“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Qəzza sakinlərinə son xəbərdarlıq - Oktyabrın 7-dək...

Tarix 08.08.25, 17:14

Font ölçüsü : - / +
bitmap-img6


İsrailin hərbi-siyasi kabineti Qəzza şəhərinə, eyni adlı Fələstin sektorunun inzibati mərkəzinə nəzarət planını təsdiqləyib.

Musavat.com xəbər verir ki, “Maan” agentliyinin məlumatına görə, plana əsasən şəhər sakinləri 2025-ci il oktyabrın 7-dək ərazini tərk etməlidirlər.

Bu tarix, İsrail ordusunun Qəzzada hərbi əməliyyatlara başlamasının ikinci ildönümü ilə “simvolik” şəkildə üst-üstə düşür.

Məlumata görə, İsrail hakimiyyəti şəhərə nəzarəti ələ keçirmək üçün prosesi üç mərhələyə bölüb:

Birinci mərhələ – Qısa müddətdə əhalinin əsas ehtiyaclarını ödəmək üçün Qəzzanın inzibati mərkəzinə böyük həcmdə humanitar yardım göndəriləcək.

İkinci mərhələ – Sakinlərin cənub bölgələrinə və anklavın mərkəzində qurulan xüsusi çadır düşərgələrinə “köçürülməsi” başlayacaq. Bu mərhələnin oktyabrın 7-dək tamamlanması planlaşdırılır.

Üçüncü mərhələ – Qəzza şəhərinin tam hərbi blokadası həyata keçiriləcək. Bu, İsrailin HƏMAS dəstələrini sektordan tamamilə çıxarmaq planının tərkib hissəsi kimi təqdim olunur.

“Maan” bildirir ki, plana dair rəsmi sənədlərdə “işğal” sözü heç bir halda işlədilmir, əvəzində “ələ keçirmə” ifadəsi yazılıb. Bu dəyişiklik, İsrailin beynəlxalq hüquqa görə işğal olunmuş ərazilərdəki mülki əhali qarşısında məsuliyyət daşımamaq məqsədilə edilib.



Xəbərin oxunma sayı : 421




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap