|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Akademik Əhəd Canəhmədov: “Ən böyük sərmayə məhz elmə qoyulmalıdır”
Tarix 23.02.17, 5:04 |
|
Canəhmədov Əhəd Xanəhməd oğlu texnika elmləri doktoru, professor, bir sıra xarici ölkə akademiyalarının akademiki, Azərbaycan Milli Aviasiya Akademiyasının "Nəqliyyat mexanikası” kafedrasının müdiri, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, «Science and Applied Engineering Quarterly» (İngiltərə) jurnalının Baş redaktorudur.
Elmi fəaliyyətinin əsas istiqamətləri tribologiyada Sinergetika və fraktallar, materialların dağılma mexanikası, friksion qarşılıqlı təsirin mezomexanikasıdır.
Ə.X. Canəhmədov 8 monoqrafiya, 3 elmi kəşf və 370-ə yaxın elmi məqalə və patentin müəllifi və həmmüəllifidir. Azərbaycan və xarici ölkələr üçün 20-dən artıq elmlər doktoru və elmlər namizədi hazırlayıb. 15-dən çox orden və medalla təltif olunub.
- Xoş gördük, Əhəd müəllim. İstərdim ki, öncə ölkəmizdə çox da populyar olmayan tribologiya elmi haqqında məlumat verəsiniz.
- İlk olaraq tribologiya sözünün mənşəyini araşdıraq. Tribologiya-sürtünmə və eyni zamanda bu prosesin baş verməsi haqqında elmdir. Tribologiya qədim yunan sözüdür. "Tribos” sürtünmə, "loqos” isə elm deməkdir. Sürtünmə haqqında elm – tribologiya sözünün mənası belədir. Tribologiya çox qədim bir elm sahəsidir. Bu gün tribologiya - sürtünmə, yeyilmə və yağlama kimi üç elmi istiqaməti özündə birləşdirən fundamental bir elmdir. Sürtünmə - təbiətin nadir möcüzəsidir. O, insanlara istilik və od bəxş etmiş, qısa bir zamanda təyyarəni, sürət qatarını və avtomobili dayandırmaq imkanı yaratmış, kimyəvi reaksiyaların sürətini yüz min dəfə artırmış, insanın səsini qramafon valına yazmış, tarı və kamanı səsləndirib bizlərə çatdırmış və s. Hələ bu günə kimi sürtünmənin bir çox cəhətləri insanlar üçün sirr olaraq açılmamış qalır. Tribologiyanın bəzi qanunlarını insanlar çox qədimdən bilir və onlardan necə istifadə etməyi öyrənirlər. Belə ki, paleolit dövründəki insan od almaq üçün çaxmaq daşından istifadə edir. Beləliklə, insanın təbiət üzərindəki ilk böyük qələbəsinin, yəni mexaniki hərəkətin istiliyə çevrilməsinin əməli surətdə kəşf edilməsi bəşər tarixi üçün ölçülməz dərəcədə əhəmiyyətli idi.
Sürtünmə hadisəsindən həmçinin ağır əşyaların kirşə vasitəsilə daşınmasında da istifadə olunurdu. Bu zaman insanlar və ya heyvanlar kirşəni dartaraq ağır daş və ya əşyaları bir yerdən digər yerə daşıyır və beləliklə sürüşmə sürtünmə qüvvəsini dəf edirdi. Bununla onlar həmin əşyaların daşınmasına 30-40% az qüvvə sərf edirdi. Sürüşmə sürtünməsi zamanı da çox böyük itkilər olduğu üçün insanlar yeni axtarışlar aparmağa başladılar və nəticədə vərdənə (katok) ixtira olundu. Ağır daş fiqurlarının köçürülməsində dairəvi ağac vərdənələrindən istifadə olunmağa başlandı. Sürüşmə sürtünməsinin diyirlənmə sürtünməsi ilə əvəz olunması sahəsində toplanmış təcrübə, yeni bir fundamental ixtiraya - çarxın ixtirasına gətirib çıxardı. Bu ixtira sürtünmə müqavimətinin əhəmiyyətli dərəcədə azalmasına imkan verdi.
