“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Nazir yeni direktor təyin etdi, valideynlər məktəbə buraxmadı - Abşeronda şok olay

Tarix 13.02.20, 18:57

Font ölçüsü : - / +
bitmap-img6


Təhsil Nazirliyi Abşeron rayonunun Ceyranbatan qəsəbəsinin 1 nömrəli tam orta məktəbinə təyin olunan direktorun şagird valideynləri tərəfindən qovulması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirlikdən bildirilib ki, ümumi təhsil müəssisələrinə direktor təyinatı Təhsil Nazirliyinin səlahiyyətindədir:

“Direktor mərkəzləşdirilmiş müsabiqə əsasında Təhsil nazirinin müvafiq əmrinə uyğun olaraq təyin olunur və yerli təhsili idarəetmə qurumunun rəhbəri tərəfindən kollektivə təqdim olunur. 

Sözügedən məktəbdə direktor vəzifəsi 2018-ci il yanvar ayından Çinarə Atayevaya həvalə olunub”. 

Nazirlikdən yeni direktor təyinatı ilə bağlı əlavə məlumat veriləcəyi vurğulanıb.

Qeyd edək ki, Ceyranbatan qəsəbəsinin 1 nömrəli tam orta məktəbində yeni direktorun qovulması ilə bağlı məlumatlar yayılıb.

Məlumata görə, məktəbin hazırkı direktoru Çinarə Atayevanın başqa yerə təyinatını istəməyən pedeqoji heyət və valideynlər yeni direktoru qəbul etməyiblər.

Müəllimlər yeni direktoru məktəbə buraxmayacaqlarını bildiriblər. Bununla bağlı məktəbdə nəzarətin gücləndirildiyi bildirilir/Report.



Xəbərin oxunma sayı : 1180




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap