| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Putinin yubatdığı qayıdış – “Financial Times”
Tarix 28.06.22, 21:07 |
|
Böyük Britaniyanın “Financial Times†qəzetində “Putin rejimi Rusiya tarixininin islahatlara qayıdış dövrünü yubadır†başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi qəzetin Avropa üzrə redaktoru Toni Barberdir.
Novator.az saytı məqaləni ingiliscədən çevirərək təqdim edir.
Rusiyada guya qlobal dəyişiklik baş verir. “Böyük dəyişiklik†– prezident Vladimir Putinin şəxsi nəzarəti altında Kremlin yaratdığı uşaq və gənclər hərəkatı belə adlanır.
Bu təşəbbüs ideoloji baxımdan daha çox sovet dövrünün pioner təşkilatına üzv olması ənənəsini xatırladır. Pioner təşkilatına üzvlük sovet yeniyetmələri üçün bir keçid mərhələsi hesab olunurdu.
Rusiyada “Böyük dəyişiklik†hərəkatı haqda qanun layihəsi mayın 19-da, pionerlərin 100 illik yubileyi günündə ortaya çıxıb. Layihə yeni hərəkata “xarici agentlərlə†və “arzuolunmaz†təşkilatlarla, yəni Qərbyönlü və avtoritarizmə qarşı çıxan tənqidçi ruslarla əməkdaşlığı qadağan edir.
Bəli, Putinin Ukrayna ilə müharibəsinin beşinci ayında Rusiyanın faciəvi keçmişinin əks-sədaları artıq fərqli səslənir.
Müharibə əleyhdarı, Sankt-Peterburqdan olan rəssam Aleksandra Skoçilenko psixiatriya klinikasına yerləşdirilib. Kommunizm dövründə dissidentlərlə bu cür davranırdılar.
Hakimiyyətinin üçüncü onilliyində Putin rejimi xaricdəki kimi daxildə də təcavüzkar aktlar həyata keçirməklə – repressiyalar aparmaqla, azad düşüncələri daha sərt buxovlamaqla məşğuldur. Bu, Rusiyanın yaxın tarixi üçün xarakterik haldır. Və əksinə – Rusiya daxildə liberal dövrə qədəm qoyanda (Sovet İttifaqının sonuncu lideri Mixail Qorbaçovun vaxtındakı kimi) xarici siyasətdə də beynəlxalq gərginliyi azaltmağa meyllənir.
Putin dövründə liberal dönüşun olacağı ağlabatan deyil. Ancaq Rusiyanın tarixi daima enişli-yoxuşlu mərhələlərdən ibarət olub: İosif Stalin dövründə diktatura, Nikita Xruşşov dövründə islahatlar, Leonid Brejnev dövründə sərtləşmə, Mixail Qorbaçov və Boris Yeltsin dövründə liberallaşma, Putin dövründə repressiya. Nə vaxt olacağını deyə bilmərik, amma Putin mərhələsindən geri dönüşün olacağı da mütləqdir.
Ukrayna ilə müharibə burada məxsusi rol oynaya bilər. 1853-1856-cı illərin uğursuz Krım müharibəsi təhkimlilərin azad edilməsinə, 1979-cu ildə Əfqanıstana hərbi müdaxilə isə 1980-ci illərdə Qorbaçovun yenidənqurma siyasətinə, islahatlara təkan vermişdi.
Amma Rusiya Ukraynada qələbə çalsa, repressiyalar dövrü uzana da bilər, vaxilə Stalinin nasist Almaniyası üzərində qələbəsi bu cür nəticələnmişdi.
Rusiyada müsbət dəyişikliyin baş verəcəyinə Qərbdə yaranmış ümidlərin puç çıxması hallarına tarixdə çox rast gəlinir.
1982-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) keçmiş rəhbəri Yuri Andropov Leonid Brejnevi əvəzləyəndə yeni rəhbərin caz musiqisini və bir az da viskini sevdiyi barədə şayiələr Qərb ölkələrinə ayaq açmışdı. Bu, SSRİ-nin Qərblə münasibətlərində irəliləyişin olacağına ümid yaradırdı. Olmadı. O şayiələr Qərbə Moskvadan yayılırdı, hərçənd belə söz-söhbətləri təsdiqləyəcək yetərli dəlillər yox idi.
2008-ci ildə Putin Rusiya prezidenti postunu müvəqqəti tərk edib öz yerinə dörd illiyə Dmitri Medvedyevi gətirəndə Qərbdəkilər yenə başlamışdılar ki, Kremlin yeni rəhbəri Britaniyanın “Deep Purple†rok qrupunun pərəstişkarıdır.
Qərb Medvedyevə öhdəsindən gələ biləcəyi bir keçmiş kommunist kimi baxırdı. Bu düşüncə, bu ümid də yanlış çıxdı. Medvedyev indi sosial şəbəkələrdə Rusiyanın düşmənlərini “əclaf və yaramaz†kimi qələmə verən rəzil bir Kreml təbliğatçısına çevrilib.
Putinin hakimiyyət strukturlarının qeyri-müəyyən xarakteri tarixi mərhələnin növbəti raundunun kimin simasında təcəssüm edəcəyini proqnozlaşdırmağa imkan vermir. Ordu və təhlükəsizlik qüvvələrinin əlində böyük səlahiyyətlər cəmlənib. Lakin “Putinin aşpazı†adlandırılan iş adamı Yevgeni Priqojin kimi elə nüfuzlu fiqurlar var ki, onlar rəsmən heç bir dövlət postunda oturmurlar.
Sovet İttifaqı Kommunist Partiyasında, o dövrün nazirliklərində, elmi-tədqiqat institutlarında sərt iyerarxiya hökm sürürdü. Qərb ekspertləri bu iyerarxiya pilləsində islahatçı adamların yüksəlişini izləyə bilirdilər.
Hələ yenidənqurma başlamazdan əvvəl Qərb ekspertləri Qorbaçovu, onun silahdaşı Aleksandr Yakovlevi, iqtisadçı Abel Aqanbekyan və sosioloq Tatyana Zaslavskaya kimi alimləri xüsusi fiqurlar kimi seçib qeyd edə bilmişdilər.
Putinin 22 illik hakimiyyəti dövründə bəlkə də ən çox etimad göstəriləcək islahatçı lider vaxtilə baş nazirin müavini olmuş Boris Nemtsov idi. 2015-ci ildə Nemtsov Kremlin divarları yaxınlığında güllələndi.
Putin rejiminin ən çox əleyhinə çıxan digər bir fiqur isə müxalif siyasətçi Aleksey Navalnıdır. 2020-ci ildə Navalnını zəhərlədilər, 2021-dən isə o, həbsdədir.
Keçmişi indidən fərqləndirən bir cəhət də nəsillərin dəyişməsidir. 1980-ci illərdə islahatlara stimul verən nəsil daha sərbəst bir dövrdə – Xruşşov dövründə böyümüş “1960-cı illərin uşaqları†idi.
Bu gün bir çox rusiyalı liberalizm deyəndə gözünün qabağına Sovet İttifaqının dağılmasını və Yeltsin dövrünün nizamsız demokratiyasını gətirir. Bu təcrübəni onlar gənclik dövründə qazanıblar, yəni onların nəzərində liberalizm ləkələnib.
Ona görə güman ki, yeni dövrün islahatçıları Putin rejimində böyümüş və onun yürütdüyü siyasətdən xacalət çəkən daha gənc nəsilin nümayəndələri arasından çıxacaq.
Qarşıda bizi nə gözləyir gözləsin, Qərb anlamalıdır ki, onun Rusiyanın daxili siyasi kursunu yönəltmək imkanı məhduddur. İmperiya instinktlərindən qurtulan, öz xalqının həyatını yaxşılaşdırmağa köklənən Rusiya, sözsüz ki, Qərbin maraqlarına uyğun bir Rusiya olardı. Ancaq köhnə idarəçilik ənənələri və yaxın keçmişi göstərir ki, Rusiya sonda yenə öz yolunu özü seçir.
Xəbərin oxunma sayı : 856
Dünya
Xəbərlər
-
300 min manatlıq dələduzluq - Onlarla şikayətçi və həbs edilənlər var
-
Prezident Dublində onlarla görüşdü - FOTOLAR
-
Sükan arxasında ağıllı saat işlədənlər də cərimə olunsun - TƏKLİF
-
Bakıda dəmir yolu xəttinin bərpası üçün evlər və obyektlər sökülür - VİDEO
-
Ebola ilə mübarizə aparan 55 tibb işçisi həyatını itirib - Konqoda
-
Türkiyədə hərbi helikopter qəzaya uğradı - 4 nəfər həlak oldu
-
Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirildi - FOTO
-
Məşhur icra başçısının oğlu məhkəmədə DİNDİRİLDİ - Siqaret qaçaqmalçılarının İŞİ
-
Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək
-
Bakı təhsilinin şefinin rəfiqə və qohum şəbəkəsi - BŞTİ-dəa nə baş verir?!
