“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik“ - Prezident İlham Əliyev

Tarix 02.09.20, 20:17

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edib.

AzFakt.com Prezident İlham Əliyevin görüşdəki çıxışından əsas məqamları təqdim edir.

bitmap-img6

"Ermənistanın torpaqlarını işğal edən Azərbaycan deyil, Ermənistan Azərbaycanın ərazisini işğal edib. Bu da bütün beynəlxalq təşkilatların sənədlərində öz əksini tapıb”.

"Toxunmaq istədiyim sonuncu məsələ Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdir. Sizə deyə bilərəm və bu, sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı”.

"Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənin göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”.

"Toxunulası bir müsbət məsələ tapmaq istəyirəm, amma əfsuslar olsun ki, tapa bilmirəm. Ola bilsin, biz ümid edirik ki, Yunanıstanın nisbətən bu yaxınlarda iqtidara gəlmiş yeni hökuməti əvvəlki hökumətin Azərbaycana qarşı siyasətini yenidən nəzərdən keçirəcək”.

"Biz təmasları bərpa edə, müsbət dinamika yaradan məsələləri müzakirə edə bilərik. Lakin, əlbəttə ki, bu, Yunanıstan hökumətinin siyasəti və mövqeyindən asılı olacaq”




Xəbərin oxunma sayı : 4471




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap