|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
“Əsas rəqibimiz “Facebook” və “Google”dur” — 10 yaşlı “Qaynarinfo”nun baş redaktoru
Tarix 24.04.17, 20:50 |
|
Aprelin 25-də Azərbaycanın ən uzunömürlü xəbər portallarından biri “Qaynarinfo.Az” portalının 10 yaşı tamam olur. Saytın rəhbəri Zahir Əzəmətlə söhbəti təqdim edirik.
- 10 il əvvəl xəbər saytlarının perspektivinə inananlar az idi. Hələ ölkədə qəzet bumu yaşanırdı. Səhv etmirəmsə, özünüz də qəzetdə çalışırdınız. Bəs birdən-birə sayt açmaq ideyası necə yarandı?
– 2007-ci ilin əvvəlləri idi, o zaman yetərincə populyar olan “Alma” qəzetini buraxırdıq. Qəzetimiz çox oxunur və müzakirə olunurdu. Amma həftəlik olduğu üçün hadisələrə operativ reaksiya verə bilmirdik. Qəzetin saytı da, forumu da var idi. O zaman hələ sosial şəbəkələr ölkədə populyar deyildi. İnternetin sürəti zəif idi. Smart telefonlar yox idi. Amma internet istifadəçilərinin sürətlə artdığı hiss olunurdu. Ölkənin ictimai-siyasi həyatı da xəbər baxımından xeyli qaynar idi. “Alma”nın gənc köşə yazarı Turxan Qarışqanın da motivasiyası ilə ayrıca xəbər saytı yaratmaq ideyası doğdu və romantik bir həvəslə işə başladıq. İlk vaxtlar saytın xəbərlərini mən və Turxan qoyurduq. Sonra bir çox könüllülər də bizə qoşuldu. Subay vaxtlar idi, demək olar ki, gecə-gündüz çalışırdıq. İndi çoxlarına qəribə gələr, o zaman bir-iki xəbər saytı və agentlik var idi. Agentliklər istisna olmaqla, o xəbər saytlarının heç biri bu günə qədər yaşaya bilmədi. Bizə qədər internet saytları ara günlərdə saat 18:00-dan sonra xəbər qoymur, şənbə-bazar günləri işləmir, nadir hallarda video və ya fotosessiyalar olurdu. Biz bu streotipləri dəyişdik. Demək olar ki, fasiləsiz, gecə-gündüz demədən çalışdıq və bu da qısa zamanda saytın populyarlaşmasına səbəb oldu. İlk-üç il ərzində yüksəliş dövrünü yaşadıq. Saytın rus, türk versiyaları, bir çox qolları yarandı. 2007-ci ilin sentyabrında bu qollardan biri- saytın idman əlavəsi “Fanat.Az” adı altında ayrıca portala çevrildi və bu günə qədər də fəaliyyətdədir.
- Səhv etmirəmsə, sonra bir müddət saytın rəhbərliyindən uzaqlaşdınız.
– 2009-cu ildə bəzi kənar təsirlər ortaya çıxdı. Mən bir seçim qarşısında qaldım. Ya sayt fəaliyyətini dayandırmalı, ya da hansısa formada onun fasiləsiz fəaliyyəti təmin edilməliydi. O vaxt mənim üçün çox çətin olan bir qərar verdim. Saytın idarəetməsini gənc jurnalist dostumuz Fərid Şahbazlıya həvalə etdim. O da sağ olsun, bir neçə il saytın yaşaması üçün mümkün olan hər şeyi etdi. Nəhayət 2013-cü ilin yanvar ayında yenidən saytı öz idarəetməmə qaytardım, yeni kollektiv formalaşdırdıq və yeni dirçəliş dövrümüz başladı. O vaxt baş redaktor kimi bizə dostumuz Şəmşad Ağanın böyük qatqıları oldu. Sonra Şəmşad bəy özü ayrıca sayt yaratmaq qərarına gəldi və yenidən Baş redaktorluq vəzifəsini də üstümə aldım. Hazırda “Qaynarinfo” ölkənin aparıcı xəbər resurslarından biridir və öz inkişaf dövrünü yaşayır.
- … Və artıq 10 yaşınıza çatdınız!
– Doğrudan da Azərbaycanda 10 il bir internet saytı üçün böyük rəqəmdir. Reklam bazarının yoxluğu, texniki imkanların azlığı fonunda xəbər saytını yaşatmaq asan başa gəlmir. Həm də təkcə saytı yaşatmaq yetərli deyil, oxucunun güvənini qazanmaq, müstəqilliyini qorumaq, inkişaf etdirmək, gələcək tendensiyaları düzgün müəyyənləşdirmək lazımdır.
- Gələcək tendensiyalar demişkən, “Qaynarinfo” ilə bağlı nə kimi yeni planlarınız var?
– İşin çətin tərəfi də budur. İndi bizi düşündürən xeyli suallar var. Növbəti 10 ildə də bazardakı yerimizi qorumaq və artırmaq üçün nələr etməliyik? Bu gün xəbər saytlarının sosial şəbəkələrdən asılılığı pik həddə çatıb, bunu minimuma endirmək, alternativ mənbələr yaratmaq üçün nələr edilməlidir? Bir xəbər saytının böyük biznes struktura çevrilməsi və daha yaxşı gəlir qazanması üçün hansı addımlar atılmalıdır? Son bir ildə bu istiqamətdə xeyli araşdırmalar aparmışıq, saytımızın növbəti 5 və 10 ili üçün strageyisanı hazırlamışıq. Demək olar ki, saytın strukturundan tutmuş, tərzinə qədər hər şeyi dəyişirik. Tezliklə yeni dizayn, mobil əlavələr və bir çox fərqli yeniliklərlə oxucunun qarşısına çıxacağıq. İlin sonuna qədər nəzərdə tutduğumuz bütün texniki yenilənmələrimizi başa çatdırmağı düşünürük. Demək olar ki, hər ay “Qaynarinfo”da bir yenilik hiss olunacaq, yeni imkanlar yaranacaq. Saytın kollektivi də gəncləşəcək. Hesab edirəm ki, “Qaynarinfo”ya yeni ruh və tərz dəyişikliyini də daha enerjili və kreativ gənclər gətirməlidir. “Mən hər şeyi hamıdan yaxşı bilirəm, bacarıram” düşüncəsi istənilən layihənin sonunu gətirə bilər. “Qaynarinfo”nu kreativ gənclərin öz potensiallarını, ideyalarını reallaşdıra biləcək bir platformaya çevirmək istəyirik. Bu mərhələni uğurla və zamanında başa vursaq, hesab edirəm ki, tezliklə “Qaynarinfo” həm xəbər resursu baxımından, həm də biznes strukturu kimi fərqli bir səviyyəyə adlayacaq. Artıq daha qısa domenə keçmişik – “Qaynar.az”. Əvvəlki domenlər də – qaynar.info və qaynarinfo.az da aktiv qalacaq. Bir neçə günə dizaynımız da yenilənir. May ayında mobil əlavələrimizi istifadəyə verəcəyik. Yeni dizaynımızda bir çox fərqli funksiyalar olacaq, xəbər siyasətimiz başlıq tipindən tutmuş, məzmuna qədər köklü dəyişəcək. Məsələn, ictimai əhəmiyyəti olmayan intihar, kriminal və məişət zorakılığı ilə bağlı xəbərlərin dərcindən imtina edəcəyik. Maqazin xəbərlərinin sayını azaldacağıq. Daha çox xəbər vermək əvəzinə, daha yaxşı və faydalı xəbər prinsipinə üstünlük verəcəyik. Saytda interaktivliyi artıracaq, yeni forumumuz vasitəsi ilə ictimai müzakirələr təşkil edəcəyik. Başqa fərqli layihələrimiz də var, hazırda tamamlanmaq üzrədir, onları da qısa zamanda təqdim edəcək və hamıya faydalı olmağa çalışacağıq.
- Hazırda “Qaynarinfo” gəlir gətirirmi? Ümumiyyətlə, Azərbaycanda internet mediası öz maddi sıxıntılarını necə həll etməlidir?
– Hər halda “Qaynarinfo” 10 il ayaqda dura bilibsə, deməli, özünə yetəcək qədər gəlir gətirir. Amma bu indiki mərhələdə bizi qane eləmir. Şərtlər hər gün dəyişir, bazar sürətlə böyüyür, hər gün yeni rəqiblər yaranır, reklam verənlərin, şirkətlərin tələbləri, sualları artır. Bütün bunlarla ayaqlaşmaq lazımdır. Hamımız reklam bazarının azlığından danışırıq və bu doğrudur. Amma vəziyyəti dəyişmək üçün nə edirik? Gəlin özümüzü bir də reklam verənin yerinə qoyaq. Məsələn, bir tikinti şirkətinin, bir bankın hansısa sayta reklam verməsi üçün təkcə həmin saytın yüksək girişi yetərlidirmi? Bəs biz oxucularımız haqqında hansı bilgilərə sahibik? Məsələn, onların yaşı, maraq dairəsi, cinsiyyəti, yaşadığı yer, təhsil səviyyəsi və s. Biz müştərilərimizə konkret hədəf kütlələri təqdim edə bilirikmi? Yox! Bütün bunları bilmədən, formalaşdırmadan, tətbiq etmədən bir reklam necə effekt verə bilər? Reklam bazarında “Facebook” və “Google” kimi nəhəng resurslar bu imkanları verir və yerli reklam bazarını əhəmiyyətli dərəcədə bizim əlimizdən alır. Məncə, böyümək istəyən, yaxın illərdə gəlir qazanıb ayaqda qalmaq istəyən xəbər saytları bu məqama mütləq diqqət etməlidir. Bizim rəqibimiz hər hansı digər xəbər saytı yox, “Facebook” və “Google”dur. Bu, hardasa qarışqanın əjdahalara qarşı vuruşmasına bənzəyə və kimlərinsə gözünü qorxuda bilər. Amma belə düşünmək yanlışdır. Dediklərim, internet reklamında adi əlifbadır. Bunlar olmadan bir sayt bu gün adi blogdan başqa bir şey deyil. Günün texnoloji yeniliklərindən də bəhrələnib yeni reklam formaları yaratmaq, reklam verənləri öz fərqliliyinlə, üstünlüyünlə maraqlandırmaq lazımdır. Əslində, öyrənməyə başlayanda sonsuz imkanlar olduğunu görürsən. Bir xəbər saytında bəlkə də jurnalistlərin sayından çox menecerler, marketoloqlar, dizaynerlər, proqramçılar çalışmalıdır. Hər gün yeni ideyalar doğmalıdır. Bayaqdan bir neçə dəfə vurğuladığım “biznes strukturu” ifadəsi təsadüfi deyil, biz saytlarımızı yalnız xəbər tirajlayan resurs olmaqdan daha çox biznes subyekti kimi görməyə, formalaşdırmağa çalışmalıyıq. Yoxsa maddi sıxıntılar bitməyəcək. Məsələn, yuxarıda qoyduğumuz suallara cavab tapmaq üçün bir sistem hazırlamışıq. Bu, iki ilə yaxın vaxtımızı alsa da, artıq böyük mənada bu problemi həll edə bilmişik. Təbii ki, hələ görüləsi işlər də çoxdur. Amma artıq biz reklam verən şirkətə onu maraqlandıran hədəf kütləsini və onu idarə etməyi təklif edə bilirik. Artıq reklam verən öz şəxsi kabineti vasitəsi ilə istənilən hədəf kütləsini seçə, büdcəsinə uyğun reklam yerləşdirə, onun effektivliyini birbaşa ölçə bilir. Qısa zamanda bunu avtomatlaşdırmağı düşünürük. Yəni “Facebook” və “Google”da olduğu kimi istənilən şəxs və ya şirkət, hətta bizimlə hər hansı təmasa keçmədən özü plastik kartlarla reklam yerləşdirə biləcək. İstədiyi vax reklamlarını redaktə etmək, dayandırmaq və yenidən başlamaq imkanı olacaq. Bütün bunlar xeyli vaxt və zəhmət tələb etdi, amma əvəzində yeni imkanlar qazandıq. Vəziyyəti dəyişmək istəyiriksə, öncə özümüz və yanaşmamız dəyişməlidir. (Olke.az)
Xəbərin oxunma sayı : 199
Müsahibə
Xəbərlər
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
TOP 10
ARXİV