Hal-hazırda qəti müəyyən edilib ki, insanlar ən azı 5000 ildən artıqdır ki, təkərli minikdən istifadə edirlər. Bunu Baş Qafqaz dağ silsiləsindən cənubda yerləşən təpələrdən bizim eradan əvvəl 3000-2500-cü illərə aid olan qədim təkərli arabaların çox saylı tapıntıları xəbər verir. İstisna edilmir ki, təkərli miniklər məhz bu bölgədən, Kür və Araz vadilərini əhatə edən ərazidən, nəinki Mesopotamiyaya, həmçinin Ukrayna çöllərindən keçərək Qərbi Avropaya daxil olub. Belə ki, bir ehtimal da var ki, çarx bir-birindən asılı olmayaraq Avropa və Asiyanın bir sıra bölgələrində icad edilib. Bizim eradan əvvəl IV minilliyin sonunda hazırlandığı güman edilən qədim çarxın qalıqları yaxın zamanlarda Bolqarıstanda tapılıb.
Sürtünmə yolu ilə odun alınması
İki cüt çarx üzərində olan arabaların məşhur təsvirlərindən ən qədimi Şumerlərə məxsus olub təxminən bizim eradan əvvəl 3500-cu ilə aiddir. İki və dörd təkərli arabalar - torpağa basdırılmış qədim Şumer şəhərləri Uruk və Ur, həmçinin Elamanın paytaxtı Suzi şəhərində aşkar edilib. Bizim eradan əvvəl 3000-ci il üçün ulaqlar qoşulmuş arabalar Mesopotamiyada artıq geniş yayılmışdı. Ehtimal olunur ki, Hindistanda çarxlı arabalar bizim eradan əvvəl 2500-cü, Çində isə 1500-cü ildə meydana çıxıb. Bir çox alimlər Şumerin ilk sakinlərinin şimal-şərqdən gəldiklərini təkidlə qeyd edirlər. Alimlərin fikrincə Şumer, Elam və Hurri mədəniyyətlərini yaradanlar bir etnik zümrə olmayıb qarışıqdır və onların arasında atlı, köçəri prototürklər xüsusi yer tuturdu. Türklərin qədim "dəmirçi babaları"nın Şumerə mədənçilik mədəniyyəti gətirməsi və sənət vüsəti qazanması haqqındakı fikirləri arxeoloji qazıntılar da təsdiq edir.
Çarxlı nəqliyyatın sonrakı inkişafının əsasən üç amil - çarxların konstruksiyasının təkmilləşdirilməsi, yolların keyfiyyətinin yaxşılaşdrılması və daha güclü qoşquya köçməklə müəyyən edilməsi ilə xarakterizə olunur. Bizim eradan əvvəl III minillikdə Qafqazda, Mesopotamiyada, Elama və Suriyada meydana gələn 3 ağac hissədən quraşdırılan iri çarxlı arabalar, ehtimal ki, bir neçə on əsrlər ərzində mövcud olub. Amma artıq təxminən bizim eradan əvvəl 2500-cü ilə doğru Mesopotamiyada hərbi cəng arabaları - təkərləri diametri nəzərə çarpacaq dərəcədə fərqli olaraq aydın ifa olunmuş iri çənbərə, dörd dəndənə və tərpənməz oxa oturtmaq üçün deşiyi olan çarx topuna malik təkçarxlı arabalar geniş yayılmağa başlayıb. Təkərlərin sonrakı təkmilləşdirilməsi ağac çənbərlərə metal (güman ki, mis) qurşaq taxılması və dəndənələrin sayının 6-8-ə qədər artırılmasından ibarət olub. Elə həmin yuxarıda adları çəkilən ərazilərdə at ayaqlarının nallanmasına təsadüf edən tapıntılar əldə olunub. Böyük məsafələri qət edərkən at dırnaqlarının yeyilməsinin qarşısını alan nal kimi bir ixtiranın kəşf olunması qədim türk mədəniyyətinin çox-çox zənginliyindən xəbər verir. Aparılan tarixi araşdırmalar və tədqiqatlar bir daha sübut edir ki, Azərbaycan texniki mədəniyyətinin başlanğıcı ən azı eramızdan əvvəl 3000-ci ilə təsadüf edir.
Yuxarıda qeyd olunanlara eyni zamanda arabaların daha da normal işləməsi üçün onların oxunun yağlanması da diqqət mərkəzində olub. Tədqiqatlar göstərir ki, araba oxlarının yağlanması üçün əsasən heyvan piyindən və neft məhsullarından istifadə olunardı. Belə yağlayıcı maddələr buxar maşının ixtirasına qədər (1801-ci il) demək olar ki, hər yerdə istifadə edilirdi. XX əsrin əvvələrində mineral yağlardan geniş istifadə olunurdu. Lakin, XX əsrin 30-cu illərinin axırlarında sintetik yağlar daha geniş tətbiq olunmağa başlandı.
Sübüt olunub ki, çağdaş dünyamızda mövcud olan enerjinin 1/3 hissəsi sürtünməyə sərf olunaraq itkiyə gedir. Ona görə də insanlar bu istiqamətdə faydalı iş əmsalını, heç olmasa, yarım faiz belə artırsalar, dünya enerjisinə çox böyük töhfə vermiş olarlar. Tribologiya həyatın bütün sahələrinə sirayət eləyib. Məişətdən tutmuş texnikanın bütün sahələrinə, o cümlədən, aviasiya, neft, sənaye, kənd təsərrüfatı və digər müxtəlif sahələrə qədər sürtünmə enerjisindən istifadə olunur.
Təkərli araba (eramızdan 3000 il əvvəl)
- Bəs, elmin bu sahəsi ilk dəfə nə vaxt tribologiya adlandırılmağa başlandı?
- XX əsrin 60-cı illərindən bu çox vacib elmi sahəyə yeni bir nəfəs gəldi. Elə o vaxtdan bu sahə tribologiya adalandırılmağa başlandı. Bu, ilk dəfə İngiltərədə baş verdi. Məhz bundan sonra bu sahəyə böyük diqqət göstərildi, daha çox maliyyə ayrıldı. Cünki bəlli oldu ki, nəhəng, bahalı texnikalar müəyyən müddətdən sonra yeyilərək sıradan çıxır, amma bu və ya digər formada bunun qarşısını almaq, bu sahədə daha az itkilərin qarşısını almaq, qənaət etmək mümkündür. Bəzən el arasında deyirlər ki, filan metal pisdir, tez sıradan çıxır, tez xarab olur. Pis metal yoxdu, pis mütəxəssis, pis mühəndis var. Tutaq ki, siz, məsələn, kəsmək üçün bıçaq və ya mişar hazırlayırsınız. Onların materialını düzgün seçməyəndə onlar əlbəttə ki, tez sıradan çıxacaq. Deməli, burada günah poladda yox, mütəxəssisdədir. Məhz mütəxəssisin səhvi ucbatından o alətlər tezliklə faydalılığını, daha dəqiq ifadə eləsək, faydalı iş əmsalını itirəcək.
- Əhəd müəllim, nə qədər acı olsa da, bu bir danılmaz faktdır ki, elm cəmiyyətimizdə, ölkəmizdə, təəssüf ki, bir o qədər də populyar sahə deyil. Amma bu da bir həqiqətdir ki, hər hansı xalqın, millətin, dövlətin dünyaya inteqrasiyası, dünyada söz sahibi olması üçün vacib olan şərtlərdən biri də elmin səviyyəsidir. Qəribədir, həyatımızı konfortlaşdıran, möcüzələri, ağlasığmaz fantaziyaları, lori dildə desək, nağılları reallığa çevirən elmdir, ancaq bəzi cəmiyyətlər, insanlar hələ də cəhalətə meyllidirlər. Məsələn, biz konkret olaraq Azərbaycanda elmə marağı artırmaq, populyarlaşdırmaq üçün hansı addımları atmalıyıq?
- Çox vacib bir məqama toxundunuz. Bu hazırda bütün dünyanı düşündürən məsələdir. İstər fundamental, istərsə də tətbiqi elm mütləq iqtisadiyyatda öz ifadəsini tapmalıdır. Əgər hər hansı elmi sahə iqtisadi cəhətdən faydasızdırsa, deməli, onun heç bir əhəmiyyəti yoxdur. Elmi kəşflər, ixtiralar dünya iqtisadiyyatına nə qədər çox səmərə, xeyir verirsə, bir o qədər dəyərli olur. Məsələn, siz bir texniki avadanlıq, maşın icad edirsiniz. İstifadə olunmaq üçün təbii ki, bu ixtiranız satışa çıxarılmalıdır. Əgər həmin məhsulun alıcısı yoxdursa, o zaman o elmi kəşfiniz kimə lazımdır? Elmin əhəmiyyətliliyi birbaşa onun iqtisadi cəhətdən səmərəsi ilə bağlıdır. Bu, məsələnin bir tərəfi. Digər tərəfdən, hər hansı elmi sahənin uğur qazanması üçün zaman, zəhmət və ən əsası maliyyə lazımdır. Elm və iqtisadiyyatı bir-birlərindən ayrı təsəvvür eləmək mümkün deyil. Elm iqtisadiyyatın nüvəsi, daha doğrusu, özüdür. Ən böyük sərmayə məhz elmə qoyulmalıdır. Elmə nə qədər çox sərmayə yatırsan, bir o qədər çox qazanacaq, xeyir götürəcəksən. Eyni zamanda da dünyada səninlə hesablaşmaq zorunda qalacaqlar. Bunu mən qabaqcıl dünya ölkələrinin təcrübəsinə əsaslanaraq deyirəm. Məsələn, Amerika Birləşmiş Ştatları federal büdcənin təqribən 50, 60 faizini elmə ayırır. Eyni zamanda, ştatların büdcələrinin elmə ayrılan hissəsi ən azı 20-30 faiz təşkil edir. Bir sıra nəhəng şirkətlər də büdcələrindən bu sahəyə illik 10-15 faiz ayırırlar. Nəticə göz qabağındadır, zənnimcə, şərhə ehtiyac yoxdur.
- Bəs, Avropa ölkələrində vəziyyət necədir?
- Avropada da vəziyyət təqribən eynidir.
- Azərbaycanın bu baxımdan dünyanın qabaqcıl ölkələrinin cərgəsində olması üçün nə qədər zaman lazımdır?
- Biz ilk növbədə elmin müxtəlif sahələrinin tətbiqi yolunu tapmalıyıq. Əldə etdiyimiz nəticələrlə dünyaya çıxmalı, dünya bazarlarında alıcı tapmalı, ölkəyə valyuta axını üçün çalışmalıyıq. Digər tərəfdən, ölkəmizdə Ümumi Daxili Məhsulun səviyyəsini ən azı 10 dəfə artırmalıyıq ki, bu baxımdan təxminən Qərb, Avrova ölkələrinə yaxınlaşa bilək. Bunun üçün əlbəttə, zamana ehtiyac var, amma ilk növbədə ölkəmizdə elmə sərmayə qoyulmalıdır. Məhz bu sərmayə nəticəsində elmi-tədqiqat institutları, labaratoriyaları fəaliyyət göstərməli, onların müasir avadanlıqalrla texniki təminatı təhciz olunmalıdır. Elm adamının maddi təminat problemi olamadığı təqdirdə, elmə maraq da olacaq, elm bir sahə olaraq cəmiyyətdə populyar da olacaq. Hər bir insan zəhmətinə, fəaliyyətinə verilən qiymətdən, dəyərdən məmnun olur. Müəyyən peşə sahiblərinin, o cümlədən, elm adamlarının diqqət və qayğıya xüsusi ehtiyacı var.
- Azərbaycanda sənayeni inkişaf etdirmək üçün ilk olaraq hardan başlamaq lazımdır, hansı addım atılmalıdır?
- Təkrar kimi səslənməsin, yenə də deyirəm, ilk növbədə elmin maliyyələşdirilməsindən başlamaq lazımdır. Bundan sonra digər mərhələlərə adlamaq olar. Növbəti mərhələ isə labaratoriyadır. Bu mərhələ 10-15 il də uzana bilər. Bəli, elmdə qazanılan nailiyyəti praktikada tətbiq etmək üçün bəzən uzun bir zamana ehtiyac olur. Bizim bir çox iş adamlarında qəribə bir xüsusiyyət var. Onlar deyirlər ki, bu gün sərmayə qoyuramsa, sabah qazanc götürməliyəm. Bu düşüncəylə fundamental olaraq heç nəyə nail olmaq olmaz. Uğur tədricən, mərhələ-mərhələ əldə edilə bilər. Əvvəl elmi labaratoriyalarda tədqiqatlar aparılmalı, sonra bu iş praktiki labaratoriyalarda davam etdirilməlidir. Sonra növbə sənaye sınaqlarına gəlir və lap sonda geniş miqyasda istehsala rəvac verilməlidir. İstehsalın həcmi də bilavasitə tapdığı bazarın miqyasından asılıdır. Ən xırda, ilk baxışda əhəmiyyətsiz görünən detallar, məsələn, kəşf və təqdim etdiyin məhsulun dizaynı belə bazarın miqyasına, alıcılıq qabiliyyətinə təsir göstərə bilər. Təklif etdiyin məhsul mövcud standartlara mütləq cavab verməlidir. Azərbaycan gənc müstəqil ölkədir. Bu sahədə müəyyən problemlər, həllini gözləyən məsələlər var və inanaq ki, zaman keçdikcə, bunlar öz həllini tapacaq. Ötən il cənab prezident İlham Əliyev sənayeləşmə ilə bağlı çox vacib bir sərəncam imzaladı. Həmin sərəncamdan irəli gələn məsələləri vaxtında həll etsək, fasilələrsiz, davamlı şəkildə yerinə yetirsək, yəqin ki, müəyyən bir müddətdən sonra uğurli nəticələr əldə edə biləcəyik.
- Bu yaxınlarda 70 yaşınız tamam oldu. Bu münasibətlə Sizi təbrik edir, uzun ömür, can sağlığı, yeni elmi nailiyyətlər arzulayıram. Siz bütün bəşəriyyətə, dünya elminə, iqtisadiyyatına misilsiz töhfələr verən kəşflər, ixtiralar, dünyanın ən böyük alimlərinin stolüstü kitabına çevrilən elmi monoqrafiyalar, kitablar yazmaqla zəngin bir ömür yaşamısınız. Günü bu gün də xalqımızı, dövlətimizi dünya ölkələrində təşkil olunan elmi konqreslərdə, konfranslarda, simpoziumlarda layiqincə təmsil edirsiniz. 70 yaşın zirvəsindən dönüb arxaya baxanda hansı hissləri keçirirsiniz?
- Xoş sözlərə görə təşəkkür edirəm. Belə bir ömür yaşadığıma görə özümü xoşbəxt hesab eləyirəm. Amma bir narahatçılığım var: vaxt sürətlə keçir. Mənimsə hələ tamamlaya bilmədiyim bir çox işlər var. Hansı ki, düşünürəm həmin işləri tamamlaya bilsəm bəşəriyyətə zərrə qədər də olsa xeyrim dəyə bilər. Hər bir elm adamı bəşəriyyət qarşısında çox böyük bir məsuliyyət daşıdığını heç zaman yaddan çıxarmamalıdır.
- Tribologiya elminin pəncərəsindən baxsaq, qocalığı insanın zamanla uzun müddətli sürtünməsinin nəticəsi hesab eləmək olarmı?
- Məcazi mənaya malik olsa da, maraqlı sualdır. Amma qocalmanın sürtünmə ilə əlaqəli olduğunun elmi əsasları da var. İnsan bədənindəki oynaqların hamısında sürtünmə gedir. Oynaqların hər birində maye var və bu qapalı sistemdədir. Zaman keçdikcə, xüsusilə nisbətən az hərəkət edən insanlarda həmin maye məhz sürtünmə nəticəsində xüsusiyyətini dəyişir, keyfiyyətini itirir. Lori şəkildə bu mayeni texnikada istifadə olunan yağlarla müqayisə etmək olar. Texniki vasitələrdəki həmin yağları vaxtlı-vaxtında dəyişmək olur, amma insan oynaqlarında bunu etmək mümkün deyil. Bəzən gənc bir adamın axsadığını və ya oynaqlarından şikayətləndiyini görürük. Bu, bilavasitə həmin adamın oynaqlarındakı mayenin, belə deyək də, daha tez keyfiyyətsiz hala düşməsinin fəsadıdır. Ümimiyyətlə, sürtünmə təbiətin insanlara bəxş etdiyi ən böyük möcüzələrdən biridir. Bunun xeyriylə yanaşı, göründüyü kimi ziyanı da mövcuddur. Bir daha sübut olur ki, insan həyatı sürtünməsiz mümkün deyil.
Sürtünmənin modeli
- Bu günlərdə Sizin "Həqiqətin fəlsəfəsi” adlı elmi-fəlsəfi traktatınız nəşr olundu. Siz o əsərdə ilk dəfə Fövqəlmühəndis anlayışını, terminini elmə gətirdiniz. Bir qədər bu barədə danışmağınızı istərdim.
- Kainatın yaranması, varolma səbəbləri məni hər zaman düşündürüb. O məşhur və əvəzedilməz dörd ünsür – su, od, hava, torpaq kim tərəfindən yaradıldı, necə yaradıldı? Ümumiyyətlə, insan niyə var oldu? Bu varlıq lazım idimi? Bəlkə heç lazım deyildi? Bu, nə vaxta qədər davam edəcək? Sonsuzluğa qədərmi? Yoxsa bunun bir sonu var? Və sairə və ilaxır... Həyatı dərk etməyə başlayandan bəri həmişə bu suallar məni düşündürüb. Məhz bu suallara cavab tapmaq üçün bütün cəsarətimi toplayıb "Həqiqətin fəlsəfəsi”ni yazmağa başladım. Əlbəttə, bu mövzuda dünyada yüzlərlə kitab yazılıb. Amma mən məsələyə mühəndis rakursundan yanaşmağa, o sualları mühəndis təfəkkürü ilə cavablandırmağa çalışdım. Deyirlər dünya, kainat ilahi qüvvə tərəfindən yaradılıb. Kimsə onun adına Allah, kimsə Boq, kimsə Qod, kimsə Tanrı və s. deyir. Əgər söhbət yaratmaqdan gedirsə və mühəndisliyin ən vacib xüsusiyyəti yaratmaqdırsa, düşündüm ki, bütün bu varolmanın səbəbi, bu yaradıcı enerjinin, qüvvənin, kainatı yaradanın adı Fövqəlmühəndisdir. Və bu prizmadan çıxış edərək qarşıya qoyulan suallara cavab tapmağa çalışdım. İstədiyimə nə dərəcədə nail olub-olmadığımı əlbətdə əsəri oxuyanlar söyləyə bilər.
- Böyük partlayış iddiasına münasibətiniz necədir?
- Böyük partlayış ideyası öz-özlüyündə polemikaya açıq və çox maraqlı bir ideyadır. Böyük partlayış... Nə qədər təzadlı olsa da nəticədə bunun özü bir yaradıcı enerji olub. Əlbəttə bu barədə çox danışmaq olar, bu ayrıca diskussiya mövzusudur.
- Siz gərgin bir iş rejiminə maliksiniz. Həyatınız yollarda, təyyarələrdə, elmi yığıncaqlarda, elmi-tədqiqat institutlarında, labaratoriyalarda, kitabxanalarda keçir. Müxtəlif görüşlər, mühazirələr... Əlbəttə, hər bir insan kimi Siz də yorulursunuz, Sizin də istirahətə ehtiyacınız var. Özünüzü ən çox harda rahat hiss edirsiniz və yorğunluğunuz canınızdan çıxa-çıxa düşünürsünüz ki, bütün bu işləri görməyə, bu gərginliyə, bu cür yorulmağa dəyərdi.
- Mən çox sıx iş qrafikində çalışıram. Ən azından 1-2 aylıq iş qrafikim öncədən tutulur. Sonra bu qrafik həftələr, daha sonra günlər üzrə təsnifatlaşdırılır. Nə vaxt, saat neçədə kiminlə görüşəcəyəm, harda, hansı ölkədə, hansı konfransda, hansı akademiyada, hansı dildə çıxış edəcəyəm, mühazirə oxuyacağam. Əlbəttə, bu cür qrafikdə işləmək heç də asan məsələ deyil. Əgər mən nəzərdə tutulan işləri görürəmsə, bu günün işi sabaha, bu həftənin işi növbəti həftəyə, bu ayın işi gələn aya qalmırsa, özümü daha rahat, daha gümrah, daha enerjili hiss edirəm. Və bu xoş əhval-ruhiyyə ilə, xoş ovqatla vaxtımı ailəmlə, nəvələrimlə, təbii ki həm də dostlarımla birlikdə keçirməkdən xüsusi ləzzət və gələcək işlərimi görmək üçün güc, enerji alıram.
- Hal-hazırda hansı elmi əsər üzərində işləyirsiniz?
- Hazırda traktat janrında qələmə aldığım "Mühəndislik fəlsəfəsi” kitabının davamı üzərində işləyirəm. Ümidvaram ki, yay aylarında bu əsəri yazıb bitirəcək və nəşrə təqdim edə biləcəyəm.
- Müsahibəyə görə təşəkkür edirəm!
Söhbətləşdi:
Samir Sədaqətoğlu
Xəbərin oxunma sayı : 190
Müsahibə
Xəbərlər
-
Sosial sahəyə ayrılan vəsait artırılacaq? - AÇIQLAMA
-
“Həbsdə olmağımın səbəbini bilirəm” - Bəkir Orucovun məhkəməsi
-
Azərbaycanda 3 aya 51 milyon 36 min manatlıq narkotik ələ keçirib - HESABAT
-
NATO qoşunları Rusiya sərhədlərinə yaxınlaşır - Şoyqu
-
“COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək” - İlham Əliyev
-
Polisin “saxla“ əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
-
Hansı ölkə uşaq böyütmək üçün daha əlverişlidir? – Azərbaycan son onluqdadır
-
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü - Araşdırma aparılır
-
“Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var” - Prezident
-
Əhalinin nəzərinə! Tibbi arayışlarla bağlı yenilik, mayın 1-dən...
-
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
-
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - İlham Əliyev
-
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlandı - FOTO/VİDEO
-
Baydenin siyasətinə etiraz etdi – İstefa verdi
-
Tikilməkdə olan Laçın aeroportundan son görüntülər - VİDEO
-
NİİM əhaliyə müraciət etdi - VİDEO
-
“Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək“ - “Cümü“yə 18 il həbs verildi
-
Hərbi gəmilər, kater və vertolyotlar Xəzərdə hərəkətə gətirildi: Möhtəşəm təlimlərdən FOTO/VİDEO
-
Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var - FOTO
-
Qubada illərdir hökm sürən kanalizasiya problemi nə zaman həllini tapacaq? - VİDEO
-
Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB
-
Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA
-
Binəqədinin keçilməz yolları - VİDEO
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
TOP 10
ARXİV