| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Putin yeni uğur hekayəsinə ehtiyac duyur - Şahin Cəfərlidən TƏHLİL
Tarix 18.07.20, 20:00 |
|
Şahin Cəfərli,
politoloq

Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin, Qərb Hərbi Dairəsinin qoşunlarının, Hava-Desant Qüvvələrinin, eləcə də Şimal və Sakit okean donanmalarının dəniz piyadalarının döyüş qabiliyyətinin qəfil yoxlanması başlayıb. Müdafiə naziri Sergey Şoyqu prezident Putinin təlimatı ilə başlayan yoxlamaların gedişində taktiki səviyyədə 56 təlimin keçiriləcəyini, 36 poliqon və təlim sahəsindən, Qara və Xəzər dənizləri akvatoriyalarında 17 dəniz poliqonundan istifadə olunacağını açıqlayıb. Təlimlərə 149 min 755 nəfər şəxsi heyət, 26 min 820 ədəd hərbi texnika və silah sistemi, 414 uçuş aparatı, 106 hərbi gəmi və təminatçı gəmilər cəlb olunub.
S.Şoyqu bildirib ki, tədbir silahlı qüvvələrin Rusiyanın cənub-qərbində ölkənin təhlükəsizliyini təmin etməyə hazırlığını qiymətləndirmək, eləcə də “Qafqaz-2020” strateji komanda-qərargah təlimlərinə hazırlıq xarakteri daşıyır. Nazir iyul-sentyabr aylarında keçiriləcək “Qafqaz -2020” strateji təlimlərini Rusiya ordusunun hazırlığında vacib mərhələ kimi qiymətləndirib. Təlimlərə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və Şanxay Əməkdaşlıq Təşkilatına üzv 6 ölkənin hərbi bölmələri də qatılacaq.
Qeyd edək ki, Rusiyada irimiqyaslı strateji hərbi təlimlər hər il müxtəlif hərbi dairələr üzrə keçirilir. Bundan əvvəl Cənub Hərbi Dairəsində, yəni Qafqazda strateji təlimlər 4 il əvvəl – 2016-cı ildə 120 mindən çox hərbi və mülki personalın, Qara və Xəzər dənizləri donanmasının iştirakı ilə təşkil olunmuşdu. Bir az da geriyə – 12 il əvvələ qayıdaraq məhz “Qafqaz-2008” təlimlərindən dərhal sonra Cənubi Osetiya müharibəsinin başladığını, Rusiya ordusunun Gürcüstana daxil olduğunu xatırlatmaq yerinə düşər. Rusiyanın cənub-qərb sərhədləri Qafqazı, Xəzər regionunu, Ukraynanı və Belarusu əhatə edir. Qazaxıstanı da buraya əlavə etmək olar.
12 il əvvəlki dövrlə bənzərlik: tarix yenə təkrarlanacaq?
2008-ci ilin iyulunda Gürcüstan sərhədləri yaxınlığında keçirilən “Qafqaz-2008” hərbi təlimləri yekun mərhələdə idi. Rusiya komandanlığı təlimlərə 8 min hərbi qulluqçunun cəlb olunduğunu açıqlamışdı, halbuki bu, həqiqətdən çox uzaq idi. Təkcə təlimlərə cəlb olunmuş Çeçenistandakı 42-ci diviziyanın 15 min nəfər şəxsi heyəti var idi. Bundan başqa, qərargahı Valadiqafqazda yerləşən 58-ci ordu tam heyətlə, Dağıstan və Qaraçay-Çərkəzdə dislokasiya olunmuş iki dağ briqadası, qərargahı Novorossiyskdə olan 7-ci hava-desant diviziyası, 76-cı Pskov hava-desant diviziyası, Volqoqraddan gətirilmiş 20-ci motoatıcı diviziyanın desant-hücum alayı da təlimlərdə iştirak edirdi. Gürcüstan isə buna cavab olaraq ABŞ-la birlikdə “Cəld cavab-2008” hərbi təlimləri keçirmişdi, lakin bu təlimlərin miqyası kiçik idi, hər iki ölkədən ümumilikdə 2 minə yaxın hərbçi qatılmışdı.
Avqustun 8-də Rusiya ordusu Gürcüstan ərazsinə daxil olmağa başlayanda amerikalılardan “cəld cavab” gəlmədi, çünki təlimlərdən sonra geri qayıtmışdılar. Buş yalnız təcavüzdən bir neçə gün sonra humanitar yardım adı ilə Gürcüstan sahillərinə hərbi gəmilər göndərmişdi, gəmilər Potiyə çatanda artıq Rusiya hərbi əməliyyatını tamamlamışdı. Halbuki “Qafqaz-2008” təlimlərindən sonra Moskva hərbi texnikanı bölgədən çıxarmamış və onlar Rusiya ilə Gürcüstanın Cənubi Osetiya bölgəsini birləşdirən Rok tunelinin ağzında dayanmışdılar. Rusiyanın ilin əvvəlindən bəri Gürcüstan ətrafında hərarəti tədricən yüksəltməsini görməmək mümkün deyildi, lakin Qərb bunu görmək istəmədi. Aprelin əvvəllərində Rumıniyada keçirilən NATO zirvə toplantısında Almaniya ilə Fransa Gürcüstan və Ukraynaya ittifaqa qoşulmaq yolunda son mərhələ olan Üzvlük üçün Fəaliyyət Planı (Membership Action Plan – MAP) verilməsini bloklayaraq Putinə öz aqressiyasını reallaşdırması üçün “yaşıl işıq” yandırmışdılar. ABŞ prezidenti Corc Buş isə səlahiyyət müddətinin son aylarını yaşadığından, “topal ördək” (lame duck) durumunda idi: adətən 2-ci səlahiyyət müddətinin son ilini yaşayan və ya noyabr seçkilərində uduzaraq yeni prezidentin andiçməsinə qədər Ağ Evdə vaxt keçirmək zorunda qalan ABŞ prezidentləri məsuliyyətli, taleyüklü qərarlar qəbul etməkdən çəkinir və bunu yeni prezidentin öhdəsinə buraxırlar. Bu səbəblə, “topal ördək” olan ABŞ prezidentini xarici tərəfdaşlar da ciddi qəbul etmir, necə ki, Merkel və Sarkozi Buxarestdə ayaqlarını yerə dirəyərək Gürcüstan və Ukraynaya MAP verilməsinin qarşısını almışdılar. (Hətta Merkel və Kondoliza Raysın rus dilində mübahisə etdikləri də deyilir.)
…O vaxtdan bəri Gürcüstan və Rusiya arasında münasibətlər düzəlməyib – baxmayaraq ki, “Gürcü Arzusu” dövründə münasibətlərdə nisbi yumşalma baş verib. Gürcüstan NATO-nun əksər meyarlarına uyğunlaşsa da, 12 il keçdikdən sonra belə, Üzvlük üçün Fəaliyyət Planı ala bilmir, Brüsseldən hər dəfə məsləhət görürlər ki, siz sanki bu planı almış kimi çalışmağa davam edin. Amma son aylar ABŞ-da Gürcüstanın tezliklə NATO-ya qəbulu üçün çağırışlar güclənib, bu isə Moskvanın qonşumuza yenidən diş qıcamasına səbəb olub. Bu il 3 noyabr seçkilərində prezident seçilmək şansı yüksək görünən Cozef Bayden Rusiyaya qarşı siyasəti sərtləşdirəcəyini vəd edir. Məlumdur ki, ABŞ demokratlarının 2016-cı il seçkilərinə müdaxilə ilə əlaqədar Putinlə öz haqq-hesabı var, onlar düşünürlər ki, Tramp Rusiyanı məsuliyyətə cəlb etmək istiqamətində lazımi addımlar atmayıb, yumşaq davranıb. Yəni, bu baxımdan 2008-ci ilə bənzər situasiya yaranıb: ABŞ yenə seçki ərəfəsindədir və Putin noyabra qədər (bəlkə də 2021-ci il yanvarın 20-də keçiriləcək andiçməyədək) özü üçün bir fürsət pəncərəsi görür. Doğrudur, Tramp dövründə də ABŞ Rusiyaya qarşı təzyiq siyasəti aparıb, onu müxtəlif sanksiyalara məruz qoyub, amma bu siyasət prezidentin deyil, daha çox Konqres-Pentaqon-xüsusi xidmət orqanları üçlüyünün ortaq iradəsidir. ABŞ dövlət sistemi daxilində güclü anti-Putin əhval-ruhiyyəsi mövcuddur və Tramp ötən dövrdə öz ticarətçi qafası ilə Putinlə sövdələşməyə getməyə nə qədər cəhd göstərsə də, həmin üçlüyün müqavimətini aşa bilməyib. Bu məsələdə Trampın öz partiyadaşları – respublikaçılar da demokratlarla həmrəydir. Amma ABŞ nə qədər köklü və oturuşmuş dövlət olsa da, prezident və Konqres seçkiləri kampaniyası (hər ikisi eyni gündə keçirilir) başladıqdan sonra hər kəsin diqqəti daxili siyasi mübarizəyə yönəlir, siyasətçilər Vaşinqtonu tərk edir, prezident əgər yenidən namizəddirsə, öz kampaniyasına rəhbərlik edir, ştatları gəzir, mitinqlər keçirir, debatlara qatılır, Konqres üzvləri isə seçki dairələrinə səpələnərək həm özləri, həm də partiyalarının prezidentliyə namizədi üçün təbliğatla məşğul olurlar. Beləliklə, dünya məsələləri arxa plan keçir. ABŞ-ı az-çox tanıyanlar bilir ki, orada bu super gücün idarəçiliyini əldə etmək uğrunda mübarizə çox sərt keçir, Tramp dövründə isə toplumda ziddiyyətlər və qütbləşmə daha da dərinləşib. Putin üçün fürsət pəncərəsi deyəndə bunları nəzərdə tuturuq.
Son günlər Moskva yenə Gürcüstan istiqamətində süni gərginlik yaratmaqla məşğuldur. Cənubi Osetiyadakı rus əsgərlərinin tez-tez sərhəd çəpərini qabağa – Gürcüstanın içərilərinə doğru şəkməsi və təmas xəttində Gürcüstan vətəndaşlarının qaçırılması halları 2008-ci il müharibəsindən bəri adi hala çevrilib. Bu, yenə baş verir. İyulun 15-də isə Rusiya XİN bəyanat verərək “Gürcüstan istiqamətindən Rusiya, Cənubi Osetiya və Abxaziya sərhədlərinin pozulması hallarının artmasından” narahatlığını bildirib. Hətta Rusiya tərəfinin iddiasına görə, kamuflyajda olan Gürcüstan vətəndaşı rus əsgərlərinə atəş açıb, əsgərlər isə onu ayağından vuraraq yaxalayıblar. Moskva ABŞ-ı da qınayaraq “pozucu əməllərə” yol verən Gürcüstanı təşviq etməməyə çağırıb.
Rusiyanı pis tanımırıq, Moskvada səslənən bu tip bəyanatlar adətən hansısa cavab addımlarına zəmin yaratmaq niyyəti güdür.
Gürcüstanın Azərbaycan və Türkiyə üçün önəmi
Qonşu ölkənin bizim üçün əhəmiyyəti barədə sosial və ənənəvi mediada dəfələrlə yazılarla çıxış etmişik və oxucular bundan xəbərdardır. Qısaca bir daha xatırladaq ki, Gürcüstan Azərbaycanın Türkiyəyə və dünyaya yeganə çıxış qapısıdır. (Naxçıvan Türkiyə ilə həmsərhəd olsa da, anklavdır və ölkəmizin əsas hissəsi ilə quru əlaqəsi yoxdur.) Azərbaycanın əsas ixrac neft-qaz boru xətləri (Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa və Cənubi Qafqaz boru kəmərləri), Bakı-Tbilisi-Qars dəmir yolu bu ölkədən keçir. Dənizlərə – dünya okeanına çıxış kimi mühüm strateji vəzifəyə də Gürcüstan vasitəsilə nail oluruq.
Gürcüstan Qafqazı əldən vermək istəməyən Rusiya üçün də çox vacib məntəqədir. Qonşu ölkənin NATO-nu Qafqaza gətirmək istəməsi Moskvada böyük narahatlıq və qıcıqla qarşılanır, Kreml bunu özü üçün ekzistensial təhdid sayır. Rusiyanın 2008-ci ildə Gürcüstana birbaşa hərbi müdaxiləsində əsas məqsədlərdən biri məhz onun NATO-ya inteqrasiyasını əngəlləmək idi. Çünki NATO-nun qərarvericiləri ərazisində münaqişə olan ölkələri ittifaqa qəbul etməkdən çəkinirlər, baxmayaraq ki, NATO müqaviləsində belə bir şərt yoxdur və SSRİ ilə “soyuq müharibə”nin kəskin anında Almaniyanın qərb hissəsini ittifaqa qəbul ediblər. Lakin indi NATO, xüsusən də onun Avropa qanadı ehtiyatlanır ki, Gürcüstan və Ukrayna kimi ölkələrin alyansa qəbulu avtomatik olaraq NATO-nu Rusiya ilə müharibə vəziyyətinə gətirəcək. Putin avropalıların bu qorxuları üzərində indiyədək məharətlə oynayıb və Gürcüstan istiqamətini permanent gərginlikdə saxlayır ki, Qərbdə Rusiyanın heç bir vəchlə bu bölgədən çəkilmək niyyətinin olmadığını anlasınlar.
Gürcüstan həm də Rusiyaya ona görə lazımdır ki, Ermənistana quru dəhlizi açsın, oradakı hərbi bazalarının rotasiyasını, təchizatını asanlaşdırsın, Türkiyə və İran sərhədlərinə maneəsiz çıxa bilsin.
Hazırda Putin Konstitusiya dəyişiklikləri barədə ümumxalq səsverməsini uğurla başa vurmasına rəğmən, özünün uzun hakimiyyət dövrünün ən mürəkkəb mərhələsini yaşayır. Onun reytinqi azalmağa doğru üz tutub və nəsil dəyişikliyi baş verdikcə, Z nəsli (90-cı illərin ikinci yarısından sonra doğulanlar) seçici yaşına çatdıqca, legitimliyi sarsılır. 20 yaşındakı rusiyalı həyata gözünü açandan bəri ölkənin başında eyni adamı görüb və bunu həzm edə bilmir.
Ölkədə mövcud olan iqtisadi böhran koronavirus dövründə daha da kəskinləşdi. “The Economist Intelligence Unit” analitikləri hesablayıb ki, Rusiya pandemiya öncəsi vəziyyətə yalnız 2024-cü ilin sonuncu rübündə qayıdacaq. Təsəvvür edin, onsuz da virusdan öncə vəziyyət yaxşı deyildi, 2019-cu ildə ölkə iqtisadiyyatı cəmi 1,3% böyümüşdü ki, bu rəqəm inkişaf etməkdə olan ölkələr kateqoriyasına aid Rusiya üçün əslində böyümə yox, staqnasiya – durğunluq anlamına gəlir. Və Rusiya hazırkı çöküşdən həmin o durğunluq vəziyyətinə 4 il sonra qayıdacaq. Bu, o deməkdir ki, Rusiyada yaxın gələcəkdə hər hansı inkişaf gözləməyə dəyməz, belə bir perspektiv yoxdur. Ona görə də, Putin axtarışdadır: necə etsin ki, həm ictimai rəydə təkrar dəstək qazansın (bu, onun sonrakı – yenidən seçilmək və ya varis təyin etmək kimi siyasi planlarını həyata keçirə bilməsi üçün çox vacib şərtdir), həm də gündəmi dəyişib, diqqəti mövcud problemlərdən, bu ümidsiz vəziyyətdən yayındırsın. 2014-cü ildə Krımı Ukraynadan qoparmaqla Putin öz reytinqini artıraraq qəhrəmanlaşmışdı. Artıq bu hadisənin effekti aradan qalxıb və yeni bir uğur hekayəsinə, xalqı məşğul edəcək səs-küylü hadisəyə ehtiyac var.
Putin son müsahibələrinin birində qeyd etdi ki, SSRİ-yə daxil olan respublikalar oradan ayrılanda rus torpaqlarını da özləri ilə aparıblar. Bu, onu göstərir ki, özünü “Rus torpaqlarının yığıcısı” (sobiratel russkix zemel) rolunda görən Putin bu missiyasını davam etdirmək fikrindədir. Bu baxımdan Ukraynanın başı üzərindəki təhlükə hələ sovuşmayıb. Moskva istənilən an Donbasda atəşkəsi pozaraq Xarkov, Mariupol kimi çox önəmli şəhərlərə, hətta Krım istiqamətindən Xersona hücum təşkil edə bilər. (Ukraynanın cənub-şərq vilayətləri Rusiya imperialist çevrələrində Novorossiya adlandırılır.) Donbasın işğal edilmiş və Rusiyanın nəzarətində olan hissələrinin ilhaqı da Kremldə nəzərdən keçirilən variantlardan biridir. Putinin yeni avantüralarla neoimperial planlarını gerçəkləşdirməkdən başqa, rus xalqına verəcəyi bir şey qalmayıb.
Ona görə də, xüsusən Gürcüstanın təhlükəsizliyi Azərbaycan, eləcə də Türkiyə üçün kritik önəmə sahib bir məsələdir. Əgər Rusiya Gürcüstanı nəzarətə götürsə, onun ayrıca olaraq Azərbaycanı işğal etməsinə, bura yeni ”11-ci ordu” göndərməsinə ehtiyac qalmır, bu halda bizim dünya ilə bağlantımız kəsilir və Moskvanın ovucuna düşürük. Ankara Gürcüstanın NATO-ya üzvlüyünü fəal dəstəkləyir: həm Azərbaycanla quru əlaqəsinin və Türkiyəyə uzanan kəmərlərin təhlükəsizliyinə daimi təminat kimi, həm də ona görə ki, Gürcüstanın ittifaqa qoşulması nəticəsində onunla həmsərhəd yeganə NATO üzvü olan Türkiyənin Qafqazda rolu, təsiri daha da güclənəcək. Bu yaxınlarda NATO XİN rəhbərlərinin iclasında Mövlud Çavuşoğlu həmkarlarına üzünü tutub demişdi ki, siz Türkiyənin Rusiya ilə əlaqələrindən narahat olduğunuzu bildirirsiniz, amma özünüz Rusiyadan çəkinərək Gürcüstanın NATO-ya qəbuluna razılıq vermirsiniz. Rusiya ilə Türkiyənin Qafqazda rəqabəti yeni deyil və hər iki tərəfin imperatorluq dönəmlərindən bəri davam edir.
Son günlərin Tovuz döyüşlərinin səbəbləri barədə çox baş sındırılır. Əlbəttə, bunun ən müxtəlif səbəbləri var. Biri də bu ola bilər ki, Ermənistan və Rusiya Bakı ilə Ankaraya mesaj verməyə çalışdılar ki, biz istənilən an Azərbaycanı fiziki olaraq izolyasiya edib, sizin aranızdakı kommunikasiyaları kəsə bilərik.
Belə görünür ki, münaqişə ocaqları ilə dolu olan kiçik Cənubi Qafqaz, həmçinin, postsovet məkanında avrointeqrasiya yolunu seçmiş ölkələr növbəti riskli mərhələyə daxil olub(pressklub.az).
Xəbərin oxunma sayı : 652
Analiz
Xəbərlər
-
Bakını dəyişəcək yenilik - “Yeraltı tikinti mühüm əhəmiyyət daşıyır“
-
İsrail ordusu Livanı bombalamağa davam edir - Daha 16 nəfər ölüb
-
Trampdan Meloni ilə bağlı növbəti açıqlama - Onunla dostluq etməyəcək
-
Azərbaycan və Özbəkistan XİN rəhbərləri telefonda danışdı - Müzakirə
-
Yeni metro stansiyası tikiləcək - “Avtovağzal”ı mərkəzlə birləşdirəcək + Video
-
Azərbaycan bu ölkələrdən 54 milyon dollara avtobuslar alıb - Siyahı
-
Zelenskidən Lukaşenkoya ultimatum: Bir həftə vaxt verirəm
-
Kərbəladan Dehliyə uzanan yol - Adəm İsmayıl BAKUVİ
-
Antalyaya alternativ: Sakit istirahət üçün Türkiyənin 7 az tanınan incisi
-
“Şişirdilmiş başlıqlarla süni ajiotaj yaratmaq qəbuledilməzdir” - MEDİA
-
Talassemiyanın gen daşıyıcıları hərbi xidmətə yararlıdır - RƏSMİ
-
Dünya Kubokunda ilk - Bu hərəkətinə görə qırmızı vərəqə aldı
-
Abadlıqla bağlı ardıcıl iki tender: “VNM İnşşat“ daha bir sifariş aldı
-
Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq?
-
Tramp İran lideri haqqında: Müctəba Xamenei atasından fərqli və cəsarətlidir
-
Azərbaycanda oxuyub-yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayı AÇIQLANDI
-
Özünü prokuror kimi tanıtdı - Dələduzluq ittihamı ilə həbs edildi
-
Pakistanın daxili işlər naziri Tehrana getdi - İran-ABŞ danışıqları müzakirə olunacaq
-
Nabiullina qayıtdı və xəbərdarlıq etdi - “Bu risk artıq reallaşır”
-
9-cu siniflər üçün bir sıra imtahanlar keçiriləcək - Sabah
-
Bakıda yanğın təhlükəli anbarın fəaliyyəti dayandırılıb - VİDEO
-
Prezident və nazir bu görüntüləri ilə gündəm oldu - VİDEO
-
TƏBİB-də mühüm kadr dəyişikliyi - Anar İsrafilov işdən çıxarıldı
-
Avtomobil satmaq istəyənlərin nəzərinə: Köhnə sahibinin borcu yeni sahibindən çıxır?
-
Məktəbə başlayan hər min şagirddən səkkizinin təhsil taleyi naməlumdur - RƏSMİ
-
Bakıda uçan qarışqalar çoxalıb - Səbəb nədir?/VİDEO
-
Şəkidə kəndi su basdı - Sakinlər köçürüləcək (FOTO)
-
Türkiyə millisi üçün Dünya Kuboku erkən bitdi - VİDEO
-
Avtobuslarda kondisioner problemi: Sərnişinlər çətin vəziyyətdə
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
Tuneldə aparılan yeni xətlənmə yolda sıxlığa səbəb olur - VİDEO
-
“Aİ Ukrayna nizamlanmasında vasitəçi ola bilməz“ - Makron
-
Vüsal Aslanov onlara yeni vəzifə verdi - FOTOLAR
-
“Dr. Gülü” daha bir pasiyenti yarıcan qoyub? - VİDEO
-
MİT-dən xüsusi əməliyyat - İŞİD-in məsul şəxsi həbs olundu
-
Tibb Universitetinin dərslikləri rezidentura proqramını əhatə etmir - DİM
-
Bulvarda batan gənc belə xilas edildi - VİDEO
-
“Avtovağzal“ metrostansiyasından Bakının mərkəzinə birbaşa gəlmək mümkün olacaq - VİDEO
-
Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidməti... - Siyahı + MƏBLƏĞLƏR
-
Sosial şəbəkələrdə yeni qaydalar: Nələr dəyişəcək?
-
Kiçikölçülü mənzilərə yüksək məbləğdə kompensasiya verilə bilər - VİDEO
-
Bu ay qeyri-çimərlik ərazilərdə 12 nəfər boğulub - VİDEO
-
Moskvaya daha bir kütləvi hücum - 76 dron vuruldu
-
İran yenidən Hörmüz boğazının bağlanmasını elan edib - “Bild“
-
“Bu, İtaliyaya qarşı təhqirdir” - XİN başçısı ABŞ səfərini ləğv etdi
-
“Azərbaycanlı futbolçular snus istifadə edir” - Tanınmış həkim
-
12,4 milyard manatlıq əmanət ən çox hansı regionlardan cəlb edilib? - CƏDVƏL
-
“Ortastatistik məzun təhsil proqramının 40–77%-ni mənimsəmir“ - DİM
-
Azərbaycanda temperatur 7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
İsrail qoşunlarını Livandan çıxarmayacaq - Netanyahu açıqladı
-
Məktəbdə əlaçı oldular, imtahanda 0-200 bal topladılar - DİM-dən maraqlı statistika
-
Fermerlər dələduzluğun qurbanı oldu: Onların tonlarla taxılını kim satıb?
-
Növbəti 3 gündə Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
“Sözün açığı mən dəhşətə gəlmişəm“ - Melonidən Trampa sərt cavab
-
Nəsimi və Nərimanovda bəzi ərazilərində bu gecə işıq olmayacaq - Səbəb
-
İmişlidə sevgi münasibəti oğurluğa səbəb oldu: Qız cəza aldı, oğlan isə...
-
Mahir Emreli Almaniyanı tərk edir? - Hücumçu üçün rəsmi təklif
-
46 min vergi borcu, 20 min cərimə - “Brand Lux Trade And Distribution“un bu filialları bağlandı
-
“Pilgrim Education” şirkətindən şikayətlər artır - Aisa Aslanova isə vətəndaşdan gizlənir
-
DOST Əşrəf Səfərovdan yenə ofis icarəyə götürdü - Bu dəfə 1,3 milyon manata
-
Məktəbəqədər təhsildə dövlət-valideyn-özəl əməkdaşlığı modeli tətbiq ediləcək - FƏRMAN
-
Aşura günü qanvermə aksiyası bu ünvanlarda olacaq - SİYAHI
-
Prezident İlham Əliyev bu qurumlara əlavə səlahiyyət verdi - FƏRMAN
-
Ukrayna və ABŞ cəbhədə atəşkəs və sonrakı sazişi nəzərdən keçirir - “The Economist”
-
Türkiyədə hər gün bir nəfər ən varlılar sırasına qoşulur - Necə?
-
Sənədsiz evlər üçün amnistiya - Milli Məclisdə təklif
-
Zaqatalada 58 yaşlı kişi öldürüldü - Həmkəndlisi tutuldu
-
Prezidentin iş kabinetində təkcə bu heykəl var - FOTO
-
DÇ-da xoşagəlməz hadisə - Oyunçunun ayağı sındı + VİDEO
-
Vilayət Eyvazov Bakıda sıra baxışı keçirdi - VİDEO/FOTO
-
Prezident dağıstanlı siyasətçi Qurban Qurbanova “Dostluq“ ordenini təqdim etdi - FOTO
-
Sumqayıt Şəhər İcra Hakimiyyəti ağac və gül alır - 960 min manatlıq
-
Gömrüyə əlavə səlahiyyət verilir - Yeni qanunda nələr var?
-
Azərbaycanda yumurta 1 qəpiyədək - Ucuzlaşdı
-
Nazirlikdən çimərliklərlə bağlı - Müraciət
-
Qalibafdan ABŞ-a sərt xəbərdarlıq - Nə baş verir?
-
Milli Məclisin iclası başladı: 14 məsələyə baxılır
-
Borc müqavilələri necə təsdiq edilməlidir? - Konstitusiya Məhkəməsi
-
ABŞ-İran danışıqları ləğv edildi - “Reuters”
-
Xankəndi şəhərinə növbəti köç: 18 ailə yola salındı (FOTO)
-
Bakıda sakinlərlə “Lido” restoranı arasında narazılıq - VİDEO
-
Azərbaycan nefti ucuzlaşdı: 80 dollara düşdü
-
Kanada və İsveçrədən darmadağın, Meksikadan minimal hesablı qələbə - VİDEO
-
Pentaqon Konqresdən 80 milyard dollar tələb edir: ABŞ yenidən əməliyyata başlayır?
-
“Agah” şirkətlər qrupunun işçiləri aylardır maaşlarını ala bilmirlər - ŞİKAYƏT
-
Müğənnilərin fantastik toy qiyməti - Yarım saatı…
-
Taksi sürücülərinin qeydiyyatında YENİLİK
-
“Dostlarımızın sayı ilbəil artır” - İlham Əliyev
-
AZAL Bakı-Naxçıvan reyslərini ləğv etdi - SƏBƏB
-
“Mançester Siti” onlar üçün kisənin ağzını açdı - 311 milyon ödməyə hazırdır
-
Bibiheybət qəbiristanlığında qəbirlər nə vaxt bərpa ediləcək? - VİDEO
-
Ali məktəblərin ixtisas seçimində hansı qrupların ballarında artım ola bilər? - VİDEO
-
265 saylı uşaq bağçasında hər uşaq üçün aylıq 25 manat tələb olunur? - VİDEO
-
Tramp Netanyahudan bezdi - “İsrail tam nəzarətə sahib olduğu yeganə prezidenti itirdi“
-
“Yalnız bir cavab alırdıq: “Gedin razılaşın” - İlham Əliyev
-
Anomal istilər gəlir - Sabaha olan hava proqnozu
-
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
-
Ceyhun Bayramov Pakistan XİN başçısı ilə telefonda danışdı - XİN-dən açıqlama
-
Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlir artıb - Statistika
-
Ləğv olunan 17 bankın 17,3 milyon manat vergi borcu var - SİYAHI
-
"NATO Ermənistan hərbçilərinə Rusiyaya qarşı döyüşməyi öyrədəcək" - Zaxarovaa
-
Paytaxtda vətəndaşların şikayəti: Təhlükəli ağaclar kəsilmək əvəzinə, budanıb - VİDEO
-
Taksi sifariş edənlərin nəzərinə - Bu profillər bloklanacaq
-
Hansı qidaları bişirməzdən əvvəl yumaq olmaz? - Mütəxəssis məsləhəti
-
Əvvəl xalası oğlunu bıçaqladı, sonra arvadını öldürdü - Goranboydakı qətlin TƏFƏRRÜATI
-
Azərbaycanda qeyri-adi yeyinti: Çoban yüzminlərlə manat “qazandı“
-
İranla ABŞ arasında anlaşma memorandumu - TAM MƏTN
-
Sabiq icra başçısını oğluna aldığı “Range Rover“ satıldı - MƏBLƏĞ
-
Abşeronda 19 min manatlıq oğurluq edənlər tutuldular - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Tanınmış xəstəxana vergilərini vaxtında ödəmir - Borcu 3,5 milyon manatı keçib
-
“ABŞ qoşunlarının Avropadan çıxarılması dərhal başlayacaq“ - Rütte
-
Vətəndaşlar həyətdəki su quyularına görə pul ödəyəcəklər? - Rəsmi açıqlama
-
Ölkədə doğulanların sayı azalıb, ölənlər isə artıb - Rəsmi rəqəmlər
-
Azərbaycanda ən yüksək maaş alanlar kimlərdir? - 5189 manat
-
“TAİS İKF” məktəblərə 3,6 milyon manatlıq hazır yemək satacaq - 3 il əvvəl zəhərlənmə olmuşdu
-
Qızı şikayət etdi, anası cəzalandırıldı - Ailə münaqişəsinə səbəb nə olub?
-
Agentliyin departament müdiri işdən çıxdı - Yeni təyinat
-
MAQATE-dən İranla bağlı mühüm bəyanat - “Həlledici mərhələnin astanasındayıq“
TOP 10
ARXİV






