Evlilik üçün oğlundan icazə aldı Bu dəfə də geyimi ilə gecəyə damğa vurdu - Fotolar 52 yaşı olduğuna inanmaq çətindir - Fotolar Səmra sinə dekoltesi ilə meydan oxudu - VİDEO
Axtar
 
  • / Maqazin / — 08 Yanvar 2019

    Evlilik üçün oğlundan icazə aldı

  • / Maqazin / — 05 Yanvar 2019

    Bu dəfə də geyimi ilə gecəyə damğa vurdu - Fotolar

  • / Maqazin / — 05 Yanvar 2019

    52 yaşı olduğuna inanmaq çətindir - Fotolar

  • / Maqazin / — 04 Yanvar 2019

    Səmra sinə dekoltesi ilə meydan oxudu - VİDEO

  • / Maqazin / — 03 Yanvar 2019

    Mənzurə Musayeva ailə quracaq: Üçüncü dəfə... - Video

  • / Maqazin / — 03 Yanvar 2019

    Pərvin gecə klubunda ətəyini qaldırıb belə rəqs etdi - VİDEO


“Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır...“ - Prezident İlham Əliyevdən xalqa mühüm mesajlar

Prezident əmək pensiyaları ilə bağlı dəyişikliyi təsdiqlədi - Yanvarın 1-dən belə hesablanacaq...

Dövlət tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyindən çıxarıldı - Oqtay Şirəliyev “portfel nazirə” çevrilir

İcra başçısının müavini 6.5 milyon manatlıq cinayət işində - İfadə verdi

Tramp Qafqazda hücuma keçəcək, əsas diqqət Ermənistana yönəlib... - Mərkəzi Kəşfiyyatın “Kölgəsi“ sensasion analiz yaydı

Bizə kolbasa və sosis adına Çin istehsalı olan “poroşok” yedizdirirlər? – Araşdırma

Eldar Mahmudovun istintaqa ifadəsi yayıldı – 30 milyonu ölkədən kimlər, necə çıxarıblar?

AZAL şefinin təyyarəsi “Abel zolağına“ enir? – Adı dəyişdirilən bank müəmması

Abel Məhərrəmovun milyonluq mülkləri və bahalı avtomobilləri...– Akademik də villabaz imiş!

Azərbaycanda problemi kreditlərin həlli yolları:ekspert hökumətə təkliflər ünvanladı (Təhlil)

Deputatla icra başçısı arasında “30 minlik“ qalmaqal - Adil Əliyevin hansı küçədəki obyektə qapı açdırmaq istədiyi bilindi

“Polis qeyri-qanuni aksiyanın qarşısını alıb” – Prezidentin köməkçisi

Səudiyyə taxtının yeni varisi kim olacaq? – 2 ssenari və 2 mümkün namizəddən biri.... - TƏHLİL

Qars-Naxçıvan dəmiryol xəttinin inşası Ermənistanı qorxuya salıb: “Türkiyə Naxçıvanda əməliyyat meydanı yaradır”

Hikmət Hacızadə:“Qarabağ probleminin bütün açarları Moskvadadır”

Tarix 16.05.18, 0:51

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə “Amerikanın Səsi”nə müsahibəsində Ermənistan-Rusiya münasibətləri və Dağlıq Qarabağ münaqişəsindən danışıb.

AzFakt.com müsahibəni oxucularına təqdim edir:

–Ermənistanın yeni baş naziri ilk səfərini Rusiyaya etdi? Rusiya-Ermənistan münasibətlərinin perspektivləri necə görünür?

-Çətin sualdır. Hələ ki, Nikol Paşinyan təzə başlayıb və fəaliyyətinə ziddiyyətli çıxışlarla başlayıb. O müxalifətdə olanda deyirdi ki, Rusiya ilə münasibətlərə yenidən baxmalıyıq. Deyirdi ki, lazım olanda Rusiya Ermənistanı qabağa çəkir, lazım olanda satır, lazım olanda, elə-belə, oyuncaq kimi bizimlə davranır. Xüsusilə onun fikirləri, daha çox aprel müharibəsindən (2016-ci il aprelin 2-dən 5-dək Dağlıq Qarabağda hərbi əmliyyatların bərpası nəzərdə tutulur-red) sonra yayıldı. Deyirdi, yenə ruslar satdı, azərbaycanlılar gəldi bizi qırdı, rus tərpənmədi və s. Bununla bağlı Paşinyan bir neçə dəfə fikir səsləndirdi ki, Rusiya ilə münasibətlərə yenidən baxmalıyıq. Ancaq, Paşinyan hakimiyyətə gəlməyə yaxınlaşanda, onun fəaliyyəti geniş vüsət alanda, böyük hərəkat başlayanda, hərkat bundan tələb etməyə başladı ki, xeyr, Rusiya bizə lazımdır, Rusiya bizə vacibdir. Xahiş edirik, Rusiyanın xətrinə dəyməyin və o geri çəkildi. Başladı ki, hə, yox mən elə deməmişəm, mən başqa cür demişəm. Rusiya bizim can-ciyərimizdir, həmişə bir olacağıq. Bəzi məsələləri yenidən danışacağıq. Amma, ümumən biz onun hərbi, ticari ittifaqlarında fəal iştirak edəcəyik. Bax belə, qalıbdır bu iki fikrin arasında. Burada qərb məsələsi də var. O qərblə münasibətlərini necə quracaq? Əvvəl-əvvəl Paşinyanı qərbpərəst kimi tanıyırdılar. Xüsusilə də deyirdilər ki, o Fransa diasporasının təsiri altındadır. O qərblə bütün əməkdaşlığın genişləndirlməsinin tərəfdarıdır. Avropa İttifaqı ilə əməkdaşlıq sazişinin genişləndirilməsinin tərəfdarı kimi tanınırdı. İndi isə Ermənistanın ruspərəstləri onu sıxırlar. Baxaq görək, o dözə biləcək, ya yox. Amma, hər halda ürəyində qərbpərəstdir.

–Nikol Paşinyanın Moskva səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı hər hansı açıqlama verilməyib? Münaqişənin bundan sonrakı nizamlanma prosesində bir yenilik ola bilərmi?

– Yenilik gözləmirəm. Həmin vəziyyət olacaq, yəni Rusiyanın mövqeyi belədir ki, status-kvo necə var, elə də qalacaq. Rusiya həm Ermənistanı, həm də Azərbaycanı qarmaqda saxlamaq istəyir. Buna görə də indiki vəziyyət Rusiyaya sərf edir. Kim də ki, nəsə Rusiyanın xoşuna gəlməyən addımlar atsa, o saat onu cərimələyirlər. Ya Azərbaycanı Ermənitsanın üzərinə buraxıralar, ya Ermənistanı Azərbaycanın üzərinə buraxırlar. Status-kvo belə qalacaq, çünki Rusiya belə istəyir.

–Azərbaycanın xarici işlər naziri mayın 15-də ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə münaqişə ətrafında yaranmış son durumu müzakirə edib? Münaqişənin nizamlanmasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mövqeyində hansı yeniliklər ola bilər?

-Heç bir yenilik gözləmək olmaz. Ümumən, bu, Minsk Qrupu mənasız bir qurumdur. Qarabağ probleminin bütün açarları Moskvadadır. Moskvaya fikir verin. Məsələni izləyirsinizsə, baxın, görün Moskva necə davranır, nə deyir, hansı eyhamlar edir. Qalanlarının Azərbaycanla heç bir işi, marağı yoxdur. Nə Fransanın, nə Amerikanın. Əfsus ki, belədir. Başları qarışıb Suriya, Ukrayna, indi də İran, Fələstin problemlərinə. Hələ ki, Azərbaycana çox da maraq yoxdur.

–Azərbaycan indiki vəziyyətdəhansı addımları atmalıdır? Xüsusilə xarici siyasət sahəsində hansı addımlar atmalıdır?

​-Mən belə deyə bilərəm ki, bizi başqa bir təhlükə gözləyir. Ola bilsin, Ermənistan demokratikləşəcək, indi Paşinyanın planları belədir. Amma Azərbaycan bu yolda heç bir addım atmır. Bu bizim zərərimizədir. Onda dünya ictimaiyyətinin gözündə, demokratik Ermənistan, anti-demokratik Azərbaycanla toqquşur. Əlbəttə, bütün simpatiyalar (rəğbət-red) Ermənistanın tərəfində olacaq. Bunu düşünmək lazımdır. Bizim anti-demokatikliyimiz, avtoritarizmimiz bizim zəifliyimizdir. İslahatlar lazımdır. Geniş siyasi islahatlar. Siyasi məhbuslar buraxılmalıdır. Söz azadlığı təmin olunmalıdır. Beynəlxalq təşkilatlar Azərbaycana qayıtmalıdır. Biz bunu etməsək, Ermənistan etsə, bu artıq bizim üçşün minusdur.



Xəbərin oxunma sayı : 406

loading...

Müsahibə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda