“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“AMEA qadın krallığıdır, kimin evdə bekar qadını varsa, gətirib şöbə müdiri qoyur” - Alimdən şok sözlər

Tarix 29.12.19, 15:18

Font ölçüsü : - / +
bitmap-img6


"AMEA qadın krallığıdır, kimin evdə bekar qadını varsa, gətirib şöbə müdiri qoyur" — Ramiz Mehdiyev"Yaradılmasından 3 il keçməsinə baxmayaraq Yüksək Texnologiyalar Parkında da işlər müasir tələblər səviyyəsində qurulmayıb. Onlar rusların bir sözü var - "pakazuxa"lıqla məşğul olublar".

AzFakt.com xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev akademiyanın Ümumi yığıncağında çıxışı zamanı deyib.

O təəssüflə bildirib ki, akademiya mühüm dövlət proqramlarının icrası istiqamətində lazımi səviyyədə iştirak etmir.

AMEA-da vəziyyətlə bağlı Bizimyol.info-ya danışan adının çəkilməsini istəməyən alimlərdən biri deyib ki, maddi problem və sıxıntılar çəkməkdən elmi fəaliyyəti barədə düşünə bilmir.

“Alimə 300-400 manat maaş verirlər. Məcburam əlavə işlərə də baş vuram, yoxsa ailəm çətin vəziyyətdə qalır. AMEA bir bataqlıqdır. Mən 20 ildir burdayam, kimin adamı varsa vəzifəyə onu qoyurlar. Bura qadın krallığıdır. Hansı vəzifəli şəxsin evdə bekar qadın qohumu, gəlini, qızı var, gətirib burada şöbə müdürü qoyur. Bütün gün çay içib qeybət qırırlar. Bizim riyaziyyat alimlərimiz tənlik həll edə bilmirlər. Bunu başqa xarici akademiyaların nümayəndələri də deyirlər. Onlara görə biz qızarırıq. Akademik Gövhər Baxşəliyevanın yanına elmi məsələ üçün gedirik. Deyir mən deputatam mənim elmi məsələyə vaxtım yoxdur. Səsini də çıxarsan səni boğarlar. Heç bir layihəni işləməyimizə icazə vermirlər”.

Qeyd edək ki, akademik, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva növbəti-5-ci dəfə seçkilərə qatılıb.

Xanım millət vəkili namizədliyini yenə 93 saylı Bərdə şəhər dairəsindən irəli sürüb. G. Baxşəliyeva son 4 çağırışda Bərdəni parlamentdə təmsil edən iki millət vəkilindən biri olub.



Xəbərin oxunma sayı : 784




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap