| |
|
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
Prezident Suqovuşandan xalıq təbrik etdi - Tam mətn +VİDEO
Tarix 20.03.22, 18:16 |
|
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində olub.
Prezident İlham Əliyev Suqovuşandan Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib. Prezident təbrikində bildirib:
- Əziz bacılar və qardaşlar.
Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm.
İkinci dəfədir ki, tarixi Zəfərimizdən sonra biz Novruz bayramını doğma Qarabağ diyarında qeyd edirik. Bilirəm, hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır. İkinci dəfədir ki, bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik. Bu gün mən Novruz tonqalını burada - Suqovuşanda qaladım, qədim Azərbaycan diyarı olan Suqovuşanda. Keçən il isə Novruz bayramını mən Şuşa şəhərində, hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etmişdim və Azərbaycan xalqına müraciət etmişdim. Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik.
Suqovuşan qədim Azərbaycanın tarixi yeridir. Azərbaycan xalqı bu ərazilərdə əsrlər boyu yaşayıb. Ancaq 1923-cü ildə doğma Qarabağ diyarımızda qanunsuz və heç bir əsası olmadan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Qarabağın gözəl, səfalı yerləri qondarma quruma daxil edilmişdi, o cümlədən Şuşa şəhəri və Suqovuşan qəsəbəsi. Bu, xalqımıza qarşı növbəti ədalətsizlik idi, növbəti düşmənçilik idi. Çünki Qarabağ, onun tarixi Azərbaycan xalqının adı ilə bağlıdır. Azərbaycan xalqı Qarabağda əsrlər boyu yaşayıb. Sadəcə olaraq, siyasi məqsədlər naminə uzun illər, sovet dövründə burada qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti fəaliyyət göstərirdi. Bildiyiniz kimi, sonra ermənilər xalqımıza qarşı işğalçılıq siyasətinə əl atdılar və 30 ilə yaxın müddətdə bizim doğma Qarabağımız və Şərqi Zəngəzurun bir hissəsi ermənilərin əlində idi. Buna son qoyulmalı idi və son qoyuldu. Biz gördük ki, heç bir danışıqlar, heç bir siyasi addımlar bizi məqsədimizə yaxınlaşdırmır. Biz görürdük və bilirdik, ancaq güclü, daha iradəli olmalıyıq ki, öz haqqımızı qoruyaq, tarixi ədaləti bərpa edək. Azərbaycan dövləti, Azərbaycan Ordusu, bütün Silahlı Qüvvələrimiz bu tarixi missiyanı 2020-ci ildə yerinə yetirdi. Biz döyüşərək, qan tökərək, şəhidlər verərək doğma diyarımızı erməni işğalından azad etdik və Qarabağa qayıtdıq. Biz artıq burada yerləşmişik, biz buraya qayıtmışıq, doğma diyarımıza qayıtmışıq. Bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində çox genişmiqyaslı abadlıq işləri aparılır, şəhərlər yenidən qurulur, kəndlər yenidən salınır. Əlbəttə ki, bizim əsas vəzifəmiz keçmiş məcburi köçkünləri tezliklə bu doğma diyara qaytarmaqdır.
Abadlıq və quruculuq işləri, o cümlədən Suqovuşan qəsəbəsində də geniş vüsət alıbdır. Bu gün burada bir neçə tədbirdə iştirak etmişəm, o cümlədən yaşayış binalarının bərpası, turizm zonalarının yaradılması. Bütövlükdə həm Qarabağda, həm Şərqi Zəngəzurda quruculuq, abadlıq işləri planlı şəkildə aparılır. Biz elə etməliyik ki, qısa müddət ərzində ancaq böyük səmərə ilə və böyük keyfiyyətlə 10 min kvadratkilometrdən çox olan ərazini yenidən quraq. Çünki mənfur düşmən işğal dövründə bütün şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edib, bütün tarixi abidələrimizi dağıdıb, təhqir edib. Biz isə qurub-yaradan xalqıq. Müharibədən cəmi bir ildən bir qədər çox vaxt keçməsinə baxmayaraq, biz artıq qurub-yaradırıq. Əminəm ki, biz bütün planlara, nəzərdə tutulmuş bütün məqsədlərə nail olacağıq və nail oluruq. Budur bugünkü Azərbaycanın reallıqları. Bugünkü güclü Azərbaycan bütün bu işləri görməyə qadirdir. Siyasi iradə var, iqtisadi güc var, xalqımızın səfərbərliyi var, milli həmrəylik ən yüksək zirvədədir və əlbəttə ki, şanlı tarixi Zəfərimiz hər birimiz üçün qürur mənbəyidir. Biz haqlı olaraq fəxr edirik ki, müzəffər dövlətin vətəndaşlarıyıq, ordumuzla fəxr edirik, insanlarımızla fəxr edirik. Bizə bu xoşbəxtliyi yaşadan gənclərimizlə fəxr edirik və əbədi fəxr edəcəyik. Biz Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq.
Bu gün bu gözəl mənzərəli yerlərə baxdıqca bir daha görürəm, diyarımız nə qədər gözəldir, dağlarımız nə qədər əzəmətlidir. Bütün bu tarixi gözəlliyə biz gözəllik qatacağıq, zövq qatacağıq və burada azərbaycanlılar rahat yaşayacaqlar, sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayacaqlar. Sülhün və təhlükəsizliyin təminatçısı Azərbaycan dövlətidir və Azərbaycan Silahlı Qüvvələridir.
Mən xoşbəxt adamam ki, əziz, doğma xalqıma işğaldan azad edilmiş Qarabağdan Novruz bayramı münasibətilə təbriklərimi çatdırıram. Bu əziz gündə bir daha bütün Azərbaycan xalqını gözəl bayram münasibətilə təbrik etmək istəyirəm. Bir daha demək istəyirəm, bundan sonra da var gücümlə çalışacağam ki, Azərbaycan daim sürətlə inkişaf etsin, yüksələn xətlə getsin və qarşıda duran bütün vəzifələr icra edilsin. Qarabağ Azərbaycandır!
Xəbərin oxunma sayı : 1096
Gündəm
Xəbərlər
-
Ermənistan suriyalı ermənilərə pasport verir - 81 min dollar ayırıb
-
David Seliverstov ölkədən qaçdı - YENİ İDDİALAR
-
Müavinət alanların diqqətinə: Kimlərin ödənişi dayandırılır?
-
“Azərişıq“ Bakı və ətraf ərazilərdə yeni güc mərkəzləri yaradır - VİDEO
-
Bu il Azərbaycanda tibbi xidmətlərin nə qədər bahalandığı açıqlandı - Qiymətlər
-
İnvestisiya şirkətlərinin yanvar-iyul üzrə dövriyyəsi nə qədər olub? - CƏDVƏL
-
Sabiq nazirin müsadirə olunan əmlakı satıldı - 463 min manata
-
Magistratura üzrə ən az seçilən 5 universitet - SİYAHI
-
Apteklərdə eyni dərman fərqli qiymətə satılır? - VİDEO
-
Restoranın qarşısında kütləvi dava - Ölən və xəsarət alanlar var
-
Nərimanovda yaşayış binasındakı liftlərin istismarı dayandırıldı - Video
-
Azərbaycan nefti ucuzlaşmaqda davam edir - Yeni qiymət
-
Ceyhun Bayramov Kiyevdə - FOTOLAR
-
“Netanyahu ilə aramızda fikir ayrılıqları olur“ - Cey Di Vens
-
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli əməliyyat qrupu yaradıb - Kuba üzrə
-
Özəl universitetlərdə ən çox seçilən ixtisas qrupu - SİYAHI
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
“ABŞ ilə İsrail İranı 48 saat ərzində ələ keçirmək istəyirdi“ - Pezeşkian
-
Süni intellekt dünyanın ən güclü kəşfiyyat xidmətlərini sıraladı - SİYAHI
-
Çempionlar Liqası: “Sabah“ səfərdə “Orhus“a məğlub olub
-
Tbilisi-Bakı qatarı yenə gecikdi - İşıq əngəl oldu
-
Şəmsi Səmədzadə danışdı: O daha mənim həyat yoldaşım deyil - VİDEO
-
İsmayıllı rayonunda mal əti bahalaşıb - VİDEO
-
Metrodakı təmirə görə bu qədər avtobus ayrılacaq - Say açıqlandı
-
“Gözəl qadına əvvəlcə görünüşünə görə yanaşırlar, amma...“ - Aygün Kazımova
-
Ana xəstədirsə, körpəni əmizdirmək təhlükəlidirmi? - Mütəxəssisindən cavab
-
Şokolad alarkən nələrə diqqət etməliyik? - VİDEO
-
“Mənə aid bəzi fikirlər təhrif olunub” - Hikmət Hacıyev
-
Bakıda 108 küçə və prospektdə yol təmiri aparılır − AAYDA
-
İsti havada qəbul edilən bəzi dərmanlar fəsadlar törədə bilər - VİDEO
-
Müharibədə 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həlak olub - “Reuters“
-
BMT-dən dəhşətli xəbərdarlıq - 49 milyon insan ac qala bilər
-
“Wildberries” anbar tutumunun üçdə birini itirib - 21-ci hücum
-
“Sea Breeze“də mənzil qiymətləri necə dəyişir? - Qiymətlər
-
Bakıda ticarət mərkəzində FACİƏ: liftin şaxtasına düşüb öldü
-
Pentaqondan kritik addım: Rusiya və Çinə qarşı yeni plan
-
Naxçıvan Şəhər Poliklinikasında tibbi arayış 60-80 manata satılır? - VİDEO
-
Kolleclərdə ən yüksək təhsil haqqı olan ixtisaslar - SİYAHI
-
"Yəhudi David Seliverstov" Kazım Abbasov çıxdı! - Bir dələduzla bağlı SENSASİON detallar
-
Tərtərdə qəbiristanlıqda məzarlar talan edilib - VİDEO
-
Abşeron Xəstəxanasının acınacaqlı vəziyyəti - Yemək iyi bürüyən otaqlarda xəstə qəbulu...
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nigar Fərhadın əri həbs edildi - Külli miqdarda dələduzluq
-
İrandan Britaniyaya tiryək aparmaq istədilər - Naxçıvanda saxlandı
-
“Şimali Koreya raket kompleksləri Ukrayna üçün qanuni hədəfə çevriləcək” - Sibiqa
-
Metroya və universitetlərə yaxın ev axtaranların diqqətinə: Kirayə bazarında son vəziyyət
-
Keçmiş Rusiya və Avropa rəsmiləri Ukrayna ilə bağlı gizli görüş keçirib - Bloomberg
-
Bakıdan “İsrail bazası“ iddialarına sərt cavab: “Addım-addım gəzək, İsrailə aid nəsə varmı?“
-
Son 200 ildə dünya iqtisadiyyatının liderləri kimlər olub? - Siyahı
-
Türkiyə ordusunda bir ilk: Polkovnik Özlem Karapınar general oldu
-
Mərkəzi Bank yoxlama apardı: “Manato“ 50, rəhbəri 10 min manat cərimələndi
-
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
-
Bakı metrosunda yeni təyinatlar: Kimlər hansı stansiyaya rəis təyin olundu?
-
Maskın raketi Aya çırpılacaq - Yer üçün təhlükə varmı?
-
Azərbaycanda donuzlarla bağlı monitorinqlər keçiriləcək - AQTA
-
Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
-
Xocavəndə növbəti köç karvanı yola salındı - FOTOLAR
-
Ali Məhkəmənin hakimi təqaüdə göndərildi - FOTO
-
Bakıda qısamüddətli yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Hörmüz boğazı yaxın vaxtlarda yenidən açılacaq - Tramp
-
“Məni narahat edən rəqib yox, özümüzük“ - Qurban Qurbanov
-
Boşandıqdan sonra əmlak bölgüsü - Qanun nə deyir?
-
Yeni hərbi obyektlər istifadəyə verilib - FOTOLAR
-
Nəsimidə tikinti qalmaqalı: “7 ildir bizə əziyyət verirlər“ - VİDEO
-
Saatlıdakı dəhşətli olayın təfərrüatı: Dayısı polisə xəbər verdi, təcavüzkar həbs olundu
-
“ABŞ-İran danışıqlarının nəticələri 48 saat ərzində məlum olacaq” - Tramp
-
Ehtiyatlar rekord vurur, banklar qazanır - Kredit faizləri niyə düşmür?
-
“Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm“ dedi... - 26 minlik dələduzluq
-
Tanınmış həkimin səs yazısı yayıldı - Qanunsuz pul alır?
-
Azərbaycan nefti kəskin ucuzlaşdı - Yeni qiymət
-
Putin qalmaqallı qanuna imza atdı - Əmlaklar dondurulur, xidmətlər dayandırılır...
-
“Epidemiya nəzarətdən çıxır” - ÜST-dən xəbərdarlıq
-
Məşhur stadion baxımsız vəziyyətdə - Meydançanı kol-kos basıb (VİDEO)
-
Səudiyyə Ərəbistanı husilərlə danışıqlara başlayıb - “Bloomberg“
-
Ağdam-Xankəndi dəmir yolu və Füzuli-Xocavənd avtomobil yolu tikilir - VİDEO
-
ABŞ Kubaya çox sayda kəşfiyyatçı və vasitələr göndərib - “Politico“
-
Peşə Təhsili Agentliyi ilə bağlı iddialar: Təyinatlar şəxsi münasibətlərlə aparılıb?
-
Ötən ay 78 aptekdə yoxlama aparılıb - 11-də nöqsanlar aşkarlanıb
-
11 nəfərlik dəstənin içində dünya çempionu da var - 4 milyon ələ keçirilib
-
Suriya Rusiya neftinin idxalını azaltmağa razılaşıb - Reuters
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Pentaqon həyəcanda: Böhran üçün raket qalmadı
-
Əcnəbi turistlər bu il Şuşada neçə gecə qalıblar? - Siyahı
-
Yerin qravitasiyası yox olacaq? - AÇIQLAMA
-
Biznesmenlərin 3 milyon pulu... - 3 nəfərə hökm oxundu
-
Metronun əvəzinə bu avtobuslar işləyəcək - Siyahı-Video
-
ABŞ-dan İrana nüvə şərti: Uran ehtiyatları ilə bağlı yeni tələb irəli sürüldü
-
Eşqi Bağırova daha yüksək vəzifə - nazir postu verilə bilər
-
Gəncədə kişi oğlunun öldürüldüyü istixanaya gəldi - Mühafizəçini bıçaqladı
-
Tehrandan Vaşinqtona ultimatum: Blokada davam etsə, cavab sərt olacaq
-
Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək - VİDEO
-
Bu yüklərin gömrük rəsmiləşdirilməsi sadələşdiriləcək - FƏRMAN
-
Turizm təbliğatına milyonlarla vəsait xərclənir, amma turist sayı azalır - Təfərrüat
-
ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür - Ceyhun Bayramov
-
Ordubadın icra başçısı vəzifəsindən azad edildi - Yenisi təyin olundu
-
Prezident iki icra başçısı təyin etdi - SƏRƏNCAM
-
Ağcabədidə pambıq davası - Fermer “sahəni dolu vurub” dedi, şirkət isə...
-
Ceyhun Bayramov ATƏT sədri ilə geniş tərkibdə görüş keçirib - MÜZAKİRƏ
-
Paşinyan Simonyana “yox” deyib - Qərb tərəfdaşları onu “panikaya
-
Metroda Qırmızı və Yaşıl xətlər ayrılır: Hərəkət necə təşkil olunacaq?
-
İsrail Azərbaycanın mesajlarını ciddi qəbul etdi -Hikmət Hacıyev
-
Dünya kənd təsərrüfatı istehsalının 59 faizi 4 ölkənin payına düşür - Siyahı
-
“Amazon“ tarix yazdı: Şirkətin bazar dəyəri üç trilyon dolları ötdü
-
Kimlərə gələn aydan kompensasiya ödəniləcək? - Deputat açıqladı
-
Bu xəstəxananın direktoru da vəzifəsindən azad edildi - FOTO
-
Ermənistan Konstitusiyasından ərazi iddiaları çıxarılsa, sülh sazişi üçün problem qalmır - Hikmət Hacıyev
-
Ağdamdakı yanğını 29 yaşlı kişi belə törədibmiş - VİDEO
-
“Kütləvi ixtisarlarla bağlı yayılan iddialar həqiqəti əks etdirmir“ - SOCAR
-
MİDA daha 535 mənzili güzəştli şərtlərlə satışa çıxarır - ÜNVANLAR
-
“ABŞ ordusu İrana qarşı quru əməliyyatına hazırlaşırdı“ - Rezai
-
Elektromobillər üçün yeni enerjidoldurma məntəqələrinə ehtiyac var - VİDEO
-
Avtomobili olan ailələrin sayı hansı bölgələrdə daha çoxdur? - SİYAHI
-
Tanış olmaq adı ilə kişini soydu - Bakıda kuryoz oğurluq
-
Nazir Xankəndidə vətəndaş qəbulu keçirəcək - Bu tarixdə
-
Kamran Yusifova cinayət işi açıldı - İki ay əvvəl işdən çıxarılmışdı
-
Azərbaycanda kişilərin çəkisi 100 qram azalıb, qadınların çəkisi dəyişməz qalıb - RƏSMİ
-
Bakı Qızlar Universitetinin işçilərinin taleyi necə olacaq? - Nazirlikdən AÇIQLAMA
-
“Nazir mənə təşəkkür etmişdi, indi qatil, cani olmuşam...” - Sabiq idarə rəisinin MƏHKƏMƏSİ
-
Zelenski Umerovu yeni vəzifəyə təyin etdi - Yerinə isə Klimenkonu gətirdi
-
“Elektron kredit və zəmanət“ sisteminin Əsasnaməsi“ dəyişdi - QƏRAR
TOP 10
ARXİV






