“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Pirverdiyevin “Azenko“sunda nə baş verir? – “AzərEnerji” iş vermir, işçilər 2 aydır maaş almır…

Tarix 21.04.19, 13:34

Font ölçüsü : - / +
bitmap-img6


“Azenko” Açıq Səhmdar Cəmiyyətində (ASC) işçilərə 2 aydır ki, əmək haqqı verilmir. Bu barədə şirkətin əməkdaşlarından biri “AzPolitika.info”-ya məlumat verib.

Onun sözlərinə görə, buna səbəb “Azenko” ASC-nin fəaliyyətində durğunluğun yaranmasıdır. “Etibar Pirverdiyev vəzifəsindən çıxarılandan sonra “AzərEnerji” ASC tərəfindən “Azenko” iş verilmir. Buna görə şirkətin işçiləri işsiz və maaşsız qalıblar. Xahiş edirik müafiq orqanlar bizim problemi həll etsinlər”, - mənbə bildirib.

Qeyd edək ki, “Azenko” ölkədə tikinti-quraşdırma işlərini yerinə yetirən ən böyük şirkətlərdən biridir.

Şirkətin “AzərEnerji” ASC-nin sabiq prezidenti Etibar Pirverdiyevə məxsus olduğu, onun yaxın qohumları tərəfindən idarə olunduğu bildirilir. Düzdür, sonrada əlindən alndığına dair məlumatlar da yayıldı.

azenko

Ancaq hər halda Etibar Pirverdiyev “AzərEnerji”yə rəhbərlik etdiyi dövrdə həm enerji sektorunda, həm də başqa sahələrdə ona həvalə edilən tikinti-quraşdırma işləri “Azenko” ASC vasitəsilə həyata keçirilirdi. Bu zaman həyata keçirilən işlərin dəyəri dəfələrlə şişirdilərək dövlət büdcəsinin 10 milyonlarla manat vəsaiti mənimsənilirdi.

Məsələn, 30 milyona başa gələn Dövlət Bayraq Meydanının tikintisi “Azenko” ASC tərəfindən həyata keçirilmişdi. Bir müddət sonra tikintinin keyfiyyətsiz  olduğu, pulların böyük hissəsinin mənimsənildiyi ortaya çıxdı. Eləcə də “AzərEnerji”nin sifarişi ilə görülən işlərin dəyəri də dəfələrlə artıq yazılmaqla, keyfiyyətsiz şəkildə yekunlaşdırılırdı. 2018-cı ildə baş verən enerji böhranı zamanı bu fakt öz təsdiqini tapdı.

Belə görünür ki, həmin enerji böhranına görə yalnız Etibar Pirverdiyev deyil, “Azenko” ASC də cəzalandırılıb. Əlbəttə, dövlət vəsaitinin talanmasında iştirak edən şirkət rəhbərliyinə artıq iş etibar edilməməsi başadüşüləndir. Ancaq şirkətdə çalışanların, zəhməti ilə  çörəyini qazanan fəhlələrin, mütəxəssislərin günahı nədir, bilmirik.

1547709520_1547708041-663

Ancaq onu bilirik ki, “AzərEnerji”nin yeni prezidenti Baba Rzayevin ASC-də həyata keçirilən bütün tikinti-quraşdırma işlərini qardaşına və digər yaxınlarına məxsus şirkətlərə həvalə etdiyinə dair məlumatlar yayılıb. Bəlkə də qohum-əqrəbanın tələbatı çox olduğundan, hörmətli Baba müəllim “Azenko”ya iş tapıb verə bilmir… 





Xəbərin oxunma sayı : 1246




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap