“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Deputat seçilən iş adamları - Adlar, iş yerləri

Tarix 10.02.20, 18:49

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərin ilkin nəticələrini açıqlayıb.

“Marja”nın araşdırmasına görə, Milli Məclisə seçkilərin lider namizədləri arasında keçmişdə iş adamı olmuş şəxslər də var.

MSK-nın verdiyi məlumata görə, 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizəd Allahverdiyev Elnur Marat oğlu liderdir. 21.04.1978-ci il tarixində anadan olmuş Elnur Allahverdiyev “ABC Telekom” şirkətinin rəhbəri olub. Bu şirkət "Kontakt Home" mağazalar şəbəkəsinin sahibidir. Onun MSK-ya təqdim etdiyi məlumata görə, hazırda Heydər Əliyev Mərkəzində direktor müşaviridir.

Məlumata görə, 2001-ci ildən “ABC-Telecom” MMC-də baş direktor vəzifəsində çalışır. 2014-cü ildən Sloveniya Respublikasının Azərbaycanda Fəxri konsuludur. 2017-ci ildə Heydər Əliyev Mərkəzində direktorun müşaviri vəzifəsinə təyin olunub. “Azercell Telekom” MMC-nin İdarə Heyətinin üzvüdür.


70 saylı Masallı Şəhər Seçki Dairəsindən Məmmədov Məşhur Şahbuz oğlu liderdir. O, Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədridir. Həmçinin Məşhur Məmmədov mebel istehsalı ilə məşğul olan "Embawood" MMC-də 23%, "Embafinans" MMC bank olmayan kredit təşkilatında (BOKT) 40% paya malikdir. Məşhur Məmmədov 04.10.1963-cü il tarixində anadan olub.


Lider namizədlər arasında müxtəlif şirkətlərin əməkdaşları da var.

46 saylı Şirvan Seçki Dairəsindən Yusifov İltizam Balayusif oğlu liderdir. 01.12.1963-cü il tarixində anadan olmuş İltizam Yusifov “Shirvan Operating Company” şirkətində Vitse-Prezidentidir.


53 saylı Quba-Qusar Seçki Dairəsindən Rafailov Anatoliy Xaimoviç öndədir. İxtisasca həkim olan Anatoliy Rafailov "Sağlam Ailə" Məhdud Məsuliyyətli Cəmiyyətində beynəlxalq əlaqələr üzrə ekspert kimi fəaliyyət göstərir. O, 05.02.1953 tarixində anadan olub.

66 saylı Biləsuvar Seçki Dairəsindən Məhərrəmov Bəhruz Abdurrəhman oğlu liderdir. 22.08.1983-cü il tarixində anadan olmuş Bəhruz Məhərrəmov “PAŞA Sığorta” ASC-də Korporativ Hüquq Xidmətinin rəhbəridir.







Xəbərin oxunma sayı : 1222




Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap