| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
SOCAR-ın “köhnə qvardiyası”: Oliqarxlar, yoxsa dövlətin gizli düşmənləri?
Tarix 26.12.22, 13:17 |
|
“Yumşaq güc təmsilçiləri” zamanında ona görə “klassik oliqarx”ların nəzarətindən kənarda qala biliblər ki, onlar əsasən SOCAR-da formalaşıblar və öz intellektləri ilə “klassik oliqarx”lardan çox fərqlənirlər...
Vasif Talıbovun “zorən istefasından” sonra demək olar ki, Azərbaycanda oliqarx dönəmi bitdi. Ya da belə görünür. Çünki onların hakimiyyətə təsir imkanları minimuma endirilib.
“Köhnə qvardiya”nın yaratdığı məmur oliqarxiyasının ən yüksək səviyyəli təmsilçiləri artıq hakimiyyətin yürütdüyü siyasətə təsir edə bilmirlər. Hər halda Ramiz Mehdiyev və Vasif Talıbov kimi vəzifələrindən uzaqlaşdırılıblar və onların hakim komandaya zərrə qədər də təsirləri qalmayıb. Ona görə də sayılan məmur-oliqarxların artıq siyasi gücləri də qalmayıb və “müxalifətə keçmələri” də inandırıcı görünmür. Çünki onlar özlərini çoxdan tükədiblər…
“Köhnə qvardiya”ya aid olan, lakin yuxarıda sayılan qruplaşmalara aid olmayan bir qrup oliqarx da var ki, onların bəziləri vəzifədən alınsa da, bəziləri hələ də vəzifələrində qalmaqda davam edirlər və şərti olaraq “klassik oliqarx”lardan adlandırdığımız qruplaşmalardan fərqli olaraq onlar hələ “zərərsizləşdirilməyiblər”.
Şərti olaraq “yumşaq güc təmsilçiləri” olaraq adlandıracağımız bu qruplaşma heç də sərvət baxımdan “klassik oliqarx”lardan geri qalmırlar, bəlkə də onlardan da qat-qat varlıdırlar və bu sərvətlərini hələ də qoruyub saxlayırlar. Həm də təkcə sərvətlərini deyil, siyasi təsir güclərini, media güclərini, daxili kadr şəbəkəsini və xarici siyasi-iqtisadi əlaqələrini, o cümlədən ölkədə və xaricdə geniş biznes şəbəkələrini qoruyub saxlamaqdadırlar. Bütün bunları isə “klassik oliqarx”lar barədə demək mümkün deyil...
Qeyd edək ki, “yumşaq güc təmsilçiləri” zamanında ona görə “klassik oliqarx”ların nəzarətindən kənarda qala biliblər ki, onlar əsasən SOCAR-da formalaşıblar və öz intellektləri ilə “klassik oliqarx”lardan çox fərqlənirlər.
“Yumşaq güc”ün biznes kapitanı...
O, “yumşaq güc təmsilçiləri” arasında ən böyük sərvətə sahibdir. Biznes qurumları bir çox sahələrdə həm ölkədə, hə də ölkə xaricində hələ də uğurlu şəkildə fəaliyyət göstərir. Deyilənə görə, onun sərvəti “klassik oliqarx”ların sərvətindən də çoxdur və onlardan fərqli olaraq bu bizneslər hələ də özünün nəzarətindədir. Ən əsası, o, hələ də siyasi iddiaları olan biridir və SOCAR-dakı vəzifəsini itirsə də, özünü “vurulmuş kadr” olaraq görmür.

Söhbət SOCAR-ın sabiq vitse-prezidenlərindən biri, hazırda Eko Mühəndis Xidmətləri QSC-nin Direktorlar Şurasının sədri Mikayıl İsmayılovdan gedir. Mikayıl İsmayılov “yumşaq güc təmsilçiləri”nin əsas simalarından biri hesab olunur. Onu bir zamanlar SOCAR-ın “boz kardinalı” adlandırırdılar. Çünki uzun illər boyu Dövlət Neft Şirkətində maliyyə-təsərrüfat işləri üzrə vitse-prezident vəzifəsini daşıyaraq bütün xərclərinə nəzarət edirdi.
O da digər oliqarxlar kimi bütün sərvətini və gücünü SOCAR-ın və dövlətin hesabına qazanıb. Amma insafən ona uğurlu biznesmen də demək olar və o biznesini “feodal qaydalarla” idarə etmir. Mənimsədiyi pulları uğurla həm ölkədə, həm də ölkə xaricində müasir vizyona sahib gəlirli müəssisələrdə reallaşdıra bilib.
Yerli mətbuatın yazdığına görə, Mikayıl İsmayılov ölkədə bir sıra müəssisələrin sahibidir. Ona aid olan müəssisə və biznes qurumları arasında ən məşhurlarından biri doğulduğu Ağsuda fəaliyyət göstərən və şərab məhsulları istehsal edən “AzGranata” MMC-dir. Bu müəssisə Mikayıl İsmayılovun əsas brend şirkətlərindən biridir.
Mikayıl İsmayılov, həmçinin Bakıda “Evlər kralı” kimi də tanınır. Onun çoxsaylı tikinti şirkətləri Bakının mərkəzində çoxlu “göydələnlər” tikib və tikməkdə davam edir. Bu barədə bizimlə danışan mənbələrdən biri bildirib ki, Mikayıl İsmayılov Bakıda ən çox “göydələnlərə” sahib olan oliqarxlardan biridir. Sabiq vitse-prezidentin bəzi digər oliqarxlar kimi minisaray-villa həvəskarı olduğu qeyd edilir. Mətbuatda gedən məlumatlara görə, Mikayıl İsmayılovun təkcə Türkan qəsəbəsində 5 villası var. Bildirilir ki, oliqarx neftçi 3 hektarlıq ərazidə ailə üzvlərinin hamısı üçün 5 imarət ucaldıb. “İmarətlərin hər birinə milyonlarla manat xərcləyən Mikayıl İsmayılov həmçinin dənizin bir hissəsini də həyətinə salıb. Villada həm yaxtalar üçün liman, həm tennis meydançası, həm də hovuz mövcuddur. Mikayıl İsmayılov işini etibarlı tutaraq, villanı oğlu Orxan İsmayılzadənin adına rəsmiləşdirib”, - deyə ölkə mətbuatında yayılan məlumatların birində deyilir.
Mənbələrimizin dediyinə görə, Mikayıl İsmayılovun villaları Şamaxı və Ağsudan başlayaraq bütün ölkə ərazisinə səpələnib. Onun təkcə Naxçıvanda villası olmadığı bildirilir və bunun səbəbi də aydındır.
Həmçinin Mikayıl İsmayılovun avtomobil biznesində də böyük payı olduğu bildirilir. O, “Cadillac Bakı Mərkəzi”nin və “Chevrolet Azerbaijan”nın sahibidir. Eyni zamanda çoxlu sayda avtomobil təmiri xidmətləri var və bu “servis”lər əsasən SOCAR-ın maşınlarına iki qat baha qiymətə xidmət göstərir.
Mənbəmiz bildirir, o, SOCAR-dan 2021-ci ildə uzaqlaşdırılsa da, Neft Şirkətinin texnikalarına hələ də Mikayıl İsmayılovun “servis”lərində xidmət göstərilir. Həmçinin yerli mətbuatda gedən yazılarda bildirilir ki, Mikayıl İsmayılov vitse-prezident olduğu zaman Neft Şirkətinin 1000-dən artıq avtomobil və texnikasını “özəlləşdirərək” mənimsəyib. Qeyd olunur ki, hazırda Mikayıl İsmayılov ölkədə ən böyük avtomobil və texnika parklarına sahibdir və bu avtomobil və texnikalar əslində SOCAR-a aiddir.
Qeyd edək ki, 2019-cı ildə Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR-da vergi yoxlaması nəticəsində vitse-prezident Mikayıl İsmayılovun fəaliyyətində çoxsaylı pozuntular və mənimsəmələr aşkar edilməsi haqda ciddi məlumatlar yayıldı və vergi yoxlamasından sonra onun “monopoliya”sında olan və əsas qazanc mənbələrindən biri hesab edilən təchizat və satınalma məsələləri ondan alınaraq, SOCAR-ın başqa bir vitse-prezidentinə həvalə edilməsi bildirildi. Lakin əldə etdiyimiz məlumata görə, “özəlləşdirilən” avtomobil və texnikalar geri qaytarılmayıb. SOCAR-ın texnikalarına isə hələ də Mikayıl İsmayılovun şirkətləri xidmət göstərir.
Mikayıl İsmayılov həmçinin səhiyyə sahəsində də monopolistlərdən biridir. “Modern hospital” başda olmaqla, onun bir neçə özəl klinikası və çoxsaylı aptek şəbəkəsi var.
Mikayıl İsmayılovun kənd təsərrüfatı sahəsində də ciddi uğurlar əldə etdiyi bildirilir. Lakin bu da yekun deyil və ölkə daxilində oliqarx Mikayıl İsmayılovun bir çox sahələrdə, istehlak və xidmət sahələrində holdinq və şirkətləri fəaliyyət göstərir. O həmçinin xidmət və istehlak qiymətlərinin artmasında rolu olan monopolist oliqarxlardan biridir.
Mənbələrimizin dediyinə görə, Mikayıl İsmayılovun ölkə xaricində də biznesi uğurla fəaliyyət göstərir. Onun Virciniya adalarından tutmuş bir çox ofşorlarda qeydiyyatdan keçən onlarla şirkətinin hər birinin dövriyyəsinin on milyonlarla dollar olduğu qeyd edilir.
SOCAR-dakı vəzifəsini itirməsinə baxmayaraq, Mikayıl İsmayılov ölkə daxilində və ölkə xaricində bütün bisnesinə nəzarəti əlində saxlayır və bu da onu vəzifədən ayrılan digər oliqarxlardan fərqləndirir.
Mənbələrimiz qeyd edib ki, Mikayıl İsmayılov hələ də siyasi iddialarını qoruyub saxlamaqdadır və onun hədəflərindən biri yeni komandada nazir və yaxud nazir səviyyəsində bir vəzifəyə sahib olmaqdı və bunun üçün də o, hakimiyyət kuluarlarında geniş əlaqələrindən yararlanmağa çalışır.
“Yumşaq güc”ün xarici ayağı...
Azərbaycanın yeni tip oliqarxları arasında seçilən və daha çox diqqət cəlb edən isimlərdən biri də Vaqif Əliyevdir. O da bir il əvvəl SOCAR-ın sabiqlərindən birinə çevrilib. Lakin Vaqif Əliyevin sahib olduğu sərvət və beynəlxalq biznes dünyasında malik olduğu əlaqələr onu “Yumşaq güc”ün ciddi oliqarx simalarından birinə çevirir.
Bütün oliqarxlar kimi, Vaqif Əliyev də öz sərvətini dövlətdən əldə edib və onun uzun illər boyunca Xaici Sərmayələr İdarəsinə, həmçinin SOCAR Türkiyəyə rəhbərlik etməsi bu şəxsin hansı sərvətə sahib olmasından xəbər verir. Bəzi mənbələrə görə sərvətini əsasən ölkə xaricində saxlayan Vaqif Əliyev ərəb şeyxləri qədər zəngin birisidir.

Rəsmi olaraq dünya varlıları reytinqində yer almasa da, mənbələrimiz bildirir ki, Vaqif Əliyevin sərvəti Putinin ətrafında yer tutan rəsmi Rusiya milyarderlərindən heç də az deyil. Onun təkcə oğlu Orxan Əliyevin adına ofşorlarda onlarla şirkəti var ki, bu şirkətlərin hər birinin illik dövriyyələri milyardları əhatə edir.
Maraqlıdır ki, Orxan Əliyev 19 yaşında biznes dünyasına atılıb və bu yeniyetmə biznesmenin şirkətləri milyardları dövr etdirdiyi halda, onun biznesmen olaraq fəaliyyəti haqqında nə əvvəllər, nə də indi məlumat tapmaq mümkün deyil. Adətən 19 yaşında milyarder olmağı başaran hər kəs öz qabiliyyəti və fərasəti ilə bütün dünyanın diqqət mərkəzində olur. Hər halda Orxan Əliyev "Tesla"nın qurucusu İlon Maks, "Apple"nin qurucusu Stiv Cobs, "Facebook"un qurucusu Zukerberq və "Google"un qurucuları kimi məşhur olmasalar da, 19 yaşlı Orxan Əliyevi sadə adamlar da, biznes dünyasında da çoxları tanımalıydı və o, azından-çoxundan beynəlxalq biznesin simalarından biri kimi görünməliydi. Bunun əvəzinə isə Orxan Əliyevin Azərbaycanda belə nə adını, nə də üzünü görən var.
Mənbələrimiz bildirib ki, Vaqif Əliyevin Azərbaycanda elə də ciddi bisnes şəbəkəsi yoxdur. Lakin onun ölkə xaricindəki ofşorlarda fəaliyyət göstərən törəmə şirkətləri hörümçək toru kimi yayılıb. Onun sərvətinin tam miqyasını heç kim bilmir (Bəlkə heç özü də bilmir). Lakin Vaqif Əliyevin ölkə xaricində istənilən miqyasda köçürmələr etmək və sərmayələr qoymaq imkanları var. Bildirildiyinə görə, o, həmçinin ciddi biznes əlaqələrinə sahib olan birisidir. Onun dünya bank və maliyyə sektorlarında da ciddi sayılacaq əlaqələri var. Yəni beynəlxalq biznesdə rol alan, ya da bunu istəyən hər kəs ona həsəd edə bilər.
Mənbələrimiz qeyd edir ki, Vaqif Əliyevin həm ölkə daxilində, həm də ölkə xaricində media gücü var ki, bu da cənab Əliyevi daha da diqqətçəkici edir.
Vaqif Əliyev kölgədə qalmağı o qədər sevir ki, hətta onun haqqında vikipediya məlumatı belə yoxdur. Buna baxmayaraq, onun korrupsioner fəaliyyəti haqqında yerli mətbuatda kifayət qədər yazılıb.
FETÖ-nun pul qaynağı...
“Yumşaq güc təmsilçiləri”ndən olan oliqarxların biri də Bədəl Bədəlovdur. O, 2011-ci ildə SOCAR-a vitse-prezident təyin edilib və Şirkətin sosial səhəsinə rəhbərlik edir. Bədəl Bədəlovun da ölkədəki sərvəti göz qamaşdırır. O, Mikayıl İsmayılov və Vaqif Əliyevdən fərqli olaraq 2021-ci ildə SOCAR-dakı vəzifəsini itirməyib. Hələ də vitse-prezidentdir və Şirkətdə nüfuzunu kifayət qədər qoruyub saxlayıb. Hər halda mənbələrimizin iddiaları bu yöndədir.
Bədəl Bədəlov haqqında yerli mətbautda çox saylı korrupsiya iddialarına rast gəlmək mümkündür. O, həmçinin ölkənin görünməyən və bilinməyən oliqarxlarından biri hesab olunur. Mənbələrimiz qeyd edir ki, Bədəl Bədəlov uzun illər boyu SOCAR-da milyardlıq layihələri idarə edib və bu üzdən də o, SOCAR-ın ən varlı oliqarxlarından biri hesab olunur. Vaqif Əliyev kimi onun oğlu Elvin Bədəlov da ilk gənclik illərində milyoner olub. Lakin Elvin Bədəlov ölkədə milyonerdən (ya da milyarderdən) daha çox pleyboy kimi tanınır. Onun bahalı, hər birinin dəyəri milyonlarla ölçülən maşın kolleksiyası olduğu bildirilir.

Bədəl Bədəlovun da oğlunun adına ölkədə və ölkə xaricində onlarla şirkət açdığı bildirilir. Bədəlovun restoran, İT və bir çox digər sektorlarda fəaliyyət göstərdiyi qeyd olunur.
Ən ilginc məlumatlardan biri isə Bədəl Bədəlovun ölkə xaricində FETÖ şəbəkəsini maliyyələdirməsi ilə bağlı idddiadır. Qeyd edilir ki, karyerasında sürətlə irəliləməsində xüsusi yer alan beynəlxalq FETÖ şəbəkəsinin əsas maliyyə qaynaqlarından biri də Bədəl Bədəlovdur. Belə ki, yerli mətbuatda yayımlanan onlarla məlumatda qeyd edilir ki, Bədəl Bədəlov işlədiyi bütün layihələrdən FETÖ şəbəkəsinə pay ayırır...
Boz kardinal...
“Yumşaq güc təmsilçiləri” arasında Xalik Məmmədov xüsusi önəm daşıyır. O da 2021-ci ildə SOCAR-dakı vitse-prezident vəzifəsini qoruya bilib və 2007-ci ildən SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti vəzifəsində çalışır.

Xalik Məmmədovdan danışan mənbələrimiz onu əsasən “boz kardinal” olaraq xarakterizə edirlər. Onun adı yerli mətbuatda daha çox FETÖ şəbəkəsi ilə bağlı hallanır. Bəzi məlumatlara əsasən, Xalik Məmmədov FETÖ şəbəkəsinin “kadr bazasını” idarə edən çox önəmli bir adamdır. Onun ölkədə və ölkədən kənarda biznes şəbəkəsinin olması haqqında məlumatlar olsa da, bu biznes haqqında məlumat çox azdır. “Belə bir təsəvvür var ki, Xalik Məmmədovun çox saylı biznesini ölkədə və ölkədən xaricdə FETÖ-çular idarə edir. Buna görə də onun biznesi haqqında məlumatın az olması təbidir”, - deyə mənbələrimizdən biri bildirib.
Bəzi mənbələrə görə Xalik Məmmədov FETÖ-nün MDB-dəki təhsil biznesini yönəldən adamdır. Lakin bu məlumat öz təsdiqini tapmayıb.
Bütün bunlardan çıxış edərək Xalik Məmmədovu “yumşaq güc”ün ideoloqu olaraq da xarakterizə etmək olar...(pia.az)
Xəbərin oxunma sayı : 1495
Gündəm
Xəbərlər
-
“İran danışıqları davam etdirməyi xahiş edir” - Tramp
-
Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsindən - Fotolar
-
Bakı-Naxçıvan reysləri buna görə ləğv edilirmiş - RƏSMİ
-
Füzuli və Qəbələdə qum-çınqıl yataqları hərraca çıxarılır - QİYMƏT
-
ABŞ İranla hərbi toqquşmaların yeni fazasında İsrailin iştirakına qarşıdır - CNN
-
Bakıda gündəm olan sürücü: sərnişinləri qoyub siqaret çəkdi + VİDEO
-
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - 22 məsələ müzakirə olunacaq
-
Azərbaycanlı “qanuni oğru“ Vaqif Süleymanovla bağlı YENİ İDDİA
-
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
-
Hava kəskin dəyişir: Güclü yağış, dolu və sel təhlükəsi gözlənilir
-
Türkiyədə yediyi yeməyin dadı damağında qaldı: Tramp Ağ ev üçün resept istədi
-
Borca görə hicablı qadının hicabsız fotosu yayıldı - İDDİA
-
“Nüvə silahından söhbət gedə bilməz” - Çin Rusiyaya hansı xəbərdarlığı edib?
-
Azərbaycanın Fransadakı səfiri: Bu yayımlar sülh prosesinə zərbə vurur
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Minlərlə tələbəni maraqlandıran xəbər: Xaricə getmədən oxuyanları nə gözləyir?
-
Kamran Əliyev Balakəndə qəbul keçirdi - FOTOLAR
-
Ən çox şikayət olunan sığorta şirkətləri açıqlanıb - SİYAHI
-
Trampın təyyarəsi ilə bağlı maraqlı iddia - Bu səbəbdən...
-
İcbari tibbi sığorta şəhadətnaməsi elektron formata keçirilir
-
Qazaxın yollarına 639 min manat xərclənəcək - “Azərtranss“ yenə qalib oldu
-
Azərbaycanda qulaqdibi xəstəliyi ilə bağlı vəziyyət necədir? - RƏSMİ
-
Moped sürənlərin nəzərinə: Yeni rüsum müəyyənləşir
-
Quba-Xınalıq avtomobil yolunda torpaq sürüşməsi - Xüsusi texnika əraziyə göndərildi
-
Simonyanın torbasını tikənlər - Aralarında müavini də var
-
Azərbaycana kəskin istilər qayıdır - PROQNOZ
-
Zakir İbrahimov və komandası “AzerGold“dan nə qədər qazanır? – RƏQƏMLƏR
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
Bu rayonların bəzi ərazilərində qaz olmayacaq - “Azəriqaz“ məlumat yaydı
-
Hərbçilərlə telefon söhbəti zamanı bu mövzularda danışmayın! - Nazirlikdən xəbərdarlıq (VİDEO)
-
Azərbaycan öz sözünü dedi, İsrail nəzərə aldı - Bakı Ankaranın mövqeyini necə müdafiə etdi?
-
“QHT işi“ndə hökm: Nərgiz Muxtarovaya şərti cəza verildi
-
Sumqayıtda lifti və qaz xətti olmayan bina - VİDEO
-
Zaqatalada sel yolları dağıdıb, kəndlərlə əlaqə kəsilib - VİDEO
-
“Qarabağ“ Avropa Liqasına darmadağınla başladı - VİDEO
-
Paytaxtın bu yollarında təmir gedir - SİYAHI
-
Ərdoğanın hədiyyə etdiyi silahı aeroportda polisə təhvil verdi - Fotolar
-
Mingəçevirdə 198 min litr pivəni qeydiyyatsız istehsal ediblər - Fotolar
-
Peskovdan sərt reaksiya: NATO Rusiyanı əsas düşmən elan edib
-
Baş nazir qərarları təsdiqlədi: qaz istehlakçıları və binalarla bağlı yeni qaydalar
-
Apteklərdə qiymət etiketləri yoxa çıxıb - SƏBƏB
-
İş adamının oğlu keçmiş xanımının pulunu vermədi - Ölkədən çıxışına “stop“ qoyuldu
-
Çaya sel gəldi, 5 nəfər təhlükə ilə üz-üzə qaldı - VİDEO
-
Sabiq nazirin müsadirə olunan evlərini alan yoxdur - 50% endirimlə 5-ci dəfə hərraca çıxır
-
Rusiyada çalışmaq istəyənlərin nəzərinə: İş icazəsi üçün yeni şərtlər qoyulur
-
6 ayda 104 kriminal qrup zərərsizləşdirilib - Polis hesabat verdi
-
Məktəbli forması almağa hazırlaşan valideynlərin nəzərinə - VİDEO
-
Nazir şöbə müdirini vəzifədən azad etdi - FOTO
-
Beyləqanda Əsəd Cahangirlə görüş keçirildi - FOTOLAR
-
Azərbaycanın iqtisadi rayonları üzrə bankomat və POS terminallarının sayı - CƏDVƏL
-
FHN “Sədərək“ MMC-yə məxsus restoranda pozuntu aşkarladı - Cərimə olundu
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Yeni həkimlərin hamısı niyə qadındır? - Müzakirələrə səbəb olan paylaşım
-
Ankara CAATSA sanksiyalarından çıxış yolu axtarır - S-400-lərlə bağlı yeni plan
-
Dörd şirkətin meyvə şirələrində uyğunsuzluq aşkarlandı - Məhsullar geri çağırılır
-
Xaçmazda 966 min manatlıq abadlıq - “Safari“ MMC yenidən “səhnədə“
-
Meloni Tramp sualına belə cavab verdi - NATO Zirvəsindən maraqlı görüntülər - VİDEO
-
Balakən və Ağstafada intensiv yağışlar fəsadlar törədib - VİDEO
-
“Pulsuz kart” sonradan xərc yarada bilər - XƏBƏRDARLIQ
-
Nazirdən polis orqanlarına tapşırıq: Vətəndaş qəbulu işinə həssas yanaşılmalıdır
-
Xırdalan bələdiyyəsinin sabiq sədri külli miqdarda mənimsəmədə ittiham olunur - RƏSMİ
-
Müğənninin Azərbaycandan çıxışına “stop“ qoyulub - VİDEO
-
Tramp Ankaradan qayıdarkən təyyarəsini dəyişdi - Səbəbi özü açıqladı
-
Son 5 ildə hansı xidmət sahələrində xərclərimiz daha çox artıb? - Siyahı
-
Azərbaycanlılar daha çox hansı həyat sığortasını seçir? - CƏDVƏL
-
Mədəniyyət Nazirliyinin vəzifəli əməkdaşı Bakıda özünə obyekt tikdirib - FOTO
-
“Proses irəliyə doğru gedir...” - “Yalnız bundan sonra sülh müqaviləsi imzalana bilər”
-
Ağstafa sakinləri gecə vaxtı dəhşət yaşadılar: “Belə şey görməmişəm“ (VİDEO)
-
Tokayevin varisi kim olacaq - Hakimiyyətin ötürülməsi ssenarisi dəyişdi
-
Pezeşkian Paşinyana təşəkkür etdi - “Bu münasibəti unutmayacağıq“
-
Azərbaycanda çəyirtkələrin sayı niyə artır? - SƏBƏB
-
Mənzilin girişinə kamera quraşdırarkən qonşunun icazəsi olmalıdır - Ali Məhkəmə
-
Tramp Ali Məhkəmədən əl çəkmir: İşə yenidən baxılmalıdır
-
“Azəri Med” daha 35 milyon manatlıq daha layihəni udub - Kimə məxsusdur?
-
Ərdoğan NATO liderlərinə qeyri-adi hədiyyə verdi - Baş nazir istəmədi + FOTO
-
Sabunçuda parkda “Əsir götürülən” ağaclar, susan qurumlar - VİDEO
-
Bakıda yol tikintisi niyə dayandırılıb? - VİDEO
-
Azərbaycanda ildırımvurma halları çoxalıb: Təbiətdə nə baş verir? (VİDEO)
-
Türk iş adamının Aynurə Cəfərova ilə bağlı iddiası yenidən araşdırılacaq - 5 kq-lıq qızıl qalmaqalı
-
Bakıda“Any Unboxing”ə qarşı əməliyyat - 2,5 milyon ələ keçiriblər + VİDEO
-
Azərbaycan nefti daha 6.4 dollar qalxdı - Qara qızıl neçəyə satılır?
-
NATO məlumatları açıqladı: 2026-cı il üçün müdafiə büdcəsi...
-
Zaqatalada küçələri su basdı, poçt binasını sel apardı - VİDEO
-
Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? - VİDEO
-
Milyonlar qazanan iki biznesmenin sonu - Biri özünü öldürüb, digəri...
-
Qalina Mehdiyevanın təsis etdiyi şirkət hələ də vergi borcunu ödəməyib
-
NATO Ankara Bəyannaməsini qəbul etdi - Nələr var?
-
Prezidentdən Mikayıl Cabbarov ilə bağlı SƏRƏNCAM
-
Baş nazirin bu görüntüləri gündəm oldu - VİDEO
-
Müsabiqə elan edildi - İştirak haqqı 80-118 manat
-
Şuşadakı abidələrin korlanması - Qadağan edildi
-
Dünyada ən çox milyoner hansı ölkələrdə yaşayır? - Siyahı
-
Sel gəldi, köməksiz vəziyyətdə qaldı - VİDEO
-
“Netanyahunun Ərdoğan haqqında dedikləri xoşuma gəlmir” - Tramp
-
Duranın 12 milyonluq transferi təsdiqləndi - “Seltik”dən açıqlama
-
Şuşanın Kiçik Qaladərəsi kəndinə ilk köç oldu - FOTOLAR
-
NATO zirvəsində diqqət çəkən məqamlar - Ramanın ayaqqabısı, Meloninin reaksiyası... + VİDEO
-
“İranla razılaşırıq, sonra hər şeyi inkar edirlər” - Tramp
-
Prezident bu şəxslərə diplomatik rütbələr verdi - Sərəncam
-
Məşhur bankda gözlənilməz istefa - Rəhbər postunu tərk etdi
-
Quru Qoşunlarında əməliyyat təlimi keçirilir - VİDEO
-
Nazirliyin balansındakı heyvanları oğurladı - Dövlətə 6 mindən çox ziyan vurdu
-
Ali Məhkəmə Plenumunun növbəti iclası keçirildi - Fotolar
-
Ankarada NATO-nun sammiti başladı - FOTOLAR
-
Yağış, külək, 35 dərəcə isti… – Sabahın havası
-
Tramp İranla atəşkəsin bitdiyini elan etdi - Neft kəskin bahalaşdı
-
Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir - FOTO
-
Sumqayıt İcra Hakimiyyəti Nigar Bağırovadan yenə gül alır - Bu dəfə 280 minə
-
Bu şəxslər də sığorta haqqı alacaq - Deputat qanuna dəyişiklikləri açıqladı
-
İnvestisiya şirkətlərinin yarımillik həyata keçirdiyi əməliyyatların sayı - RENKİNQ
-
6 ayda neçə Azərbaycan vətəndaşı əcnəbilərlə nikah bağlayıb?
-
Prezident İordaniya Baş nazirinin müavinini qəbul etdi - FOTOLAR
-
“Messini yarışda saxlamaq istəyirlər...” - Misirin məşqçisi FIFA-ya od püskürdü
-
Xameneinin nəşi Nəcəfdə izdihamla qarşılandı - Fotolar
-
Nazir bu agentliyə sədr müavini təyin etdi - FOTO
-
Sığorta ödənişlərinin 92%-i cəmi 5 şirkətin payına düşüb - SİYAHI
-
“Ukrayna artıq Rusiyaya zərbələr üçün heç kimdən icazə almayacaq“ - Sibiqa
-
ABŞ yenidən İrana qarşı hücuma keçdi - SEPAH dərhal cavab verdi
-
Suqovuşanda işçiləri daşıyan mikroavtobus aşdı: Yaralılar var
-
Makron Ərdoğanın xanımının əlini öpmək istədi - Türkiyədə maraqlı anlar + VİDEO
TOP 10
ARXİV