-
“Nvidia” rəhbəri Yensen Huanq istefa verdi - Çin kəşfiyyatı qalmaqalına görə
-
Məhkəmə general qızı ilə bağlı qərar verdi - Ev dustaqlığına buraxıldı
-
Hakim ərini baltalayan qadını qəfəsdən çıxardı - BAKIDA
-
Azərbaycanda bu məhsullar bahalaşıb - Siyahı
-
Yüksək vəzifəyə təyin olunmuşdu - 23 gün sonra işsiz qaldı
-
Qarabağa görə KTMT-dən kömək istəməmişik! - İrəvan Moskvaya cavab verdi
-
ADSEA-da ikinci maaş iddiası: Zaur Mikayılov idarə rəislərinə əlavə 5000 manat paket verir?
-
“İranla razılaşmaya ehtiyacımız yoxdur” - Donald Tramp
-
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı - Personal çıxarıldı
-
ABŞ Ukrayna üçün “Starshield“in sürətini yenidən azaltdı - Zelenskidən etiraz
-
Sabiq komitə sədrinin otelini alan olmadı - Qiyməti 1,3 milyon endirildi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezident İlham Əliyev Maya Sandu ilə görüşüb - FOTO
-
Teymur Musayevə yeni vəzifə verildi - Əsədov qərar imzaladı
-
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirdi - Video
-
Prezident “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak edir - Fotolar
-
Bakının mərkəzində “yaşıl soyqırım“ - yenə Əsabil Qasımovun adı...
-
Matviyenko İrəvana xəbərdarlıq etdi: “KTMT-dən çıxarsa...“
-
İlham Əliyev Dublində Zelenski ilə görüşdü - FOTOLAR
-
Bu şəxslər üçün şad xəbər: Elektrik xərcinin yarısını dövlət ödəyəcək
-
Zabratda sənədsiz toyuq əti satan müəssisə bağlandı - Fotolar
-
İşlənmiş maşınlar ucuzlaşa bilər - yeni qaydalar gəlir
-
“Qaya” restoranı sahəsini qanunsuz artırdı - VİDEO
-
Son 76 ildə ömür uzunluğu hansı ölkədə nə qədər artıb? – Siyahı
-
Ardadan “Real”a rədd cavabı: 22 milyon maaşla bu kluba keçir
-
DİN və ETSN birgə əməliyyat keçirdi: 150 illik ağacları kəsən 6 nəfər tutuldu (VİDEO)
-
Keçmiş nazir aeroportda saxlanıldı – Korrupsiyada ittiham olunur
-
Mədəniyyət, idman və gənclər siyasətinə 643 milyon manat ayrılacaq - Xərclərin bölgüsü
-
Bakı Hərbi Məhkəməsində səs-küylü iş - 7 nəfər hakim qarşısında
-
“Putin NATO”su belə güclənməyə qərar verdi - yeni hərbi plan
-
Tanışının övladını həbsdən azad edəcəyi vədi verdi, özü həbsdə qaldı - TƏFƏRRÜAT
-
Məmməd Musayevin qardaşı oğlu şirkətinin əmlakını satır - DETALLAR
-
Sankt-Peterburqda avtomobil partladıldı - Hərbçi həlak oldu
-
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - FOTO
-
Kartof sahələrində xəstəliklərin əsas səbəbi dərmanların təsirsiz olmasıdır? - VİDEO
-
Azərbaycanda ən çox və ən az maaş verilən sahələr - Statistika
-
Bakıda vətəndaşların mənzilləri bir neçə dəfə satışa necə çıxarılıb? - VİDEO
-
İran ayda 50 ballistik raket istehsal edə bilər - “Bloomberg“
-
Pekindən Vaşinqtona mühüm zəng: Çin ABŞ-la nələri müzakirə etmək istəyir?
-
Millətlər Liqasında V tur başlayır: Türkiyə Belçika, İtaliya Fransaya qarşı
-
General Natiq Əliyevin qızı saxlanıldı - Dələduzluğa görə
-
Sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var
-
Avtomobil icarəsi ilə məşğul olan şəxslərə xəbərdarlıq - VİDEO
-
“Rusiya ilə ilin sonunadək razılaşma əldə etmək mümkündür“ - Zelenski
-
Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - FOTO
-
Tehran şərtlərini irəli sürüb, indi növbə Vaşinqtondadır - Qalibaf
-
Bakıda yeni söküntüyə görə 4000 manatdan kompensasiya verilir - VİDEO
-
Azərbaycan bank sektorunu silkələyən sensasion faktlar - Rauf Kazımovun offşor izi
-
Müğənni Dənizin qazinin haqqına göz dikən əlillik alveri – MƏHKƏMƏ İŞİ
-
Prezident və birinci xanım Türkiyəyə səfərə yollandı - FOTOLAR
-
Mesut Özil Ukraynanın “qara siyahı”sına düşdü - SƏBƏB
-
Sabiq Baş nazirin qardaşı saxlanılıb - İnsan alverinə görə
-
Azərbaycanlı biznesmenə hökm oxundu: 141 milyonluq mülkünə həbs qoyuldu
-
Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü
-
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
-
Nazirliyinin tabeliyindəki Mərkəzdə yeni rəhbər təyinatı - FOTO
-
Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? - VİDEO
-
Türkiyə ilə Azərbaycan arasında ayrılıq salmaq cəhdləri nəticəsiz qalacaq - Ərdoğan
-
Rubio İranın şərtlərini “cəfəngiyyat“ adlandırdı - ABŞ-Tehran münasibətləri dalana dirənib
-
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı kəskin artıb - RƏQƏMLƏR
-
Zaporojye cəbhəsində kəskin ziddiyyət: Rusiya bir söz deyir, Ukrayna başqa
-
“Ermənistan Aİ-yə üzvlük məsələsində əvvəlcə referendum keçirməlidir” - Rəsmi Moskva
-
ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir - “The Washington Post“
-
Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - Video
-
İnternet axşamlar niyə zəifləyir? - Sürəti artırmaq üçün sadə üsullar
-
Avropa liderləri Əbu-Dabi danışıqlarına qatılır - Fransadan açıqlama
-
Bakıda “QAZ-3110“la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı
-
Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
-
Yeməkdən sonra yuxulamağın səbəbi bəlli oldu - Bu qidaları azaldın
-
Hansı rayonlara qar yağır? - Faktiki hava açıqlandı
-
Arvadına xəyanət edən milyarder dünyanın gündəmində - Ermənistanda milyardlarla dollarlıq layihə!
-
Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - FOTO
-
“Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun” - Abbas Əraqçi
-
Azərbaycanda 2,2 milyardlıq turist xərcləri - Ən böyük pay bu ölkənindir
-
Moldova Rusiya qazından tamamilə imtina edib - Sandu
-
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
-
İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir - Tramp
-
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib - FOTO
-
“Eşq olsun Azərbaycan Bayrağına!” - VİDEO
-
Azərbaycanda Dövlət Bayrağı Günüdür
-
Bakıda Zəfər Günü konserti möhtəşəm atəşfəşanlıqla yekunlaşıb - Fotolar
-
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - FOTOLAR
-
Xankəndidə Prezidentin adından ziyafət verildi - FOTOLAR
-
“Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin“ - İlham Əliyev
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - VİDEO/FOTO
-
Şuşadan liderlərin səmimi görüntüləri - FOTOLAR
-
“İngilis dili öyrənmək Qərbə təslim olmaqdır” - İLGİNC AÇIQLAMA
-
Bakı və Abşeron yarımadasında hava - yağış yağacaq, şimşək çaxacaq
-
Hər kəs xeyirli hesab edir: ən riskli ət növü açıqlandı
-
Ərdoğan Azərbaycana gəldi - Əliyev Füzulidə qarşıladı - Video
-
“Xankəndidə də Zəfər Muzeyi olacaq“ - İlham Əliyev
-
“Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan!“ - Türkiyə MMN
-
Dünyanın nüvə arsenalı açıqlanıb – Çin, Hindistan və Pakistan ehtiyatlarını artırıb
-
“Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi“ - İlham Əliyev
-
İlham Əliyev Xankəndidə Zəfər abidəsini ziyarət etdi - FOTOLAR
-
Qəbir yerlərini rezervasiya edənləri böyük məbləğdə cərimə gözləyir - VİDEO
-
Prezident xalqa müraciət etdi - VİDEO/FOTOLAR
-
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü - FOTOLAR
-
Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar - Mətbuat Şurası
-
“Biz həmişə Azərbaycanın yanındayıq“ - Məhəmməd Şahbaz Şərif
-
Türkiyə XİN-dən Azərbaycana təbrik - FOTO
-
Postmüharibə dövründə şəhid ailələrinə göstərilən xidmətlərin sayı AÇIQLANDI
-
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət etdilər - Fotolar
-
“Toretto“ restoranının fəaliyyətindən narazılıq var - VİDEO
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Beyləqanda Zəfər Günü qeyd edildi - FOTOLAR
-
Mehriban Əliyeva Zəfər Günü münasibətilə paylaşım etdi - FOTO
-
Şuşanın azad olunmasından 6 il ötür
-
Bu gün Azərbaycanda Zəfər Günüdür
-
Küləkli hava ilə bağlı gəmilərə - Xəbərdarlıq
TOP 10
ARXİV






