir kontekstində fikirlərinizi dinləyim.
–Düzdür, Milli Məclisdə bu fikrə qarşı fikir söylədilər (Siyavuş Novruzovu nəzərdə tutur-red.). Dedilər ki, komandanı dəyişmək səlahiyyəti yalnız prezidentə məxsusdur və heç kim bu təkliflə çıxış edə bilməz. Maraqlısı budur ki, bunu deyən adamların özləri də vaxtı ilə təkliflərlə, təşəbbüslərlə çıxış edib. Məsələn, deyirdilər ki, sərhəd bölgələrindəki rayonlara keçmiş generallar icra başçısı təyin olunmalıdır (Yenə Siyavuş Novruzovu nəzərdə tutur-red.). Onda bu məntiqlə sual vermək olar ki, bu da prezidentin səlahiyyətidir və hansı haqla bu təklifi irəli sürürsünüz?
Son qərarı təbii ki, prezident verir. Amma buna qədər cəmiyyətdə müzakirələr gedir. Ayrı-ayrı deputatların, partiya sədrlərinin haqq var ki, müxtəlif təklifləri gündəmə gətirsinlər. Bu, o demək deyil ki, kimsə nəsə deyən kimi, nəzərə alınacaq.
-Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya var. Korrupsiyaya qarşı mübarizədə nəticələr əldə olunub, bunu danmaq olmaz. Amma göstəricilərimiz yenə də ürəkaçan səviyyədə deyil. Hələ də rüşvət, korrupsiya var. Özü də böyük məbləğdə vəsaitlərdən söhbət gedir.
-Əvvəla onu deyim ki, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya korrupsiyanın subyekti ola biləcək şəxslərdən təşkil olunmalı deyil. Bizdə izə bu komissiyanın üzvlərinin özləri korrupsiyanın subyektləridir. Yəni, bu adamlar biri o birinin problemini qaldırırsa, o birisi də analoji addım atacaq. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə nazirlər, deputatlar, digər icra hakimiyyəti orqanlarının başında duran adamlar korrupsiyanın subyektləridir. Bizdə isə bu komissiyanın üzvləri nazirlər, deputatlar və başqa yüksək vəzifəli məmurlardır. Buna görə də, bu komissiya tamamilə müstəqil şəxslərdən ibarət olmalıdır.
Məhkəmə-Hüquq Şurası da məhkəmələrin müstəqilliyinə nail olmaq üçün sırf hakimlərdən təşkl olunmalıdır. Ancaq bizdə burada həm deputatlar, həm nazirlər, həm vəkillər, həm də prokurorluq işçiləri var.
-Hüquqşünas Aslan İsmayılovla qalmaqalınız oldu, amma bu məsələdə heç zaman özünüz bir fikir bildirmədiniz.
-Mənə elə gəlir ki, bu məsələ artıq bitib. Bircə onu söyləyə bilərəm ki, Azərbaycanda heç kim tənqiddən kənarda qalmamalıdır. Mən də tənqid oluna bilərəm. Ancaq hər şey etika çərçivəsində olmalıdır. Kimsə təhqir səsləndirirsə, təhqir olunanın yaxınlarından, tərəfdarlarından da adekvat addım atılacaq.
-Bu məsələ məhkəmə predmeti olmuşdu, nə yenilik var?
-Mənim bildiyimə görə, məhkəmə qarşılıqlı olaraq bu iddiaları rədd edib.
-Bir zamanlar təcavüz etməyə görə həbs edilənlərin axtalanması haqqında qanun layihəsi təqdim etmişdiniz. Son zamanlar isə Qüdrət Həsənquliyev qanunvericilik təşəbbüsü ilə çıxış etmir. Səbəbi nədir?
–Mən vaxtı ilı cəmiyyət üçün o qədər də populyar olmayan başqa məsələlərlə də bağlı təkliflər vermişdim. Demişdim ki, yüngül tərkibli narkotik maddələrin istifadəsi ilə bağlı müzakirələr olmalıdır. Dünyanın bir çox ölkələrində artıq marixuanaya görə cinayət məsuliyyəti aradan qaldırılıb. Azərbaycanda isə həbsxanaların çoxu marixuana istifadəçiləri ilə doludur.
Millət vəkillərinin verdiyi təkliflər o demək deyil ki, onlar dərhal qanun kimi qəbul olunmalıdır. Ancaq qeyd etmək istəyirəm ki, inkişaf etmiş ölkələr bəzi məsələlər cinayət hesab olunmursa, bu təcrübəyə müraciət etmək lazımdır. Sivil dünyanın keçdiyi bir yol var. Bu yolla da biz getməliyik.
Bəs niyə yeni təşəbbüslərlə çıxış etmirəm? Ona görə ki, bizim qaldırdığımız məsələlərə lazımi diqqət göstərilmir. Ona görə də, yeni təşəbbüslərlə çıxış etməyi əhəmiyyətsiz, vaxt itkisi sayıram. Sadəcə təklif səsləndiririk və bu hökumət üçün zəruri olacaqsa, bu ideyaları götürəcək. Vaxtı ilə biz İşğal altında olan ərazilərin hüquqi statusu haqqında” qanun layihəsi də təqdim etmişdik. Heç müzakirə də olunmadı. Belə qanunu Azərbaycanla eyni problemi yaşayan Gürcüstan, Moldova, Ukrayna da qəbul edib. Konstitusiya islahatları barədə qanun layihəsi təqdim etmişik, bu da müzakirəyə çıxarılmayıb.
Xəbərin oxunma sayı : 196
Müsahibə
Xəbərlər
-
Sosial sahəyə ayrılan vəsait artırılacaq? - AÇIQLAMA
-
“Həbsdə olmağımın səbəbini bilirəm” - Bəkir Orucovun məhkəməsi
-
Azərbaycanda 3 aya 51 milyon 36 min manatlıq narkotik ələ keçirib - HESABAT
-
NATO qoşunları Rusiya sərhədlərinə yaxınlaşır - Şoyqu
-
“COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək” - İlham Əliyev
-
Polisin “saxla“ əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
-
Hansı ölkə uşaq böyütmək üçün daha əlverişlidir? – Azərbaycan son onluqdadır
-
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü - Araşdırma aparılır
-
“Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var” - Prezident
-
Əhalinin nəzərinə! Tibbi arayışlarla bağlı yenilik, mayın 1-dən...
-
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
-
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - İlham Əliyev
-
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlandı - FOTO/VİDEO
-
Baydenin siyasətinə etiraz etdi – İstefa verdi
-
Tikilməkdə olan Laçın aeroportundan son görüntülər - VİDEO
-
NİİM əhaliyə müraciət etdi - VİDEO
-
“Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək“ - “Cümü“yə 18 il həbs verildi
-
Hərbi gəmilər, kater və vertolyotlar Xəzərdə hərəkətə gətirildi: Möhtəşəm təlimlərdən FOTO/VİDEO
-
Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var - FOTO
-
Qubada illərdir hökm sürən kanalizasiya problemi nə zaman həllini tapacaq? - VİDEO
-
Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB
-
Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA
-
Binəqədinin keçilməz yolları - VİDEO
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
TOP 10
ARXİV