|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Sülhəddin Əkbər: “Hakimiyyətin daxilində böyük müxalifət formalaşmaqdadır” –MÜSAHİBƏ
Tarix 11.12.17, 18:00 |
|
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Yeni Müsavat”a verdiyi müsahibəsində Qüds böhranı, Azərbaycanda seçkilər və digər mövzularla bağlı sualları cavablandırıb.
AzFakt.com müsahibəni oxucularana təqdim edir:
– Sülhəddin bəy, bundan əvvəlki ABŞ liderlərinin atmadığı addımı Tramp atdı. Qüdsün paytaxt kimi tanınması qərarını necə şərh etmək olar?
– Birincisi, onu nəzərə almaq lazımdır ki, Tramp hələ seçki kampaniyası dövründə seçicilərinə söz vermişdi ki, prezident seçiləcəyi təqdirdə Qüdsi İsrailin paytaxtı olaraq tanıyacaq və ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürəcək. O, sözünə əməl etdi. İkincisi, nəzərə almaq lazımdır ki, bunun simvolik əhəmiyyəti də var. Bu il Qüdsün ingilislər tərəfindən işğalının 100 illiyidir, İsrail tərəfindən işğalının da 50 illiyidir. O cümlədən “Balfour Deklorasiyası”nın da 100 illiyidir. Yəni bunlar bu cür addımların atılmasında simvolik addımlardır. Ən ciddi məsələlərdən biri isə Orta Şərqin yenidən dizayn ediilməsi haqqında ABŞ, İsrail və Səudiyyə Ərəbistanı arasında anlaşmanın əldə edilməsidir. Bu prosesə körfəz ölkələri, xüsusən də başda Ərəb Əmirlikləri olmaqla Misir də cəlb olunub. Dördüncü məsələ isə burada İranın provokasiyaya çəkilməsi və Trampın İrana qarşı aparmaq istədiyi siyasətə “legitimlik” yaradılmasıdır. Qüds məsələsini analiz edərkən sual edirlər ki, “niyə indi?” Ona görə də mən bu dörd məsələnin qeyd olunmasını əhəmiyyətli hesab edirəm.
– Bu qərara İslam dünyasının ilkin reaksiyası bəllidir. Bəs, sonra nə olacaq? Sonda vəziyyətlə barışıq qərarı veriləcək, yoxsa geri dönüş olacaq?
– Düşünmürəm ki, ABŞ qərarını dəyişəcək – baxmayaraq ki, təkcə İslam dünyasından deyil, eyni zamanda Vatikandan, Avropa ölkələrindən, ABŞ-ın Böyük Britaniya kimi yaxın müttəfiqlərindən belə, etiraz səsləri gəlir. Həmçinin Rusiyanın etirazı eşidilir. Qərarın başqa bir nəticəsinə gəldikdə, artıq bəlli olduğu kimi, Fələstin-İsrail danışıqları qeyri-müəyyən müddətə dayanacaq. Digər bir nəticəsi ABŞ-ın vasitəçilik rolunun ciddi şübhə altına alınması olacaq. Həmçinin Fələstindaxili gedən prosesin, “Həmas”la “əl-Fəth”in yaxınlaşması prosesində ciddi problemlər yaranacaq. Bu problemlər artıq üzə çıxmaqdadır. Eyni zamanda hadisələr Üçüncü İntifadanın başlanmasına səbəb olacaq və bu da artıq başlayıb. Regional təsirlər də qaçılmazdır. Bir tərəfdə Səudiyyə Ərəbistanı başda olmaqla körfəz ölkələri, Misir, ABŞ, İsrail, digər tərəfdə də digər yerli regional güclər Rusiyanın dəstəyi ilə Türkiyə-İran yaxınlaşması, burada müəyyən mənada Böyük Orta Şərq planına Pakistanı da daxil etmək mümkündür. Bu dövlətlər arasında da yaxınlaşma olacaq. Amma mən ərəb ölkələrinin, Ərəb Liqasının birləşmiş şəkildə, yaxud İslam dünyasının ciddi bir reaksiya verəcəyini düşünmürəm. Təbii ki, ciddi bir bəyanat olacaq, amma bütün İslam ölkələrinin eyni addımları atması, məsələn, siyasi-diplomatik sanksiyalar tətbiq etməsi, yaxud iqtisadi sanksiyalara getməsi, hərbi-təhlükəsizlik sahəsində birgə hansısa addımlar atacağı isə çox ciddi şübhə altındadır. Burada əsas ağırlıq Türkiyə və İranın üzərinə düşəcək. Rusiya isə ABŞ-la region ölkələri arasında yaranmış vəziyyətdə öz maraqlarını inkişaf etdirməyə çalışacaq. Çalışacaq ki, ABŞ və İsrailin qarşı çıxdığı İslam ölkələri ilə münasibətlərini daha da inkişaf etdirsin.
– Bundan əvvəl həm də Türkiyə və İranın təhlükəsizliyini təhdid edən “Kürdüstan dövləti” projesi də işə salınmışdı, lakin son anda Təl-Əviv və Vaşinqton kürd separatçılarının arxasından geri çəkildi. Belə demək olarmı ki, Qüds məsələsinə görə İraqın parçalanması layihəsi ertələnib?
– Mən hər zaman deyirəm: Orta Şərqdə bir kürd dövlətinin qurulması ABŞ-ın strateji planıdır və onun 100 illik bir plandan vaz keçəcəyini düşünmürəm. Sadəcə, bu planda operativ-taktiki ehtiyacdan irəli gələn müəyyən dəyişikliklər, təxirəsalınmalar ola bilər. Amma bir daha təkrar edirəm, bu, strateji yox, operativ-taktiki xarakter daşıyacaq. Yeni dünya nizamı yaradılır və yeni dünya nizamının tərkibində də Orta Şərqin yenidən dizayn edilməsi layihəsi ortadadır. Bu layihəyə qarşı çıxan dövlətlərə qarşı da bu siyasət bundan sonra da davam etdiriləcək. Neçə ki, Türkiyə, İran kimi dövlətlər, onların da arxasında bəzən səsli, bəzən səssiz Rusiya, Çin kimi dövlətlər var, bu qarşıdurma davam edəcək. Orta Şərqin yenidən dizayn proyektinin mərkəzində duran əsas məsələlərdən biri İsrailin təhlükəsizliyinin təmin edilməsidir. İkinci məsələ də region dövlətlərini zəiflədəcək kürd dövlətinin yaradılması proyektidir və yaxın perspektivdə biz bunu daha aydın şəkildə görəcəyik.
– Bütün bu hadisələrin Azərbaycana təsirsiz ötüşəcəyini də demək olmaz. Xüsusilə də Qüdsün paytaxt olaraq tanınması fonunda Qarabağın ilhaqının legitimləşdirilməsi təhlükəsindən danışılır, həmçinin İraq Kürdüstanı ilə bağlı durumun yaradılması zamanı da Dağlıq Qarabağla bağlı təhlükələrdən danışırdıq. Türkiyə prezidentinin Bakıya zəngindən belə aydın olur ki, Ankara Bakını bu məsələdə də yanında görmək istəyir. Mövcud situasiyada Azərbaycan hansı mövqedə dayanmalıdır?
– Birincisi, rəsmi Bakı nəzərə almalıdır ki, Azərbaycan da bir müsəlman dövlətidir, İslam Əməkdaşlıq Təşkilatının üzvüdür və heç şübhəsiz ki, üçüncü gün Türkiyədə keçiriləcək toplantıda bir müsəlman dövləti kimi ümumislam mövqeyində dayanmalıdır. İkincisi, Azərbaycan Türkiyənin tərəfdaşıdır, təbii müttəfiqidir və bu məsələdə Ankara öncüllük etdiyinə görə Türkiyənin yanında yer almalıdır. Üçüncüsü, işğala məruz qalan, analoji problemi olan bir dövlət kimi təbii ki, məsələnin beynəlxalq hüquq, BMT-nin məlum qətnamələri çərçivəsində həllinin tərəfdarı kimi çıxış etməlidir. Dördüncüsü də İsraillə yaxınlaşmada artıq durumun həssaslığını nəzərə almalı və bundan irəli getməməlidir.
– Bunun qarşılığında İslam ölkələrinin Qarabağ məsələsində ciddi dəstəyini gözləmək olarmı? Məsələn, İranın Ermənistana yönəlik ənənəvi siyasəti dəyişə bilərmi?
– Xüsusi bir dəyişikliyin olacağını düşünmürəm. Çünki Azərbaycan postsovet məkanına aid edilir və burada geopolitik lider Rusiya qəbul olunur. Bunu həm Türkiyə, həm də İran qəbul edir. Ona görə də Azərbaycana etnik, dini, mədəni, tarixi baxımdan ən yaxın olan qonşu müsəlman dövlətləri, Türkiyə və İran başda olmaqla bütün İslam dövlətlərinin mövqeyinin bundan sonra dəyişəcəyini və bu hadisənin də ona təsir edəcəyini güman etmirəm. Əsas məsələ Azərbaycan-İsrail münasibətlərində olacaq. Artıq Azərbaycan əvvəlki kimi İsraillə münasibətlərinin inkişafında sərbəst davrana bilməyəcək.
– Bu da dolayısı ilə ermənilərin mövqeyinə uyğun situasiyadır. Çünki erməni diasporu xüsusilə də aprel döyüşlərindən sonra Azərbaycan-İsrailə münasibətlərini pozmağa çalışırdı…
– Mən bundan sonra xüsusi bir problemin yaranacağını düşünmürəm. Sadəcə olaraq artıq münasibətlərin bundan da irəliyə getməsinin qarşısı alınacaq. Amma geriyə xüsusi bir gediş olacağını da düşünmürəm.
– Maraqlıdır ki, son həftələrdə daha çox Şimali Koreya ətrafında gərginliyin yaranacağı gözlənilirdi. Amma qəfildən nəzərlər Qüds ətrafına yönəldi…
– Tam tərsinə. Bunlar gözlənilən hadisələr idi. Mən yuxarıda ilk səbəb kimi qeyd etdim. Hamıya bəlli idi ki, Tramp hakimiyyətə gəlməsində İsrailin, yəhudi lobbisinin, xristianların böyük rolu olub. Tramp da öz seçicilərinə, ilk növbədə də ona dəstək verən böyük güclərə söz vermişdi. O sözü yerinə yetirməliydi. Həm İrana qarşı daha sərt siyasət aparacağını bəyan etmişdi, 5+1 formatında İranla imzalanan nüvə sazişindən çıxacağını, Tehrana qarşı sanksiyaların yenidən tətbiq edilməsinə çalışacağını bildirmişdi və bu yöndə də addımlar atır.
– ABŞ-da Trampa qarşı etimadsızlığın göstərilməsi təşəbbüsləri ortaya çıxırdı. Belə demək mümkündürmü ki, Qüds qərarı ona həm də hakimiyyətdə möhkəmlənməsi üçün yəhudi lobbisinin dəstəyini almaq üçün lazım idi?
– Əvvəla, Konqres qanun qəbul edib və o qanunda eyni vaxtda Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların tətbiqi nəzərdə tutulub. Konqres Dövlət Departamenti başda olmaqla icra qurumlarına tapşırıq verib ki, fevral ayına qədər artıq konkret fiziki və hüquqi şəxslərin siyahısını hazırlasın. Ki, hansına qarşı sanksiyalar tətbiq olunacaq. Fevral ayından artıq biz həm Rusiya, həm İran, həm də Şimali Koreya ilə münasibətlərin – hətta heç bir hadisə olmasaydı da belə – gərginləşəcəyini gözləməliydik. Əgər biz rəsmə bütöv baxsaq, onda bunların heç biri gözlənilməz olmamalıdır. Ancaq hadisələrə geniş, hərtərəfli, dərin baxmaq və davamlı izləmək lazımdır. O zaman görəcəksiniz ki, gözlənilməz bir şey yoxdur. Təbii ki, sizin qeyd etdiyiniz məsələ də var. Tramp daxili siyasətdə sıxışdırıldıqca təbii ki, daxili, siyasi ehtiyacdan da irəli gələn bəzi taktiki gedişlər də var ki, diqqəti fərqli məsələlərə yönləndirsin. Hətta mən deyərdim ki, əgər ABŞ hər hansı bir hərbi müdaxiləyə və müharibəyə başlayarsa belə, mən təəccüblənmərəm.
–Deməli, Trampa xarici düşmən lazım imiş…
– Bəli.
– Azərbaycanın iki böyük qonşusu ilə bağlı planların işə salınması ölkəmiz üçün nə vəd edir? Özü də 2018-ci il Azərbaycan üçün həssas bir ildir, prezident seçkiləri keçiriləcək. Azərbaycan üçün göləntiləriniz nədən ibarətdir?
– Çox açıq şəkildə görünür ki, qonşu regionlarda, yəni həm Yaxın, Orta Şərqdə, həm də postsovet məkanında – hansı ki, Azərbaycan da daxildir – vəziyyət gərginləşəcək. Bu, həm Rusiyanın, həm də İranın hədəf taxtasında olması ilə bağlıdır. İkinci bir ciddi məsələ var ki, dünyada şəffaflaşma istiqamətində ciddi addımlar atılır. Elektron dolların dövriyyəyə buraxılması məsələsi var, ofşor zonaların ləğvi, gizli hesabların açılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məsələsi var. Bu məsələlər də eyni zamanda Azərbaycana təsir edəcək. Üçüncüsü də Azərbaycanda seçki ili ilə bağlı olaraq da vəziyyət gərginləşəcək. Həm qonşu regionlarda baş verən hadisələr, həm GUAM məkanında, Qara dənizdə, eyni zamanda İran və Rusiya ətrafında baş verən proseslər heç şübhəsiz ki, Azərbaycana da birbaşa və dolayısı ilə təsir edəcək. Azərbaycanda da ictimai-siyasi aktivliyin, eyni zamanda gərginliyin artması gözlənilir.
– Azərbaycan müxalifəti fəaliyyətsiz vəziyyətdədirsə, ciddi etirazlar müşahidə olunmursa, gərginliyi hansı faktorlar tətikləyə bilər? Xarici faktorları nəzərdə tutursunuz, yoxsa…
– Xarici faktor da ola bilər, xarici faktora aid daxili faktor da ola bilər. Azərbaycanda müxalifət deyəndə nədənsə ancaq 30 il ərzində tanınan müxalifət nəzərdə tutulur. Mənim fikrimcə, hakimiyyətin öz daxilində də böyük müxalifət formalaşmaqdadır.
– Partiya sədri olaraq prezident seçkilərində iddia ortaya qoymaq niyyətiniz varmı?
– Mən Azərbaycanda seçkilərin olacağını düşünmürəm. Çünki hələlik Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi üçün şərait yoxdur. Ümumiyyətlə, dinc, demokratik siyasi fəaliyyət üçün belə şərait mövcud deyil. Belə bir şəraitdə, seçki mühitinin olmadığı bir vaxtda seçkiyə hazırlaşmaq məsələsinə, açığı, ciddi yanaşmıram…
Xəbərin oxunma sayı : 244
Müsahibə
Xəbərlər
-
NATO qoşunları Rusiya sərhədlərinə yaxınlaşır - Şoyqu
-
“COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək” - İlham Əliyev
-
Polisin “saxla“ əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
-
Hansı ölkə uşaq böyütmək üçün daha əlverişlidir? – Azərbaycan son onluqdadır
-
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü - Araşdırma aparılır
-
“Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var” - Prezident
-
Əhalinin nəzərinə! Tibbi arayışlarla bağlı yenilik, mayın 1-dən...
-
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
-
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - İlham Əliyev
-
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlandı - FOTO/VİDEO
-
Baydenin siyasətinə etiraz etdi – İstefa verdi
-
Tikilməkdə olan Laçın aeroportundan son görüntülər - VİDEO
-
NİİM əhaliyə müraciət etdi - VİDEO
-
“Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək“ - “Cümü“yə 18 il həbs verildi
-
Hərbi gəmilər, kater və vertolyotlar Xəzərdə hərəkətə gətirildi: Möhtəşəm təlimlərdən FOTO/VİDEO
-
Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var - FOTO
-
Qubada illərdir hökm sürən kanalizasiya problemi nə zaman həllini tapacaq? - VİDEO
-
Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB
-
Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA
-
Binəqədinin keçilməz yolları - VİDEO
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
TOP 10
ARXİV