“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Pensiya ödənişləri niyə artıb? - Deputat səbəbi açıqladı

Tarix 13.08.25, 12:54

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, bu ilin ilk 7 ayında pensiya ödənişlərinə ötən ilin uyğun dövrü ilə müqayisədə 10 faiz çox vəsait ayrılıb. Bu o deməkdir ki, 367 miilyon manat çox olmaqla həmin müddətdə pensiyaların verilməsinə 4 milyard 142 milyon manat xərclənib.

AzFakt.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, pensiya ödənişlərindəki artım daha çox 2025-ci ildə 5-ci sosial paketin tətbiqi ilə bağlıdır:

"Belə ki, sosial paket çərçivəsində bu ilin əvvəlindən etibarən bütün növ əmək pensiyaları 8,1 faiz indeksləşdirilərək artırılıb. Eyni zamanda, bu ilin fevralın 1-dən minimum pensiya 14,3 faiz artımla 320 manata çatdırılıb. Bunlar isə, pensiya xərclərinə birbaşa təsir göstərib.

Pensiya artımları 1.1 milyon vətəndaşımızı əhatə edib. Bu baxımdan, bu qərarlar ümumi pensiya ayırmalarının artmasına səbəb olub".

Deputat qeyd edib ki, digər tərəfdən, bu ilin geridə qalan aylarında pensiya təyinaları da davam etdirilib.

"Yeni pensiya təyinatları dövlət büdcəsindən bu istiqamətə əlavə vəsait ayrılması anlamına gəlir. Həmin müddətdə 27 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Qeyd edək ki, bu aralıqda 94 min 200 nəfərdən çox şəxsə proaktiv qaydada sosial müavinət və təqaüd təyin olunub. Bu isə prosesin elektronlaşmasından və qərarların çevik qəbulundan xəbər verir.

2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin sosial xərcləri 16,9 milyard manat təşkil edəcək. Sosial müdafiə və sosial təminat xərcləri isə 4,8 milyard manatdır. Bu isə 2025-ci ildə sosial istiqamətə, o cümlədən pensiya ödənişlərinə daha çox vəsaitin ayrılması deməkdir".- deyə millət vəkili əlavə edib.



Xəbərin oxunma sayı : 763




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap