“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Ondan artıq deputat koronovirsua yoluxub! – Milli Məclisdə virus yayılıb

Tarix 21.11.20, 16:04

Font ölçüsü : - / +
bitmap-img6


Noyabrın 24-də Milli Məclisin növbəti iclası keçiriləcək. Toplantıdan əvvəl ənənəvi olaraq deputatlar koronovirus testindən keçiriliblər. 

"Gününsesi.info" saytı xeyli sayda deputatın testlərinin pozitiv çıxdığı haqda məlumat yayıb. Sayt bu sırada Vüqar Bayramov və Soltan Məmmədovun adlarını çəkib. 

Xatırladaq ki, bir neçə gün əvvəl deputatlar Tahir Kərimli və Azər Badamovun da virusa yoluxduğu bildirilmişdi. 

"AzPolitika"-ya daxil olan məlumata görə, koronavirusa yoluxan deputatların sayı 10-dan çoxdur. Adı çəkilənlərlə yanaşı deputatlar Məhşur Məmmədov, Məzahir Əfəndiyev, Nizami Səfərov və Rəşad Mahmudovun da testləri pozitiv çıxanlar sırasındadır. Məhşur Məmmədovun vəziyyətinin nisbətən ağır olduğu və xəstəxanaya yerləşdirildiyi bildirilir.  

Noyabrın 20-nə olan rəsmi statistikada Azərbaycanda “Covid-19-“a yoluxmanın ilk dəfə 3 mini aşdığı bildirilib. Bu səbəbdən karantin rejimi sərtləşdirilib, qapalı məkanlarla yanaşı açıq havada da maskasız gəzmək qadağan olunub.



Xəbərin oxunma sayı : 1423




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap