“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Parlament partiyaları dəyirmi masaya niyə qatılmadı? – 12 partiyadan cəmi 5-i…

Tarix 11.09.19, 22:00

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Ana Vətən Partiyasının (AVP) təşəbbüsü ilə “Park İNN” mehmanxanasında “Azərbaycanda siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda keçirilən tədbir bir sıra cəhətlərinə görə diqqət mərkəzinə düşüb.

Qeyd edək ki, sözügedən tədbir əsasən siyasi partiyaların birgə müzakirəsinə və xarici müdaxilələrə qarşı siyasi partiyaların vahid iradəsinin ortaya qoyulmasına hədəflənib.

Tədbirin təşkilatçısı olan AVP sədri, deputat Fəzail Ağamalı belə bir fikir səsləndirib ki, yalnız Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) tədbirə dəvət edilməyib. AXCP istisna olmaqla ölkədəki əksər partiyalara dəvət göndərilib.

Ancaq qəribədir ki, Milli Məclisdə təmsil olunan bir sıra siyasi partiyalar bu tədbirdə iştirak etməyib. Parlament partiyalarından YAP, BAXCP, BQP, Vəhdət Partiyası iştirak etsə də, digərləri gözə dəyməyib. Konkret olaraq Vətəndaş Həmrəyliyi Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Demokratik Maarifçilik Partiyası, Sosial Rifah Partiyası, Vətəndaş Birliyi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası və Demokratik İslahatlar Partiyasının liderləri toplantıda görünməyiblər.

7

Xatırladaq ki, müxalifət cəbhəsindən tədbirə dəvət olunan KXCP sentyabrın 10-da bəyan etmişdi ki, bu toplantıda iştirak etməyəcək. Eləcədə, Müsavat Partiyası tədbirin formatını əsas gətirərək müzakirələrə qatılmaqdan imtina edib.
Ancaq parlamentdə təmsil olunan və hakimiyyətin siyasi xəttini müdafiə edən bir neçə partiyanın iqtidar üçün son dərəcə əhəmiyyətli hesab olunan mövzuda keçirilən müzakirələrə qatılmaması maraq doğurur. Başqa sözlə, Milli Məclisdə təmsil olunan 12 siyasi partiyadan yalnız 5-i müzakirələrdə iştirak edib.

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə əməkdaşımıza deyib ki, o, tədbirə dəvət edilsə də, işi çıxdığı üçün toplantıya qatılmayıb.

AzPolitika.info







Xəbərin oxunma sayı : 415




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap