|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
“Milyonları yeyənlərdə 8 minə niyə qıcıq doğurur?”- Anar Rzayev “od püskürdü”
Tarix 13.09.17, 19:03 |
|
“Bir qəpik öz xeyrimizə götürürdüksə, lənət olsun…”
Bakıda fəaliyyət göstərən “26lar” kafesinin bağlanması ətrafındakı ajiotaj davam edir. Azərbaycan Yazıçılar Birliyi tərəfindən icarəyə verilən bu məkan ətrafında ilginc proseslər baş verdi. Öncə qurumun katibi, yazıçı Çingiz Abdullayev sosial şəbəkələrdə və bəzi media orqanlarında Yazıçılar Birliyinin binasındakı “26” adlı kafenin fəaliyyətinin dayandırılmasına kəskin münasibət bildirdi, həmin kafenin Yazıçılar Birliyi ilə heç bir əlaqəsinin olmadığını qeyd etdi və kafenin bu formada bağlanmasının doğru olmadığını vurğuladı. Lakin sonra məlum oldu ki, kafe – restoranın (gecə klubu da deyirlər) icarəsindən AYB-yə ayda 8 min manat daxil olur və bu icarə müqaviləsini də kafe-restoran sahibləri ilə imzalayan Ç. Abdullayevin özüdür… 12 sentyabrda isə Yazıçılar Birliyinin yaydığı bəyanatda kafenin icarəsindən alınan məbləğin yazıçıların qayğı, problemlərinə sərf olunduğu açıqlandı.
Musavat.com-un müxbiri Sevinc Telmanqızı Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevlə söhbətində bu məqamlara aydınlıq gətirməyə çalışıb. Müsahibəsində daha cox medianı ittiham edən xalq yazıçısı Yazıçılar Birliyinə münasibətdən də şikayətlənib. Həmin müsahibəni təqdim edirik:
-“Yeni Müsavat” qəzeti niyə hər zaman Yazıçılar Birliyindən belə yazılar verir? Bunu özünüzdən və öz redaktorunuzdan, redaksiya işçilərindən soruşun, onlar sizə cavab versin. Ondan sonra başqa suallara cavab axtararsız.
-Hər halda kafeni bağladan bizim qəzet olmadı… Ona görə də sualın ünvanı biz deyilik.
-Bizim, yəni Yazıçılar Birliyinin bəyanatında sizi maraqlandıran bütün sualların cavabları yer alıb. Amma niyə Yazıçılar Birliyinin üzərinə hücum edilir, bax o sualın cavabını özünüzə verin.
-Ortada yetərincə böyük bir məbləğ var. Ayda 8 min manatlıq icarə haqqından söhbət gedirdi və bu, Yazıçılar Birliyinin büdcəsinə gedirdi. Bunun qıcıq doğurması normal deyilmi?
-Xeyr, deyil. O məbləğin necə xərclənməsi bəyanatda da göstərilib. O məbləğ bank vasitəsilə bizim hesaba köçürülür və qəpiyinəcən hara xərcləndiyi qeyd olunur.
-Bəyanatınızda qeyd etmisiz ki, “bu kirayədən gələn gəlirlər qəpiyinəcən Birliyin az maaşlı işçilərinə əlavə ödəniş kimi, xəstə və ehtiyacı olan yazıçılara yardım üçün və ara-sıra kiçik kitabların nəşrinə xərclənir, hamısının dəqiq hesabatı aparılır”. Amma siz eyni zamanda dövlətdən maliyyələşən qurumsuz, dövlət büdcəsindən sizə vəsait ayrılır. O halda…?
-Bəli, maliyyələşirik. Buranın işçiləri həmin vəsaitdən maaş alırlar, redaktorlar qonorar verirlər. Həmin vəsait qəpiyinəcən ona ayrılır. Amma xəstə şair-yazıçılara dövlət pul ayırmır, yubileyi olan yazıçılara tədbir keçirmək, hədiyyə almaq üçün büdcədən pul ayrılmır. Allah eləməmiş, ölən yazıçıların dəfn mərasimi üçün pul ayırmırlar. O xərclərin hamısı kirayədən gələn pullar hesabına həll olunur.
