“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Rusiyadan Azərbayacan mallarına qadağa tələbi - Kimə daha çox ziyan vuracaq?

Tarix 11.08.25, 17:34

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulev Azərbaycan mallarının ölkəyə idxalının qadağan edilə biləcəyini istisna etməyərək bildirib ki, “əgər Rusiyada Azərbaycan malları olmayacaqsa, biz bundan heç nə itirməyəcəyik, amma onlar üçün vəziyyət ciddi dəyişəcək”.

Bəs, doğrudanmı Azərbaycanın Rusiyadan iqtisadi asılılığı var? Potensial ticarət məhdudiyyətləri hansı ölkəyə daha çox zərər vura bilər?

İqtisadçı, feputat Vüqar Bayramov bildirib ki, hər iki ölkənin rəsmi statistikası təsdiqləyir: idxal qadağası tətbiq ediləcəyi halda uduzan tərəf Azərbaycan deyil, məhz Rusiya olacaq. Onun sözlərinə görə, 2024-cü ildə Azərbaycanla Rusiya arasındakı ticarət dövriyyəsi 4 milyard 799 milyon dollar təşkil edib. Bunun 3 milyard 621 milyon dolları Rusiyadan idxal, 1 milyard 178 milyon dolları isə Azərbaycandan ixrac olub.

“Bu isə o deməkdir ki, xarici ticarətdə Azərbaycanın Rusiya ilə 2 milyard 443 milyon dollarlıq mənfi saldosu var. Yəni Rusiya təkcə ötən il bu ticarətdən 2 milyard 443 milyon dollar qazanc əldə edib. Deməli, qarşılıqlı ticarətdə hər hansı qadağalar Rusiyaya daxil olan valyutanın həcmini azaldacaq və bundan daha çox Rusiyalı iş adamları ziyan görəcək”, – deyə deputat vurğulayıb.

Bayramov qeyd edib ki, Azərbaycanın Rusiyaya ixracı ölkəmizin ümumi ixracatının cəmi 4,4 faizini təşkil edir. 

“Yəni 26 milyard 338 milyon dollarlıq ixracımızın 95 faizindən çoxu Rusiyadan kənar bazarlara gedir. Buna görə də, Rusiyanın Azərbaycandan idxalı qadağan etməsi ölkəmizin ixrac potensialına ciddi təsir göstərməyəcək”, – deyə o bildirib.

Deputat əlavə edib ki, Rusiyadan Azərbaycana pul köçürmələri də son illərdə kəskin azalıb: 2024-cü ildə fiziki şəxslər tərəfindən göndərilən vəsait 496 milyon 753 min dollar olub ki, bu da əvvəlki illə müqayisədə 53 faiz azdır. Onun sözlərinə görə, remittenslərin ÜDM-də payı 3 faizdən azdır və bu, region üzrə ən yaxşı göstəricilərdən biridir.

“Deməli, nə Rusiyadan, nə də başqa ölkədən pul köçürmələri baxımından asılılığımız yoxdur”, – deyə Bayramov əlavə edib.

“Göründüyü kimi, hətta Rusiyanın öz rəsmi statistikası belə Dumanın bəzi deputatlarının dediklərini təsdiqləmir. Hərdən statistikaya baxmaq lazımdır, cənablar”, – deyə millət vəkili sonda bildirib.



Xəbərin oxunma sayı : 847




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap