| |
|
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
Qəbiristanlıqda gecə şok olay: “Burada heç kəs yoxdu, dediyimi etməsən...“
Tarix 10.09.24, 18:49 |
|
Abşeron rayonunda 1990-cı il təvəllüdlü Azər Nuranəni (adlar şərti verilib - red.) zorlayıb, ona qarşı seksual xarakterli hərəkətlər edib.
Azər 18 sentyabr 2021-ci ildə “Rent A Car” 211” MMC ilə bağlanmış icarə müqaviləsi əsasında idarə etdiyi “Hyundai Sonata” markalı minik avtomobil ilə həmin il sentyabrın 20-də saat 21 radələrində Bakı-Sumqayıt şossesində hərəkətdə olarkən Xırdalan şəhər qəbiristanlığının yanından keçməklə yaşadığı evə getmək istəyib.
Bu zaman o, sahibsiz itlərdən qorxub dayanmış 1997-ci il təvəllüdlü Nuranəni görüb. Maşını qızın yanına sürüb. Nuranənin itlərdən qorxduğunu başa düşüb, ona maşına oturmağı təklif edib.
“Sənə kömək edirəm, qarşılığını verməlisən”
Nuranənin təklifi təkrar rədd etməsindən sonra onu nəqliyyat vasitəsinə mindirmək, öz cinsi ehtirasını zor tətbiqilə ödəmək qərarına gəlib. Əlini maşının sükanına vurub, “sənə demirəm, gəl otur” deyə niyyətinin icrasına başlayıb.
Daha sonra aşağı düşərək Nuranənin başından tutub və onu maşının arxa oturacağına itələməklə zor tətbiq edib. Qapını örtərkən Nuranənin sağ ayağı qapının arasında qalıb və qançır xəsarəti alıb.
Azər Nuranənin onun zorakı hərəkətlərinə etiraz etməsinə baxmayaraq “kəs səsini, mən sənə kömək edirəm, bunun qarşılığını verməlisən” deyib, maşının qapılarını mərkəzi kiliddən bağlayıb və qəbiristanlığın ərazisinə sürüb. O, yolda “bura qəbiristanlıqdır, yaxşı qız burada durmaz, sənin kimilərin mən çox görmüşəm” söyləyib, onu yüngül həyat tərzi keçirməkdə ittiham edib.
Nuranənin yalvarışlarına məhəl qoymayıb, qəbirstanlığın içərisində, yolun olmadığı yerdə maşını saxlayıb. Sonra Nuranəyə maşının qabaq oturacağına keçərək cinsi ehtirasını təmin etmək üçün ona “köməklik göstərməsi”ni, əks təqdirdə onu buraxmayacağını bildirib.
Azər cinsi ehtirasını ödəmək üçün Nuranəyə seksual xarakterli iyrənc hərəkətlər etməsini təklif edib. Qız avtomobildən düşərək qaçmaq məqsədilə onunla razılaşdığını bildirib. Maşının qapıları mərkəzi kiliddən açıldıqdan sonra aşağı düşərək qəbiristanlığın içərisinə doğru qaçıb, əlində olan telefonla bacısı Nigara zəng vuraraq telefonu cibinə qoyub.
"Bura kimsəsiz yerdir, etiraz eləsən..."
Azər Nuranənin arxasınca qaçaraq saçından tutub, yenidən maşının sağ arxa qapısından içəri itələyərək özü də onun yanında əyləşib. Ona “canını qurtara bilməyəcəyini” deyib, iradəsini qırmaq üçün saçını yolub, üz və baş nahiyələrinə şillə ilə vurub. Buranın kimsəsiz yer olduğunun, cinsi ehtirasını təmin etməyəcəyi təqdirdə onu öldürüb, qəbiristanlığa atacağını və meyiti heç kimin tapmayacağını deyib.
Daha sonra sol əli ilə qızın belini qucaqlayıb, sağ əli ilə saçını, boynunu sığallayıb, üz, boyun və boğazından öpüb. Təxminən 10-12 dəqiqə müddətində Nuranəyə qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib, əynindəki şalvarın ön hissəsini açaraq aşağı çəkməyə çalışıb.
Qızın yalvarmasına, qışqırmasına və ağlamasına məhəl qoymayaraq nalayiq ifadələrlə onu təhqir edib, istədiyi formada dayanmağı tələb edib, qeyri-təbii yolla cinsi ehtirasını ödəyib.
Bundan təxminən 10 dəqiqə sonra avtomobilin salonunda Nuranənin sinəsindən itələyərək, onu arxası üstə oturacağa uzadıb. Bir daha müqavimətini qıraraq özü üçün zərərsiz hala gətirib.
Nuranəyə qarşı zor tətbiq etməklə onu zorlayıb.
Həbs edildi, narkotik aşkarlandı
21 sentyabr 2021-ci ildə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azər Mehdiabad qəsəbəsində saxlanılıb.
O, rayon polis idarəsinə gətirildikdən sonra avtomobilə baxış keçirilən zaman arxa oturacağın alt hissəsindən ümumi çəkisi 2,950 qram olan heroin aşkar edilib.
Həmçinin avtomobildən ov bıçağı, üzərində heroin izləri olan elektron tərəzi aşkar olunaraq götürülüb.
İstintaq orqanı tərəfindən Azərin barəsində Cinayət Məcəlləsinin 149.2.4 (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama), 150.1 (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə), 228.4 (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.
“Ailəsinin dindar olduğunu dedi”
Cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Azər bildirib ki, 19 sentyabr 2021-cidə qardaşının dostu Vüsal adlı şəxslə birlikdə olub, avtomobillə Sumqayıt şəhərinə gedib: “Masazır dairəsi deyilən yerdən keçərkən Vüsal tanış şəxslə görüşəcəyini, 5 dəqiqəyə qayıdacağını dedi. O, maşından düşdükdən sonra avtomobili 10 metr arxaya sürdüm.
Bu vaxt bir qadının divar kənarı ilə təlaşlı şəkildə gəldiyini gördüm. Ondan nə isə lazım olub-olmadığını soruşdum. İtlərin yanından keçə bilmədiyini dedi, kömək etməyimi xahiş elədi.
Özü avtomobilin sağ arxa tərəfinin qapısını açaraq avtomobilə əyləşdi. Ondan hara gedəcəyini soruşdum. “Kənd Xırdalan”a gedəcəyini bilduirdi. Mən həmin yeri tanımadığım üçün qadına içəri tərəfə getməli olduğunu söylədim. Həmin yerlərdə it olmadığını görəndə qadından nə məsələ olduğunu soruşdum. Dedim ki, bilmirəm sən burda niyə durmusan... Qadın ailəsinin dindar olduğunu bildirdi.
Qadına onu qapıların girəcəyinə qədər aparacağımı söylədim. Bu vaxt o, “saxla, mən burada düşəcəm” dedi. Avtomobili saxladıqda isə qaçaraq getdi. Yolum eyni olduğu üçün maşını onun arxasınca sürdüm”.
“Avtomobildən tərəzi və bıçaq aşkar edildi”
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra kəndin içərisindən çıxıb və öz yolu ilə gedib:
“Masazır dairəsindən çıxaraq Xocasənə, "20 Yanvar"a, "Memar Əcəmi"yə, Ayna Sultanovaya və oradan da Mehdiabad qəsəbəsinə getdim.
Mehdiabad qəsəbəsində avtomobilimi saxladım. Bu zaman bir nəfər avtomobilin şüşəsini döydü və mənə maşının təkərinin buraxdığını söylədi. Daha sonra avtomobilin qarşısına üç polis əməkdaşı gəldi. İlk başda onların polis olduqlarını anlamadım. Biri mənim telefonumu əlimdən aldı, digər isə qollarımı qandallayaraq avtomobilə saldı.
Video-çəkililşlə avtomobildən tərəzi, büküm və bıçaq aşkar edildi. Lakin bir tək bıçaq mənə məxsus idi. Polis bölməsinə girərkən həmin qadını, yəni Nuranəni ailəsi ilə birlikdə orada gördüm”.
“Dedi ki, mən qız uşağıyam, atam axunddur”
Təqsirləndirilən şəxs suallara cavabda öz maşını xarab olduğu üçün hadisədən bir gün əvvəl icarəyə avtomobil götürdüyünü, taksi sürücüsü kimi çalışmadığını, Nuranəni əvvəllər tanımadığını, onu hadisə günü 19-21 radələrində gördüyünü bildirib: “O, mənə küçədə itlərin olduğunu söylədi. Amma orada küçə itləri yox idi.
Qadına onu evinin qapısında düşərəcəyimi dedim. Bu zaman qışqıraraq avtomobili saxlamağımı istədi. Mən avtomobili saxladım, Nuranə aşağı düşdü. Hadisə günü onun əynində göy rəngdə paltar vardı, söhbətimiz təxminən 10 dəqiqə çəkdi.
Mən həndəvərdə itlərin olmadığını gördüm və Nuranəyə “burada it yoxdur, əgər görüşmək məqsədilə yolda dayanmısansa, mən istəmirəm” dedim. O da dedi ki, mən qız uşağıyam, atam axunddur”.
“Ailəmdən 100 min manat pul istəyib”
Azər deyib ki, hadisə günü Nuranə ilə aralarında heç bir fiziki təmas olmayıb. Aşkarlanan bıçaqlardan biri ona məxsus olub, həmin bıçağı həmişə üzərində gəzdirib:
“Narkotik istifadəçisi olmamışam. mobil nömrəmlə narkotik vasitənin alqı-satqısı ilə bağlı danışıq aparmamışam. Həmçinin hadisədən sonra Nuranənin qardaşımla danışıqları olub. O, qardaşımdan pul istəyib.
Ailəm Nuranənin ailəsi ilə görüşüb. Görüşün səbəbi Nuranəgilin nə üçün belə etdiyini müəyyənləşdirməkmiş. Onun ailəsi mənim ailəmdən 100.000 manat pul istəyib”.
Azər qeyd edib ki, hadisə zamanı Nuranənin yaşadığı ev qəbiristanlığın yanında olduğu üçün oraya gedib, Nuranənin ağ avtomobili idarə edən bir şəxslə danışdığını görüb: “20-30 metr getdikdən sonra arxamca avtomobil gəldiyini gördüm. Maşının qeydiyyat nömrəsini xatırlamıram. Polis əməkdaşları məni tutan zaman qollarımı qandalladılar, məni başqa avtomobilə əyləşdirdilər. Mənim maşınımı isə başqa polis əməkdaşı sürdü. Axşam saat 11-12 radələrində polis bölməsinə gətirildim. Üzərimdə və avtomobilimdə narkotik vasitə yox idi”.
Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə iclaslarında danışdıqları arasında ziddiyyətlər müəyyən edilib.
Bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə açıqlanıb.
“Pul almaq üçün Saray qəsəbəsinə getdim”
Azər ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, 19 sentyabr 2021-ci ildə saat 20 radələrində şəxsi işlərini görmək üçün Nizami rayonu ərazisində yerləşən “Rent A Car” 211” MMC-dən 50 manat pul müqabilində “Hyundai Sonata” markalı avtomobili icarəyə götürüb:
“Həmin avtomobillə Mehdiabad qəsəbəsində yaşayan dostum Elmargilə getdim, gecəni orada qaldım. Sentyabrın 20-də təxminən saat 14 radələrində yuxudan ayıldım və şəxsi işlərim üçün şəhərə getməyi planlaşdırdım. Elmar da mənimlə getmək istədiyini bildirdi.
Elmar əlində elektron tərəzi avtomobilimə əyləşdi.Hərəkət etmək istəyəndə Elmarın evinə usta gəldi. Elmar avtomobildən düşsə də, tərəzi avtomobildə qaldı. Mən gözləmədim və oradan getdim. Dostum Süleymanla görüşüb ondan pul almaq üçün Saray qəsəbəsinə getdim. Görüşə bilmədiyim üçün Bakı-Sumqayıt şossesi ilə "Memar Əcəmi" metrostansiyasının yaxınlığına Elmarın işlətdiyi lombarda getmək və ondan pul alaraq avtomobilin icarə haqqını ödəmək istədim.
Lakin Elmar işdə olmadığından Mehdiabad qəsəbəsi ərazisində çayxana işlədən qardaşımın yanına getdim. Ondan avtomobilin icarə haqqını ödəmək üçün 50 manat pul almaq istədim. Obyektin qarşısında olan zaman polis əməkdaşları məni avtomobilin içərisində saxladı və Abşeron Rayon Polis İdarəsinə gətirdilər.
Vəkilin iştirakı ilə videoçəkilişlə üzərimə şəxsi axtarış və avtomobilə baxış keçirildi. Bu zaman avtomobildən Elmarın səhər avtomobildə unutduğu tərəzi, arxa oturacağın alt hissəsindən şəffaf rəngli sellofana bükülmüş narkotik vasitəyə oxşar maddə və 2 ədəd cib bıçağı aşkar edildi.
Narkotik vasitə mənə məxsus olmayıb. Tərəzi isə qızıl alışı və satışı ilə məşğul olan dostum Elmarındır”.
“İnsanlıq ölməyib ki, gəl aparım”
İş üzrə zərərçəkmiş qismində ifadə verən Nuranənin sözlərinə görə, 20 sentyabr 2021-ci ildə saat 19:00–da işdən çıxdıqdan sonra təxminən 10 dəqiqə gözlədikdən sonra avtobusa minərək 3-cü mikrorayona gəlib, “Memar Əcəmi” metrostansiyasının yaxınlığında avtobusdan düşüb:
“Bir az irəlilədikdən sonra Xırdalan şəhərinə gedən avtobusa mindim. Avtobusdan düşdüyüm yerdə çox vaxt küçə itləri olur. İtlərdən qorxduğum üçün bir neçə dəfə həmin ərazidən keçən qadınların köməyi ilə oradan getmişəm.
Hadisə günü də qarşıma it çıxdı, mənə tərəf hürdü. Ərazidən keçmək üçün kiminsə gəlməsini gözlədim. Bu vaxt qara rəngli bir avtomobil qəbiristanlığın qapısına tərəf getdi. Sonra isə yanımda saxladı. Sürücü Azər pəncərəni aşağı endirdi və mənə “burda niyə dayanmısan, itlərdən qorxursan?” deyə soruşdu. Mən də itlərdən qorxduğumu dedim.
Daha sonra maşını daha yaxın məsafəyə sürərək “mən sənə kömək edə bilərəm, gəl səni aparım, narahat olma” dedi. Mən ehtiyac olmadığını, həmin ərazidən keçən şəxslərdən biri ilə oradan gedəcəyimi bildirdim. Buna baxmayaraq Azər “insanlıq ölməyib ki, gəl aparım” deyib təkid etdi.
Azərə israrla avtomobilə minmək istəmədiyimi bildirdim. Bu vaxt əlini avtomobilin sükanına vuraraq “sənə demirəm gəl otur?” dedi. Onun səs tonu və hərəkətlərindən narahatlıq keçirdim. Arxaya dönərək getmək istədim. O, avtomobildən düşərək saçımdan tutdu və arxa qapını açaraq məni içəri itələdi, qapını örtəndə ayağım qapının arasında qaldı”.
“Qəfildən məni boğmağa başladı”
Zərərçəkmiş qeyd edib ki, Azər özü də sükan arxasına əyləşib, qapıları mərkəzi kiliddən bağlayıb və maşını sürməyə başlayıb: “Qışqıraraq məni hara apardığını, həmin yolun evimizin yolu olmadığını dedim. Azər də mənə kömək etdiyini, köməyin bir qarşılığı olmalı olduğunu söylədi.
Maşından məni düşürməyini, nə istəsə ona verəcəyimi dedim. Azər maşını qəbiristanlığın açıq olan qapısından içəri sürdü. Yolboyu məni düşürməsi üçün yalvarardım. Dedi, sən yaxşı qız olsaydın, gecə vaxtı burda dayanmazdın. Mən namaz qıldığımı, atamın da məsciddə işlədiyini, pis qız olmadığımı söylədim. Azər mənə “zarıma” deyərək nalayiq ifadələrlə təhqir etdi.
Sonra mənə “səni onsuz da buraxmayacam, vəziyyətim pisdi, mənə kömək etməlisən” deyərək maşını artıq irəliyə yol olmayan bir yerdə saxladi. Mənə “keç qabağa, mənə kömək etməlisən, səni buraxmayacam, istədyimi elə, buraxım” dedi. Mən da “yaxşı, qapını aç, keçim qabağa” dedim. Qapı açılan zaman avtomobildən düşərək qaçdım. Tez bacıma zəng vuraraq telefonu cibimə qoydum.
Azər arxamca qaçaraq mənə çatdı. Saçımdan tutaraq nalayiq ifadələrlə təhqir edə-edə yenidən avtomobilə oturtdu. Özü də yanımda əyləşdi. Məni döydü, nalayiq ifadələrlə təhqir etdi.
“Sən özünü nə hesab edirsən, məndən canını qurtara biləcəyini düşünürsən?” sözlərilə təhdid etdi. Sonra saçımı sığalladı, əli ilə bədənimin üst və alt tərəflərinə toxunaraq qəfildən məni boğmağa başladı. Həmin boğulma vəziyyətim 2-3 dəqiqə çəkdi”.
“Sən məni zibilə saldın...”
Zərərçəkmiş qeyd edib ki, daha sonra onu avtomobilin pəncərəsi tərəfə çevirib və istədiyi kimi dayanması üçün vurmağa başlayıb: “Əynimdəki şalvarı aşağıya çəkdi, özü də soyunaraq boynumu aşağıya doğru basaraq mənimlə cinsi əlaqədə oldu. Daha sonra mənə qarşı iyrənc seksual xarakterli hərəkətlər etməyə başladı.
Daha sonra dedi ki, səndən xoşum gəldi, istəyirəm ki, səninlə münasibətim olsun, bilirəm ki, qız uşağı deyilsən, mən sənin kimi mələk sifətində çox qız görmüşəm, özlərini mələk kimi aparırlar.
Sonra məni itələyərək arxası üstə avtomobilin üzərinə uzatdı, yumruqla çiynimdən zərbə vurdu. Zərbənin təsirindən ona müqavimət göstərə bilmədim. Üzərimə uzanaraq mənimlə təbii yolla cinsi əlaqədə oldu. Bu əlaqədə sonra məndən qan gəldi. Azər “sən məni zibilə saldın” dedi.
Sonra dedi ki, bu barədə heç kimə bir söz demə, yoxsa sənin üçün başqa cür olacaq. Daha sonra avtomobili qəbiristanlığın darvazasının yanında saxladı, düşüb getməyimi istədi.
Mən düşmək istəyərkən qapıların bağlı olduğunu gördüm. Azər isə qapının açıq olduğunu dedi. Mən yenidən qapının bağlı olduğunu bildirdim. Azər boynumun arxasından şillə ilə vuraraq “sənə deyirəm qapı açıqdır” dedi. Qapının bağlı olduğunu görəndə açdı. Mən maşından düşərək getdim.
Bir dəfə arxaya çönərək baxdım. Bu vaxt Azərin maşını sürətlə üstümə sürdüyünü gördüm və evimiz olduğu tərəfə qaçdım. Bu vaxt içərisində iki nəfər şəxs olan ağ rəngli avtomobil mənə yaxınlaşdı.
Avtomobildə olan şəxs “o maşın sizin arxanızca gəlirdi, nə isə lazımdırmı” deyə soruşdular. Həmin avtomobil getdikdən sonra anamgil yanıma çatdı”.
“Hadisəni natamam danışdım”
Zərərçəkmiş bildirib ki, geriyə baxdığı zaman avtomobilin qeydiyyat nömrəsini yadında saxlayıb: “Ailəmdən, qonşulardan, ictimai qınaqdan, atamın Azərə, onun ailə üzvlərinə nəsə etməsindən qorxduğum üçün ailə üzvlərimə baş verənləri natamam danışdım.
Həmin şəxsin məni sadəcə öpərək bədənimin müxtəlif nahiyələrini sığalladığını dedim. Azərin mənimlə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmasını demədim. Hadisə vaxtı əynimdə olan alt paltarı, şalvar qana bulaşdığından evə gəldikdən sonra ailə üzvlərim görməsin deyə onları dəyişdim, alt paltarımı atdım, şalvarımı isə dəfələrlə yudum. Daha sonra ailə üzvlərim ilə birlikdə polis bölməsinə getdik”.
Məhkəmənin hökmü ilə Azər 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsin bəraət istəməsi barədə verdiyi şikayət təmin edilməyib. Amma birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Onun cəzası 10 ilə endirilib.
Bu qərardan narazı qalan təqsirləndirilən şəxs Ali Məhkəməyə kasasiya şikayəti verib. Onun şikayətinin araşdıran hakimlər heyəti sonda qərar verib. Qərara görə, təqsirləndirilən şəxsin kasasiya şikayəti təmin edilməyib./Teleqraf.com
Xəbərin oxunma sayı : 640
Hadisə
Xəbərlər
-
İsti havada qəbul edilən bəzi dərmanlar fəsadlar törədə bilər - VİDEO
-
Müharibədə 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həlak olub - “Reuters“
-
BMT-dən dəhşətli xəbərdarlıq - 49 milyon insan ac qala bilər
-
“Wildberries” anbar tutumunun üçdə birini itirib - 21-ci hücum
-
“Sea Breeze“də mənzil qiymətləri necə dəyişir? - Qiymətlər
-
Bakıda ticarət mərkəzində FACİƏ: liftin şaxtasına düşüb öldü
-
Pentaqondan kritik addım: Rusiya və Çinə qarşı yeni plan
-
Naxçıvan Şəhər Poliklinikasında tibbi arayış 60-80 manata satılır? - VİDEO
-
Kolleclərdə ən yüksək təhsil haqqı olan ixtisaslar - SİYAHI
-
"Yəhudi David Seliverstov" Kazım Abbasov çıxdı! - Bir dələduzla bağlı SENSASİON detallar
-
Tərtərdə qəbiristanlıqda məzarlar talan edilib - VİDEO
-
Abşeron Xəstəxanasının acınacaqlı vəziyyəti - Yemək iyi bürüyən otaqlarda xəstə qəbulu...
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nigar Fərhadın əri həbs edildi - Külli miqdarda dələduzluq
-
İrandan Britaniyaya tiryək aparmaq istədilər - Naxçıvanda saxlandı
-
“Şimali Koreya raket kompleksləri Ukrayna üçün qanuni hədəfə çevriləcək” - Sibiqa
-
Metroya və universitetlərə yaxın ev axtaranların diqqətinə: Kirayə bazarında son vəziyyət
-
Keçmiş Rusiya və Avropa rəsmiləri Ukrayna ilə bağlı gizli görüş keçirib - Bloomberg
-
Bakıdan “İsrail bazası“ iddialarına sərt cavab: “Addım-addım gəzək, İsrailə aid nəsə varmı?“
-
Son 200 ildə dünya iqtisadiyyatının liderləri kimlər olub? - Siyahı
-
Türkiyə ordusunda bir ilk: Polkovnik Özlem Karapınar general oldu
-
Mərkəzi Bank yoxlama apardı: “Manato“ 50, rəhbəri 10 min manat cərimələndi
-
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
-
Bakı metrosunda yeni təyinatlar: Kimlər hansı stansiyaya rəis təyin olundu?
-
Maskın raketi Aya çırpılacaq - Yer üçün təhlükə varmı?
-
Azərbaycanda donuzlarla bağlı monitorinqlər keçiriləcək - AQTA
-
Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
-
Xocavəndə növbəti köç karvanı yola salındı - FOTOLAR
-
Ali Məhkəmənin hakimi təqaüdə göndərildi - FOTO
-
Bakıda qısamüddətli yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Hörmüz boğazı yaxın vaxtlarda yenidən açılacaq - Tramp
-
“Məni narahat edən rəqib yox, özümüzük“ - Qurban Qurbanov
-
Boşandıqdan sonra əmlak bölgüsü - Qanun nə deyir?
-
Yeni hərbi obyektlər istifadəyə verilib - FOTOLAR
-
Nəsimidə tikinti qalmaqalı: “7 ildir bizə əziyyət verirlər“ - VİDEO
-
Saatlıdakı dəhşətli olayın təfərrüatı: Dayısı polisə xəbər verdi, təcavüzkar həbs olundu
-
“ABŞ-İran danışıqlarının nəticələri 48 saat ərzində məlum olacaq” - Tramp
-
Ehtiyatlar rekord vurur, banklar qazanır - Kredit faizləri niyə düşmür?
-
“Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm“ dedi... - 26 minlik dələduzluq
-
Tanınmış həkimin səs yazısı yayıldı - Qanunsuz pul alır?
-
Azərbaycan nefti kəskin ucuzlaşdı - Yeni qiymət
-
Putin qalmaqallı qanuna imza atdı - Əmlaklar dondurulur, xidmətlər dayandırılır...
-
“Epidemiya nəzarətdən çıxır” - ÜST-dən xəbərdarlıq
-
Məşhur stadion baxımsız vəziyyətdə - Meydançanı kol-kos basıb (VİDEO)
-
Səudiyyə Ərəbistanı husilərlə danışıqlara başlayıb - “Bloomberg“
-
Ağdam-Xankəndi dəmir yolu və Füzuli-Xocavənd avtomobil yolu tikilir - VİDEO
-
ABŞ Kubaya çox sayda kəşfiyyatçı və vasitələr göndərib - “Politico“
-
Peşə Təhsili Agentliyi ilə bağlı iddialar: Təyinatlar şəxsi münasibətlərlə aparılıb?
-
Ötən ay 78 aptekdə yoxlama aparılıb - 11-də nöqsanlar aşkarlanıb
-
11 nəfərlik dəstənin içində dünya çempionu da var - 4 milyon ələ keçirilib
-
Suriya Rusiya neftinin idxalını azaltmağa razılaşıb - Reuters
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Pentaqon həyəcanda: Böhran üçün raket qalmadı
-
Əcnəbi turistlər bu il Şuşada neçə gecə qalıblar? - Siyahı
-
Yerin qravitasiyası yox olacaq? - AÇIQLAMA
-
Biznesmenlərin 3 milyon pulu... - 3 nəfərə hökm oxundu
-
Metronun əvəzinə bu avtobuslar işləyəcək - Siyahı-Video
-
ABŞ-dan İrana nüvə şərti: Uran ehtiyatları ilə bağlı yeni tələb irəli sürüldü
-
Eşqi Bağırova daha yüksək vəzifə - nazir postu verilə bilər
-
Gəncədə kişi oğlunun öldürüldüyü istixanaya gəldi - Mühafizəçini bıçaqladı
-
Tehrandan Vaşinqtona ultimatum: Blokada davam etsə, cavab sərt olacaq
-
Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək - VİDEO
-
Bu yüklərin gömrük rəsmiləşdirilməsi sadələşdiriləcək - FƏRMAN
-
Turizm təbliğatına milyonlarla vəsait xərclənir, amma turist sayı azalır - Təfərrüat
-
ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür - Ceyhun Bayramov
-
Ordubadın icra başçısı vəzifəsindən azad edildi - Yenisi təyin olundu
-
Prezident iki icra başçısı təyin etdi - SƏRƏNCAM
-
Ağcabədidə pambıq davası - Fermer “sahəni dolu vurub” dedi, şirkət isə...
-
Ceyhun Bayramov ATƏT sədri ilə geniş tərkibdə görüş keçirib - MÜZAKİRƏ
-
Paşinyan Simonyana “yox” deyib - Qərb tərəfdaşları onu “panikaya
-
Metroda Qırmızı və Yaşıl xətlər ayrılır: Hərəkət necə təşkil olunacaq?
-
İsrail Azərbaycanın mesajlarını ciddi qəbul etdi -Hikmət Hacıyev
-
Dünya kənd təsərrüfatı istehsalının 59 faizi 4 ölkənin payına düşür - Siyahı
-
“Amazon“ tarix yazdı: Şirkətin bazar dəyəri üç trilyon dolları ötdü
-
Kimlərə gələn aydan kompensasiya ödəniləcək? - Deputat açıqladı
-
Bu xəstəxananın direktoru da vəzifəsindən azad edildi - FOTO
-
Ermənistan Konstitusiyasından ərazi iddiaları çıxarılsa, sülh sazişi üçün problem qalmır - Hikmət Hacıyev
-
Ağdamdakı yanğını 29 yaşlı kişi belə törədibmiş - VİDEO
-
“Kütləvi ixtisarlarla bağlı yayılan iddialar həqiqəti əks etdirmir“ - SOCAR
-
MİDA daha 535 mənzili güzəştli şərtlərlə satışa çıxarır - ÜNVANLAR
-
“ABŞ ordusu İrana qarşı quru əməliyyatına hazırlaşırdı“ - Rezai
-
Elektromobillər üçün yeni enerjidoldurma məntəqələrinə ehtiyac var - VİDEO
-
Avtomobili olan ailələrin sayı hansı bölgələrdə daha çoxdur? - SİYAHI
-
Tanış olmaq adı ilə kişini soydu - Bakıda kuryoz oğurluq
-
Nazir Xankəndidə vətəndaş qəbulu keçirəcək - Bu tarixdə
-
Kamran Yusifova cinayət işi açıldı - İki ay əvvəl işdən çıxarılmışdı
-
Azərbaycanda kişilərin çəkisi 100 qram azalıb, qadınların çəkisi dəyişməz qalıb - RƏSMİ
-
Bakı Qızlar Universitetinin işçilərinin taleyi necə olacaq? - Nazirlikdən AÇIQLAMA
-
“Nazir mənə təşəkkür etmişdi, indi qatil, cani olmuşam...” - Sabiq idarə rəisinin MƏHKƏMƏSİ
-
Zelenski Umerovu yeni vəzifəyə təyin etdi - Yerinə isə Klimenkonu gətirdi
-
“Elektron kredit və zəmanət“ sisteminin Əsasnaməsi“ dəyişdi - QƏRAR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İnfantinonun kreslosu silkələnir: Avropa FIFA prezidentindən üz çevirir
-
“Algoritma“nın fəaliyyətində pozuntu aşkarlandı - AMB hərəkətə keçdi
-
Sandunun hədiyyə siyahısı - Zelenski, Tokayev və Paşinyanın göndərdikləri gündəm oldu
-
Xırdalanda ər-arvad arasında qanlı qarşıdurma: Hər ikisi həyatını itirdi
-
“Azərsun”un sığındığı professor - “Daşlı Bulaq” suyundakı 20 min manatlıq şübhəli əməliyyat
-
“İşçiləri qapıda soyundururdu“ - Baş nazirin arvadı ilə bağlı qalmaqallı iddialar
-
Magistraturada boş qalan yerlərin səbəbi: Məntiq suallarının sayı çoxdur?
-
Ailənin 3 üzvü batdı, bacı xilas olundu, qardaşın meyiti tapıldı - VİDEO
-
Xəstələr nə vaxt dərmanları pulsuz alacaqlar? - Araşdırma
-
“Dəyən ziyandan 30 min manat ödəmişəm“ - Sabiq məmur məhkəmədə ittihamlara cavab verdi
-
Su yoxdur, amma sayğac işləyir? - Məsələyə aydınlıq gətirildi
-
Azərbaycanda yeni informasiya sistemləri yaradılır - FƏRMAN
-
Magistraturaya qəbul olunanların nəzərinə: Qeydiyyat yalnız “mygov“ üzərindən aparılacaq
-
Fələstin səfirliyinə maliyyə yardımı göstəriləcək - Prezidentdən Fərman
-
Sahibkarlardan 200 min manat rüşvət aldılar - Rəis və müavin həbs edildi
-
Bakıda dəhşətli anlar - Avtomobillər torpağın altında qaldı + VİDEO
-
“Kartdan karta” əməliyyatlarına niyə limit qoyulub? - Rəsmi açıqlama
-
Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb
-
Prezident “Yeni Səngəçal“ yarımstansiyasının açılışında iştirak etdi - FOTOLAR
-
40 yeni qırıcı, milyardlarla dollarlıq müqavilə: “Forbes“ Azərbaycandan yazdı
-
Ağdərədə mina partladı: İki nəfər xəsarət aldı
-
Moskvadan Bakıya qonaq gəlmişdilər - Faciəvi şəkildə öldülər
-
Yenidən qurulan 16 heyvan satışı bazarı fəaliyyətə başlayıb - AQTA
-
Dünyanın ən bürokratik ölkələri açıqlandı - Siyahıda Türkiyə də var
-
Magistraturaya qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başlayır
-
İrandan Azərbaycana keçən TIR-dan 113 kq narkotik çıxdı - VİDEO
-
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
-
Başına 5 milyon dollar qoyulan “Ponço” belə həbs edildi - VİDEO
TOP 10
ARXİV