-Bəyanatınızda “toxun acdan xəbəri olmaz” yazmısız. Kimi və ya kimləri nəzərdə tutursuz?
-Kim özünə götürürsə, götürsün.
-Yeri gəlmişkən, bəyanatınız da yetərincə iynəli və sataşmalı idi. Kimlərə söz çatdırmağa çalışırdız?
-İynəli deyildi, sadəcə cavab idi. İllər boyu davam edən, o cümlədən, sizin qəzetdə də ünvanımıza yazılan sancmalara etik, mədəni çərçivədə bir cavab idi.
-Anar müəllim, bayaqdan bizi ittiham edirsiz. Amma xatırlatmaq istəyirəm ki, qəzetlərin kafe boşaltmaq kimi bir səlahiyyəti yoxdur. Ona qalsa, illərdir yazdığımız problemlərin heç də hamısı dərhal həll olunmur.
– Elə qəzetlər başladılar da. Bəs bu böhtanları Yazıçılar Birliyinə illərdir kimlər yazır? Elə biri də siz…
-Bizdən çox sizin mövqeyinizi işıqlandıran ikinci qəzet yoxdur. Bu günə qədər bütün mübahisəli məsələlərdə sizdən müsahibə alan mən olmamışam?
-Ay Sevinc, səni illərdir tanıyıram da. Nə qədər bizə sataşmısan? Sən də, Zamin Hacı da. Onun elə bir yazısı yoxdur ki, mənim adımı hallandırmasın. Neynəmişəm e, ona mən? Hər yazısında bir sarsaq şey yazır mənim haqqımda. Yazanda heç olmasa bir ağıllı bir şey yazsın da. Ağıllı bir şey qoy da onun başına. Nə qədər olar axı? Bir dəfə cavab verdim, iki dəfə cavab verdim…Olmaz axı.
-Anar müəllim, siz də Hacıbala Abutalıbovu qoyub, jurnalistlərin üstünə hücuma keçmisiz. Biz kafe bağlatdıranıq? Bizim elə səlahiyyətimiz var bəyəm?
-Kafeni də elə böhtanlarla bağladılar da. İllər boyu yazdınız, yazdınız… Yazıçılar İttifaqı lazım deyil, Yazıçılar İttifaqı pisdir, bağlanmalıdır. Yaxşı daaa…. Bu gün deyirlər ki, Yazıçılar Birliyi bağlana bilərmi? Dedim, Yazıçılar Birliyi bağlanan gün mən banket edəcəm, “Yeni Müsavat” qəzetinin bütün kollektivini də çağıracam ki, gəlib şadyanalıq etsinlər. Bir mədəniyyət ocağı, bir təmiz məkan da bağlansın, mən də sizi təbrik edəcəm.
-Ümumiyyətlə, birliyin bağlanma ehtimalı varmı?
-Xeyr, yoxdur. Yazıçılar Birliyi həmişə olub və olacaq. Azərbaycan dövləti nə qədər ki müstəqildir, onun Yazıçılar Birliyi də var olacaq.
-“Yazıçılardan ermənilərlə mübarizə apardıqları üçün heyif çıxırlar” yazmısız bəyanatınızda. Ümumiyyətlə, sizdən kim heyif çıxır ki? Və niyə çıxsın ki?
– Bizi ermənipərəstlikdə ittiham edənlər bu heyfi çıxırlar. Yazırlar ki, Yazıçılar Birliyində anası, arvadı erməni olanlar var. Kimdir o anası-arvadı erməni olan? Kimin dayısı ermənidir, göstərsinlər də konkret.
-Hər halda bu kafe söhbətinin ortaya çıxması ilə Yazıçılar Birliyinin də dövlət tərəfindən onlara ayrılan binanın bir hissəsini kafeyə icarəyə verməsi, buna görə 8 min manat alması gerçəyini öyrəndik. Bunu bu günə qədər bilmirdik və qıcıq doğurması normaldır.
-Niyə qıcıq doğursun ki? Milyonları yeyən adamlarda bu 8 min manat niyə qıcıq doğurur?
-Kimdi milyonları yeyən? Hər halda qəzetlər milyon yemir.
-Nə deyim vallah. Hər halda sizə də sifariş verirlər. Bu qədər ardıcıl ki, siz Yazıçılar Birliyindən yazırsız, bu, səbəbsiz deyil.
-İcarəyə verib, ayda bir neçə min manat aldığınız başqa obyektlər də varmı? İndidən bu haqda danışaq ki, sonradan sürpriz olmasın…
-Xeyr, yoxdur. Heç bir obyekt yoxdur. Bu da birinci mərtəbəmiz idi. Ona da heç kimin hüquqi və mənəvi haqqı çatmırdı ki, bizə kirayə verdiyimiz üçün müdaxilə etsin.
-Səs-küylü, qəlyanlı kafe… nə dərəcədə…
-(sözümüzü kəsir) Sizin xəbəriniz var ki, bir çox yerlərdə “burda qadınlar üçün qəlyan pulsuzdur” yazılır? Mən getməmişəm, amma mənə bunu deyiblər. Bundan belə nəticə çıxarıblar ki, bura fahişələr gəlir. Bəyəm bütün qəlyan çəkən qadınlar fahişədir? Onda onlar da bu təhqirə görə səslərini qaldırsınlar.
-Hər halda, Yazıçılar Birliyi və içkili, qəlyanlı məkan… O qədər də xoş paralel deyil və yaraşmadığı da deyilir.
-Yaraşmayan yerdirsə, bizim yardıma möhtac, xəstə yazıçılara bir dənə varlı adam pul ayırsın. Biz də o zaman o yeri icarəyə vermək yerinə orda kitab dükanı, ədəbi kafe, kitabxana açarıq. İcarəyə veririk ki, camaatı dolandıraq da. Yazıçılar Birliyinin 1800 üzvü var. Elə bilirsiz, bunların hamısı öz hesabına dolanır, problemləri yoxdur? Biri xəstələnir, o birinin anası ölür… Min dənə problemləri var. Maaşa baxan adamlarıq, nə edək bəs? Bir dəfə də düzünü yazın da.
-Sizə zəng edib, mövqeyinizi öyrənməyimiz heç nədən xəbər vermir?
-Mən səndən çox incimişəm. Mən yaxşını da unutmuram, pisi də. Yadındadır ki, deputatlıq məsələsində sən məndən müsahibə aldın? Mən o müsahibəni bütün kitablarıma salıram. Sən mənə imkan yaratdın ki, ürəyimdəkiləri dedim. Amma ondan sonra sən də, Zamin Hacı da yerli-yersiz, mənasız, səfeh-səfeh sataşmalarınızla…
-Mən sizdən yazı yazmamışam, Anar müəllim. Haqsızlıq edirsiz.
-Onların hamısını yığmışam, görərsən. Kitab hazırlayacam, onları da salacam kitaba. Onda görəcəksən ki, məndən yazdığın zəhərli yazılar hansılardır, toplamışam hamısını. Qoy gələcək nəsillər görsünlər, baxsınlar.
-Anar müəllim, mətləbə qayıda bilərik? O “26lar”dan boşaldılan məkanı hansı quruma icarəyə verəcəksiz? Bir planınız var?
-Hələ bu haqda düşünməmişik. Qoy bu qalmaqal bitsin, görək nə edirik. Kimə də versək, yenə bir hoqqa çıxaracaqlar. Heç mən oranı icarəyə vermək istəməzdim. İstəyərdim ki, orada ədəbi tədbirlər olsun. Dünyanın çox yerində, Moskvada da var – yazıçılar kafesi. Ora ancaq yazıçılar gəlir. Biz də oranı elə məkan etmək istəyərdik. Amma onunçün vəsait lazımdır. Vəsaitimiz olsaydı, onu icarəyə verərdik? Ordan öz xeyrimizə bir qəpik götürürüksə, lənət olsun o adama. Niyə adamı belə şərləyirsiz? Ona görə ki, hərdən kitablar dərc edirik orda? Burdan alınan vəsait xəstələrə, imkansızlara, problemi olan yazıçılarımıza, ölənləri basdırmağa, yubileyi olanlara hədiyyə almağa gedir.
-Hacıbala Abutalıbovla danışmaq, məsələni aydınlaşdırmaq imkanınız oldu?
-Xeyr. Heç buna həvəsim də yoxdur. O sözünü deyib, biz də mövqeyimizi bildiririk. İstəsə, buyursun gəlsin, ona klubumuzu, kitabxananı göstərək. Allah uzun ömür versin, bir dəfə prezidentimiz bura gəldi. O zaman bina dövlət büdcəsi hesabına təmir olunmuşdu. Gəldi, baxdı, açılış etdi, xoş sözlər dedi. Ondan aşağı olanlar da bir dəfə gəlib buranı görsünlər də. Milislə, polislə gəlib buranın mebellərini uçurdub dağıtmaqla yazıçılara münasibət göstərmək olar? Hansı ölkədə yazıçılara belə münasibət var? Yazıçılar heç vaxt ciblərini doldurmayıblar, yazdıqları ilə bu xalqa xidmət göstəriblər. Bizimkilərdən çox ermənilər mənə hədə məktubu göndəriblər ki, səni belə öldürəcəyik, kəsəcəyik. Bu da bizimkilərin münasibəti. Nə edib bu Yazıçılar Birliyi insanlara axı? Jurnalistin işi mərdimazarlıq olmamalıdır axı. Jurnalist yaxşı bir işi yazsın da. Yazıçılar Birliyinin heç yaxşı işi olmur? Kitabları çıxır, yazıçılar mükafat alır. Bunları da yazın da. Gərək qurdalayıb ancaq pis şeylər yazasız? Axı zaman keçəcək, bu yazıları gələcək nəsillər də görəndə tüpürəcəklər. Deyəcəklər ki, bu nə jurnalistika idi, bu nə millət idi ki, jurnalistləri ancaq yazıçıları təhqir etməklə məşğul olub.
Xəbərin oxunma sayı : 826
Müsahibə
Xəbərlər
-
NATO qoşunları Rusiya sərhədlərinə yaxınlaşır - Şoyqu
-
“COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək” - İlham Əliyev
-
Polisin “saxla“ əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
-
Hansı ölkə uşaq böyütmək üçün daha əlverişlidir? – Azərbaycan son onluqdadır
-
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü - Araşdırma aparılır
-
“Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var” - Prezident
-
Əhalinin nəzərinə! Tibbi arayışlarla bağlı yenilik, mayın 1-dən...
-
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
-
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - İlham Əliyev
-
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlandı - FOTO/VİDEO
-
Baydenin siyasətinə etiraz etdi – İstefa verdi
-
Tikilməkdə olan Laçın aeroportundan son görüntülər - VİDEO
-
NİİM əhaliyə müraciət etdi - VİDEO
-
“Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək“ - “Cümü“yə 18 il həbs verildi
-
Hərbi gəmilər, kater və vertolyotlar Xəzərdə hərəkətə gətirildi: Möhtəşəm təlimlərdən FOTO/VİDEO
-
Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var - FOTO
-
Qubada illərdir hökm sürən kanalizasiya problemi nə zaman həllini tapacaq? - VİDEO
-
Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB
-
Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA
-
Binəqədinin keçilməz yolları - VİDEO
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
TOP 10
ARXİV